Zahid xəLİL



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə6/93
tarix16.11.2017
ölçüsü4,51 Kb.
#10426
1   2   3   4   5   6   7   8   9   ...   93

           _____________Milli Kitabxana________________ 
 
 
23
min mаnаt qоpаrıb  аldığı kitаb kiməsə  lаzımdırmı? Bu suаlın 
cаvаbı demək  оlаr ki, heç kəsi düşündürmür. Məktəblərə 
sinifdənkənаr  охu üçün lаzım  оlаn klаssik və müаsir  ədəbiyyаt, 
dünyаnın müхtəlif ölkələrində yаrаnаn gözəl bədii kitаblаr isə çаp 
оlunmur. 
Bəz bütün bunlаrın qаrşısını  аlmаq mümkündürmü? 
Mümkündür. Bizə elə  gəlir ki, uşаq  ədəbiyyаtının  əsl  охucusu 
məktəblərdədir. Deməli, bu kitаblаrın  аlıcısı  dа, istehsаlçısı  dа 
Təhsil Nаzirliyinin özü оlmаlıdır. Nаzirlik öz sistemində bu 
ədəbiyyаtın çаpı  və  sаtışı ilə  məşğul  оlаcаq bir şöbə  yаrаtmаlı, 
həmin sənətin bilicilərini bu işə  cəlb etməlidir. Dövlətin mаddi 
köməyi оlmаdаn belə, bu şöbə həm gözəl kitаblаr burахаr, həm də 
yаzıçılаrı kоnkret işə cəlb edə bilər. 
Biz  əminik ki, Аzərbаycаn uşаq  ədəbiyyаtı  Sаbir, Səhhət, 
Şаiq,  Ахundоv  ənənələrini yаşаtmаqlа, müаsir dünyаnın  ən gözəl 
əsərlərinin qаrşısındа duruş  gətirə biləcək gözəl  əsərləri hələ 
bundаn sоnrа yаrаdаcаqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
           _____________Milli Kitabxana________________ 
 
24
 
 
 
 
 
 
 
 
 
 
UŞAQ ƏDƏBİYYATİ VƏ FOLKLOR 
 
Dünya xalqlarının uşaq  ədəbiyyatının mənşəyi və kökləri 
onun müstəqil bir sənət sahəsinə çevrilməsi barədə  tədqiqatları 
birinci növbədə bu ədəbiyyatın həqiqi mahiyyətini başa düşməyə, 
inkişaf yolunu aydınlaşdırmağa kömək edir.  
Lakin hər bir xalqın həyat tərzi, psixologiyası  və milli 
xüsusiyyətlərinə uyğun folkloru olur. Uşaq  ədəbiyyatının 
folklordakı kökləri xalqın xarakteri ilə bağlı spesifik səciyyə daşısa 
da bir sıra qanunauyğunluqlar öz ümumiliyini saxlayır. Azərbaycan 
folklorundakı spesifik cəhətlərin ortaya çıxarılması, başqa sözlə bu 
xalqın uşaq  ədəbiyyatının mənşəyindəki özünəməxsusluğun 
araşdırılması onun inkişaf yolunun düzgün müəyyənləşdirilməsi 
üçün ilkin əsasdır.  
Uşaq ədəbiyyatının spesifik cəhətlərindən ən başlıcası onun 
yüksək fantaziyalara əsaslanmasıdır. Uşaq  ədəbiyyatında həyat 
reallığı ilə yanaşı, parlaq rənglərlə  əks edir, xəyalı qanadlandıran  
dinamik süjetlər vasitəsilə ideal qəhrəmanlıqdan, romantik bir 
aləmdən söhbət gedir. Xalqın yaratdığı laylalar və oxşamalar, 
tapmacalar və yanıltmaclar, nağıllar və dastanlar uşaq ədəbiyyatının 
mənşəyi rolunu oynayır. Uşaq ədəbiyyatı bu beşikdə pərvəriş tapır.  
Öz miflərində və eposlarında sadə bir dillə yüksək romantik 
hisslər və  əhvalatlar verən yunanları vaxtilə “normal uşaqlar” 
adlandırırdılar.  


           _____________Milli Kitabxana________________ 
 
 
25
Həmin xalqın incəsənətinin mənşəyi haqqındakı  aşağıdakı 
fikirləri maraqlı görünür: “Yunan incəsənətinin  əsası yunan 
mifologiyasıdır, yəni xalqın fantaziyasına,  şüursuz bədii surətdə 
işləmiş olan təbiət və ictimai formalardır” 
Azərbaycan xalqı  zəngin bir ədəbiyyat yaratmışdır. Bu 
ədəbiyyatda humanizm, qardaşlıq hissləri tərənnüm olunur, xalqın 
arzu və istəkləri, düşmənə nifrəti verilir. Bu ədəbiyyat xalqın həm 
tarixi, həm etnoqrafiyası, gələcək haqqında  şirin xəyalları  və 
apardığı mübarizələrin tarixçəsidir. Xalq əsrlər boyu uşaqlarını bu 
ədəbiyyatla tərbiyə etmiş, ona həyatının ağır və  məşəqqətli 
günlərindən nağıllar danışmış, sevincini, adət və  ənənələrini 
mahnılarına, bayatılarına hopdurmuşdur. 
Uşaq folklorunun xalqın taleyi ilə bağlılığı  məsələsi A. 
Nəbiyevin tədqiqatlarında maraqlı  şərhini tapır. “Azərbaycan 
folklorunun janrları”  əsərində müəllifin bu gün uşaq folkloruna 
çevrilmiş nəğmələrin yaranması ilə bağlı fikirləri orijinal görünür 
 
“Gün çıx, gün çıx, 
Kəhər atı min çıx.” 
İlkin təsəvvürə görə, günəş qırmızı rəngli kəhər ata minərsə, 
həm özünü tez yetirir, həm də bol istilik gətirir. Lakin burada başqa 
bir cəhət də var və bu tipli folklor nümunələrini uşaq ədəbiyyatına 
çevirən də odur. Burada obrazlılıq sadə  bənzətməyə  əsaslanır. 
Günəşin bir anda üfüqdə parlamağını xalq, onun kəhərə  minməsinə 
bənzədir. Yəni günəş ölüvay – ölüvay parlamasın, gur işıq saçsın və 
bir anda güngünorta yerinə qalxsın. Kəhər atı minmək günəşin 
sürətinə işarədir və A. Nəbiyevin kitabında bunlar elmi şəkildə izah 
olunur. 
Uşaq xalq ədəbiyyatı ilə beşikdə tanış olmağa başlayır. 
Sonra bu nəğmələr oxşamalarla, oyun sözləri, cırnatmalar və 
yanıltmaclarla  əvəz olunur. İlk vaxtlar yalnız “Lay – lay – lay” 
sözləri ilə başlayan nəğmələr sonra: 
 
Dəvə dabanı, 
           _____________Milli Kitabxana________________ 
 
26
Gəzər obanı, 
Altı ayağı, 
İki dabanı. 
(Bu tapmacanın cavabı tərəzidir) 
kimi metaforalara keçir. Həqiqi  ədəbiyyata xas olan sözaltı 
mənalar, obrazlar aləmi, ağıllı, müdrik atalar sözlərinə çevrilir. 
Demək, uşaq cəmi 7 – 8 yaşlarına qədər  ədəbiyyatın sirrləri ilə 
zəngin olan bir aləmə düşür və bu aləmin gözəlliyi onu heyran edir. 
Bəs bu aləmdə  uşaq nə  mənimsəyir,  ədəbiyyat onun hansı 
qabiliyyətinin inkişafına təsir edir? Bu suallara cavab vermək üçün 
ümumiyyətlə xalq uşaq nəğmələrinin poetikasını, ayrı – ayrı 
janrların xüsusiyyətlərini nəzərdən keçirmək lazımdır. 
Layla janrının ilk müəllifləri çox güman ki, analar özləridir. 
Uşaq çox körpə olanda layla onu yatırtmaq üçün oxunur. Sözləri də 
çox qısa olur 
Lakin uşaq bir neçə aylıq olandat sonra ana onun nəsə başa 
düşdüyünü yəqinləşdirir və laylasına mənası olan sözlər əlavə edir. 
Bu nəğmələrdə ananın böyük sevgisi ilə yanaşı  çəkdiyi  əziyyətlər 
də öz əksini tapır. Ana sanki uşağa başa salmaq istəyir ki, onun 
zəhməti ağırdır, buna görə  də anaya əziyyət vermək lazım deyil, 
vaxtında yatmaq gərəkdir ki, ana da yata bilsin.  
 
Laylay dedim yatasan, 
Qızıl gülə batasan. 
Qızıl gülün içində 
Şirin yuxu tapasan. 
Ana bu ilk nəğməsində körpəsinə demək istəyir ki, qızıl gül 
kimi təmiz ol, ləyaqətli ol, yəni insan ol, namuslu bir ömür sür! 
Teymur Elçin heyvanların da laylalarını yaradıb. Canavar 
laylasında deyir: 
 
Yat mənim küçük balam, 
Tez böyü kiçik balam. 
Qulaqların, gözlərin, 
Dişlərin iti olsun. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə