Zahid xəLİL



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə15/93
tarix16.11.2017
ölçüsü4,51 Kb.
#10426
1   ...   11   12   13   14   15   16   17   18   ...   93

           _____________Milli Kitabxana________________ 
 
 
59
Ana arzu edir ki, uşaq yatanda qızılgülə batsın. Çünki qızıl 
gül  ətirlidir, təmizdir, bütün çirkablardan uzaqdır. Bu sözlər sadə 
görünsə də böyük gücə malikdir. Uşağı cəmiyyətin təmiz, ləyaqətli 
bir üzvü kimi böyütmək arzusundan doğur.  
Uşaq  ədəbiyyatının başlanğıcı olan layla balacalar üçün 
yaranan söz xəzinəsinin mühüm qaynağıdır. Bu qaynaqdan 
bəhrələnən Azərbaycan  şairləri bir sıra maraqlı nümunələr 
yaratmışlar. Məsələn, Mirvarid Dilbazinin laylalarında bədii sözün 
imkanları genişlənir.  Şair öz nəğməsində oxucusuna əlavə 
məlumatlar verir, onun duyğusuna, düşüncəsinə estetik və    əqli 
tərbiyəsinə təsir göstərən lövhələr yaradır. Məsələn:  
 
Yat ömrümün çiçəyi 
Gecə keçdi, ay batdı. 
Sən hələ də oyaqsan 
Laylam sübhü oyatdı. 
Yat canım, gözüm layla 
Qurbanın özüm layla. 
Şair uşaqla ciddi söhbət edir. Yalnız anaların duya bildiyi 
ziddiyətlərdən bəhs edir. İlk baxışda bu şeirdə  bəhs olunan 
ziddiyyət nəzərə çarpmır. Çünki ziddiyyətli fikirlər adətən antonim 
sözlərlə ifadə olunur. Burada isə ziddiyyət omonim sözlərlə təsdiq 
olunmuşdur.  
Sən hələ də oyaqsan
Laylam sübhü oyatdı. 
Şair demək istəyir ki, sən yatmalı olduğun halda oyaqsan. 
Əgər uşaq sübh çağı yuxudan oyansaydı burada heç bir qeyri 
normallıq yox idi. Əgər uşaq hələ oyaq ikən ananın laylası sübhü 
oyadırsa bu kontrastdır. Bu cür lövhəni yaradan şair isə laylaların 
verdiyi poetik imkanlardan səmərəli istifadə etmişdir.  
Mədinə Gülgün isə öz “Layla” şeirində xoş  həyatımızı, 
körpələrin xoşbəxtliyini tərənnüm edir. 
 
Yatağım isti, yumşaq, 
           _____________Milli Kitabxana________________ 
 
60
Ehtiyac səndən uzaq 
Təkcə anandır oyaq 
Sənindir yuxusu da 
Ən şirin arzusu da. 
Arxam, pənahım laylay 
Mənim sabahım laylay. 
Şair Teymur Elçinin “Analar və laylalar” əsərində  uşaq 
poeziyasındakı laylay janrı özünün daha yeni bir mərhələsinə gəlib 
çatmışdır. Teymur Elçin laylalarla nağılların sintezindən istifadə 
edərək həm balaca oxucuların maraq dairəsinə  təsir göstərir, həm 
də onların biliklərinə daha yeni şeylər  əlavə edir. Bir silsilə  təşkil 
edən bu şeirlərin birincisi uşaqlara laylalar haqqında ümumi 
məlumat verir. 
 
Gecələri oyaq qalır 
Layla çalır 
Analar. 
Bundan sonra şair turacın, delfinin, qurbağanın, canavarın, 
kirpinin və insanın laylasından bəhs edir. Müəllif hər bir heyvanın 
laylasından bəhs etmədən  əvvəl həmin heyvanın xarakterik 
cəhətləri, xasiyyətləri haqqında oxucuya məlumat verir, bu 
məlumat kiçik bir süjetdən doğur və hadisə tamamlandıqdan sonra 
heyvan öz laylasını oxuyur. Bu nəğmənin əsasını onun öz balasına 
tövsiyyəsi təşkil edir: 
 
Yat mənim küçük balam, 
Tez böyü kiçik balam. 
Qulaqların, gözlərin 
Dişlərin iti olsun 
Quzunun əti olsun 
Yediyin. 
Kimi görsən parçala 
Böyü canavar bala 
Parçala, parçala, parçala 
Uu – uu 


           _____________Milli Kitabxana________________ 
 
 
61
Uu – uu... 
Göründüyü kimi bu silsilə  şeirlərdə layla yalnız formadır, 
xalq ədəbiyyatından uşaq şeirinə keçən şəkildir. Bu əsərlərində şair 
kiçik oxucusuna ziddiyətlər haqqında ilkin məlumat verir. Bu 
xüsusiyyət göstərir ki, layla janrı Azərbaycan uşaq  şeirində xeyli 
inkişaf etmişdir.  
Ümumiyyətlə folklorun şəkli xüsusiyyətləri Azərbaycan 
uşaq  şeirinin formasının ilkin əsası olmuş  və bu əsas üzərində 
inkişaf etmişdir.  
Kimdən soruşsan ki, uşaq nə vaxtdan danışmağa başlayır? 
Yəqin ki, belə cavab verəcək, gərək uşağın ən azı bir yaşı olsun ki, 
yavaş–yavaş sözlər desin. Səhviniz var! Uşaq dünyaya gəldiyi ilk 
dəqiqədən danışmağa başlayır. Yadınıza salın, uşaq doğulan kimi 
qışqırır: İnqaaa. Hələ aydın nitq ilə heç bir əlaqəsi olmayan səslər 
çıxarır: Qığğğ, bığğğ, dığğğ... Bu səslər daha çox təbiəti yamsılayır. 
Quş ciggiltəsinə, bulaq səsinə, külək zümzüməsinə  bənzəyir. Siz 
ətrafda söhbət edirsiniz. Elə fikirləşirsiniz ki, beşikdə uyuyan 
körpənin heç nədən xəbəri yoxdur. O, heç nə başa düşmür. 
Yanılırsınız. Uşaq bir neçə aylıq olanda sait və samit səslərinə 
bənzəyən səslər çıxarır. Deməli o, ətrafındakı danışıqları dinləyir, 
özü üçün həmin səslərin intonasiyasını müəyyənləşdirir. 8–9 
aylığında səslərin təqlidinə başlayır. Deməli körpənin yanında 
danışanda, ona laylalar deyəndə sözləri düzgün tələffüz etmək 
lazımdır. Uşaq danışmağa başlayanda ən asan sözləri demək istəyir. 
O, bəzi səslərin yerini səhv sala bilər. Məsələn, ən çox işlənən qənd 
sözünü danq kimi deyə bilər. O, “cücə”yə “cücü” deyə bilər. Uşaq 
əsasən birhecalı sözləri xüsusilə ana, baba, ata sözünü daha tez 
deyir. Çünki, bu sözləri gündə bir neçə  dəfə  eşidir. Deməli, artıq 
bizim kimi danışmaq istəyir, ona kömək etmək lazımdır.  
Əvvəlcə uşağa onu əhatə edən əşyaların adını təkrarlatmaq 
olar.  Əlbəttə bunu zorakı bir üsulla deyil, müəyyən üsulla etmək 
lazımdır. Məsələn, qaşığı əlinə götürüb guya heç uşağı görmürsən, 
sadəcə bu mətbəx alətini  əzizləyirsən: “Qaşıq! Sən nə gözəl 
qaşıqsan, ay qaşıq” deyirsiniz. Uşağı əhatə edən əşyaların adlarını 
           _____________Milli Kitabxana________________ 
 
62
beləcə  əzizləmək yolu ilə körpəyə öyrətmək olar. Uşağın təkcə 
yemək – içmək, yataq alətləri deyil, onların özlərini əzizləyən şeir 
parçaları da var. Həmin parçalar uşaqların nitqinə xüsusi təsir 
göstərir. Belə janrlar nazlama və ya oxşama adlanır. Bu janr uşağın 
ailəyə gətirdiyi səadəti tərənnüm edir. Nazlamalarda ananın arzuları 
üstünlük təşkil edir. Uşaq bu səslərdən xoş bir aura ilə əhatə olunur. 
Bu şeirlərdə uşağın sevinci belə ifadə olunur.  
 
Ağ əllər, ağ biləklər 
Bağçada qal, küləklər 
Eşitsə ata gəlir, 
Gah gedər, gah iməklər. 
Oxşamalar eynən uşağın özünə  bənzəyir. Uşaq bir qədər 
böyümüşdür. Divardan, ev əşyalarından tuta – tuta yeriyir, yıxılır,  
bir də ayağa durur. Onun hərəkətlərində  hələ ciddilik yoxdur. 
Addımlarını qeyri dəqiq atır, hara getdiyini bilmir. Valideynin 
uşağa oxşaması üçün dediyi şeir parçaları da belədir.  
 
Balama qurban inəklər, 
Balam nə vaxt iməklər?! 
 
Balama qurban ilanlar, 
Balam haçan dil anlar?! 
 
Balama qurban sərçələr 
Balam nə vaxt dirçələr?! 
 
Balama qurban ağ atlar 
Balam nə vaxt çay adlar?! 
 
Balama qurban meyvələr 
Balam haçan evlənər?! 
 
Balama qurban daylaqlar 
Balam nə vaxt oynaqlar?! 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə