Zahid xəLİL



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/93
tarix16.11.2017
ölçüsü4,51 Kb.
#10426
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

           _____________Milli Kitabxana________________ 
 
 
31
Klassik və müasir uşaq şeirimizdə xalq poeziyasının ritminə 
geniş yer verilir. Məsələn, Tofiq Mahmudun “Yağış” şeirində yağış 
yağanda novalçalardan, gölməçələrdən çıxan səslərin ahəngi 
görünür.  
Yağdı yağış, 
Yağdı dolu. 
Kəsdi yolu 
Dağa yağdı, 
Taqqıldadı. 
Bağa yağdı, 
Şaqqıldadı. 
Uşaq üçün ilk nümunələr yaradan xalq körpənin nitq 
inkişafının qayğısına qalır. Xalq bir həqiqəti gözəl dərk edir, əvvəla 
təzə  nəsil gərək ulu babasının dilini unutmasın. Sözü gərək düz 
desin ki, sonra onun yaddaşında əslində olduğu kimi saxlaya bilsin. 
Müxtəlif təzyiqlərə məruz qalanda dilinin ahəngini, sözlərin düzgün 
deyilişini, dilin poeziyasını, gözəlliyini unutmasın. Buna görə  də 
xalq uşağı hələ körpə yaşlarından imtahana çəkir, onu bərkə - boşa 
salır, bu məqsədlə “yanıltmac” janrını yaradır. 
Bu janrın xarakterik xüsusiyyəti ondan ibarətdir ki, burada 
səslərin düzümü dili dolaşdırır, onu ifa edəni çaşdırır. Burada 
sözlərin ya əvvəlində, ya da ortasında gələn eyni səslər bir – birini 
izləyir. Uşaq yanıltmacı deyərkən çalışır ki, səslərin yeri dəyişik 
düşməsin, onların sırası pozulmasın – çünki sıra sıra pozulanda 
sözün ifadə etdiyi mənası da dəyişir. Bu cür diqqətcil olmaq uşağın 
nitqinin inkişafına təsir edir. Yanıltmacdakı səslərin ardıcıllığı onda 
poetik ahəng yaradır.  
 
Qırx, 
Küp  
Qırxı da 
Qulpu  
Qırıq  
Küp  
           _____________Milli Kitabxana________________ 
 
32
Burada “Q” və “K” səsləri sözlərin  əvvəlində  gələrək bir 
ahəngin yaranmasına xidmət göstərmişdir. Poeziyada belə səslərin 
yaratdığı ahəngə allitrasiya deyilir. 
Uşaq folklorunda, xüsusilə yanıltmaclarda allitrasiyadan 
geniş istifadə olunur. 
Boz atın 
Boz torbasın 
Boş as başından. 
Apar islat, gətir, 
Yaş as başından. 
Burada “B və “Ş” səsləri həm yanıltmacın əsas məqsədinə: 
uşaqda düzgün tələffüz üçün diqqətli olmağa, sözləri asta – asta, 
başa düşə - düşə ifadə etməyə xidmət edir, həm də poetik ritm 
yaradır. Uşaq poeziyamızın mənşəyindən gələn bu ənənə indi də 
yaşayır, yazılı ədəbiyyat, yanıltmacın təkcə formasını deyil, həm də 
onun məzmununu saxlayır. Bəzən  şair hadisəni təfərrüatı ilə  nəql 
etməyi məqsədə müvafiq hesab etmir, həm də bir şeydən  ətraflı 
danışmaq sözçülüyə  gətirib çıxarır. Belə vaxtlarda dilin 
imkanlarından istifadə olunur.  
Tofiq Mütəllibovun “Cücələrim”  şeirində isə başqa bir 
xüsusiyyət nəzərə çarpır.  
 
Cip – cip cücələrim 
Cip – cip, cip, cip 
Cücələrim. 
Ay qəşəng cücələrim 
Tükü ipək cücələrim. 
Bu  şeiri dinləyərkən məlum olur ki, uşaq öz sevimli 
cücələrini dən yeməyə çağırır. Vəssalam! Bəs sonra? Əgər  şeir 
bunun üçün yazılmışsa onun hansı estetik  xüsusiyyətlərindən 
danışmaq olar? Lakin şeiri təkrar dinlədikdə görürük ki, bu 
nəğmənin məqsədi təkcə yuxarıda dediyimizlə  məhdudlaşmır. 
Burada “c” səsləri o qədər təkrar olunur ki, biz nəğməni 
dinləyərkən cücələrin səsinin məharətli təqlidini eşidirik.  Şair 
cücələrin “cib – cibi” barədə uzun – uzadı söhbət açar, körpə 


           _____________Milli Kitabxana________________ 
 
 
33
cücələrin necə  səs çıxarmaları haqqında oxucusuna məlumat 
verməyə  səy göstərərdi.  Əlbəttə, bu səmərəsiz zəhmət olardı.  Şair 
bu yolla getmək əvəzinə “c” səslərinin yaratdığı ahəngdən istifadə 
etməyi daha münasib saymışdır. Bu səslərin təkrarı  şeirin 
musiqililiyinə  də  əhəmiyyətli təsir göstərmişdr. Təsadüfi deyil ki, 
bu mahnı bütün dünyada uşaqların sevimli nəğmələrindən biri kimi 
şöhrət qazanmışdır. 
Şeirin müsbət mənada sərbəstliyi onu yanıltmaclara və 
ümumiyyətlə uşaq folkloruna çox yaxın etmişdir.  
İlyas Tapdıq “Bildirçin” şeirində bu ənənəni inkişaf etdirir: 
Bildir uçub bağçanı 
Meşə bildi, bildirçin. 
Arzu çıxıb çağırdı: 
- Çildir, çildir bildirçin. 
Dedi: 
- Hanı quyruğun? 
Mənə bildir, bildirçin. 
Bəlkə pişik qoparıb, 
Neçə ildir bildirçin?! 
Ötdü kolun dibində 
Bildir, bildir, bildirçin. 
Qurbağalar ağladı. 
Gildir, gildir, bildirçin. 
Qarışqalar qışqırdı: 
- Udar bizi, ay aman, 
Yekə fildir, bildirçin. 
Bu  şeirdə  təkcə  tələffüz məxrəcləri yaxın olan səslərdən 
istifadə olunmayıb. “Bildirçin”, “bildir”, “fildir”, “çildir”, “ildir”, 
“bildir” (bəyan elə mənasında) “bildi” kimi müstəqil mənaları olan 
sözlər məharətlə bir şeirin komponentlərinə çevrilib. 
Yanıltmac bu keyfiyyələrini uşaq poeziyasına verməklə 
yanaşı, o, bir janr kimi də poeziyamızda özünə yer tutmağa 
başlamışdır. Müharibədən sonrakı dövrdə  uşaq  ədəbiyyatına gələn 
şairlər maraqlı yanılmaclar yazırlar.  
           _____________Milli Kitabxana________________ 
 
34
Xalq pedaqogikasında “tapmaca” janrı xüsusi yer tutur. 
Uşaq ağlını  məşq etdirməklə, onun obrazlı  təfəkkürünün 
inkişafında “tapmaca” əhəmiyyətli rol oynayır. Bu janrın sirrini 
öyrənəndən sonra uşaq predmetlərə ayrı cür yanaşır. Obrazlı düşünə 
bilir. XX əsrin əvvəllərində Azərbaycanda pedaqoji ideyalar geniş 
yayılmağa başladığı vaxtlarda hazırlanan dərsliklərdə, uşaq 
jurnallarında həm xalq tapmacalarına, həm də  şairlər tərəfindən 
yazılan tapmacalara geniş yer verilirdi. Ədəbiyyatımızın sonrakı 
inkişafında da uşaq  şeirində tapmaca bir janr kimi yaşadı  və 
poeziyamızda vətəndaşlıq hüququ qazandı. Bu janrın yaranmasının 
əsas səbəblərindən biri budur ki, şair tapmaca vasitəsilə uşağa canlı 
müsahibə yarada bilir. Yazılı  ədəbiyyatdakı tapmacalar da 
folklordakı janrın bütün xüsusiyyətlərini yaşadır. Ona yeni 
keyfiyyətlər  əlavə edir. Yığcamlıq, konkretlik, predmetin əsas 
əlamətlərini  əşya xarakterik xüsusiyyətərini saymaq – şairlər 
tapmacaların bu xüsusiyyətlərini yaşatmağa çalışırlar.  
Tapmacanın uşaq  ədəbiyyatına keçməsinin ikinci səbəbi 
odur ki, bu janr uşaqların mühakimə, diqqət və  təxəyyülünün 
inkişafına kömək edir, onları düşündürür. Böyük pedaqoq K. D. 
Uşinski tapmacalara xüsusi əhəmiyyət verərək yazırdı: “Mən 
tapmacalara əşyanın bədii təsvir lövhəsi kimi baxıram”. Pedaqoqlar 
da məktəbdə tapmacaların tədrisinə böyük əhəmiyyət verirlər. 
Professor A. Rıbnikova uşaqlara tapmaca verib onları 
düşündürməyi məqsədə uyğun hesab edir. Məhz bu xüsusiyyətlər 
tapmacanı  uşaq poeziyasında da bir janr kimi yaşadır. Lakin 
Azərbaycan uşaq  şeirinə keçən tapmacalar öz xüsusiyyətlərini 
saxlamaqla məhdudlaşmır, həm də yazılı  ədəbiyyatda onlar yeni 
keyfiyyətlər qazanırlar.  
Tapmacanın bir sıra xüsusiyyətləri uşaq şeirinə keçmiş, ona 
yeni məziyyətlər gətirmişdir. Bu xüsusiyyətlərdən bir neçəsini 
nəzərdən keçirmək faydalı olar. Tapmacada hər hansı bir əşyanın 
xarakterik cəhətləri sayılır, bu xüsusiyyətlərə görə onun cavabı 
axtarılır. Deməli, tapmacanı dinləyən adam hansı sualınsa cavabını 
axtarmalı, necə deyərlər, “baş  sındırmalıdır”. Bu proses cavab 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə