Zahid xəLİL



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə11/93
tarix16.11.2017
ölçüsü4,51 Kb.
#10426
1   ...   7   8   9   10   11   12   13   14   ...   93

           _____________Milli Kitabxana________________ 
 
 
43
azlığı, təcrübəsizliyi, lakin böyük arzuları bu nağılları fantastik 
etmişdir. Xalq çətinə düşən qəhrəmanını ordan çıxartmaq üçün  
yollar tapa bilmədiyinə görə  əfsanəvi qüvvələri köməyə çağırır. 
“Məlikməmməd”, “Qaraquş”, “Şəms və  Qəmər”, “Şahzadə 
Mütalib”, “Sehirli üzük” kimi nağıllarda sehr, cadu, əfsun, əfsanəvi 
köməkçilər qəhrəmanların dadına çatır.  
Xalqın məqsədi xeyrin şər,  ədalətin haqsızlıq üzərindəki 
qələbəsini göstərməkdir. Bunun üçün Simurq quşları, göyərçinlər, 
uçan xalçalar, sehirli üzüklər uydurulur.  Bu əfsanəvi qüvvələr 
yuxarıda adını  çəkdiyimiz “Avesta” da Hörmüzdün köməkçiləri
Əhrimanın köməkçiləri,  Əhrimanın köməkçiləri olan divlərlə, 
əjdahalarla  döyüşdə qalib gəlir, əsas qəhrəmana qələbə qazandırır.  
Sehirli nağıllarda səma cisimləri haqqında xalqın ibtidai 
təsəvvürləri də əks olunur.  
XX  əsrin  əvvəllərində  uşaq nağıllarından istifadə az qala 
ədəbi moda halına düşmüşdü. S. M. Qənizadə “Tülkü və Çaqçaq 
bəy”  əsərində “Tülkü və  dəyirmançı  Xəlil” nağılının süjetindən 
istifadə etmişdir. (Bu əsərlə Ş. Perronun “Çəkməli pişik” nağılının 
süjeti təxminən eynidir.) M. Müşfiq “Kəndli və ilan” poemasında 
isə folklordan daha yaradıcı istifadə etmişdir. 
Xalq nağıllarında deyilir ki, Çolpan adlı kəndli hər gün bir 
ilana süd verir. İlan da əvəzində  kəndliyə bir qızıl bağışlayır. 
Günlərin birində kəndlinin oğlu ilanı öldürüb bütün xəzinəyə sahib 
olmaq istəyir.  İlana hücum edib yalnız onun quyruğunu yaralaya 
bilir. İlan daha çevik tərpənib oğlanı öldürür. Səhərisi kəndli ilana 
deyir ki, sənin ürəyindən quyruq yarası, mənimkindən oğul yarası 
getməz. Beləliklə onların dostluğu pozulur. Bu nağıl dostluq 
hisslərinə, onun müqəddəsliyinə  həsr olunub. Lakin M. Müşfiq 
İlanı  xəzinə üstündə yalan padşah, kəndlini isə  əzilən sinfin 
nümayəndəsi kimi təsvir edir. Əsərin sonunda kəndlilər ilanın 
yaşadığı qayanı  yıxıb ağ günə  çıxmaq üçün  mübarizə aparırlar. 
“İlan” sözü məcazi məna kəsb edir. Burada nağıldan istifadə 
sahəsində Nizami Gəncəvi ənənələrini görmək çətin deyil. Müşfiq 
xalq nağılındakı hadisəni eynilə saxlamış, lakin onun ideyasında 
           _____________Milli Kitabxana________________ 
 
44
dəyişiklik etmişdir. Bu əsər otuzuncu illərdə yaranmışdır. Bu 
dövrdə yaranan əsərlərdə keçmişi, sinifli cəmiyyətin ziddiyyətlərini 
göstərmək bir ənənə halını aldığı üçün M. Müşfiq də həmin nağılın 
ideya istiqamətini bu cür dəyişdirmişdir.  
Nağıllardan istifadə sahəsində ciddi qüsurlar da görünür. 
Bəzi hallarda nağılın məzmunu eynilə  nəzmə  çəkilir ki, bunun da 
belə bir əhəmiyyəti yoxdur.  
Azərbaycanda uşaqların böyük məhəbbətlə mütaliə etdikləri 
janrlardan biri dastandır. 
Dastan aşıq  ədəbiyyatının  ən çox yayılmış janrıdır. Bu 
janrın  əsas xüsusiyyəti ondan ibarətdir ki, dastanda şeirlə  nəsr 
növbələşir. Dastanda verilən müəyyən bir əhval – ruhiyyəni daha 
da gücləndirmək üçün şeirdən istifadə olunur.  
Dastan həcm etbarilə folklor janrıdır. O, müəyyən dərəcədə 
nağıla oxşayır. Amma nağılda dastanın fərqli cəhətləri çoxdur. 
Dastan olmuş bir hadisə, tarixi həqiqət təsiri bağışlayır. Dinləyici 
onun həqiqət olduğuna inanır. Nağıl isə yalan, uydurma, 
quraşdırma təsiri buraxır.  Əlbəttə, hər iki janrın  ən dərin  əsasını 
həyat həqiqətləri təşkil edir. Lakin dastana nisbətən nağılda 
“uydurma” daha çox görünür.  
“Dədə Qorqud” dastanlarının motivləri  əsasında yaranmış 
Anarın eyni adlı povesti, M. Rzaquluzadənin “Ana ürəyi, dağ 
çiçəyi” hekayəsində diqqəti cəlb edən cəhətlərdən biri dastandakı  
xalq müdrikliyinin yazılı  ədəbiyyata keçməsi faktıdır. “Dədə 
Qorqud” Azərbaycan xalqının milli formalaşma dövrünün 
təfəkkürünü, xalq pedaqogikasının qəhrəmanlıq barədəki ilkin 
təsəvvürünü əks etdirdiyi üçün maraqlıdır. X. Koroğlunun, Anarın, 
V. M. Jirmunskinin qeyd etdikləri kimi Oğuzların dastanı olan 
“Dədə Qorqud”un izinə düşüb Azərbaycan xalqının mənşəyi, 
yaşayış  tərzi barədə tarixə xidmət göstərə biləcək konkret 
mülahizələr söyləmək mümkündür. Təəssüf ki, uşaqlar üçün bu 
mövzuya yuxarıda adları çəkilən nəsr nümunələrindən başqa hələlik 
əsər yaranmayıb. Halbuki, uşaq yazıçısına “Dədə Qorqud”, 
“Koroğlu”, “Qaçaq Nəbi” dastanlarımız tükənməz mövzu 
mənbəyidir.  


           _____________Milli Kitabxana________________ 
 
 
45
Dastanı danışan aşıq inanır ki, olmuş  əhvalat nəql edir. 
Buna görə də dastanda baş verən əhvalatların yeri, zamanı az qala 
tarixi dəqiqliklə danışılır. Məsələn, Gəncə aşıqları “Əsli və Kərəm” 
dastanını danışanda Kərəmin hansı döngədən, nə zaman yola 
düşdüyünü, dost tanışla necə görüşdüyünü çox canlı təsvir edirlər. 
Koroğlunun adı, igidliyi ilə bağlı olan əhvalatları  aşıqlar elə yerli 
yerində danışırlar ki, onun bədii surət olduğuna inanmaq 
istəmirsən. Buna görə  də  təkcə Azərbaycanda Koroğlunun, Qaçaq 
Nəbinin adı ilə bağlı çoxlu qala, dəyirman, qüllə, səfalı guşələr 
vardır. 
Uşaq  ədəbiyyatının qəhrəmanlıq motivləri başlıca 
keyfiyyətdir və  həmin cəhətlər “Koroğlu” dastanında xüsusi yer 
tutur. Uşaqların arasında geniş yayılan dastanlardan biri “Koroğlu” 
da əsasən XVİ – XVİİ əsrlərin hadisələri öz əksini tapır.  
Bu  əsrlərdə Türkiyə  və  İran işğalçıları tez – tez 
Azərbaycana basqınlar edirdilər. Xüsusilə  Şah Abbas hakimiyyəti 
dövründə Azərbaycanın təbii sərvətlərini  ələ keçirmək meylləri 
güclənmişdi. Türkiyə  və  İran işğalçılarının feodal müharibələrinə 
məruz qalan Azərbaycanın müxtəlif yerlərində kəndli üsyanları baş 
verirdi. Marağa,  Ərdəbil,  Şirvan, Təbriz kimi rayonlarında xalq 
həyəcanları artır, qəsbkarlara qarşı mübarizə güclənirdi. Xalq öz 
sərvətini qılınc gücünə qorumaq üçün ölüm – dirim mübarizəsinə 
girişirdi. Bax bu vuruşmalarda  şücaət göstərən igidlərin 
ümumiləşmiş surəti kimi Koroğlu yarandı. “Koroğlu” dastanı bu 
hərəkatın məhsulu kimi meydana çıxsa da bu xalq eposunda əvvəlki 
əsrlərin qəhrəmanlıq izlərini də görmək çətin deyil. Beləliklə
Koroğlu mübarizələrin ümumiləşmiş bir surəti kimi meydana çıxdı. 
Dastanın əsas iştirakçıları xalq kütlələridir. Onlar paşalara, xanlara, 
sultanlara qarşı mübarizə aparırlar. Koroğlunun əsl adı Rövşəndir. 
Rövşən sözünün mənası işıq deməkdir. Atasının gözləri Həsənxan 
tərəfindən kor edildiyi üçün ona Koroğlu deyirlər. Beləliklə, xalq 
Koroğlu – işığa həsrət qalan kişinin oğlu olan Rövşəni – işığın özü 
ilə birləşdirir. Xalq sanki demək istəyir ki, xanlar zəhmətkeş Alı 
kişinin gözlərini töküb onu  
           _____________Milli Kitabxana________________ 
 
46
dünya işığına həsrət qoysa da onun oğlu Rövşən xalqa azadlıq işığı 
gətirmək üçün vuruşacaq. Koroğlunun qılıncının adı Misri qılıncdır. 
Misri qılınc - ədalət naminə çalınan qılınc mənasını daşıyır. 
Koroğlunun adı  Qıratdır. Professor M. H. Təhmasibin fikrincə bu 
sözün mənası od at deməkdir. Deməli, Rövşən – işıq od ata minib, 
ədalət qılıncı ilə paşalara, xanlara, bəylərə qarşı mübarizə aparır. 
Koroğlu ilə xalqın arasında möhkəm  əlaqə  var.  O,  həmişə 
xalqla məsləhətləşir. Ömründə bircə dəfə dəlilərin sözündən çıxdığı 
üçün Keçəl Həmzə onun Qıratını qaçırır. Xalq bu epizodla demək 
istəyir ki, Koroğlunun gücü xalqla bağlılığındadır. Xalqa 
arxalananda o basılmaz olur.  
“Koroğlu” dastanı möhkəm kompozisiyaya və süjetə malik 
bir xalq eposudur. Azərbaycanda onun 22 qolu məlumdur. Hər qol 
müstəqil bir dastan təsiri bağışlasa da Koroğlu bütün qolların əsas 
qəhrəmanı olduğu üçün bu qolları böyük eposun ayrı – ayrı fəsilləri 
hesab etmək olar. Hər qolda Koroğlunun qəhrəmanlığının bircə 
cəhəti açılır. Koroğlu təkcə  qılınc vuran güclü bir adam deyil, o, 
eyni zamanda gözəl aşıq, qayğıkeş yoldaş, vəfalı  ər, təmiz ürəkli, 
incə  qəlbli bir insandır. Azərbaycan uşaqlarının sevə - sevə 
oxuduğu “Koroğlu” dastanı dünya xalqlarının yaratdığı  “İlliada”, 
“Odissiya”, “İqor polku dastanı”, 
“Canqar”, “Nart”, “Sasonlu David”, “Manas”, “Amirani” kimi 
sənət inciləri ilə bir sırada dayanır. Təəssüf ki, bu dastanın ayrı – 
ayrı qolları  əsasında hələlik gözəl  əsərlərimiz yaranmayıb. 
Uşaqların özləri dastana böyük maraq göstərsələr də, uşaq 
ədəbiyyatımız ona bağışlanılmaz bir laqeydlik nümayiş etdirir. 
Halbuki dastanın qəhrəmanlıq motivləri uşaq  ədəbiyyatımızı çox 
zənginləşdirə bilər.  
“Yaşasın yüksək xəyallar və fantaziyalar” deyərkən S. 
Vurğun xalq əfsanələrinin uşaq  ədəbiyyatını  zənginləşdirə bilmək 
imkanlarını  nəzərdə tuturdu. Azərbaycan  əfsanələrinin dəqiq 
tarixini müəyyənləşdirmək mümkün olmasa da belə  təxmini bir 
mülahizə söyləyə bilərik ki, xalq səma cisimlərinin, təbiət 
hadisələrinin həqiqi mahiyyətini dərk etməyə başladığı vaxtlarda 
əfsanələr uydurmuşdur. Tarixi hadisə və faktları yozmanın bir yolu 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə