Zahid xəLİL



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə12/93
tarix16.11.2017
ölçüsü4,51 Kb.
#10426
1   ...   8   9   10   11   12   13   14   15   ...   93

           _____________Milli Kitabxana________________ 
 
 
47
da  əfsanədir. Buna görə  də xalq bir sır tarixi hadisələrin  əsil 
mahiyyətini tam bilmədiyi halda onun əsas istiqamətini hiss etmiş 
və müəyyən tarixi hadisələr və  şəxsiyyətlər haqqında  əfsanələr 
yaratmışdır.  
Dünya ağalığı niyyətinə düşən Makedoniyalı  İskəndər 
haqqında Azərbaycan dilində  bir neçə  əfsanə var. Bunlardan 
birinin məzmunu budur ki, İskəndərin buynuzu varmış. Bu barədə 
o, heç kəsə bir söz demirmiş. Təkcə onun dəlləyi bu sirri bilirmiş. 
Bir gün dəllək bu sirri ürəyində saxlaya bilmir, onu dərin bir 
quyuya söyləyir. Quyunun suyundan qamışlar bitir. Həmin 
qamışdan bir çoban tütək düzəldib çalanda görür ki, tütək deyir: 
İsgəndərin buynuzu var buynuzu 
Sonra bu sirr didən – dilə düşür, onu hamı bilir. 
Azərbaycanda hiyləgər, başqasına tor qurub ev yıxmaqla 
məşğul olan adamlar haqqında deyirlər: Filankəsin qarnında 
buynuzu var. Xalqın məcazi  şəkildə  işlətdiyi bu buynuzun 
İsgəndərin başında bitməsinin səbəbi də  yəqin ki, bu fatehin 
adamlara qan uddurmasıdır. Maraqlı burasıdır ki, Azərbaycanın 
Şirvan zonasında, xüsusilə  Şamaxıda bir neçə  dəfə güclü zəlzələ 
olub. Ara – sıra indi də kiçik təkanlar olur. Xalq bu zəlzələnin 
səbəbini İskəndərin həmin buynuzu ilə əlaqələndirir. Guya İskəndər 
o zaman Azərbaycana gələndə qəhrəman bir qız onunla güləşir və 
başından dəbilqəsini vurub salır. Məlum olur ki, İskəndərin daz 
başının ortasında bir buynuz var. Qız onu tutub necə dartdısa 
buynuz qırılır.  İskəndərin də bütün gücü bu buynuzda imiş. O, 
məğlub olub vətəninə qayıdır. Amma adamların yadından çıxıb 
buynuzun qırığı torpağın altında qalır. Deyirlər ki, Şamaxı 
zəlzələlərinin yaradan həmin o buynuzun qırığıdır.  
Azərbaycan 
əfsanələrinin müəyyən qismi quşlar 
haqqındadır. Bu əfsanələr uşaqlar üçün xüsusilə maraqlıdır. 
Şanapipiyin başında niyə  kəkili var? Bayquşlar nə üçün daha çox 
xərabəlik sevir? 
Təxminən buna bənzər suallara Azərbaycan  əfsanələrində 
cavab tapmaq mümkündür.  
           _____________Milli Kitabxana________________ 
 
48
Şanapipik haqqında əfsanədə deyilir ki, Yusif və Nəsib adlı 
iki qardaş, onların da bir bacısı varmış. Bir gün qardaşlar ova gedir, 
bacılarına da tapşırırlar ki, yemək hazırlasın. Bacı çox gözləyir, 
amma qardaşlar gəlib çıxmır. Onda qız allaha yalvarır ki, onu quşa 
çevirsin, gedib qardaşlarını tapsın. Guya allah onu doğrudan da 
quşa çevirir. O, havaya qalxıb qardaşlarını axtarır. Təsadüfən quşa 
çevriləndə onun başında darağı varmış. Daraq kəkilə  çevrilir. Quş 
tez – tez bup – bup deyir. Bu o deməkdir ki, Yu – sif, Nə - sib, gəl, 
tap! 
Əfsanələrin bir qrupu yer, qalalar, dağlar, qayalar barədədir. 
Əlbəttə bu əfsanələr təkcə uşaq ədəbiyyatı üçün yox, toponimiya ilə 
məşğul olan alimlər üçün də maraqlı ola bilər.  
Uşaqlara tarixi şəxsiyyətləri sevdirmək işində də əfsanələrin 
rolu böyükdür. Cavanşir, Babək, Cavidan, Qatır Məmməd haqqında 
bir sıra  əfsanələr var ki, onlarsız Azərbaycan uşaq  ədəbiyyatını 
təsəvvür etmək mümkün deyil. 
Uşaq  ədəbiyyatı  tədqiqatçıları belə bir mühüm cəhəti ön 
plana çəkirlər ki, bu sənəti yumorsuz təsəvvür etmək mümkün 
deyil. Çünki, yumor uşağı  cəlb edir. Ən ciddi mətləbləri zarafat 
yoluyla oxucuya təqdim etmək mümkündür və  zəruridir. Uşaq 
gərək tərbiyə olunduğunu duymasın. Buna görə  də  ən ciddi 
məsələləri zarafat tərzi ilə demək lazım gəlir. Bu sahədə  lətifə 
janrının ənənələri uşaq ədəbiyyatı üçün ən yaxşı amil olur.  
“Molla Nəsirəddin” lətifələri Azərbaycan uşaq  ədəbiyyatı 
üçün ən yaxşı mənşə rolunu oynayır. Molla Nəsirəddin adı ilə bağlı 
olan və az qala bütün dünyada məşhurlaşan lətifələrin əsasını gülüş, 
satira və sarkazm təşkil edir. Bu lətifələrin Azərbaycan uşaqları 
arasında geniş yayılmasının birinci səbəbi onun yumoristik 
təbiətidirsə, ikinci səbəbi həmin lətifələrdə kəskin zəkanın, yüksək 
ağlın, həm də  tərbiyəvi  əhvalatların olmasıdır. Lətifələrin baş 
qəhrəmanı Molla Nəsrəddin uşaq qədər sadəlövh, alim qədər bilici, 
qəhrəman qədər cəsarətlidir. Bəzən onun hərəkətlərindəki 
sadəlövhlük gülüş  hədəfi olur ki, bunun da tərbiyə  işində böyük 
əhəmiyyəti var. Styopa dayını rus və dünya uşaqları ilə onun 


           _____________Milli Kitabxana________________ 
 
 
49
sadəlövhlüyünə görə sevirmi? Əslində Molla Nəsrəddin obrazı xalq 
tərəfindən uşaqlar üçün yaranmış hərtərəfli dolğun bir surətdir.  
Nəsrəddin bütün xalqlarda, lakin müxtəlif adlarda tanınır. 
Xacə  Nəsrəddin, Xoca Nəsrəddin, Molla, Xacə kimi tanınan bu 
adamın tarixi şəxsiyyət olması haqqında maraqlı mülahizələr var. 
Alimlər belə təxmin edirlər ki, bu adam Xİİİ əsrdə yaşamışdır. Bir  
qrup alimlər isə daha cəsarətli mülahizələr irəli sürərək onun 
görkəmli Azərbaycan  şairi və alimi Xacə  Nəsrəddin Tusi olduğu 
gümanına gəlirlər.  
Molla Nəsrəddin lətifələri dövrün ictimai eyiblərini 
cəsarətlə açır, mollaların, qazıların iç üzünü xalqa göstərə bilir. Bu 
lətifələrin gözəlliyi orasındadır ki, onlarda artıq, lüzumsuz 
əhvalatlar yoxdur. Şəhərin tükü” lətifəsində oxuyuruq: 
«Deyirlər ki, Molla birinci dəfə  kənddən  şəhərə  gələndə 
başına çox qəribə  əhvalatlar gəlir. Bu əhvalatlardan biri də belə 
olur.  
Molla  şəhərin qalalarını, bürclərin görüb heyran – heyran 
baxırmış. Bunu görən məmurlardan biri onu ələ salmaq  istəyir, 
yaxınlaşıb ondan soruşur: 
- Nə olub a kişi? Dəvə nalbəndə baxan kimi nə gözünü 
zilləyib baxırsan? 
Molla deyir: 
- Vallah mən kənd adamıyam,  şəhərə birinci dəfədir ki, 
gəlirəm. Baxıram ki, evlər, küçələr, bağlar, dükanlar hər  şey var. 
Özləri də çox gözəldir. Amma bax, şəhərin o yan – bu yanında  
göyə dikələn bu şeylər nədir, başa düşə bilmirəm. 
Məmur yaxındakı bürclərdən birini göstərib deyir: 
- Niyə başa düşmürsən? Bunlar bizim şəhərin başının 
tükləridir belə dik – dik durublar. 
Molla başa düşür ki, məmur onu ələ salır. Bir ona baxır, bir 
də dönüb bürcə baxır. Elə bu zaman şəhər hakimi beş – on adamla 
bürcün üstünə çıxıb ətrafa baxmağa başlayır. Molla məmura deyir: 
-  Şəhərinizə sözüm yoxdur. Amma belə ki, mən görürəm, 
deyəsən, şəhərinizin başını təmiz saxlamırsınız.  
           _____________Milli Kitabxana________________ 
 
50
Məmur soruşur: 
- Niyə? 
Molla həkimgili göstərib deyir: 
- Bir bax, bir tükün üstünə neçə bit dırmaşıb”. 
Məmurun üzünə qarşı onun və böyüyünün bit olduğunu 
söyləmək kiçik cəsarət deyil. Lakin Molla bunu öz 
sadəlövhlüyünün pərdəsi altında dediyi üçün heç bir cəza almır. 
Maraqlıdır ki, bütün lətifələrdə Molla Nəsrəddin ifaçıdır, 
hətta Temurləngin, müxtəlif  şahların qaniçən olduğunu, onların 
ədalətsizliyini üzlərinə eyir, amma cəzalanmır. Çünki onun bu ciddi 
ittihamları yumor örtüyünə büküldüyü üçün qəhrəman təhlükəsiz 
qalır. 
Molla Nəsrəddin lətifələrində dövrün yalançı  və ikiüzlü 
məhkəmələri, din xadimləri, hətta o dövr üçün toxunulmaz sayılan 
din qanunları ifşa olunur. İslam dininin geniş hökmranlıq etdiyi bir 
zamanda bu cür ifşaçı olmaq həqiqi inqilabçılığa bərabərdir.  
Mollanın qazılara, onların məhkəmələrinə münasibəti 
maraqlıdır. Məhkəmə xadimləri çox zaman Mollanı dolaşdırıb 
məhkəməyə çağırırlar ki, onu azacıq da olsa cərimələsinlər. Heç 
olmazsa xalq içindəki hörmətinə xələl gətirən bir iş görsünlər. Belə 
hallarda Mollanın yumor maşını daha dəqiq işləyir. Söz döyüşündə 
o qazıları pis vəziyyətə salır, onların çirkin simasını ifşa edir. Bəzən 
Mollanı  məhkəmələrə çağırırlar ki, ondan kömək alsınlar. Qazılar 
bunu çətin anlarda edirlər. Belə vaxtlarda Molla məsələni xalqın 
xeyrinə  həll edir. Əlbəttə ki, yumor hissini bir an belə yaddan 
çıxartmamaq şərtilə. 
Molla Nəsrəddin yumoru 700 ildən artıqdır ki, bütün şərqi 
dolanır. Xalq ona yeni əlavələr edir. 
Molla Nəsrəddin lətifələrində  tərbiyə  məsələlərinə  həsr 
olunmuşlar da az deyil. Uşağı qabaqcadan şillə ilə vurub sonra iş 
dalınca göndərən valideynlər, onların tərbiyə üsulu ciddi tənqid 
olunur. Molla uşaqların dili ilə dövrün ictimai eyblərini ifşa edir. 
Guya Molla hələ balaca uşaq imiş, meşədə odun yığırmış. Bir də 
görür ki, bir dəstə atlı  kəndə  gəlir. Diqqətlə baxanda bu atlıların 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə