Z. Ə. Cavadova



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix15.03.2018
ölçüsü0,94 Mb.
#31514
1   2   3   4   5   6   7   8   9   ...   37

11 

 

nümayəndələri tərəfindən yazılan, indi də öz aktuallığını və əhəmiyyətini itirməyən 



bir sıra əsərlər meydana gəldi. S. Bronevski (109.), K. F. Qan (113.), D. E. Zubarev 

(116.), İ. P. Lineviç (123.), Fon-Plotto (131.), İ. İ. Şopen (132.), E. Veydembaum 

(112.),  O.  İ.  Konstantinova  (118.)  və  başqalarının  əsərlərində  şimal-qərbi 

Azərbaycanın  siyasi,  sosial-iqtisadi  tarixi  ilə  bağlı  bir  çox  məsələlərlə  yanaşı  bu 

ərazidə  yaşayan  əhalinin  sayı,  dinamikası,  sosial  strukturu,  etniktərkibi, 

etnoqrafiyası və s. Haqqında qiymətli məlumatlar var. 

Lakin  qeyd  etmək  lazımdır  ki,  bu  əsərlərdə  şimal-qərbi  Azərbaycan 

ərazisinin bir  hissəsi,  xüsusilə  Car-Balakən  və  İlisu sultanlığının  ərazisi Kaxetiya 

ərazisi kimi təqdim edilir, bölgənin ən qədim türk və qeyri-türk alban etnoslarının 

mənşəyi  təhrif  olunur,  çarizmə  qarşı  öz  azadlığı  uğrunda  inadlı  mübarizə  aparan 

dağlılar isə ümumi "ləzgi" adı altında birləşdirilərək "oğru", "quldur", "qarətçi" və 

s. adlandırılır. Əlbəttə, bu qərəzli və birtərəfli mövqe Rusiya imperiyasının dövlət 

maraqlarından irəli gəlirdi. Məqsəd, işğal edilmiş ərazidə möhkəmlənmək, Qafqaz 

xalqlarının  ümumi  düşmənə  qarşı  mübarizəsini  zəiflətmək,  onları  bir-birinə  qarşı 

qoymaq, nəticədə çarizmin müstəmləkəçilik siyasətini gücləndirmək idi. 

Məz  bu  qeyri-elmi,  xüsusi  məqsəd  güdən,  yanlış  və  əsassız  fikirlərdən 

istifadə  edən  bəzi  gürcü  tarixçiləri  Azərbaycanın  bu  bölgəsinə  qarşı  əsassız  ərazi 

iddiaları ilə çıxış etmiş və qədimlərdə bu torpaqların guya gürcülərə məxsus olması 

kimi yanlış mülahizələr irəli sürmüşdür. 

XX yüzilliyin əvvəlində meydana çıxan bir sıra əsərlərdə, o cümlədən İ. P. 

Petruşevskinin  xüsusi  məqsədlə  yazılmış  və  buna  görə  də  regionun  türk 

etnoslarının tarixini təhrif edən  əsərində  (128.) Car-Balakən  və  İlisu sultanlığının 

siyasi,  sosial-iqtisadi  tarixi  ilə  bağlı  bir  sıra  problemlərlə  yanaşı,  əhalinin  etnik 

tərkibi haqqında da məlumat verilmişdir. 

Azərbaycan  tarixşünaslığında  XIX  əsr  Azərbaycan  tarixinin  bir  sıra 

problemlərinin  öyrənilməsi  ilə  əlaqədar  olaraq  yazılan  əsərlərdə  şimal-qərbi 

Azərbaycanın  əhalisi,  etnik  tərkibi,  sayı,  dinamikası,  sosial  tərkibi  və  s.  haqqında 

bir sıra məlumatlar da öz əksini tapmışdır.

4

 

Tarixi  araşdırma  aparılan  zaman  həmin  tədqiqat  əsərlərindən  də  istifadə 



edilmiş və XIX əsr mənbələri ilə müqayisəli şəkildə təhlil edilmişdir. 

                                                           

4

М. Исма]ылов. "Шеки". Бакы 1982, А. С. Сумбат-заде. "Прогрессивное влияние присоединения 



Азербайджана к России на рост народонаселения страны в XIX веке — Известия АН Азерб. ССР, 

1952,  №  3;  Д.  М.  Мустафаев.  "Северные  ханства  Азербайджана  и  России".  Баку,  1989;  И.  М. 

Гасанов  "Частновладельческие  крестьяне  в  Азербайджане  в  первой  половине  XIX  века".  Баку, 

1957 və s.

 

 



12 

 

Oxuculara  təqdim  edilən  bu  tarixi-demoqrafik  araşdırmanın  yazılmasında 



göstərdiyi  xidmətə  və  verdiyi  dəyərli  məsləhətlərə  görə  tarix  elmləri  doktoru, 

professor Y. M. Mahmudluya dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. 

 

I FƏSİL 

 

§1. Azərbaycanın işğalına Car-Balakəndən başlanmalı idi 

 

Son  dərəcə  əlverişli  strateji  mövqeyə,  münbit  torpaqlara,  zəngin  təbii 

sərvətlərə  malik  olan  Şimal-Qərbi  Azərbaycan  regionunun  tariximizdə 

özünəməxsus yeri var. Məhz bu ərazi dövlətçiliyimizin, hərbi siyasi qüdrətimizin, 

ictimai  fikrimizin,  mədəniyyətimizin  formalaşmasında  və  inkişafında  mühüm  rol 

oynamışdır.  Şimal-Qərbi  Azərbaycan  oğuz-türk  tayfalarının  həmçinin  qədim 

Qafqaz  Albaniyasının  digər  etnoslarının  yaşadığı  ən  qədim  insan  məskənlərindən 

biridir.  Zaman-zaman  yadelli  əsarətinə,  işğala,  milli  zülmə  qarşı  çevrilən  azadlıq 

mübarizəsinin  mərkəzlərindən  biri  olan  Şimal-Qərbi  Azərbaycan  Dərviş 

Məhəmməd  xanın,  Hacı  Çələbinin,  Səlim  xanın,  Daniyal  Sultanın,  Gəynüklü 

Sultan Muradın vətənidir. Bu igid el oğullarının apardığı qəhrəmanlıq mübarizəsi 

tariximizin  şanlı  səhifələrini  təşkil  edir.  Şimal  qərbi  Azərbaycan  ərazisində 

Azərbaycan  xalqının  çoxəsrlik  istehsal  ənənələri  formalaşmış  və  güclü  şəkildə 

uzunmüddət  mühafizə  edilib  saxlanmışdır.  Ərazinin  xeyli  hissəsini  ohatə  edən 

meşəliklər zəngin bitki örtüyünə malikdir. Geniş əraziyə malik sıx meşələr başdan-

başa  meşə  ağacları-qarağac,  çökə,  palıd,  qoz,  şabalıd,  fındıq,  meyvə  ağacları  - 

alma, armud, gavalı, tut, zoğal, yabanı ərik və üzüm tənəkləri ilə doludur. İl boyu 

yağış suları ilə suvarılan və öz gözəlliyi ilə şöhrət qazanan Zaqatala, Qax, Balakən 

və Şəki meşələrində vəhşi qaban, ayı, maral, dağ keçisi, dağ pişiyi, çaqqal, dovşan, 

tülkü, vəhşi öküz çoxluq təşkil edir. 

Çoxəsrlik  istehsal  ənənələri  və  zəngin  təbii  sərvətlər  təsərrüfatın  müxtəlif 

sahələrinin  inkişafına  əhəmiyyətli  şəkildə  təsir  göstərmişdir.  Əkinçilik,  bağçılıq, 

ipəkçilik  yüksək  səviyyədə  inkişaf  etmişdi.  Alazan  çayı  ilə  Baş  Qafqaz  dağları 

arasındakı məhsuldar torpaqlar başdan-başa taxıl zəmiləri və tut bağlarından ibarət 

idi. İpəkçilik əhalinin əsas və başlıca gəlir gətirən sahələrindən biri sayılırdı. XIX 

əsrin əvvəlində Şəki əyaləti barama istehsalına görə Qafqazda birinci yeri tuturdu. 

Car-Balakəndə  istehsal  edilən  ipək  əsasən  Tiflis,  Gəncə  və  Dağıstan  vasitəsilə 

Rusiyaya aparılırdı. Şimal-Qərbi Azərbaycan həm də qədim sənətkarlıq və ticarət 

mərkəzi kimi geniş şöhrət qazanmışdı. XIX əsrin I yarısında şəhərlərdə demək olar 

ki, sənətkarlığın bütün sahələri xeyli inkişaf etmişdi. 

XIX  əsrin  əvvəlində  şimal-qərbi  Azərbaycanda  mövcud  olan  dövlət 

təsisatları Şəki xanlığı, Car-Balakən camaatları və İlisu sultanlığı idi. 

XIX  əsrin  əvvəlində  feodallıqlara  parçalanma  şəraitində  baş  verən  ara 

müharibələri,  Car  Rusiyasının  işğalçılıq  planları  ərazini  çox  ağır  vəziyyətə 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə