Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə82/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   78   79   80   81   82   83   84   85   ...   106

üçün  sosioloji  mərkəzlərə  ehtiyac  var.  Bugünkü  tədbirimizi 
məhz  bu  istiqamətdə  işlərin  daha  da  uğurlu  getməsi  üçün 
təşəbbüs  kimi  də  qəbul  etmək  olar.  Dövlətimizin  qanun  sa­
həsində  göstərdiyi  həssaslığı  görən  vətəndaşlarımız  da  ümumi 
bir məsuliyyət daşıdığına,  bu  məsuliyyəti  bölüşdürdüyünə əmin 
olacaqdır.
Demokratik  cəmiyyətin  və  hüquqi  dövlət  quruculuğu­
nun  atributlarından  sayılan,  insanların  fundamental  hüquq  və 
azadlıqlarının  təmin  edilməsi  ideyası  nə  bu  günə,  nə də  dünənə 
məxsusdur.  Lakin  məhz  beynəlxalq  münasibətlərdə  və  beynəl­
xalq  hüquq  müstəvisində  insan  hüquqları  probleminin  statusu 
və çəkisi  həmişə eyni  olmamışdır.  Xüsusən  də XX əsrin  II  yarı­
sından  etibarən  bu  problem  beynəlxalq  əməkdaşlıq  sistemində 
heç  vaxt gündəmdən düşməmişdir.
Artıq  BMT-nin  Nizamnaməsinin  preambulasında  insan­
ların  əsas  hüquq  və  azadlıqlarının  təmin  olunmasına  inam  öz 
əksini  tapmışdır.
Bununla  belə  insan  hüquqları  anlayışının  dinamik  məz­
mununu  təhlil  etsək,  həmin  dövrdə,  bir-birinə  qarşı  duran  iki 
sistemin  mövcud  olduğu  bir  şəraitdə,  bu  sahədə  beynəlxalq 
əməkdaşlığa  ideoloji  təsəvvürlər  təsir  və  təzyiq  göstərirdi. 
Əksər  hallarda  ideoloji  aspekt  hüquqi  aspekti  üstələyir,  bəzən 
də  qarşılıqlı  ittiham  üçün  bəhanə  və  əsas  kimi  məqsədlərlə 
istifadə edilirdi.
Beynəlxalq  münasibətlərdə  totalitar  rejimlərin  çökməsi 
ilə,  insan  hüquqlarının  təmin  olunması  sahəsində  nəinki  görün­
məmiş  imkanlar üzə çıxdı,  həm  də  yeni  məzmunlu  problem  və 
tələblər  qarşıya  çıxdı.  Dövlətlərarası  münasibətlərin  deideolo- 
gizasiyası, iki  sistemin  qarşıdurmasına  son qoyulması  vəziyyəti 
kökündən  dəyişdi.  Yəni  bir  tərəfdən  insan  hüquqları  sahəsində
-
3 3 0
-
mövcud  olan  problemləri  iki  sistemin  mənafeyi  baxımından 
deyil,  hər  bir  konkret  insanın  vətəndaşın  hüququ  və  azadlığı 
nöqteyi-nəzərindən  həll etmək üçün  real  imkanlar yarandı.
Digər  tərəfdən  isə  bu  imkanların  gerçəkləşməsi  isti­
qamətində beynəlxalq qurumların  əsaslana biləcəyi  işlək  fəaliy­
yət  mexanizmi,  mövcud  hüquqi  bazanın  praktikaya  tətbiqi, 
beynəlxalq  qanun  yaradıcılıq  fəaliyyəti  ilə  müqayisədə  geri­
ləmə mövqeyində mövcud oldu.
Bu  baxımdan  qeyd  etmək  istərdim  ki,  insan  hüquqla­
rının  qorunması  sahəsində  beynəlxalq  əməkdaşlığın  təkmilləş­
dirilməsi,  yeni-yeni  beynəlxalq  müqavilə,  təşkilat  və  sazişlərin 
yaranması  meylindən  daha  çox,  artıq  mövcud  olan  sanballı 
beynəlxalq  hüquqi  bazanın  inadla  həyata  keçirilməsindən, 
qanunlara ciddi  əməl  olunmasından daha çox  asılı  olacaqdır.
İnsan  hüquqları  sahəsində  beynəlxalq  əməkdaşlığın  hə­
yata  keçirilməsi  Azərbaycanda  hüquqi  dövlət  quruculuğunun 
strateji  prioriteti  sayılan  məsələlərdəndir  və  ölkəmizin  beynəl­
xalq  hüquqi  məkana inteqrasiyası  intensiv sürətlə davam edir.
Azərbaycan  insan  hüquqları  və  azadlıqlarını  əks etdirən 
ən  mühüm  beynəlxalq  konvensiya  və  sazişlərin  əksəriyyətinə 
qoşulmuşdur.  30-dan  çox  əsas  pakt  və  konvensiyalara  imza 
atmışdır.  İnsan  hüquqları  sahəsində beynəlxalq əməkdaşlıq qlo­
bal  və  regional  səviyyələrdə  həyata  keçirilir.  Azərbaycan  üçün 
Avropa  regionunun  hüquqi  məkanında  təmsil  olunmaq  da  xü­
susi  əhəmiyyətə  malikdir.  Çünki  Azərbaycan  Avropa  Şurasının 
üzvüdür və bu  hüquqi  mühitin standartlarına cavab verməlidir.
İnsan  hüquqlan  sahəsində  beynəlxalq  əməkdaşlığın  tək­
milləşdirilməsi, onun  mahiyyət  və  məzmunca yeniləşməsini  zə­
ruri  edən  səbəblərdən  biri  də  müasir  dünya  inkişafının  başlıca 
meyli  sayılan  qloballaşmadır.  Dünyada  təhlükəsizliyə  maneə
-331
  -


olan  beynəlxalq  terrorizm,  millətçi-separatizm  kimi  hadisələr 
aynca  ölkələri  deyil,  bütün  dünya  birliyini  hədələyir  və  insan 
hüquqlarının  pozulmasının  başlıca  səbəblərinə  çevrilmişdir. 
Azərbaycan  antiterror  koalisiyasının  üzvü  kimi  dünyanın  ha­
rasında  baş  verməsindən  asılı  olmayaraq  insan  hüquqlarının 
pozulmasını  pisləyir.  Qarşılıqlı  anlaşma  əsasında  bərabərhü­
quqlu  tərəfdaş  kimi  hüquq  müdafiəsi  sahəsində  konstruktiv 
beynəlxalq əməkdaşlığı  dəstəkləyir.
Azərbaycan  dövləti  insan  hüquqları  mövzusunun  qə­
rəzli,  dar maraqlar xeyrinə istifadəsi  və təbliğinin qeyri-məqbul 
hesab  edir  və  belə  mövqeyin  perspektivi  olmadığına  əmindir. 
Bu insan  hüquqları  ideyasının öz mahiyyətinə ziddir.
Həmçinin  beynəlxalq  hüquqda  “ikili  standartlar”  kimi 
bəlli  olan  amilin,  beynəlxalq  münasibətlər və beynəlxalq  hüquq 
sisteminin  nüfuzuna  xələl  gətirən  bir  cəhətdir.  Bu  baxımdan 
insan  hüquqlarının  təkmilləşdirilməsi  sahəsində  beynəlxalq 
əməkdaşlığın  mövcud  forma  və  mexanizmlərində  dinamik  is­
lahatlar aparılması  tərəfdarıdır.  Beynəlxalq  əməkdaşlıq  özünün 
fəaliyyətini  insan  hüquqlarına riayət edilməsinin  universal stan­
dartlarını  müəyyənləşdirmək,  milli  dövlətlərlə konstruktiv, qar­
şılıqlı  əlaqələr qurmağa istiqamətləndirməlidir.
Milli  və  beynəlxalq  əməkdaşlığın  iki  aspektdə  davam 
etdirilməsi:
1)  insan  hüquqları  üzrə  mövcud  qurumların  təcrübə  və 
səlahiyyətini qeyd-şərtsiz  qəbul edilməsi;
2)  Azərbaycanın  milli  qanunvericiliyinin  beynəlxalq 
standartlara  uyğunlaşdmlmasını  təmin  edilməsi  -  beynəlxalq 
praktikada məqsədəuyğun hesab edilir.
Beynəlxalq  əməkdaşlığın  intensivliyinə  və  səmərəlili­
yinə  təsir  edən  amillərdən  biri,  yeni  və  ən  yeni  qanunvericilik
-
332
-
sisteminin  mənimsənilməsi  və tətbiqi  gedişində tələb olunan  tə­
bii  zaman  müddətinin  mövcudluğudur.  Lakin  bu  hüquqi  inteq­
rasiya üçün ciddi  maneə ola bilməz.  Azərbaycan  dövlətinin  im­
zaladığı  beynəlxalq  müqavilələr  onun  hüquq  sisteminin  üzvi 
tərkib  hissəsidir.  Beynəlxalq  müqavilə  və  öhdəliklərə  əməl 
edilməsi  prioritet  prinsip  kimi  Konstitusiyada  əksini  tapmışdır. 
Konstitusiyanın  148-ci  maddəsinin  2-ci  bəndinə  görə  beynəl­
xalq  müqavilələr  Azərbaycan  qanunvericiliyinin  hüquqi  əsa­
sıdır.
İnsan  hüquqları  sahəsində beynəlxalq  əməkdaşlığın  tək­
milləşdirilməsi  bir  çox  həlqələrin,  beynəlxalq  hüquqi  aktların 
əsas  müddəaları,  beynəlxalq  əməkdaşlığı  təmin  edən  konkret 
qurumlar və  beynəlxalq  mexanizmləri  əhatə edən  mstitutsional 
koordinasiya  təsisatının  formalaşmasını  zərurətə  çevirmişdir. 
İstər  tövsiyə  və  öhdəlik  xarakterli,  istərsə  də  məcburi  riayət 
tələb edən  beynəlxalq saziş  və sənədlər həyata  keçirilməklə  ta­
mamlanmalıdır.  Əks  təqdirdə  beynəlxalq  əməkdaşlığın  effek­
tivliyinə inam  azala bilər.
Azərbaycan  Avropa  Şurasına  üzv  olduqdan  sonra  insan 
hüquqlarının  Strasburq  mexanizmini  qəbul  etmişdir.  Ölkəmiz 
həmçinin  BMT-nin  bütün  müvafiq qurumlan,  (Cenevrədəkı  İn­
san  Haqları  Mərkəzi,  İnsan  Hüquqları  Üzrə Ali  Komissarlıq  və 
s.),  həmçinin  müxtəlif  aspektli  tematik  prosedurların  əlaqə­
ləndirici  nümayəndələri  ilə  sıx  əməkdaşlıq  qurmuşdur.  BMT- 
nin  İnsan  Hüquqlan  Komissiyasının  (1977)  işçi  qrupları  ilə 
birgə fəaliyyətin  həyata keçirilməsinə böyük önəm  verir.
Azərbaycan  insan  hüquqlan  sahəsində  beynəlxalq 
əməkdaşlığın  prinsiplərinə  sadiq  olduğunu  həmişə  göstərmiş­
dir.  Həm  də  bu  sahədə  yeni  hüquqi  təşəbbüs  və  təkliflərlə  nü­
fuzlu beynəlxalq tədbirlərdə dəfələrlə çıxış etmişdir.
-333
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə