Zahid xəLİL



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə7/93
tarix16.11.2017
ölçüsü4,51 Kb.
#10426
1   2   3   4   5   6   7   8   9   10   ...   93

           _____________Milli Kitabxana________________ 
 
 
27
Quzunun əti olsun 
Yediyin 
Kimi görsən parçala, 
Böyü canavar bala. 
Deməli hər canlı laylasında uşağına öz tərbiyəsini aşılayır. 
İnsan körpəsinin qızılgül kimi təmiz olmağını istəyir, canavar 
balasına kimi görsə parçalamağı təlqin edir. Beləliklə layla janrının 
fəlsəfi məzmunu açılır. Şair sanki bu silsiləsi ilə bizə deyir ki, layla 
təkcə uşağı yatırtmaq, ya da ona xoşbəxtlik arzulamaq üçün deyil, 
ana bu  nəğmələrlə  uşağın qulağına böyük həyat həqiqətləri 
pıçıldayır. Onun gələcək tərbiyəsi üçün təməl qoyur. Ana uşağın ilk 
müəllimi olur. Bu müəllimin tərbiyə haqqındakı pedaqoji fikirləri 
laylaların dərin qatlarında gizənir. Ana başa düşür ki, onun tərbiyə 
etdiyi bu günkü uşaq sabah cəmiyyətin bir üzvü olacaq. Buna görə 
də laylalarda uşağın hərtərəfli inkişafına xüsusilə estetik zövqünə 
təsir edən fikirlər çoxdur. Uşaq həmin fikirləri hiss üzvləri ilə qəbul 
edir. Bir növ körpədə kortəbii estetik duyğular inkişaf edir. Bu 
tərbiyəvi fikirlər ana südü və laylalarla uşağın qanına keçir.  
Uşaq bir az böyüyəndən sonra laylalardan aldığı estetik hissi 
oxşamalar vasitəsi ilə inkişaf etdirir. 
Adından göründüyü kimi bu janrın  əsas məqsədi uşağı 
oxşamağa xidmət etməkdir. 
 
Balama qurban alçalar 
Balam nə vaxt əl çalar?! 
Ana  (nənə, baba, bibi)  uşağın böyüməsini,  əl çalmasını 
arzulayır. Amma bu arzularını da yalnız sözlərlə deyil, müəyyən 
ahəngə əsaslanan şeirlərlə ifadə edir.  
Azərbaycan folklorunda oxşama bəlkə  də  ən az yayılan 
poetik folklor janrıdır. Lakin bu janrın özü də müəyyən dərəcədə 
yazılı ədəbiyyata təsir edib.  
Azərbaycan Sovet dramaturgiyasının banisi C. Cabbarlı 
oxşamalardan obrazın xarakterini açmaq üçün istifadə edir, bu 
zaman həmçinin oxşamanın dərin qatlarında gizlənən məna üzə 
           _____________Milli Kitabxana________________ 
 
28
çıxır.  İlk baxışda oxşamanın misraları arasında məntiqi bağlılıq, 
məntiqi fikir davamı görünür. Uşağın nə vaxt iməkləməyini 
soruşmaq üçün bu sözə qafiyə olan inək sözündən istifadə olunur: 
 
Balama qurban inəklər, 
Balam nə vaxt iməklər? 
Misralar arasındakı  məntiqsizlik  (uşaq psixologiyasına 
uyğun məntiq – uşaq məntiqi, sadəlövh məntiq)  oxşamanın bədii 
ləyaqətinə çevrilir. Eynilə  uşağın danışığında  rast gəldiyimiz 
sadəlövh məntiq necə xoşumuza gəlirsə, misrasının biri dağdan, biri 
aradan gələn oxşama da qəlbimizə beləcə yol tapır. Müasirimiz 
Aləmzər Əlizadənin şeirlərinin birində təsvir olunur ki, nənə güclü 
yağış yağdığını görüb deyir: Elə yağır, tut ucundan, çıx göyə! Bu 
söhbəti eşidən uşaq ona öz sadəlövh məntiqi ilə belə cavab verir: 
 
Heç yağışdan 
Tutub göyə çıxmaq olar? 
Yağış kəsər, 
Adam yarı yolda qalar. 
Deməli, hər halda uşaq inanır ki, yağışdan tutub göyə 
çıxmaq olar. Pis orasıdır ki, birdən yağış  kəsər, adam yarı yolda 
qalar. Bax bu sadəlövh məntiq oxşamanın  əsasını  təşkil edir. Onu 
yaradan adam inanır ki, 
 
Balama qurban ilanlar
Balam nə vaxt dil anlar? 
misralarının arasında çox güclü məntiqi əlaqə var. 
Oxşamanın qafiyələri onu ifa edən nənə  (ana, ata, baba, 
bibi və s.) ilə  uşağın özünə oxşayır. Yaşca çox fərqli olan bu 
adamlar bir – biri ilə  həmqafiyədir. Onları bir – birinə bağlayan 
qohumluq  əlaqəsi və  uşağın bakirə gözəlliyidir. Lakin oxşamanın 
misraları kimi onların da nə yaşlarının, nə  də  məzmunlarının 
arasında heç bir  oxşarlıq yoxdur. Yazılı  ədəbiyyat oxşamaya tam 
biganə deyil.  


           _____________Milli Kitabxana________________ 
 
 
29
“Sevil” pyesinin mənfi qəhrəmanı Balaşın məzmunsuz 
həyatını açmaq, onun xalq adət - ənənələrindən uzaqlaşıb 
meşşanlaşdığını göstərmək üçün C. Cabbarlı oxşamadan istifadə 
edir. Balaşın atası Atakişi pyesinin əvvəllərində bir – iki  oxşama 
deyir. Burada oxşama xalq ədəbiyyatı nümunəsindən daha çox 
insanı öz keçmişinə    bağlayan, insanın insan olduğunu daim ona 
xatırladan bir hiss kimi verilir. Oxşamada valideyn sevinci, uşağa 
olan məhəbbət ilə yanaşı insanın keşmişinə bağlılığı gizlənib. 
Sadəlövh məzmuna və yumora əsaslanan oxşama qafiyə sistemi, 
ifadə ədası ilə seçilir. Layla uşağı yatırtmağa xidmət edirsə, oxşama 
onu oynatmaq, atıb -  tutmaq, əyləndirmək  üçündür.  
Laylada həyatından  şikayətlənən ana burada bütün 
şikayətləri unudur. Özünü dünyanın xoşbəxti sanır. Məzəli 
ifadələrlə həm uşağı güldürür, həm də özü fərəh hissi keçirir. 
Uşaq yeriyib yüyürərdən sonra müxtəlif oyunlar başlayır. 
Layla və oxşamanın uşaq qəlbində  təməlini qoyduğu estetik hiss 
yeni şeirlərlə - oyun sözləri ilə zənginləşir. 
Uşaq oyunlarının  əksəriyyəti  müəyyən  şeir ya da nəsr 
parçaları ilə müşayiət olunur. Uşaqların oyunu da onların təbiəti 
kimi mütəhərrikdir. Səssiz oyunlar azdır. Buna görə də oyun sözləri 
diqqəti cəlb edəcək dərəcədə çoxdur.  
Uşaqlar adətən oyundan əvvəl müəyyən  şeir parçaları ilə 
“yatanın” kim olduğunu müəyyənləşdirirlər. Oyun sözlərinin bir 
qrupu “Düzgü” adlanır.  
Bir iki 
Bizimki  
Üç, dörd, 
Qapını ört. 
Beş, altı, 
Daşaltı  
Yeddi, səkkiz, 
Firəngiz. 
Doqquz, on, 
Qırmızı don. 
           _____________Milli Kitabxana________________ 
 
30
Rəqəmlərin ardıcıllığına riayət olunduğu üçün  bu janr 
“düzgü” adlanır. Lakin düzgülərin çoxunda rəqəm olmur. Uşaqlar 
“yatağanın” kim olduğunu müəyyənləşdirərkən ardıcıllığa riayət 
etdiklərinə görə “düzgü” (düzülmək  mənasında) öz məzmununu 
yenə də saxlayır. 
Diqqətlə fikir versək görərik ki, düzgülərdə xüsusi bir ritm 
var. Bəzən misralar arasında məntiqi  əlaqə, fikir bağlılığı olmur, 
amma ritm hökmən olur. Oyun sözlərini uşaqların özləri 
uydurduqları üçün özləri də yaşadırlar. Bu şeir parçalarının 
yayılmasının  əsas səbəbi onun ritmidir. Bu cəhət bizim 
poeziyamızın nitqini cəlb edir.  
 
Nənənin evində 
Kəbə var. 
Kəbənin üstündə 
Dəvə var. 
Dəvənin belində 
təpə var. 
Təpənin üstündə 
nəvə var. 
Dəvənin yunundan 
toxunur gəbələr, 
Gəbələr üstündən 
boylanır dəvələr, 
dəvələr belində 
dayanıb təpələr. 
Təpələr üstündə 
Oynaşır nəvələr. 
Bu  şeirdəki predmetlərin müəyyən qayda ilə  təqdim 
olunması “düzgü” janrının yazılı poeziyamıza gələn  əlamətidir. 
Müasir  şair uşaq  ədəbiyyatının mənşəyindəki sənətkarlıqdan 
məharətlə bəhrələnmişdir.  
Oyun sözləri “Uşaq nəğmələri” adı altında çox geniş 
yayılıb. Onun oynaq, şən və hazırcavab təbiətindən  şairlər 
məharətlə istifadə edib yeni əsərlər yaradırlar.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə