Zahid xəLİL



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə16/93
tarix16.11.2017
ölçüsü4,51 Kb.
#10426
1   ...   12   13   14   15   16   17   18   19   ...   93

           _____________Milli Kitabxana________________ 
 
 
63
Bu beytlərin misraları arasında məntiqi  əlaqə azdır. Onları 
bir – birinə bağlayan yalnız qafiyələrdir.  
“İnəklər–iməklər”, ilanlar–dil anlar”, “sərçələr-əl çalar”, ağ 
atlar – çay adlar”, “meyvələr – evlənər”, “daylaqlar –oynaqlar” 
kimi qafiyələnən bu sözlərin bir – biri ilə məntiqi bağlılığı yoxdur. 
Məhz həmin məntiqsizlik hər bir beytin yumoristik olmasını 
şərtləndirir. Oxşamalar da ana qəlbində başlayan ilkin sevgi 
duyğularının çox dərin olduğundan xəbər verir. Bu sevgi getdikcə 
güclənir.  İndi  ərinə olan məhəbbətin bir hissəsi uşağa verilmişdir. 
Bu sevgi ananın humanist duyğularını qanadlandırır. Bu xoşbəxtliyi 
ana hamıya arzu edir. Arzu edir ki, bu xoşbəxtlik göydə uçan 
quşlara, qarıyıb qalmışlara,  ərinin qədrini bilməyib tənha qalan 
arvadlara nəsib olsun.  
 
Ay allah bundan beş dənə ver, 
Göydə uçan quşlara ver. 
Qarıyıb qalmışlara ver, 
Həsrətin çəkmişlərə ver. 
 
Dağda darılar, 
Sünbülü sarılar 
Qoca qarılar, 
Bu balama qurban. 
 
Dağdakı atlar, 
Atlar göy otlar. 
Ərsiz arvadlar 
Bu balama qurban
Valideyn hiss edir ki, onun uşağı bir qədər də böyümüşdür. 
Daha oxşama dinləmək vaxtı deyil. İndi uşağa ritm öyrətmək, söz 
sənətinin başqa sirlərindən onu agah etmək vaxtıdır. İki yaşdan beş 
yaşa qədər olan uşaq folkloru zəngin bir xəzinənin qapısını onun 
üzünə açmaq lazımdır. Həmin xəzinədə xüsusi bir ritmə malik olan 
janr düzgüdür. Bəzən folklorşünaslar onu sanama da adlandırır. 
           _____________Milli Kitabxana________________ 
 
64
Ruslar ona sçitalka deyirlər. Adından göründüyü kimi burada 
sayma, sıralama, düzülmə kimi qaydalar əsas yer tutur.  
Bir, iki, bizimki 
Üç, dörd qapını ört. 
Beş, altı daşaltı, 
Yeddi, səkkiz firəngiz 
Doqquz, on qırmızı don. 
Bu misalda rəqəmlərin ardıcıl düzülməsi var.  
 
Altıda alma 
Yeddidə bölmə. 
Səkkizdə sərçə 
Doqquzda dolça 
Onda oraq 
On birə qonaq. 
Göründüyü kimi hər rəqəmin ilk hərfinə uyğun bir 
meyvənin, quşun,  əşyanın adı  çəkilir. Xalq bu tipli 
düzgülərləuşaqlara hərfləri öyrədir. Eyni səslərin təkrarı onu uşağın 
yaddaşında möhkəmləndirir.  
Birə, birə 
İkiyə iynə. 
Üçə üzük. 
Dördə döşək, 
Beşə beşik. 
Altıya alma, 
Yeddiyə yemiş. 
Səkkizə sərçə, 
Doqquza dolça, 
Ona oraq, 
Biz ona qonaq. 
Maraqlı budur ki, rəqəmlərə  əsaslanan və çox zaman 
sanama hesab olunan düzgülərdə  rəqəmlər 10-u adlamır. Xalq bir 
pedaqoq kimi başa düşür ki, beş yaşına qədər uşağa rəqəmləri on 
dairəsində öyrətmək kifayətdir. Həm də bu rəqəmlərdən yuxarı 
keçilsə uşaq beynində hər şey qarışar və heç nə öyrənə bilməz.  


           _____________Milli Kitabxana________________ 
 
 
65
Düzgülərin xeyli hissəsi oyundan əvvəl uşaqların söylədiyi 
şeir parçalarıdır. Həmin 
şeirlərlə ortada qalan uşağı 
müəyyənləşdirirlər. Amma həmin  şeirlərdə  də yuxarıda dediyimiz 
əlamətlər qorunub saxlanır: 
 
Biri bizdə 
İkisi sizdə 
Üçü üzdə 
Dördü düzdə 
Beşi bəstə 
Altısı asta 
Yeddisi yüzdə 
Səkkizi səsdə 
Doqquzu dosta 
Onu sonu 
Başa vur, çəkil, 
Dur burdan əkil. 
Oyun sözlərində  həmin prinsipin gözlənilməsi çox böyük 
əhəmiyyət kəsb edir. Təsəvvür edin ki, oyunda iştirak edən uşaqlar 
“qalan” ın kim olacağını həyəcanla gözləyirlər. Ona görə də sözlərə 
xüsusi diqqət yetirirlər ki, onu söyləyən adam saxtakarlıq etməsin. 
Bu diqqətin nəticəsi o olur ki, uşaqların hamısı  həmin sözləri 
əzbərləyir və  nəticədə  təkrar olunan səsləri eşidir, onu düzgün 
tələffüz edirlər. Misal gətirdiyimiz  şeirin sonundakı “Dur burdan 
əkil” sözləri kimin payına düşürsə həmin uşaq incimir. Çünki onun 
bəxtinə “yatmamaq” , sıradan çıxmaq düşmüşdür.  Əslində  həmin 
misra uşağa sən qalib gəldin sözlərinin təsirini bağışlayır.  
Düzgülər yumoristik keyfiyyətinə görə  də seçilir. Lakin 
burada yaranan yumor nizamsız, bir–biri ilə yalnız səslərin eyniliyi 
ilə bağlanan, əslində isə heç bir məntiqi əlaqəsi olmayan sözlərdən 
ibarətdir.  
Əl, əl, ənərək 
Əldən çıxdı kəpənək 
Kəpənəyin yarısı, 
           _____________Milli Kitabxana________________ 
 
66
Yumurtanın sarısı 
Yumurtalar hindədi 
Əldə durmaz kündədi 
Kündə təndir içində 
Təndir kəndir içində 
Kəndiri ver çərçiyə 
Çərçi satsın çəpiyə 
Çəpik çalan dardadı 
Burda duran qarğadı. 
 
 
MOTAL MOTAL 
 
Motal – motal 
Tərsə motal 
Yağ atar 
Qaymaq tutar 
 
 
Ağ quşum 
Ağarşınım. 
Göy quşum 
Göyərçinim 
Qarğa qara 
Durna qara 
Çilmə çəlik 
Bircə ərik. 
Qənbər çarıq 
Biz də varıq. 
Siz poetik nümunələri oxuyarkən bunları onların oyunlarına 
daxil edərkən ciddi iş görürsünüz. Amma elə güman etməyin ki, 
onlarda nəsə  təzə bir qabiliyyət yaradırsınız.  Şeirin, ritmin, 
musiqinin yumorunu duymaq qabiliyyəti uşaqlarda anadangəlmə 
olur.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə