Zahid xəLİL



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/93
tarix16.11.2017
ölçüsü4,51 Kb.
#10426
1   ...   5   6   7   8   9   10   11   12   ...   93

           _____________Milli Kitabxana________________ 
 
 
35
axtaran adamın ağlına, düşüncəsinə müsbət təsir göstərir, onu yeni 
şeyləri öyrənməyə gətirib çıxarır.  
Uşaq poeziyasının da qarşısında duran vəzifələrdən biri 
uşağa obrazlı düşünməyi öyrətməkdən, ona maddi aləm haqqında 
yeni biliklər verməkdən, dünyagörüşünə  təsir göstərməkdən 
ibarətdir.  
Deməli, həm tapmaca, həm də  uşaq poeziyası öz 
oxucusunun fikrinə, dünyagörüşünə  təsir göstərmək, onu təbiət və 
cəmiyyət hadisələri ilə tanış etmək istədikdə vahid məqsədə xidmət 
edirlər. Bəs bu zaman uşaq poeziyası tapmacanın hansı 
keyfiyyətlərini və ənənələrini qoruyub saxlayır? 
Tapmacanın mühüm keyfiyyətlərindən biri predmetin və 
hadisənin poetik tərəflərini təsvir etməsidir. Tapmaca quru, rəsmi 
hadisələrin tərənnümündən qaçır, varlığın  şeirlə dolu tərəflərini 
bizə göstərir. Doğrudur, biz folklorun bütün janrlarında bu 
xüsusiyyəti görürük. Lakin heç bir folklor janrı insanda poetik hiss 
və duyğu aşılamaq, ona yüksək mənada estetik zövq vermək 
məqsədini qarşıya xüsusi olaraq qoymur. Lakin hadisənin və 
ümumiyyətlə gerçəkliyin poeziyasını açmaq tapmacanın başlıca 
xüsusiyyətidir.  
Tapmacaların ruhunda sözün həqiqi mənasında poeziya 
yaşayır. Başqa sözlə desək tapmaca ən prozaik şeylərin və 
predmetlərin poetik cəhətlərini görməyə adamı məcbur edir. Bu  
fikri rus folklorşünası B. P. Anikin aşağıdakı  şəkildə  təsdiq edir: 
“Tapmacanın  əsas funksiyalarından biri də ondan ibarətdir ki, o, 
proazik təsir bağışlayan əşyanın və predmetin poetik tərəflərini bizə 
göstərir. 
Uşaq şeiri həyatın poetik tərəflərini tərənnüm edir. Axı, hər 
bir predmet və ya hadisə  şeir üçün mövzu ola bilməz.  Şair yalnız 
insanların ürəyinə təsir edən hadisəni poetik fikrin mərkəzinə çəkir. 
Ə. Sabirin, A. Səhhətin, A. Şaiqin, M. Müşfiqin və başqalarının 
uşaqlar üçün yazdıqları  şeirlər məhz həmin keyfiyyətlərə malik 
olduqları üçün bu gün də sevilə - sevilə oxunur.  
           _____________Milli Kitabxana________________ 
 
36
Uşaqların ağlına, düşüncəsinə, bilik dairəsinə təsir göstərən 
şeirlər içərisində T. Elçin tapmacaları diqqəti cəlb edir. Şair 
məsələn, Qaldırıcı kranı obrazlı bir dillə elə  təsvir edir ki, həm 
oxucu kranın xarici görkəmini bütün təfsilatı ilə təsəvvür edr, həm 
də əsərdən estetik zövq alır. T. Elçin oxucunu sadəcə olaraq sorğu – 
sula çəkməklə kifayətlənmir, həm də tam bir lövhəni onun 
xəyalında canlandırır. Predmetin quruluşu haqqında ona aydın 
təsəvvür verir: 
Neçə fili 
Xortumuna ala bilər. 
Mürgüləsə, göydən yerə sala bilər. 
Ağıllıdır. 
Kömək edir 
Bənnalara. 
Boyu çatır 
Uca – uca binalara. 
Çox işləkdir, 
Fillər təki. 
Yükləyirsən, 
Bilmir çəki, 
Qaldırır tez. 
Fildən böyük 
Pəhləvandır. 
Nə insandır, 
Nə heyvandır! 
Tapmacaların məziyyətlərindən biri də onun yumoristik 
təbiətə malik olmasıdır. Çox vaxt tapmaca dinləyicidə gülüş 
doğurur, onu əyləndirir. Bizcə tapmacalarda bu xüsusiyyət ona görə 
zəruridir ki, xalq folklorun bu janrını yaradarkən öz dinləyicisini 
imtahana çəkmək, bərkə-boşa salmaq fikrindən daha çox 
əyləndirmək məqsədini güdür. Axı, ciddi, qaraqabaq sualbazları 
heç kəs sevmir. Buna görə  də xalq tapmacaları yaradarkən 
məzəliliyi, nikbinliyi yaddan çıxarmamışdır.  
Qeyd etdik ki, tapmaca hər hansı bir əşyanın  əlamətlərini 
sayır. Bu əlamətlər quru, rəsmi sözlərlə ifadə olunsa heç kəs ona 


           _____________Milli Kitabxana________________ 
 
 
37
qulaq asmaz. Bu isə tapmacanın yumoristik təbiətə malik olmasını 
tələb edən ikinci səbəbdir. Rus folklorşünası  İ. M. Kolesnitskaya 
“Xalq tapmacaları” məqsədində bu məsələyə toxunaraq yazır: 
Tapmacalar  əsasən sual – cavab formasında olur ki, bunların da 
əksəriyyəti məzəli xarakter daşıyır”.  Şübhəsiz ki, folklorşünas 
“məzəli” deyərkən tapmacaların yumoristik təbiətini nəzərdə tutur.  
Hadisələri yumorla, məzəli ifadələrlə, gülməli  şəkildə 
oxucuya çatdırmaq uşaq  şeirinin xüsusiyyətlərindən biridir. Uşaq 
poeziyası müsbət nümunələr  əsasında tərbiyə edir, onu hər cür 
pessimizdən uzaq, ruhən nikbin bir vəziyyətdə formalaşmasına 
xidmət göstərir. Bu vəzifəni qarşısına qoyan bədii  əsər oxucunun 
ürəyinə tez yol tapır.  
Azərbaycan xalqının yaratdığı tapmacaların 
xüsusiyyətlərindən biri də onun sual – cavab şəklində olmasıdır. 
Yəni tapmacanın özü sual, onun tapılması isə cavabdır. Sual verib, 
cavab almaq isə uşaqla daha yaxşı danışmağa imkan verir.  
Şairlər sual – cavab formasından istifadə edərək  şeirin 
mərkəzinə qoyduqları fikri oxucuya daha tez çatdırmağa çalışırlar.  
Fikrimizin nəticəsi olaraq deyə bilərik ki, xalqımızın 
yaratdığı tapmacalar Azərbaycan uşaq  şeirinə ciddi təsir etmişdir. 
Lakin bir həqiqəti də bilmək lazımdır ki, tapmacalar ümumiyyətlə 
bədii  ədəbiyyata təsir göstərmişdir. Bütün dövrlərin bədii 
ədəbiyyatında tapmacalardan istifadə edilmiş, onlar iri həcmli 
əsərlərə  səpələnmişdir. Hətta bəzi  əsərlərin kompozisiyaları 
tapmacalara uyğun qurulmuşdur. Antik dövrün müəlliflərindən olan 
Siseron və Vergilinin bir sıra əsərlərini buna misal göstərmək olar. 
Yazılı 
ədəbiyyatın müəyyən inkişaf mərhələsində 
tapmacalar  ədəbi moda halını almışdır. Məsələn, XVİİ  əsr fransız 
ədəbiyyatında belə olmuşdur. Fenelon və Qualonun əsərlərini 
xatırlamaq kifayətdir. Tapmacalardan Russo, Şiller, Qebbel rus 
yazıçılarından Jukovski, Sergey Yesenin də istifadə etmişdir.  
Xalq  ədəbiyyatındakı  sənətkarlıq cəhətlərinin hamısı yazılı 
ədəbiyyatı keçə bilməyib. Folklorda bəzən qafiyə misranın sonunda 
           _____________Milli Kitabxana________________ 
 
38
deyil,  əvvəlində  işlənir. Doğrudur, buna tam qafiyə  də demək 
olmaz. Predmetin adından ona qafiyə (uyğunlaşan) söz yaradılır. 
Yumru yumru qayalar 
Yumruğudur çobanın 
Yastı – yastı qayalar 
Yastığıdır çobanın. 
Bu forma uşaq ədəbiyyatını keçmədi. Ən yaxşı halda kitab 
tərtibçiləri, dərslik yaradanlar folklorun özünü kitablarına daxil 
etdilər. Görünür bunun səbəbi formanın mürəkkəbliyindədir. 
“Yumru – yumru qayalar” bənzətməsi təkcə orijinallığına görə 
deyil, məzmununa görə də mürəkkəbdir. 
Uşaq 10 – 11 yaşlarına çatanda onun qarşısında  əsasən 
“böyüklər üçün” yaranan folklor nümunələrindən ibarət zəngin bir 
aləm açılır, həmin aləmin  ən etibarlı  bələdçisi  aşıqdır.  Aşıq 
ədəbiyyatı  uşaq  ədəbiyyatımızın mənşəyini araşdırmaqda misilsiz 
əhəmiyyət kəsb edir. Çünki bu sinkretik cəhətdə  uşağın estetik 
tərbiyəsi üçün mühüm qaynaqlar mövcuddur. 
Xalq  ədəbiyyatının, xüsusən dastanların və nağılların 
yaşamasında aşığın xüsusi rolu var. Aşıq həm bəstəkar, həm 
müğənni, həm aktyor, həm də rəqqasdır. O, çalır, oxuyur, rəqs edir, 
avazla  şeir deyir, qarəvəlli və ya lətifə danışır,  şeir qoşur. Qədim 
zamanlarda ona varsaq, sonra ozan, yanşaq, nəhayət aşıq demişlər. 
Aşıqlar iki yerə bölünür: ustad aşıqlar və ifaçı  aşıqlar. Ustad 
aşıqlara dədə aşıq da deyirlər. Dədə Yediyar (XVİ əsr), Turab Dədə 
(XVİİ), Dədə Qasım (XVİİİ), Aşıq  Ələsgər (XİX – XX) Dədə 
Şəmşir (sovet dövrü) kimi sənətkarlar xalq arasında həqiqi xalq 
şairi qədər şöhrət qazanmış ustad sənətkarlardır. 
Aşıq sənətinin inkişafında mühüm rol oynayan cəhət 
improvizədir. Hər bir aşıq improvizatordur. Aşıq ifa etdiyi zaman 
yəni versiyalar, variantlar yaradır. Buna görə də onun sənəti daim 
təkmilləşir, dəyişir, inkişaf edir. 
Uşaqlar üçün ən yaxşı tamaşalar aşıqların deyişməsidir. 
Deyişmələr cürbəcürdür. Ən əsası iki aşığın qabaq–qabağa dayanıb 
bir–birinə bağlama deməsidir. Belə deyişmələrin müxtəlif səbəbləri 
olur. Bəzən elə - belə, məclisi əyləndirmək  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə