Zahid xəLİL



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə10/93
tarix16.11.2017
ölçüsü4,51 Kb.
#10426
1   ...   6   7   8   9   10   11   12   13   ...   93

           _____________Milli Kitabxana________________ 
 
 
39
üçün deyişirlər. Belə hallarda onların proqramları bir – birinə bəlli 
olur. Kim hansı bağlamanı deyəcək, kim hansı cavabı verəcək! 
Amma keçmişdə bu cür deyişmələr elə belə tamaşa xarakteri 
daşımışdı.  İki aşıq bir–birinə daha hazırcavab, geniş dünyagörüşə 
malik olduğunu, bir sözlə “ustad” olduğunu sübut etmək üçün 
deyişərdi. Bu yarışlarda əvvəl bir kəndin, sonra bir obanın, nəhayət 
böyük bir ərazinin ən qüvvətli aşığı aşkar olardı. Qalib aşıq məğlub 
aşığın sazını  əlindən almaq ixtiyarına malik idi. Qalib “ustad” 
adlanardı. Ustad aşığın icazəsi olmadan o birisinin əlinə saz almağa 
ixtiyarı yox idi. Belə deyişmə gecələrinə böyüklərlə birlikdə uşaqlar 
da gələrdilər. Aşıqlar öz bilik səviyyələrinə uyğun yerin altından – 
üstündən danışar, bir – birinə  çətin bağlamalar deyərdilər. Belə 
bağlamalar əsasən  astronomiya, təbabət, bitki və heyvanat aləmi ilə 
bağlı olardı. Deməli yaxşı  aşıq olmaq üçün məlahətli səsin, gözəl 
saz çalmaq və danışmaq qabiliyyəti olmaq kifayət deyildir. Aşıq 
gərək eşitdiyini, gördüyünü hafizəsində saxlayaydı. Alimlərin 
məclisində onların söhbətlərinə diqqətlə qulaq asaydı. Bir sözlə, 
ustad aşıq olmaq üçün hərtərəfli biliyə malik olmaq tələb olunurdu. 
Bu cəhətlər  şübhəsiz uşaqlara hisslər vasitəsilə  təsir edir, bir növ 
onları ayıldırdı.  
Aşıq  şeirindəki qafiyə bolluğu uşaqlara təsir edən ikinci 
cəhətdir. Uşağa qafiyə də ritm qədər güclü təsir edir, onun qəlbində 
musiqiyə  bənzər duyğular oyadır. Təcnislərdə isə cinas qafiyələr 
olduğuna görə belə şeirlərin təsiri daha artıq olur.  
Xalq  ədəbiyyatının–xüsusən nağılların və dastanların geniş 
yayılmasında, təbliğ olunmasında, nəhayət yaddaşlarda 
yaşamasında aşığın rolu misilsizdir.  
Uşaq ədəbiyyatının başlıca məqsədi olan tərbiyə məsələləri 
yazılı  ədəbiyyat yaranmamışdan  əvvəl folklorda əks olunmuşdur. 
Alimlər haqlı olaraq belə bir fikri əsas götürürlər ki, xalq 
peaqogikası ulu babaların təcrübəsində yaranmış  və öz ifadəsini 
xalqın  şifahi  ədəbiyyatında tapmışdır. Folklor bir növ xalq 
pedaqogikasının tarixi salnaməsi hesab oluna bilər. Müxtəlif folklor 
janrlarında xalqın fəlsəfi düşüncəsi, həyata baxışı, tərbiyə 
           _____________Milli Kitabxana________________ 
 
40
məsələlərində mövqeyi parlaq şəkildə əks olunur. Xalq öz nağıl və 
dastanlarında, atalar sözü və məsəllərində dəfələrlə belə bir  
fikri ifadə edir ki, insan ən çətin anlarda öz əlinin zəhmətinə, öz 
ağıl və bacarığına arxalanmalıdır. Xalq pedaqogikası  həmişə 
zəhmətkeş kütlənin tərəfində dayanmış, insan əməyini yüksək 
qiymətləndirmişdir. Bu baxımdan xalq nağılları xüsusilə 
ibrətamizdir. 
Azərbaycan nağılları da başqa xalqların nağılları kimi 
gəzərgi xarakter daşıyır. Onun da izləri dünyanın başqa - başqa 
xalqlarının nağıl və  əfsanələrində  bəzən də yazılı  ədəbiyyatında 
görünür. Bu elə janrdır ki, onun təkcə bir xalqa mənsub olduğunu 
söyləmək çox çətindir. Azərbaycanda çox geniş yayılmış 
“Şəngülüm,  Şüngülüm və  Məngülüm” nağıllarının eynilə 
məzmununu təkrar edən başqa xalqlarda çoxlu nağıllara rast gəlirik. 
İlk baxışda sırf  “Azərbaycan nağılı” hesab olunan “Göyçək 
Fatma”, “Tülkü və  dəyirmançı  Xəlil” nağılına  Şarl Perronun 
müraciət etdiyini görürük. Aydın məsələdir ki, Perro “Çəkməli 
pişik” və “Billur başmaq” əsərlərini yaradarkən həmin nağıllardan 
istifadə edib. Lakin bu nağılları o, fransız folklorundanmı, ya 
Azərbaycan şifahi ədəbiyyatındanmı götürüb, bunu demək çətindir. 
Çünki o zaman Azərbaycan nağılları çap olunmamışdı, hələ şifahi 
həyatını yaşayırdı.  
Bu bu qəbildən olan faktlar belə bir fikri deməyə haqq 
qazandırır ki, bir xalqın yaratdığı nağıl tezliklə bütün dünyanın ola 
bilər. Buna görə  də “bu nağıl mənimdir, o biri sənindir” bölgüsü 
folklorun bu janrı üçün az xarakterlidir. Lakin Azərbaycan 
nağıllarını  fərqləndirən elə  cəhətlər də var ki, həmin cəhətlərə 
əsasən onların məhz bizim nağıl olduğunu demək mümkündür. 
Bizim nağıllarda elə təsvir vasitələri, belə demək mümkünsə nağıl 
terminləri var ki, yəqin başqa xalqlarda olmaz. Azərbaycan 
nağılları belə ifadələrlə başlayır: Biri var idi, biri yox idi, allahdan 
başqa heç kəs yox idi. Bu cümlə ilə nağılçı dünyanın tamam boş 
olduğu, lap uzaq keşmişdən, dünyanın yarandığı ilk gündən söhbət 
açacağını hiss etdirir. Sonra nağıl başlayır. Diqqətlə fikir verilsə bu 
cümlədə bir yumor var. Çünki nağılı dinləyən uşaq  başa düşər ki


           _____________Milli Kitabxana________________ 
 
 
41
əgər allahdan başqa heç nə yox idisə, bəs nağılda haqqında 
danışılan adamlar və ya başqa surətlər  
haradan çıxdı?! Belə hallarda nağılçı nağıl yaraşıqlarından istifadə 
edib dinləyicini güldürür. 
Məsələn deyir ki: 
Xoruz mindim, Kür keçdim. Yabayla dovğa içdim, çox 
şilaşı yemişəm, belə yalan deməmişdim.  
 
Və yaxud: 
Biri var imiş, biri yox imiş, 
Yalan gerçəkdən çox imiş. 
Hartdandı, hurtdandı, 
Yaxası qarpız qabığı. 
Düymələri turpdandı. 
  Bundan sona nağılın özü başlayır. Adətən bu cür məzəli 
proloqdan sonra yumoristik nağıl qəhrəmanı Keçəldən söhbət 
düşür. Keçəl bic və  kələkbazdır. Onu aldatmaq mümkün deyil. 
Əksinə keçəl hər addımda xanımları, xanları  və  bəyləri aldadır, 
onların başına oyun açır. Keçəlin bu cür hiyləgərliyi uşaqların 
xoşuna gəldiyi üçün uşaqlar ona sataşır, keçələ cürbəcür mahnılar 
qoşurlar ki, bu barədə ayrıca danışacağıq.  
Belə yumoristik nağıl qəhrəanlarından biri də tülküdür. 
Azərbaycan dilində “Tülkü” sözü “bic”, “hiyləgər”, “kələkbaz” 
sözlərinin sinonimi kimi işlənir. Buna görə  də bütün bicliklər 
Tülkünün ayağına yazılır və onun haqqında çoxlu nağıllar 
uydurulur. “Tülkü, tülkü, tünbəki”. “Tülkü baba və Hacıleylək”, 
“Tülkü və canavar”, Tülkü və ilan”, “Tülkünün kələyi və s. kimi 
nağılları misal göstərmək olar. Bu nağılların baş  qəhrəmanı olan 
Tülkü gah molla kimi başına əmmamə qoyub həccə ziyarətə gedir 
və and içir ki, bir də toyuq – cücəyə toxunmayacaq. Gah çubuq 
qırıb səbət toxuyur, gah çarıq tikir. Bütün bu işlərin hamısı isə bircə 
məqsəd üçündür. Tülkü yeni bir hiylə ilə özünə yem tapır. 
Maraqlıdır ki, Tülkü nə  qədər bic olsa da onun qarşılaşdığı 
heyvanlar o qədər sadəlövhdür. Amma ən axırda yenə  də 
           _____________Milli Kitabxana________________ 
 
42
sadəlövhlər qalib gəlir. Çünki xalq belə istəyir. Xalq tülkü kimi 
həyatını biclik üstündə quranların xoşbəxt olmasını heç zaman 
istəmir. Keçəl haqqındakı nağıllarda Keçəl fiziki cəhətcə gözəl 
təsvir olunmur. Onun əsas igidliyi ağlı ilə bağlıdır. Keçəldə güclü 
yumor hissi var. Keçəl haqqındakı nağılların birində acgöz tacir 
Keçəlin tapdığı xəzinəni onun əlindən almaq məqsədilə deyir: 
- Gəl hərəmiz bir yalan söz danışaq. Kimin yalanı böyük 
olsa o biri ona yüz tümən pul versin.  
Keçəl razı olur. Tacir deyir: 
- Mənim babamın bir uzun yabısı varmış. O qədər yekəymiş 
ki, bu dünyada onu qoymağa tövlə yox imiş. Bircə yeddinci göydə 
bir tövlə varmış ki, babam yabanı ora qoyurmuş. 
Keçəl deyir: 
- Elə bu... Mənim babam tısbağaya minib yeddinci göyə 
çıxıb orada bir qarışqanın belində elə böyük bir tövlə tikmiş ki, 
bütün dünyadakı yekə yabaları da orada saxlayırmış. Rəhmətlik 
sənin baban da öz yabasını elə orada saxlarmış.  İndi sən bax gör 
mənim babamın tövləsi nə yekəlikdə imiş ki, elə yabaların yüzünü 
tuturmuş. 
Azərbaycan nağıllarında xalqın adət - ənənələri, milli 
xüsusiyyətləri, azadlıq arzuları bədii əksini tapmışdır. Bizim sehirli 
nağılların bir ucu Orta Asiya, İran və Azərbaycan xalqlarının 
müştərək yaratdıqları “Avesta” toplusuna gedib çıxır. Eramızdan 
əvvəl birinci minilliyin birinci yarısında yaranan “Avesta”, dini 
kitablar külliyatıdır. “Avesta” ya görə dünya iki hissəyə ayrılır. Baş 
allah Ahuza Mazda (Hörmüzd) – xeyirxahdır. Anhra Manyu 
(Əhriman) isə  şər qüvvələrin rəmzidir. Həyat bu iki qüvvənin 
mübarizəsinə  əsaslanır. Azərbaycan nağıllarının xeyli hissəsində, 
xüsusilə sehirli nağlıllarda “Avesta” nın bu ənənəsi görünməkdədir. 
Qədim insan təbiətdə baş verən hadisələrin mənasını  dərk 
edə bilmədiyi üçün çox zaman onu şər qüvvələrlə bağlayırdı. 
İldırımın çaxmasını, meşə yanğınlarını, daşqınlarını, div, əjdaha 
kimi təsvir edir, onu şər qüvvələrlə əlaqələndirirdi. Çox güman ki, 
sehirli nağıllar məhz bu təbiət xaosundan baş çıxartmayan insanın 
arzularının ifadəsi idi. Qədim insanın materialist dünyagörüşünün 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə