Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə39/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

161 
 
dakı bütün şeylər öz ideyalarının maddiləşməsindən iba-
rətdir. Deməli, bütün maddi varlıqların mahiyyəti ondan 
kənarda olan, qeyri-maddi, əbədi mövcud kamil substan-
siyadır. Fəlsəfənin ontoloji problemini bu yolla həll edən 
Platon qnesioloji problemə də özünəməxsus həll variantı 
tapmışdır.  Mütləq  ideyaları  dərk  etmək  mümkündür  və 
bu dərketmə prosesi insan Canının hələ maddiləşməmiş 
vəziyyətdə olduğu zaman seyr etdiyi qeyri-maddi ideya-
ları bu dünyada hansısa konkret insanda maddiləşəndən 
sonra “yada salma”sından ibarətdir. Başqa sözlə, insanın 
içində  mövcud  olan  qeyri-maddi  Can  ideyalar  aləminin 
məhsuludur və o, bir zamanlar eyni dünyada olduğu hə-
min  ideyaları  “xatırlamaqla”  hər  bir  insanın  mücərrəd 
şüurunda  dərketmə  prosesi  baş  verir.  Bu  o  zaman  baş 
verir ki, insan hissi qavranılan maddi predmetlərin ara-
sından öz ideyasına ən yaxın olanı, yəni predmetlərin ən 
gözəlini görür və bu zaman mücərrəd şəkildə onun ma-
hiyyətini – ideal etalonunu, ideyasını, ideyalar dünyasın-
dakı nümunəsini “xatırlayır”.  
Bu cür yanaşmada biz eyni zamanda Platon estetika-
sının mahiyyətini görürük. Deməli, Platon üçün ən gözəl 
predmet  özünün  qeyri-maddi  və  ideyalar  dünyasındakı 
etalonuna  ən  çox  bənzəyən,  ona  ən  yaxın  olandır.  İnsan 
ən gözəl predmetlərdə məhz həmin etalonun “işartısını” 
gördüyü üçün həmişə gözəlliyə doğru can atır. Lakin Pla-
tonun  ideyalar  dünyası  yalnız  eydoslardan  ibarət  deyil. 
Belə  ki,  real  dünyanın  yaranması  üçün  həmin  mütləq 
qeyri-maddi  varlıqların  maddi  varlıqlarda  təcəssüm  et-


162 
 
məsi  tələb  olunur 
ki, bu işi digər bir 
əbədi,  qeyri-mad-
di  varlıq  olan  De-
miurq  (yunanca 
“demiourgos” 
– 
“xalq  üçün  yara-
dan”,  yəni  sənət-
kar, usta mənasını verir) görür. Demiurq obrazı daha ön-
cəki naturfilosoflar tərəfindən kosmogenezin bir ünsürü 
kimi istifadə edilsə də, Platonda o, bütün ideal varlıqları 
birləşdirən  qüvvə  kimi  çıxış  edir.  Demiurq  özündən  heç 
nə yaratmır, yalnız maddi aləmi qeyri-maddi, mütləq ide-
yalarla  canlandırır,  həmçinin  kosmosda  nizam  yaradır, 
onu  strukturlaşdırır.  Naturfilosoflar  ətraf  aləmin  vahid 
substansiyasını təbiətin özündə, onun müxtəlif stixiyala-
rında  (su,  od,  hava  və  s.)  axtarırdılarsa,  Platon  ilk  dəfə 
Sokratın  ifadə  etdiyi  ilkin  yaradıcı  fikrini  inkişaf  etdirə-
rək,  fəlsəfi  sistemə  qeyri-maddi,  mütləq,  əbədi  varlıqlar 
dünyası və vahid, əbədi “qurucu”, “canlandırıcı” ideyasını 
gətirdi.  Məhz  bu  ideya  daha  sonralar  xristian  və  yəhudi 
teoloqlarının,  dini  mütəfəkkirlərinin  (məs.,  e.ə.28/21  – 
b.e.41/49 illəri arısında, yəni köhnə ilə yeni eranın ayrı-
cında yaşayıb-yaratmış yəhudi mənşəli antik mütəfəkkir 
İskəndəriyyəli Filonun) yaradıcılığında monoteizmin Ya-
radıcı-Allah ideyası ilə rastlaşaraq, onun dolğun təkallah-
lılıq  dini-fəlsəfi  konsepsiyasına  çevrilməsində  əhəmiy-
yətli rol oynadı. 
       Platon                                 Aristotel 


163 
 
Antik fəlsəfədə güclü monoteist təmayülləri müşahi-
də olunan digər böyük mütəfəkkir Aristoteldir (e.ə.384–
322). Antik dünyanın “ən universal zəka sahibi” (Hegel) 
olan  Aristotel  Platonun  Akademiyasında  təhsil  almasına 
və  bir  müddət  dərs  deməsinə  baxmayaraq,  onun  fəlsəfi 
təliminə tənqidi yanaşmışdır. E.ə. 335-ci ildə özünün Pe-
ripatetik (yunanca “peripatoi” – örtülü qalereya, bağ), ya-
xud Likey məktəbini yaratmaqla, filosof həm öz müəllimi 
və  dostu  Platonun  fəlsəfə  məktəbinə  alternativ  fəlsəfə 
tədrisinin,  eyni  zamanda  fəlsəfi  təlimin  əsasını  qoymuş-
dur.  Platonun  idealist  təliminə  tənqidi  yanaşması  bəzi 
tədqiqatçılara Aristoteli materialist filosof kimi nəzərdən 
keçirməyə  bəhanə  vermişdir.  Xüsusilə,  sovet  dövründə 
ideoloji  basqı  altında  elmi  araşdırmamalarını  aparmaq 
məcburiyyətində  qalan  klassik  filologiya  mütəxəssisləri 
əksər hallarda onu materialist filosof kimi təqdim edirdi-
lər. Lakin vəziyyət heç də göründüyü qədər sadə deyil...  
Doğrudur,  Aristotel  materiya,  onun  mövcudluq  for-
maları, hərəkət prinsipləri haqqında  antik filosoflar ara-
sında  bir  sıra  diqqətəlayiq  fikirlər  bildirmişdir.  Bununla 
yanaşı,  filosof  vahid  “təkanverici”  qüvvə  -  ideya,  Allah, 
can  və  digər  idealist,  monoteist  anlayışlar  haqqında  da 
geniş şərhlər vermişdir (Aristotel də Sokrat kimi politeist 
dinin  “allahlarına  hörmətsizlik”də  ittiham  olunduğuna 
görə, Afinanı tərk etmək məcburiyyətində qalmışdı). “Fi-
zika”dan sonra gələn və 14 kitabdan ibarət “Metafizika” 
(yunanca  “meta”  –  sonra)  traktatında  o,  öz  təlimini  “bi-
rinci fəlsəfə” adlandıraraq, tədqiqat predmetini “öz-özlü-


164 
 
yündə varolan” kimi təqdim edir. Filosofa görə, varolanın 
4 “səbəb”i var: forma (Aristotelin “forma” anlayışı ilə Pla-
tonun “ideya” anlayışı eynidir), materiya, hərəkət başlan-
ğıcı və məqsəd. Bu səbəblər isə “mümkün” (potensial) və 
“gerçək”  (real)  anlayışları  ilə  müəyyənləşirlər.  Materiya 
və hərəkət başlanğıcı mümkün, forma və məqsəd isə ger-
çək anlayışını ifadə edirlər. Aristotel məhz bu “səbəblər” 
konsepsiyasından  çıxış  edərək,  Platonun  “ideyalar  dün-
yası”na qarşı çıxır, hesab edirdi ki, əbədi və dəyşməz ide-
yalar heç vaxt maddi dünyada varlığın və hərəkətin mən-
bəyi,  səbəbi rolunda  çıxış edə bilməzlər. Filosof hərəkə-
tin  və  varlığın  səbəbini  “ilk  təkanverici”də    görürdü.  O, 
“son  forma”,  yaxud  “materiyasız  forma”,  yuxarıda  sada-
lanmış 4 səbəbdən üçünün – forma, hərəkət başlanğıcı və 
məqsədin  özünəməxsus  vəhdətidir.  Ona  qarşı  duran  isə 
4-cü səbəb olan materiyadır. Materiya bütün əksliklərin 
əsasıdır və bu əksliklər təbiətdəki 4 elementi – odu, ha-
vanı,  suyu  və  torpağı  yaradır.  Bu  4  elementin  müxtəlif 
formada  birləşməsindən  və  ayrılmasından  isə  bütün  ət-
rafımmızdakı  maddi  aləm  yaranır.  Canlı  varlıqların  can-
sız  predmetlərdən  fərqi  onlarda  Canın  olmasıdır.  “Can 
hərəkətin  gəldiyi  yerə  aid  səbəbdir,  canlı  bədənlərin 
məqsədi  və  varolmasıdır”  (“Metafizika”).  Aristotel  canın 
3  növünü  fərqləndirir:  nəbatat  canından  (qidalandıran) 
heyvanat  canı  (hiss  edən),  ondan  isə  insani  can  (dərk 
edən)  inkişaf  edir.  Yalnız  dərk  edən  can  –  ağıl  ölümsüz, 
əbədidir.  Əbədi  varlığın  əsas  əlaməti  hərəkətdir,  o  hər 
şeyi hərəkətə gətirdiyi halda özünün hərəkətə gətirilmə-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə