Zahid xəLİL



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə14/93
tarix16.11.2017
ölçüsü4,51 Kb.
#10426
1   ...   10   11   12   13   14   15   16   17   ...   93

           _____________Milli Kitabxana________________ 
 
 
55
Görürsən bir məclisdə geyimi, bəzək–düzəyi ilə diqqəti cəlb 
edən bir cavan əyləşib. Bədən üzvlərinin tənasübü, yaraşığı da 
gözəldir. Birdən o, danışmağa başlayır. Ətrafındakılar onun mənəvi 
kasıblığını–nitqinin bəsitliyini, ifadələrinin səviyyəsizliyini, 
ətrafındakı insanlara qeyri - səmimi münasibətini görəndə bu 
adamın geyimi də, xarici gözəlliyi də  nəzərdən düşür. Ona qulaq 
asmaq istəmirsən, tezliklə ondan uzaqlaşmağa çalışırsan. Nadanlığı, 
əttökənliyi bizi ondan uzaqlaşdırır.  
Bəzən  əksinə  də olur. Geyimi və xarici görünüşü çox da 
diqqəti cəlb etməyən bir gənc elə gözəl, ağıllı, insanların ruhunu 
oxşayan sözlər deyir ki, daxilindəki gözəllik üzə çıxır. Onu saatlarla 
dinləmək istəyirsən. Çünki, onun daxili dünyası, içi gözəldir. Hamı 
onun nə  qədər məlumatlı, zəngin mütailəli bir insan olduğunu 
görür. Əvvəlcə heç kəsin diqqətini cəlb etməyən bu adamın xarici 
görünüşü də bizə xoş gəlməyə başlayır. Onun üzündə çapıq varsa, 
ayağında və sifətində bir əyrilik mövcuddursa bu da bizə bir 
gözəllik əlaməti kimi görünür. Bu isə nəticədə onun  
cəmiyyətdəki mövqeyini müəyyənləşdirir. O danışanda başqaları 
susur. Hamı onun fikrini öyrənmək istəyir.  
Necə edək ki, bu gün tərbiyəsinə başladığımız uşaq da sabah 
belə bir gənc olsun? Şəxsiyyətə çevrilsin, hamı onunla hesablaşsın? 
Uşaqlıqdan gəncliyə  və qocalığa doğru gedən mənalı ömür bədii 
ədəbiyyata borcludur. Uşaq vaxtı oxuduğu ilk bədii nümunələr 
həmin tərbiyənin bünövrə daşlarıdır. Nümunə kimi misal gətirdiyim 
o gəncin mütailəsi zəngin olub. İnsan çox şeyi kitablardan xüsusilə 
bədii  ədəbiyyatdan öyrənir. Bədii sözə  ədəbi  əsərə marağı  uşaq 
qəlbində yaradan ilk insan valideyndir. Məlumat üçün deyim ki, 
uşaqlarda  şeirə maraq anadangəlmə olur. Uşaqlarda həmin 
qabiliyyət ana bətnində formalaşır.  
Yadda saxlayaq: Uşaq məhəbbət meyvəsidir. Ailənin təməli 
qoyulmağa başlanan sevgi duyğularının ilk dəqiqələrindən uşağın 
dünyaya gəldiyi günə qədər hər şey təbii bir harmoniyaya əsaslanır, 
sevgi, nəvaziş duyğularının uyğunlaşması, təbii instiktlərin bir–
birini tamamlaması bu harmoniyanı yaradan atributlardır. Uşaq 
           _____________Milli Kitabxana________________ 
 
56
həmin harmoniyanın nəticəsi kimi dünyaya gəlir. Poeziyanın 
yaratdığı duyğular həmin harmoniyanın bir hissəsidir.  Şeir 
misralarının ölçüsü, ritmi, musiqililiyi, ürəkdə yaratdığı xoş  əhval 
ailə harmoniyasının ən tərkib hissəsinə çevrilir. Buna görə də uşaq 
doğularkən  şeir anlamağa xüsusi qabiliyyəti olur. Ona qayğı ilə 
yanaşanda həmin qabiliyyət inkişaf edir. Uşaq böyüyəndə  də 
ömrünün sonuna kimi kitabdan ayrılmır. 
Amma körpə vaxtı  həmin qabiliyyət məhv olsa, sonralar 
onu yenidən bərpa etmək çətin olur. Təsəvvür edin ki, təzə  ağac 
əkmisiniz. Sulamasanız o, quruyacaq. Axı, hələ körpədir. Kökü 
dərinə  işləməyib. Ağac quruyandan sonra onu sulamağın mənası 
yoxdur. Bax, uşağın  ədəbiyyatı da təzəcə  əkilən o tingə verilən 
suyla müqayisə oluna bilər. Bəs uşaq üçün bədii  əsərləri necə 
seçək? Necə edək ki, yeni əkdiyimiz ağaca verilən təmiz su kimi 
uşağa təqdim etdiyimiz əsərlər də yaşına uyğun gəlsin, anlamaq 
səviyyəsinə uyğun gəlsin. Həm də  bədii cəhətcə kamil olsun. 
Bunlar başlıca faktorlardır. Burada səhv etmək olmaz. Sən uşağa 
elə bir nağıl danışarsan ki, xəyalını küsdürər, ədəbiyyata marağını 
heç edər. Axı tingə  təmiz su əvəzinə çamır versən, yaxud ona 
zərərli mayelər versən zəhmətin hədər gedər. Uşaq  ədəbiyyatla 
beşikdə tanış olmağa başlayır. Ana körpənin bütün əzablarına dözə 
- dözə ona nəğmələr oxuyur. Xalq bu nəğmələrə layla adını verib. 
Layla formaca bayatıya oxşayır. O, iki hissəyə bölünür: 
1) əsas hissə 
2) nəqanat 
Göründüyü kimi layla həm  şeirdi., həm də layla mətnidi. 
Onun musiqi hissəsini anaların özləri bəstələyir.  
Əsas hissə bayatının bütün forma xüsusiyyətlərini saxlayır. 
Hər bəndi dörd misra, hər misrası yeddi heca olur. Birinci, ikinci və 
dördüncü misralar qafiyələnir. Üçüncü misra sərbəst buraxılır. 
 
A laylay, balam laylay, 
Alınmaz qalam laylay. 
Sənə gəc baxanları 
Yandırsın nalam laylay. 


           _____________Milli Kitabxana________________ 
 
 
57
 
Bu əsas hissədən sonra nəqarat gəlir. Onlar azdır: 
 
1) Laylay beşiyim laylay 
Evim eşiyim laylay 
 
2) Laylay qızım a laylay 
Körpə quzum a laylay 
 
 
3) Laylay hər kəsim laylay 
Sənə nər kəsim laylay 
Bu nəqaratlar bəzən başqa bir laylanın ilk iki misrası da 
olur. Uşaq çox körpədirsə laylanın sözləri də qısa olur.  
 
Lay, lay, lay, 
Lay, lay, lay. 
Bu sözlər hələ  ədəbiyyat deyil. Lakin onun ana tərəfindən 
oxunması çox vacibdir. Ananın beşik başında müəyyən avazla layla 
oxuması ailədə sevgi harmoniyasının tərkib hissələrindəndir. Uşaq 
beşikdə ikən bu nəğmələri dinləyir. Ana ürəyinin  ən dərin 
guşəsində, psixoloqların ifadəsi ilə desək, könül dünyasının qırxıncı 
otağında hamıdan gizlətdiyi ən ali sözlərini laylaya çevirib uşağına 
danışır. Körpə anlayır ki, balaca olmağına baxmayaraq o, evin 
sayılan və çox əziz üzvüdür. Ana nəğmələri körpənin yuxusuna bal 
qatır, onu ruhən sakitləşdirir. Ona görə də körpə rahat yatır. Ananın 
xoş avazı ilə körpənin ruhuna nəğmə qədər mülayim bir duyğu seli 
axır. Uşaq başa düşür ki, onun anası – atası var, arxası var, köməyi 
var, müdafiə edəni var. Bu nöqtədə  
çox arzu edirəm ki, siz işlətdiyim “Uşaq başa düşür ki” ifadəsinə 
tam inanasınız.  Əgər siz bu sözü gəldi–gedər, təsadüfi bir ifadə 
kimi qəbul etsəniz, yəni uşağın lap körpə vaxtından nə isə başa 
düşdüyünə inanmasanız, bizim tərbiyə  işimiz boş söz yığımından 
ibarət olacaq. Mən qəti əminəm ki, uşaq nəinki körpəliyində, hətta 
ana bətnində olanda başa düşür. Bunu tibb elmi çoxdan kəşf edib. 
           _____________Milli Kitabxana________________ 
 
58
Bir həkim–ginekoloq yazır ki, bətnində 4–5 aylıq uşağı olan bir ana 
məndən xahiş etdi ki, körpəni xaric edim. O, çox şeyləri əsas kimi 
gətirdi və bunun zəruriliyini isbat etməyə çalışdı. Mən bunun 
mümkünsüzlüyünü söylədim. Qadın küsüb getdi. Bir neçə aydan 
sonra məlum oldu ki, uşaq doğulub, amma anasını  əmməkdən 
imtina edir. Belə  məlum oldu ki, körpə  hələ  bətində ikən ananın 
onu məhv etmək fikrində olduğunu duymuşdu. Sizi bilmirəm, mən 
o həkimə  də, onun gəldiyi qənaətə  də inanıram və ona görə 
deyirəm: Uşaq hər şeyi duyur. Ona insan kimi, gələcəyin şəxsiyyəti 
kimi baxın!  
Layla deyərkən ana səsini başqa səslərlə, məsələn, radio, 
televiziya, maqintafon yazıları ilə əvəz etmək olarmı? Xeyr! Həmin 
səslər ana laylalarının effektini verməyəcək. Uşaq üçün ananın 
nəğməsi dünyanın  ən böyük müğənnilərinin səsindən gözəl və 
təravətlidir. Uşaq öz anasının səsini yüzlərlə  səsin içindən asanca 
seçir.  
Laylalarda bəzən ana çəkdiyi əzablardan gileylənir: 
 
Laylay dedim yatınca, 
Gözlərəm ay batınca 
Canım cəzana gəldi 
Sən hasilə çatınca. 
Amma bu giley ən yaxın adama, dosta, sirdaşa deyildiyinə 
görə uşağa mənfi təsir etmir. Uşaq hiss edir ki, anası onu çox sevir, 
bütün əzablara dözür. Hasilə gətirmək üçün çoxlu çətinlik çəkir. Bu 
sözlərin yaratdığı duyğular bir az böüyəndə  uşağın öz evinə, 
ailəsinə, daha sıx bağlayan hisslərə çevrilir. 
Layla vasitəsilə ana uşağına insani keyfiyyətlər aşılayır. 
Tərbiyə sanki ana südü və nəğmələri ilə qətrə - qətrə onun qəlbinə 
dolur. 
Laylay dedim yatasan, 
Qızıl gülə batasan. 
Qızıl gülün içində 
Şirin yuxu tapasan. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə