Zahid xəLİL



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə13/93
tarix16.11.2017
ölçüsü4,51 Kb.
#10426
1   ...   9   10   11   12   13   14   15   16   ...   93

           _____________Milli Kitabxana________________ 
 
 
51
gözü su içmir. Başa düşür ki, bunlar qarətçi Teymurləngin 
dəstəsidir. Teymur ona yaxınlaşıb soruşur: 
- Ey uşaq, sizin bu kəndin böyükləri kimlərdir? 
Uşaq deyir: 
- Əkizlər! 
- Yox, elə demirəm, kəndə bir qonaq gələndə onları kim 
qarşılayır? 
- İtlər! 
Teymurləng başa düşür ki, uşaq onu dolayır. Qılıncını 
çıxarıb deyir: 
- Nə çapardım! 
Uşaq əhvalını pozmayıb deyir: 
- Çap ki, yoldaşlarından geri qalmayasan.  
Son cümlə iki mənalıdır. Birinci mənası budur ki, guya uşaq 
qonağın at çapmasını deyir. Yəni atını çap ki, yoldaşlarına çatasan. 
Amma bu cümlənin ikinci, daha dərin mənası var, yəni məni 
qılıncınla çap ki, özün kimi qaniçən, zülmkar adamlara oxşayasan, 
qantökmək içində geri qalmayasan. 
Molla Nəsrəddin lətifələri bu cür ikiqat mənaya əsaslandığı 
üçün  əsrlərin sınağından çıxıb bu gün də  uşaqların üzünə 
təbəssümlə gülümsəyir. Bu lətifələrin Azərbaycanda neçə dəfə nəşr 
olunduğunu söyləmək çətindir. Amma bir həqiqəti demək çox 
asandır ki, kitab çapdan çıxan kimi evlərə axır və  hər bir 
məktəblinin, təqaüdçünün, fəhlənin stolüstü kitabı olur.  
Azərbaycanda Bəhlul Danəndənin adı ilə  də xeyli lətifə 
yayılmışdır. Lakin bu lətifələrdə yumordan çox, ağıl və müdrik 
kəlam var. Bəhlul Danəndə lətifələri də maraqla oxunur.  
Molla Nəsrəddin lətifələrinin dərin yumoru XX əsr uşaq 
ədəbiyyatımız üçün tükənməz mövzu mənbəyi olmuşdur. M. 
Sabirin “Molla Nəsrəddinin yorğanı”, “Yalançı çoban” əsərlərinin 
mövzusu məhz bu xalq lətifələrindən götürülmüşdür.  
Müasir dramaturqumuz Y. Əzimzadə Molla Nəsrəddin 
lətifələrinin motivləri  əsasında uşaqlar üçün “Nəsrəddin” 
komediyasını yazmışdır.  
           _____________Milli Kitabxana________________ 
 
52
Uşaq  ədəbiyyatı folklorun təkcə  məzmununu mənimsəyir, 
onun formasını, qəlibini özününkü edir. Çünki folklorun ruhunda 
uşaq anlayışına və qavrayışına yaxın cəhətlər çoxdur. Buna görə də 
folklor ədəbiyyatını (dini mahiyyətli miflərdən, qorxulu nağıllardan 
başqa) bütövlükdə  uşaqlara vermək olar. Uşaq  ədəbiyyatı 
yaranmayan xalqlarda folklor həmin rolu oynayır.  
 
 
 
1988 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


           _____________Milli Kitabxana________________ 
 
 
53
KİÇİK FOLKLOR NÜMUNƏLƏRİ VƏ UŞAQ 
TƏRBİYƏSİ      PROBLEMLƏRİ 
 
Ailənizdə xoşbəxt günlər başlayıb. Uşağınız doğulub. Allah 
ona hərtərəfli inkişaf etmək qabiliyyəti verib. Əgər siz ona kömək 
etsəniz o, həm ağıllı  və  əxlaqlı, həm də fiziki cəhətcə güclü bir 
insan kimi böyüyə bilər. Amma onun tərbiyəsini başlı – başına 
buraxsanız başqalarının təsiri altında formalaşar. Onda heç kəs 
zəmanət verə bilməz ki, bu gün ailənizin xoşbəxtliyi olan uşaq 
sabah sizin həyatınıza nələr gətirəcək. Körpənizin tərbiyəsini 
əlinizdə möhkəm saxlayın. Elə edin ki, bu günlərin səadəti 
həmişəlik olsun. O, sağlam, ağıllı  və hamının bəyəndiyi insana 
çevrilsin. Uşaq tərbiyəsi ailə adlanan kiçik bir cəmiyyətin  ən 
başlıca vəzifəsidir.  
Körpə ana bətnindən dünyaya gələn kimi ciyərləri hava ilə 
dolur və o qəribə bir səs çıxarır: İnqaaa. Çoxu onu ağlamaq hesab 
edir. Bəlkə də bu belədir. Lakin o səs daha çox uşağın sevincinin 
ifadəsinə oxşayır. Körpə qaranlıq bir dünyadan işıqlı aləmə  gəlib. 
O, daha anasının nəfəsi ilə  tənəffüs etməyəcək, onun yeməyinə 
şərik çıxmayacaq. O, artıq çox şeydən azaddır. O azadlıq və 
müstəqillik onu həyacana gətirir. Onun çıxardığı sevinc səslərinin 
sait və samitləri qalın və incələri anlaşılmır. O, sadəcə olaraq 
çığırır. Bu, təxminən düşmən mühasirəsini yarıb azadlığa çıxan 
əsgərlərin  şən qışqırtılarına bənzəyir: “Urraa” bu söz kimi “İnqa” 
nın da heç bir mənası yoxdur. Sadəcə olaraq sevinc qışqırığıdır. 
Ana bətnindən salamat çıxan körpənin qələbə himnidir. Bu quş 
cikkiltisinə, quzu mələməsinə  də  bənzəyir. O, gələcək insanın 
ətrafındakılara demək istədiyi ilk sözdür.  
 
Bəlkə də siz mənim sözlərimi bir şair fantaziyası hesab edib 
deyəcəksiniz: Uşaq bu dünyaya gəldiyini haradan başa düşür? Axı 
o, hələ heç nə anlamır! 
Məni qınamağa tələsməyin. Tibb elmi çoxdan kəşf edib ki, 
uşaq bətndə 4 – 5 aylıq olanda ananın keçirdiyi hislərlə yaşayır, 
           _____________Milli Kitabxana________________ 
 
54
duyğularına şərik çıxır, sevincinə sevinir, kədərinə kədərlənir. Əgər 
gələcək uşağınızın sağlam doğulmasını istəyirsinizsə, onda balacanı 
bətnində  gəzdirən anaya qayğı göstərin. Onu kədərlənməyə 
qoymayın, uşağınız onun bətnində sıxılar, hələ doğulmamış xəstəlik 
tapar. Yadda saxlayın ki, anadangəlmə xəstəliklər müalicə olunmur. 
Bunu da mən yox, tibb elmi kəşf edib.  
Hamilə qadına ən ləziz yeməklər verin, təmiz havaya, gözəl 
məclislərə aparın. Onun nazını  nə  qədər çəksəniz,  əvəzində 
uşağınız da sağlam və gözəl doğulacaqdır. Sizin uşağınız “İnqa” 
deyə sevinc səsləri çıxararaq bu dünyaya gəldi. İndi elə etməlisiniz 
ki, onun sevinci əbədi olsun. Siz onun xoşbəxtliyini təmin etməyə 
borclusunuz. Soruşursunuz ki, “Bunu necə edək? Neyləyək ki, 
uşağımız xoşbəxt olsun?”  Bir halda ki, söhbət gəlib bu suala 
dirəndi, onda gəlin məsələni yavaş–yavaş aydınlaşdıraq.  
Demək uşağınızı  tərbiyə etməyi qərara almısınız. Bu, çox 
mühüm addımdır. Qeyri millətlərdən türk xalqlarını  fərqləndirən 
əsas cəhətlərdən biri budur ki, biz uşaqlarımızın xoşbəxtliyini 
özümüzünkü hesab edirik. Özümüzü dünya nemətlərindən məhrum 
etsək belə, uşağımıza hər şeyin yaxşısını vermək istəyirik.  
Bəs uşağı necə  tərbiyə edək? Uşaq tərbiyəsinin üç əsas 
cəhəti var: fiziki, intellekt və  mənəvi tərbiyə. Siz bu üç tərbiyəni 
paralel aparmalısınız. Uşağın fiziki tərbiyəsinə nail olmaq üçün 
idmana, intellektə təsir etmək üçün ağıllı oyunlara, idraka təsir edən 
məşğələlərə diqqət edə bilərsiniz. Bizim söhbətimiz mənəvi tərbiyə 
haqqındadır.  
Mənəvi tərbiyə! İnsanın iç dünyasının zənginləşməsi! İnsan 
daxilən gözəlləşəndə onun cəmiyyətdəki yeri də diqqətəlayiq olur. 
Unutmayaq ki, tərbiyə kompleksi bərabər aparmaq lazımdır. 
Körpənizin uşaqlıq yuxusundan tez ayılmasına tələsməyin.  
- Odu bax, filankəsin uşağı artıq evə pul gətirir–deyə 
qeybətcillərin sözü sizə təsir etməsin. Tez ayılan tez pozulur. Təbiət 
qışdan yaya və yaxud yaydan birbaşa qışa keçsə mizan pozular. 
Uşağın öz dünyasından ayılmaq vaxtı 16–17 yaşına qədər uzana 
bilər. Belə  uşaqlar yuxudan ayılan kimi o birilərdən daha ağıllı 
olacaq. Buna əmin ola bilərsiniz.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə