Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə81/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   77   78   79   80   81   82   83   84   ...   106

İnsan  hüquqlarının  təkmilləşdirilməsi  sahəsində  milli 
qanunvericiliyin  perspektivlərinə  təsir  edən  digər  proses:  uni­
kal,  sivilizasion,  tarix-mədəni  prinsip  və  faktorlara  söykənən 
regionlaşma,  hüquq  plüralizminin  güclənməsi  meylidir.  Bu  ba­
xımdan  milli  və beynəlxalq qanunvericilik sistemlərinin  uyğun­
laşdırılınası  prosesində ahəngdar sintez və praqmatik konsesusa 
nail  olmaq  əvəzinə  ifrat standartlaşdırma,  mütləq  reqlamentləş­
dirmə  kimi  praktika  ziddiyyətli  nəticələrə  gətirə  bilər.  Hər  bir 
insan  ilk növbədə  konkret  bir ölkənin  vətəndaşı,  sonra  isə  bəşər 
cəmiyyətinin  üzvü  kimi  insan  hüquqlarına  malikdir.  Beynəl­
xalq  hüquq  normalarına  əməl  etməklə  yanaşı  müəyyən  mə­
dəniyyətin  daşıyıcısıdır.  Biz  yaxşı  bilirik  ki,  bütün  xalqların 
siyasi  hüquqi  fikir tarixində  insan  azadlığını  yüksək tutan  təməl 
ideyalar  mövcuddur.  Əsas  vəzifə  onların  ortaq  təmas  nöqtə­
lərinin  tapılması  və  işlək  mexanizminə  nail  olunmasıdır.  Belə 
olarsa,  müasir dünyada  müşahidə  edilən,  BMT  Baş  katibi  Kofi 
Annanın  xüsusi  vurğuladığı  kimi  Şərqə,  xüsusilə  müsəlmanlara 
münasibətdə  ikili  standartların  tətbiqi  praktikası  aradan  qaldı­
rıla bilər.
İnsan  hüquqlarının  qloballaşması  dünya  hüquq  məka­
nım  təşkil  edən  dövlətlərin  mədəni-mənəvi  spesifikasını  da 
nəzərə  alan  kompromislərin  labüd  olacağım  diqqət  mərkəzinə 
gəlirir.  Məsələn,  2000-ci  ildə  Avropa  Şurasında.şura  üzvü  olan 
dövlətlərdə  “Seksual  azlıqların  vəziyyəti"  adlı  məruzə  və bura­
dan  irəli  gələn  tövsiyələr  səslənmişdir.  Təbii  ki,  bu  cür  töv­
siyələr  milli  qanunvericilik  məkanında  bir çox  spesifik  amilləri 
nəzərə almağı tələb edir.
Vahid  hüquq  məkanının  formalaşması,  milli  və  bey­
nəlxalq  qanunvericiliyin  ünsiyyəti  zamanı  qarşıya  çıxan  arzu­
olunmaz  hallar hüquqi  və əxlaqi  dəyərlərin  sintezinə  deyil,  bir-
-
326
-
birindən  təcrid  edilməsi  hallarının  qanuni  tənzimləmə  mexa­
nizminin  ləng  formalaşdırılması  ilə  əlaqədardır.  Bu  gün  dün­
yadakı  insan  haqlarının  dolğun  təminatını  əngəlləyən  qlobal 
miqrasiya  və  demoqrafik  siyasət,  qlobal  problem  olan  yox­
sulluq  problemi,  yeni  azlıqlar  və  s.  kimi  problemlər  vətəndaş 
cəmiyyətinin  formalaşmasında  ifrat  qütblərdən  çəkinmək  kimi 
məsələlər  məhz  milli  və  bəşəri  aspektlərin  optimal  sintezi 
modelinin,  regionlaşma  meylini  də  nəzərə  alaraq  formalaş­
masını  diktə edir.
Beynəlxalq  hüquq  məkanının  qloballaşma  və regionlaş- 
ması  arasındakı  disproporsiya  bu  sahədə  mövcud  beynəlxalq 
təşkilatlanmaya  müqayisəli  nəzər  salınanda  adi  gözlə  belə 
sezilir.  Məsələn,  Avropa  ilə  müqayisədə  Asiyada  indiyə  qədər 
insan  hüquqları  sahəsində  regional  təşkilatlanma  ləng  gedir. 
Milli  və  regional  insan  hüquqlarının  təminatını  koordinasiya 
edən  təşkilat  və qurumların  formalaşması  gecikir.
İnsan  hüquqlarının  ideal  təminatı qeyri-mümkündür.  Bu 
gün  hətta BMT-nin  insan  hüquqları  komissiyası  da  geniş tənqid 
obyektidirsə,  bu  da  reallıqdır.  Ən  başlıca  odur  ki,  bəşəriyyət 
dialoq, anlaşma  və konsensusa aparan universal dəyərlər axtan- 
şındadır  və  insan  hüquqları  bu  dəyərlərin  ən  mühüm  qatıdır. 
Belə  ki,  insan  hüquqlan  təmin  olunarsa dünyada  və cəmiyyətdə 
sülh, ədalət,  ləyaqətli  həyat  təmin olunur.
Bu  gün  Azərbaycanda  vətəndaş  cəmiyyətini,  hüquqi 
dövlətin  qurulması  və  insan  hüquqlarının  təminatı  sahəsində 
çox  gərəkli  bir  ənənənin  başlanğıcı  qoyulur  desək,  zənnimcə 
yanılmarıq.
“Hüquq”  və  “qanun”  anlayışları  bir-birindən  ayrılmaz­
dır.  Artıq  neçə  illərdir  ki,  biz  onları  gündəlik  tətbiq  edir  və 
lakonik  məzmunu  arxasında  hansı  dərin  mənanın,  bəzən  də bə­
-
327
-


şər  nəslinin  bir  çox  nümayəndələrinin  fədakar  əməyinin  da­
yandığının  fərqinə  varmırıq.  Tarix  boyu  bir  cəmiyyət  digərin­
dən  burada  insan  hüquqlarına  necə  riayət  edilməsi  ilə  fərqlən­
mişdir.  Hətta  tarixin  bir  mərhələsinin  digərindən  qanun  və  hü­
quq  anlayışlarına  münasibətin  dəyişməsindən  asılı  olaraq  iz­
ləmək mümkündür.
XX  əsr  bəşəriyyətin  birgə  yaşayış  qanunlarının  müəy­
yənləşdirilməsi  və  insan  hüquqlarının  bərqərar  edilməsi  sahə­
sində  xüsusi  önəm  daşıyır.  Adətən  XX  əsri  elmdə  atom,  kom­
pyuter  və bombanın  kəşfi  əsri  adlandırırlar.  Əslində,  öz  miqyas 
və  mənasına  görə  insan  hüquqlarının  təminatını  müəyyən  edən 
qanunların  XX  əsrdə  intensiv  qəbulu  və  tətbiqi  bundan  az 
əhəmiyyətli  deyil  və  əksinə  sosial  mahiyyətli  kəşf  kimi  daha 
böyük  önəm  daşıyır.  Çünki,  min  illər  boyu  insanlar  azadlıq 
arzusu  ilə  yaşamış,  lakin  bu  söz  saysız-hesabsız  nəsillər  üçün 
məhz əlçatmaz arzu olaraq qalmışdır.
Bu  gün  danılmaz  bir  həqiqətdir  ki,  insan  həyatının 
bütün  sahələrindəki  qanunlar  iqtisadiyyatda,  siyasətdə,  mədə­
niyyətdə  və  s.  son  məqamda  bir  sözdə:  “insan  hüquqlan”  sö­
zündə  konsentrasiya olunur.  Azərbaycanda  milli  qanunvericilik 
sisteminin  təşəkkülü  və  formalaşması,  buradakı  “milli”  ifadə­
sinin  hüquqi-konstitusion  əsasa  söykənməsi,  yəni  müstəqil 
dövlətin yaranması  ilə mümkün ola bilmişdir.
Azərbaycanda  qanunverici  hakimiyyəti  təmsil  edən 
müstəqil  parlamentin  fəaliyyəti  də  insan  hüquqlan  və  azadlıq- 
lannın  təminatı  baxımından çox  mühüm addım olmuşdur.
Müstəqil  Azərbaycan  Respublikasının  ilk parlamentində 
cəmi  9  komissiya  fəaliyyət  göstərirdi  ki,  onlardan  biri  də 
“İnsan  hüquqlan  və  millətlərarası  münasibətlər daimi  komissi­
yası"  adlanırdı.  Cəmi  3  nəfər  deputatı  özündə  birləşdirən  bu
-  
328
  -
komissiyanın təbii  ki, fəaliyyət dairəsi də məhdud idi.
Bu  illər ərzində  insan  hüquqlan  sahəsində  suveren  döv­
lətin,  vətəndaş  cəmiyyəti  və  demokratiyanın  formalaşması 
üçün  təməl qanunlann hazırlanması illəri  olmuşdur.
Qanunvericilik  yaradıcı  bir prosesdir.  Hazırkı  dövr üçün 
dünyada  baş  verən  proseslərlə  əlaqədar  olaraq  qlobal  hüquq 
məkanına  inteqrasiya,  beynəlxalq  hüquqi  sənədlərin  milli  mə­
kana  implementasiyası  prosesini  səciyyəvi  hesab  elmək  olar. 
İnsan  hüquqlan  sahəsində  beynəlxalq  qanunvericiliyin  tətbiqi, 
onlann  mexaniki  istifadəsi  və  transferi  kimi  başa  düşülə  bil­
məz.  Bu elə bir yaradıcı  prosesdir ki,  milli  dövlət onun  obyekti 
deyil,  bərabərhüquqlu  subyekti  olmaq statusunu  həmişə özündə 
saxlayır.  Buna  görə  də,  konstitusiyada  əksini  tapmış  “beynəl­
xalq  qanunvericiliyin  prioritetliyi”  müddəası  ümumbəşən  də­
yərlər  kimi  tanınan  prinsiplərə  şamil  edilir.  Bu  sahədə  hüquqi 
dinamikaya  nəzər  salsaq  BMT-nin  statistik  məlumatına  əsasən 
son  dövrdə  insanların  sosial-mədəni  hüquqlarının  aktuallığı  ön 
plana  keçmişdir.  Şübhəsiz  ki,  bu  da  hər bir  insanın  konkret  bir 
ölkənin  vətəndaşı,  konkret  bir  milli-mədəni  irsin,  dövlətçilik 
ənənələrinin daşıyıcısı  olması  kimi  səbəblərdən  irəli  gəlir.
İnsan  hüquqlarının  təminatında  “yatmış  hüquq”  effekti 
adlı  bir  anlayış  var.  Bunun  səbəbi  qəbul  edilən  qanunlann 
mükəmməl  olmaması  deyil,  əksinə  onlann  həyatda,  praktikada 
tətbiq edilməsi  tətbiqi  mexanizmlərini  ləngidən  əsas  amillərdən 
biri  kimi  cəmiyyətin  müxtəlif  sahələrində  işləyən  ınsanlann 
şüunındakı  inersiya  passivliyin  olması  ilə  bağlıdır.  Hüquq 
mədəniyyəti  və hüquqi  maarifləndirmə  işinin  səmərəli  təşkilinə 
zərurətlə  bağlıdır.  TV-də,  KİV-lərdə  parlamentin  fəaliyyəti 
işıqlandınlır,  lakin  bu  gün  “hüquq”  kanalının  fəaliyyətinə  və 
cəmiyyətdə hüquq  mədəniyyətini  real mənzərəsinə bələd olmaq
-
329
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə