Zərİf məqamlar (Böyük Rəhbər Ayətullah Xameneinin 1979-2004-cü illərdə müəllim və tələbələr qarşısında çıxışlarından seçmələr) Beşinci cild Tərtib edən: Həsən Qüddusizadə Çevirən: Maqsud Əzizoğlu Birinci fəsil


İkinci fəsil: İslamın və Qərbin qadına baxışı



Yüklə 388,63 Kb.
səhifə2/5
tarix17.09.2017
ölçüsü388,63 Kb.
1   2   3   4   5

İkinci fəsil: İslamın və Qərbin qadına baxışı



29. Qadın - İslamın və Qərbin gözüylə

Cahiliyyət dolu hegemon dünya yanlış olaraq qadının dəyər və qiymətini kişilər önündə bəzənməkdə, şor gözlərin baxıb ləzzət almasında və tərifləməsində görür. Bu gün dünyada Qərbin əxlaqsız mədəniyyəti tərəfindən təbliğ olunan “qadın azadlığı” məsələsinin əsas məğzi bundan ibarətdir ki, kişilərin cinsi ləzzət almaları üçün qadınları onların qarşısına çıxarsın. Kişilər ondan ləzzət alsınlar və beləliklə qadın kişinin bu işinə alət olsun. Bu, qadın azadlığıdırmı?! Cahil, qafil və azğın Qərb mədəniyyətində insan hüquqularının tərəfdarı olmalarını iddia edənlər əslində, qadına zülm edənlərdir. Qadına uca bir insan gözü ilə, uca insanlar yetişdirməklə cəmiyyəti islah edən amil kimi baxsaq, onun hüququnun nə və azadlığının necə olduğunu bilərik. Qadına ailənin əsas amili kimi baxın. Ailə kişi və qadından təşkil olunur, onu qurmaqda hər ikisi təsirlidir, lakin ailə mühitinin asayişi və evdə olan dinclik, rahatlıq qadına və qadınlıq xarakterinə görədir. Qadına bu gözlə baxın. Bu zaman onun necə təkamülə çatdığı və hüququnun nə olduğu məlum olar.

Avropalılar yeni sənayeni yaratdıqlarında, yəni Qərb kapitalistlərinin böyük zavodlar açdıqları 19-cu əsrin əvvəllərində ucuz, iddiasız və başağrısız işçi qüvvəsinə ehtiyac yarandı. Bu zaman onlar qadın azadlığı şüarını ucaltdılar ki, qadını ailədən çıxarıb zavodlarda ucuz fəhlə kimi işlətsinlər, öz ciblərini doldursunlar, qadını yüksək məqamından endirsinlər. Bu gün Qərbdə müzakirəyə çıxarılan qadın azadlığı həmin nağlın davamıdır. Qərb mədəniyyətində qadına olan zülm, Qərbin mədəni və ədəbi əsərlərində qadına yanlış yanaşma tərzi bütün tarixdə misilsizdir. Keçmişdə hər yerdə qadına zülm olunub, amma belə ümumi və əhatəli zülm son dövrə aiddir və məhz Qərb mədəniyyətindən qaynaqlanır.

Qadını kişilərin kef çəkməsi üçün alət edib adını Qadın azadlığı qoydular. Ancaq bu, əslində, qadınların yox, qadınla ehtirasını doyuran kişilərin azadlığı idi. Onlar təkcə iş və sənayedə yox, ədəbiyyat və incəsənətdə də qadına zülm etdilər.

Siz hekayələrə, romanlara, rəsm əsərlərinə və incəsənətin digər sahələrinə baxın, görün qadına hansı gözlə baxılır. Qadında olan müsbət cəhətlər və uca dəyərlər nəzərə alınırmı?! Allah-Taalanın qadının vücudunda əmanət qoyduğu analıq hissi, övlad tərbiyəsi, övladını qorumaq istəyi və bu kimi incə duyğular, mehriban və şəfqətli rəftar nəzərə alınır, yoxsa ehtiras cəhətləri?! Onlar çox yanlış olaraq bunun adını eşq qoyurlar. Bu, eşq deyil, ehtiras və şəhvətdir. Qadını bir istehlakçı varlıq kimi yetişdirdilər, buna alışdırdılar: əli və ürəyiaçıq istehlakçı, iddiasız və ucuz işçi. İslam bunları qadın üçün dəyər bilmir. İslam qadının işləməsinə razıdır. Nəinki razıdır, hətta bu işləmək onun əsas və mühüm peşəsi olan övlad tərbiyəsi və ailəsini qorumaqda problem yaratmasa, bəzən vacib də bilir. Heç bir ölkə müxtəlif sahələrdə qadınların işçi qüvvəsindən ehtiyacsız ola bilməz. Amma bunlar qadının hörməti, onun insani və mənəvi dəyəri ilə ziddiyyət təşkil etməməlidir. Qadını aşağılamaq, onu təvazokarlığa və kiçilməyə məcbur etmək olmaz. Təkəbbürlülük hər bir halda qəbahət sayılır. Amma qadınların naməhrəm kişi qarşısında təkəbbürlülüyü belə deyil. Qadın naməhrəm kişi qarşısında təkəbbürlü olmalıdır. “(Yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın!” (Əhzab surəsi, 33). Qadın başqa kişi ilə danışdığı zaman özünü kiçiltməməldir. Bu, qadının hörmətini qorumaq üçündür. İslam bunu istəyir və müsəlman qadının örnəyi budur.33
30. Qərbli qadın modeli romalı qadın modelindən yaranmışdır!

Bugünkü Avropanın qadın modeli qədim Roma və Yunan modelinin törəməsidir. O zaman da qadın kişinin kef çəkməsi üçün alət idi və hər bir şey bu qaydaya tabe olurdu. Bu gün də bunu istəyirlər. Qərblilərin əsas sözü budur.34


31. Qərbin hörmət adıyla qadını təhqir etməsi

Qərbin vəziyyətini göstərən romanlarda, tarixi və incəsənət əsərlərində göründüyü kimi, Avropa tarixində qadınla rəftar İslamın rədd etdiyi tərzdə olmuşdur. Avropada və Qərbdə kişi cinsi hər bir şəkildə qadından həzz almağa haqlı olub. Bu, qədim Roma mədəniyyətində müxtəlif formalarda mövcud olmuşdur. Bu iş kübar qadına qarşı bir formada, rəiyyət, yoxsul və savadsız qadına qarşı da onun vəziyyətinə uyğun formada həyata keçmişdir. Məlumdur ki, qadından bu növ istifadə bəzən ona yaltaqlanmaqla olur. Amma bu yaltaqlıq əsla həqiqi hörmət deyil, hətta həqiqi təhqirdir də. Bunun aydın nümunələri var, lakin mən təfərrüatı ilə danışmaq istəmirəm. Bunlar həqiqət olsa da, etikadan kənardır. Mən xahiş edirəm xanımlar bu barədə düşünsünlər və aydın misalları tapıb qadınlara anlatsınlar. Əgər Qərbdə hər hansı bir yolla qadına hörmət görünürsə, kino ulduzlarına, aktrisalara və gözəllik müsabiqələrində iştirak edən gözəl qadınlara guya hörmət edirlərsə, bu, təhqir şəkilli hörmət və ya hörmət formasında olan təhqirdir.35


32. Qərb mədəniyyətində qadın azadlığının başlanğıcı

Avropalılar yeni sənayeni yaratdıqlarında, yəni Qərb kapitalistlərinin böyük zavodlar açdıqları 19-cu əsrin əvvəllərində ucuz, iddiasız və başağrısız işçi qüvvəsinə ehtiyac yarandı. Bu zaman onlar qadın azadlığı şüarını ucaltdılar ki, qadını ailədən çıxarıb zavodlarda ucuz fəhlə kimi işlətsinlər, öz ciblərini doldursunlar, qadını yüksək məqamından endirsinlər. Bu gün Qərbdə müzakirəyə çıxarılan qadın azadlığı həmin nağlın davamıdır. Qərb mədəniyyətində qadına olan zülm, Qərbin mədəni və ədəbi əsərlərində qadına yanlış yanaşma tərzi bütün tarixdə misilsizdir.36


33. Qərbdə qadın azadlığının mənası

Hal-hazırda Qərbdə mövcud olan devizlərdən biri də Qadın azadlığı məsələsidir. Azadlıq geniş mənalara malikdir: həm əsirlikdən, həm də əxlaqdan azad olmağa şamil edilə bilər. Çünki əxlaq da bir növ buxov və zəncir sayılır. Azadlıq qadını az muzdla zavoda çəkən sahibkarın sui-istifadəsindən, eləcə də onu əri qarşısında vəzifəli edən qanunlardan azad olmaq mənasında işlədilə bilər. Azadlıq bütün bu mənalarda ola bilər. İrəli sürülən bu şüarların böyük bir hissəsində bu istək və tələblər var. Bunlar bəzən bir-biri ilə ziddiyyət təşkil edir. Bu azadlığın mənası nədir?

Təəssüf ki, bu gün Qərb dünyasında azadlıq sözü yanlış və zərərli mənalarda işlədilir: ailə məhduduiyyətlərindən azad olmaq, ərinin nəzarətindən azad olmaq, qarşısında ötəri ehtiras məqsədi olduqda hətta nikah bağlamaqdan, ailə qurmaqdan və övlad böyütməkdən azad olmaq. Buna görə də, Qərb dünyasında səslənən fikirlərdən biri də abortun azadlığı məsələsidir. Bu, çox əhəmiyyətli məsələdir. Zahiri sadə və kişik olsa da, əslində, çox təhlükəli və ağır sözdür. Bu, Qərbdə irəli sürülən bir alət, şüar və istəkdir. Onlar bu məsələləri Qadın azadlığı hərəkatı adlandırırlar. Düzgün sistemdə, düzgün tələb və mübarizədə məqsəd bu qədər geniş ola bilməz. Onun bir qisminin zəzərli olduğunu qətiyyətlə deyə bilərik. Başqa bir qismi faydalı da ola bilər. İndi daha yaxşı, daha münasib, daha düzgün və daha həlledici şüarlar axtarmaq lazımdır.37

Bu gün dünyada Qadın azadlığı adı ilə pozğun Qərb mədəniyyəti tərəfindən ortaya qoyulan məsələnin məğzi qadını cinsi istifadə üçün kişinin ixtiyarına buraxmalarıdır. Bu, qadın azadlığıdırmı?! Cahil, azğın və qafil Qərb sivilizasiyasında insan hüquqlarının tərəfdarı olduqlarını iddia edənlər əslində, qadına zülm edənlərdir.38


34. Qərb mədəniyyətində kişinin kef çəkməsi üçün alət

Qadının Avropa modelində məsələ belə deyil ki, onlar qadının alim olmasını istəyirlər, İslam isə istəmir; onlar qadının ictimai sahədə çalışmasını istəyirlər, İslam isə istəmir. Belə deyil. İslam böyük alim qadınlar yetişdirmişdir. Bu gün də öz cəmiyyətimizə baxsanız, qadınlardan ibarət mütəxəssis, alim, doktor, tədqiqatçı və böyük incəsənət xadimlərinin az olmadığını görərsiniz. Onların arasında dəyər yaradan, düşüncə və məktəb sahibi olan insanlar var. Siyasi səhnədə, icraçı və qanunverici orqanlarda da belədir. Qadınlar ölkənin bütün sahələrində fəal iştirak edirlər. Bizimlə onların, İslamla Qərbin dəyərlər sistemi arasında problem bunlar deyil. Mübahisə başqa bir məsələdədir.

Bugünkü Avropanın qadın modeli qədim Roma və Yunan modelindən qaynaqlanır. O zaman da qadın kişinin kef çəkməsi üçün alət və hər bir şey bu qaydaya tabe idi. Bu gün də bunu istəyirlər. Qərblilərin əsas sözü budur.39
35. Qərbdə kişi və qadın arasındakı azad əlaqə qadına ən böyük zərbədir!

Qərbdə insanları çaşdıran bir məsələ var. O da budur ki, cəmiyyətdə qadın və kişi ictimai rəftar baxımından bir-biri ilə fərqlənmirlər. Yəni hər hansı bir kişi bir məclisə daxil olub salam verdikdən sonra o cəmiyyətin üzvü olursa, qadın da asanlıqla oraya daxil olur və onların birinə çevrilir. Yəni qadınla kişi arasında bu baxımdan heç bir ayrıseçkilik salınmır. Diqqət yetirdinizmi?! Bu isə hamını çaşdırır. Adam görür ki, bu, yaxşı bir haldır. Hamı bu haldan razıdır. Hətta məntiqi dəlillərlə buna müxalif olanlar da görürlər ki, pis bir şey deyil. Hansısa bir yerdə bir-birinə yad adam kimi baxmırlar, evə daxil olub bir-birinə salam verən və birgə yaşayan bacı-qardaş kimidirlər. Qərbdə qadın və kişi bir-biri ilə belə rəftar edir. Bu, ilk baxışdan və zahiri cəhətdən müsbət bir məqamdır. Lakin bunun yanında çoxlu mənfi məqamlar vardır. Qətiyyətlə deyə bilərik ki, burada zülm olunan tərəf qadındır. Çünki bu qadının həyat yoldaşının çoxlu qadınlarla duyğusal və ya cinsi əlaqəsi var, onlarla, öz ailəsi ilə ən kişik həddə belə olmayan isti və səmimi münasibət qurub. Bu, qadına böyük zərbədir.40


36. Qərbdə kişi dominantlığına sübut

Qərbdə kişinin dominantlığının əlamətlərindən biri budur ki, qadını kişi üçün istəyirlər. Buna görə deyirlər ki, qadın, kişinin ləzzət alması üçün bəzənməlidir. Bu, qadın azadlığı deyil, əslində, kişi azadlığıdır. Onlar kişinin azad olmasını istəyirlər. Hətta kişinin gözünün ləzzət alması üçün qadını onun qarşısında hicabsızlığa və bəzənməyə həvəsləndirirlər. Əlbəttə, qədim dövrlərdə Allah dinində olmayan cəmiyyətin çoxlu kişilərində də bu növ eqoizm mövcud olub və indi də var. Qərblilər bunun ən bariz nümünələridir. Deməli, qadının elmi, tədqiqatı və sair bu kimi şüarlar yalnız qadınlar arasında ciddi sayılmalıdır.41


37. Qərbdə kişi dominantlığına daha bir nümünə

Qadın ailə qurub ər evinə köçərkən öz familiyasını dəyişir və ərinin familiyasını götürür. Bu, qərblilərin adətidir. Bizim ölkədə belə olmayıb və indi də belə deyil. Bizdə qadın öz ailəvi kimliyini həmişə, hətta evləndikdən sonra da qoruyur. Onlardakı bu hal qədim Qərb mədəniyyətinin əlamətidir. Onlara görə, kişi qadının ağası idi.42


38. Qərbin qadına ikinci dərəcəli məxluq kimi baxması

Qərblilər qadının təbiətini tanımaqda və onunla rəftarda ya ifrata varmış, ya da təfrit etmişlər. Ümumiyyətlə, Qərbin qadına baxışı bərabərsizliyə və uyğunsuzluğa əsaslanır. Siz Qərbdə verilən şüarlara baxmayın. Bu şüarlar puçdur və reallığı göstərmir. Qərb mədəniyyətini bu şüarlardan anlamaq olmaz. Qərb mədəniyyətini onların ədəbiyyatlarında axtarmaq lazımdır. Avropa ədəbiyyatı, Avropa şeiri, avropalıların roman, hekayə və pyesləri ilə tanış olanlar bilirlər ki, Orta əsrlərdən başlayaraq indiki əsrin ortalarına qədər Avropa mədəniyyətinin gözündə qadın ikinci dərəcəli məxluq olmuşdur. Kim bunun əksini iddia etsə, yalan deyir. Siz məşhur Şekspirin pyeslərinə baxın. Görün bu pyeslərdə və Qərbin digər ədəbi əsərlərində qadına hansı dillə və hansı gözlə yanaşılır. Qərb ədəbiyyatında kişi qadının ağası, ərbabı və ixtiyar sahibidir. Bu mədəniyyətin bəzi nümunə və təsirləri bu gün də qalmaqdadır.43


39. Altmış-yetmiş il öncəyə qədər Qərb dünyasında qadın hüququ

Qərb dünyası qadını hörmətdən saldı. 60-70 il öncəyə qədər bütün Avropada və Qərb ölkələrində qadın yalnız kişinin tabeliyində ola bilərdi: ya öz kişisinin, ya başqa bir kişinin, ya da zavod və tarla sahibinin. Qadının heç bir sivil hüququ yox idi. Səsvermə hüququ, malikiyyət hüququ, alış-veriş hüququ yox idi. Sonralar qadını ictimai fəaliyyətlərə çəkdikdə də, yolunu azması üçün cəmiyyətdə hər cür şərait yaratdılar, onu azad və dayaqsız qoydular. Böyük oliqarxlar, çirkin siyasətçilər və gizli məmurlar siyasi və iqtisadi məqsədlər naminə düşünülmüş şəkildə qadını fəsada və bayağılığa sürüklədilər.44


40. Qərbdə qadının mülkiyyət hüququ yox idi!

On doqquzuncu əsrin sonlarında qadın azadlığı adlı bəzi hərəkətlər başlanılıb. Hörmətli qadınlar, xüsusən də bu sahədə düşünmək istəyən cavan xanımlar diqqət yetirsinlər. Məsələ burasındadır ki, Avropada mülkiyyət hüququnun tanınması, elə avropalı sosioloqların incələmələrinə görə, Qərbdə sənayenin və modern texnologiyaların işə başlamasından ötrü idi. Onların fəhləyə ehtiyacları vardı. İşci qüvvəsi yetərli olmadığından qadınları zavodlara cəlb edib onlardan istifadə etdilər. Onlar qadınlara daha az əmək haqqı verirdilər. Hər halda, qadının mülkiyyət hüququ bundan sonra elan olundu.45


41. Qərbli qadınların təhsil haqqında sənəd alma hüququ yox idi!

Qərb ölkələrində, çox yox, bir neçə il bundan öncəyə qədər ali məktəb oxuyan qadınlara rəsmi diplom verilmirdi. Son illərdə adını çəkmək istəmədiyim bir Qərb ölkəsinin, yenə də adını çəkmək istəmədiyim bir jurnalında bir yazı getmişdi. Deməli, 1917-ci ildə İngiltərədə ali təhsilini doktorluq səviyyəsində başa vurmuş, lakin heç bir diplom ala bilməmiş qadından söhbət gedirdi. Bu qadından nə üçün diplom ala bilmədiyi soruşulduqda cavab verir ki, 1947-ci ilə qədər İngiltərədə qadınlara diplom verilmirdi. Bu gün bunlar gəlib İslam respublikası qarşısında qadın hüquqlarından danışırlar. Qərb mədəniyyətində belə bir təhqirlərin müşahidə olunduğu həmin illərdə müsəlman İranda isfahanlı bir qadın dövrünün birinci dərəcəli müctəhidlərindən müctəhidlik icazəsi alır və İsfahanda fəlsəfə və fiqhin tədrisi ilə məşğul olur. İslam budur!46



42. Qərbli qadın ona miras qalmış mala belə sahib deyildi!

Siz baxın, Qərb dünyasında və qadın hüquqlarının müdafiəsindən bu qədər dəm vuran və təqribən hamısı yalan olan Avropa ölkələrində ötən əsrin ilk onilliklərinə qədər qadınların təkcə səsvermə yox, heç mülkiyyət hüququ da yox idi. Yəni qadın ona miras qalmış mülkün sahibi deyildi, bütün malları ərinə məxsus idi.47


43. İslamın qadına baxışı

Qadın məsələsini üç aspektdən araşdırsaq, İslam dininin bu haqdaki görüşünü ortaya qoymuş olarıq:



1. Qadının bir insan olaraq mənəvi təkamüldə rolu;

Bu baxımdan qadınla kişi arasında heç bir fərq yoxdur. Tarix boyu kişilərlə yanaşı böyük və görkəmli qadınlar da mövcud olmuşdur. Allah-Taala Qurani-kərimdə möminlərə misal vurmaq istədikdə qadını göstərir. Qadın, ozamankı insanlar arasında bənzəri olmayan, yaxud az olan parlaq bir mömin kimi önə çəkilir. Bu, birinci aspektdir.



2. Qadın ictimai, siyasi, elmi və iqtisadi fəaliyyətlərdə;

İslam baxımından, elmi, iqtisadi və siyasi fəaliyyət sahəsi qadının üzünə tamamilə açıqdır. Əgər kimsə İslami görüşlə qadını elmi işlərdən, iqtisadi, ictimai və ya siyasi fəaliyyətlərdən kənarlaşdırmaq istəsə, Allah hökmünün əksinə getmişdir. Qadınlar fiziki imkan və ehtiyaclarının icazə verdiyi həddə bütün fəaliyyətlərdə iştirak edə bilərlər. Onlar iqtisadi, siyasi və ictimai sahədə istədikəri qədər çalışa bilərlər. Müqəddəs şəriət buna mane olmur. Əlbəttə, qadın fiziki cəhətdən kişidən zərif olduğuna görə, bəzi qaçılmaz hallar qarşıya çıxa bilər. Qadını ağır işlərə sövq etmək ona zülmdür. İslam bunu tövsiyə etmir. Amma eyni zamanda buna qadağa da qoymur. İmam Əli ibn Əbu Talibdən (ə) belə bir hədis nəql olunur: “Qadın güldür, fəhləbaşı deyil”. Bəli, qadın güldür. Hədisdə işlənmiş qəhrəmanə sözü fəhlə və layiqli xidmətçi deməkdir. Kişilərə deyir ki, qadın sizin evinizdə lətafətli bir gül kimdir. Onunla rəftar etdikdə çox diqqətli və ehtiyatlı olmaq lazımdır. Qadın sizin fəhləniz deyil ki, ağır işləri ona yükləyəsiniz. Bu, əhəmiyyətli bir məsələdir. Ailə qurarkən qadının işləməsini, peşə və qazanca sahib olmasını şərt qoymaq düzgün deyil. Baxmayaraq ki, bu iş şəriətin ziddinə deyil, amma İslam bunu tövsiyə etmir. İslama əsaslanaraq iqtisadi və ictimai işləri qadına qadağan etmək yanlışdır. İslam belə bir söz deməyib.

Digər tərəfdən, İslam qadını ağır işlər görməyə və çətin iqtisadi, ictimai və siyasi sahələrdə çalışmağa məcbur etməyi də tövsiyə etmir. İslamın baxışı mötədil və orta baxışdır. Yəni hər hansı bir qadının vaxtı və imkanı olsa, uşaq tərbiyəsi ona maneçilik törətməsə, fiziki işlərə marağı və gücü olsa, ictimai, iqtisadi və siyasi məsələlərə qoşulmaq istəsə, heş bir problemi yoxdur. Amma onu məcbur etmək, mütləq hər hansi bir işlə məşğul olmağı, gündə filan qədər işləyib ailənin xərcinin müəyyən qismini təmin etməyi tələb etmək olmaz. İslam qadından belə bir şey istəmir və bunu icbari əmək sayır. Xülasə desək, bu aspektdən İslamın görüşü budur ki, qadını elmi, iqtisadi, ictimai və siyasi fəaliyyətlərə məcbur etmək olmaz; necə ki, buna maneə olmaq da düzgün deyil. Əgər qadınlar ictimai və siyasi fəaliyyətlərlə məşğul olmaq istəsələr, eybi yoxdur.

Bu arada elmi fəaliyyət çox yaxşıdır və digər fəaliyyətlərdən üstündür. Mən ailələrə tövsiyə edirəm ki, qızlarının dərs oxumasına icazə versinlər. Məbada ata və ana dini təəssübkeşlik üzündən qızlarının qarşısını alıb ali təhsil icazəsi verməyələr. Xeyr, din belə bir söz deməyib. Din elm öyrənməkdə qız və oğlan arasında heç bir fərq qoymur. Əgər sizin oğlunuz ali təhsil alırsa, qoyun qızınız da alsın. Qoyun bizim cavan qızlarımız dərs oxusunlar, elm öyrənsinlər, məlumatlarını artırsınlar, öz məqamlarına vaqif olsunlar, öz qədir-qiymətlərini bilsinlər. Qoy bilsinlər ki, hegemon dünyanın qadın haqda təbliğatları nə qədər boş və əsassızdır. Bunları savadlanmaqla başa düşmək olar. Bu gün bizim ən dindar, ən inqilabçı, ən pak və ən imanlı qız və qadınlarımız təhsil almışlar arasındadır. Bərbəzək, eyş-işrət adamı olanlar, dünyanın zinətlərindən yapışanlar, geyimdə və yaşayış tərzində kor-koranə və gözübağlı Qərb modellərini yamsılayanlar, adətən, yetərli məlumatı və savadı olmayanlardır. Məlumatlı insan öz rəftarına nəzarət edə və onu həqiqətlə, yaxşıyla müqayisə edə bilir. Buna əsasən, bütün elmi fəaliyyət yolları qadınların üzünə acıq olmalıdır. Qızlar hətta kəndlərdə də dərs oxusunlar. Mənim valideynlərə tövsiyəm budur ki, qız uşaqlarını məktəbə qoysunlar, savadlandırsınlar. Əgər onların istedadı olsa və ibtidai mərhələləri keçdikdən sonra ali universitet təhsili almaq istəsələr, mane olmayın, qoyun onlar bizim müsəlman cəmiyyətimizdə savadlı insanlardan və məlumatlı adamlardan olsunlar. Bu da ikinci aspektdir.



3.Qadın ailənin bir üzvü kimi.

Məncə, bu, çox əhəmiyyətlidir. Mənim əzizlərim! İslamda kişiyə icazə verilməyib ki, qadına güc göstərsin, onu nəyəsə məcbur etsin. Ailədə kişiyə ağıl və məsləhət əsasında məhdud hüquqlar verilib. Bu hüquqlar kimə deyilsə və açıqlansa, onu təsdiqləyər. Həmçinin ailədə qadına da bəzi hüquqlar verilib. Bunlar da məsləhət üzündəndir. Qadın və kişinin hər birinin özünəməxsus təbiətləri, xarakterləri, hiss və duyğuları vardır. Onların hər biri ailədə özünəxas xarakterlərdən düzgün istifadə etsələr, ideal bir cütlük yaranar. Əgər kişi və ya qadın ifratçılıq etsə, bu uyğunluq pozular. İslam dini ailə daxilində qadın və kişini qapının iki layı, insan üzündəki iki göz, cəbhədəki iki səngər yoldaşı və mağazadaki iki şərik tacir kimi görür. Onların hər birinin özünəməxsus təbiəti, xüsusiyyəti, fiziki, psixoloji və düşüncə özəllikləri vardır. Bu iki cins İslamın təyin etdiyi hüdud və meyarlarla bir-birinin yanında yaşasalar, mehriban, faydalı və davamlı bir ailələri olar.

Bu gün Qərb dünyasında ailənin təməlləri çox zəifdir. Ailələr, xüsusən də qadınlar ayrılıqdan əziyyət çəkirlər. Əgər Allah göstərməmiş, bir ailə dağılsa, həm qadın və həm kişi əziyyət çəkir, yalqız qalır, lakin qadın daha çox əziyyət çəkir. Bu gün Qərb dünyasında qadın belə bir əzab içindədir. Orada ailələr asanlıqla dağılıb məhv olur. Bəzən qadının özü ailənin dağılması üçün addım atır, amma yenə də daha çox əziyyəti özü çəkir. Əsas məsələ budur ki, ailə mühitində bu iki amil bütün özəl xüsusiyyətlərinə rəğmən, bir-biri ilə harmoniyadadırlar, müştərək yaşayırlar. Qadın fiziki cəhətdən daha zərif, kişi isə güclüdür. Əgər qanun qadını müdafiə etməsə, kişi ona zülm edə bilər.48
44. Müsəlman qadın modeli

Müsəlman qadın elm, mənəviyyat və əxlaq yolunda çalışmalı, cihad və mübarizədə öndə olmalı, dünya bəzəklərinə, dəyərsiz zinətlərə etinasız yanaşmalı, yad gözləri öz-özünə uzaqlaşdıran həddə iffətli, ismətli və pak olmalı, evdə ərinin və övladlarının dayağı, həyatda dinclik və ailədə asayiş səbəbi olmalıdır. Şəfqət və mehribanlığı, məhəbbəti, dəqiq sözləri ilə kin-küdurətsiz, psixoloji cəhətdən sağlam və yüksək əhval-ruhiyyəli övladlar yetişdirməli, cəmiyyətə dəyərli şəxsiyyətlər verməlidir.

Ana hər bir yaradıcıdan dəyərlidir. Ən böyük alim çox mürəkkəb elektron cihazı ixtira edə, kosmik gəmilər düzəldə bilər. Amma bunların heç biri böyük insan yetişdirmək qədər əhəmiyyətli deyil. Ana insan yetişdirir. Müsəlman qadın örnəyi budur.49
45. İslam baxımından, insani dəyərlərin əldə edilməsində qadın və kişi arasında heç bir fərqin olmaması

Hər bir insanın yaranışında məqsəd ümumbəşəri yaranışda olan məqsəddir: yəni insani təkamülə və bir insanın çata biləcəyi ən üstün dəyərlərə ucalmaq. Bu baxımdan isə qadınla kişi arasında heç bir fərq yoxdur. Bunun göstəricisi birinci növbədə Fatimeyi-Zəhra (s) və tarixin digər böyük qadınlarıdır. Yəni Fatimeyi-Zəhra (ə) bəşəriyyətin zirvəsindədir və ondan yuxari heç kim yoxdur. Bildiyimiz kimi, bu xanım bir müsəlman qadın olaraq özünu bu zirvəyə qaldırmaq imkanı əldə etdi. Deməli, qadınla kişi arasında fərq yoxdur. Bəlkə də məhz buna görədir ki, Allah-Talala Qurani-kərimdə yaxşı və pis insanlara misal çəkdikdə onlardan hər ikisinə qadınlardan nümunə göstərir. Birinə Fironun həyat yoldaşını, digərinə isə Nuh və Lutun həyat yoldaşını misal çəkir. Pis, bədbəxt, yanlış yolda hərəkət edən insanlar uçun Nuhun və Lutun həyat yoldaşını misal göstərir.

Burada sual oluna bilər ki, nə üçün həm kişi və həm qadın nümunələr göstərilmir. Quranın hər bir yerində iman gətirən insanlara, yaxud kafirlərə misal göstərildikdə hər iki misal qadındandır. Bu onun üçün deyil ki, biz bəşər tarixi boyunca qadının məqamına qarşı yanlış təsəvvürlərə İslamın dililə cavab verək?! İslam tarix boyu qadın haqqında mövcud olan bu qeyri-obyektiv anlayış tərzinin, yanlış təsəvvür və üslubların qarşısını almaq istəyir.50
46. İslam və qadının hörmət və izzəti

İslam qadının işləməsinə razıdır. Nəinki razıdır, hətta bu işləmək onun əsas və mühüm peşəsi olan övlad tərbiyəsi və ailəsini qorumaqda problem yaratmasa, bəzən vacib də bilir. Heç bir ölkə müxtəlif sahələrdə qadınların işçi qüvvəsindən ehtiyacsız ola bilməz. Amma bunlar qadının hörməti, onun insani və mənəvi dəyəri ilə ziddiyyət təşkil etməməlidir. Qadını aşağılamaq, onu təvazokarlığa və kiçilməyə məcbur etmək olmaz. Təkəbbürlülük hər bir halda qəbahət sayılır. Amma qadınların naməhrəm kişi qarşısında təkəbbürlülüyü belə deyil. Qadın naməhrəm kişi qarşısında təkəbbürlü olmalıdır. “(Yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın!” (Əhzab surəsi, 33). Qadın başqa kişi ilə danışdığı zaman özünü kiçiltməməldir. Bu, qadının hörmətini qorumaq üçündür. İslam bunu istəyir və müsəlman qadının örnəyi budur.51


47. Müsəlman qadın öz dəyərini bilməli və Qərb mədəniyyətinin oyuncaqlarından uzaqlaşmalıdır!

Bizim cəmiyyətimizin mömin qadınları müsəlman qadının dəyər-qiymətini bilməlidirlər. İslam qadınının və müsəlman qadının qədrini bilin. Bu qadın öz həyatında və rəftarında kişilərə qarışmır, özünü kişini cəlb etmək üçün alətə çevirmir, bundan üstün bilir. Öz məqamını soyunmaqdan, bədəni və saçı ilə yoldan ötənlərin gözünü özünə sarı çəkməkdən və onların həvəsini doyurmaqdan daha üstün bilir. Bu qadın özünü, bəşər tarixinin ən böyük xanımı olan Fatimeyi-Zəhranın (ə) ən uca nöqtədə durduğu zirvələrdə görür. Bu qadın nəhayət, Qərb sivilizasiyisının ortaya qoyduğu oyuncaqlardan və onların hiyləgər üslublarından çəkinməli, onlara etinasız yanaşmalıdır!52


48. Qərb mədəniyyətindən doğan və qadınların unutmalı olduğu yanlış inam

Qadın, onun zehnində özünə aid yaradılmış yanlış inamdan uzaqlaşmalıdır. Bu yanlış inam odur ki, qadın kişinin ləzzət alması üçün bir alətdir. Bu inamı Qərbin müstəmləkəçi və istehlakçı mədəniyyəti bizə sırıyıb. Əlbəttə, tarixin sultan və zadəganlarının saraylarında da belə vəziyyət olub və onlar ilk dəfə olaraq bu mənfur toxumu cəmiyyətin beyninə səpiblər. Amma Qərb onu ən son nöqtəsinə çatdırdı. Bu inamı zehinlərdən çıxarmalıyıq. Bunun qadın beynindən çıxarılması kişi beynindən çıxarılması qədər çətindir. Çünki onların hər ikisi sürəkli təlqinlər nəticəsində bunu qəbul etmişlər.53


49. Geyimdə, bəzənməkdə və bu kimi məsələlərdə qız və oğlanlarımızın gözlərinin qərblilərə dikilməsini istəmirəm!

Mən demək istəyirəm ki, siz saç düzümünüzü əvəzləmək, yaxşı paltar geyinmək, öz yerişinizi dəyişmək istəyirsinizsə, edin, amma özünüz edin, başqalarından öyrənməyin. Təqribən 30-40 il bundan əvvəl Qərb ölkələrində və ən çox Amerikada bir qrup cavan ictimai şəraitdən bezib bəzi hərəkətlərə başladılar. Bu hərəkətlər günümüzədək davam edir. Bizim dövrümüzdə belələri çox qəribə görkəmdə və bu gün bütün dünyada məşhur olan Pop musiqisinə bənzər bir musiqidə özlərini göstərirdilər. Mən inqilabdan sonra Əlcəzairə getdim. Bizim maşınımız küçədən keçirdi. Bir dəfə gördüm cavan bir oğlan saçının yarısını qırxdırıb, yarısını isə saxlayıb. Mən çox baxdım, gördüm ki, bu formada heç bir gözəllik yoxdur. Aydın idi ki, o, başqalarını yamsılayıb. Ümumiyyətlə, Əlcəzairdə sənayenin və texniki istehsal alətlərinin ictimai həyata təzyiqi o həddə deyil ki, bir cavan ABŞ-da, İngiltərədə, yaxud başqa bir yerdəki kimi hərəkət etsin. O, bunu kimdənsə görüb götürmüşdü. Mən belə məsələlərə qarşıyam və bizim cavanımızın belə hərəkət etməsini, oğlan və qızlarımızın başqalarını yamsılamasını istəmirəm.54


50. Qadınların modaya və bərbəzəyə qurşanması

Bu gün bərbəzəyə aludə olmaq müsəlman və inqilabçı qadın üçün eyibdir. Bu gün başı, sinəni və qolları zinət əşyaları ilə doldurmaq, paltar modasını və bəzəkləri öz bütünə çevirmək iranlı və inqilabçı müsəlman qadın üçün eyibdir. Belə şeylərin ardınca qaçan qadının dəyəri az olur. Qızıl qadına dəyər vermir. Qızıla etinasızlıq dəyər sayılır. Moda qadın üçün dəyər deyil. Düşmənlərin düzəltdiyi tələyəbənzər modalara etinasızlıq qadın üçün dəyərdir. Öz şəxsiyyətini tapmış müsəlman qadın ehtiyatlı olmalı və bu şəxsiyyəti itirməməlidir.55


51. Qərb mədəniyyətinin çox təhlükəli boyunduruğu

Məncə, modabaqzlığa və dəbdəbəyə meyl göstərmək, hər şeyin yenisini istəmək və kişilərin qarşısında bəzənməkdə ifratçılıq bizim cəmiyyətimizin və qadınlarımızın yoldan sapmalarının ən böyük amillərindən biridir. Qadınlar bunun qarşısında müqavimətli olmalıdırlar. Qərblilər qadını öz istədikləri məxluqa çevirmək üçün daim yenilənən modalar düzəltməyə, gözləri, ürəkləri və düşüncələri belə zahiri və aldadıcı məsələlərlə qarışdırmağa ehtiyaclıdırlar. Bunlarla məşğul olan insan nə zaman həqiqi dəyərlərə qovuşa bilər?! Heç bu barədə düşünməyə macal tapmaz. Özünü kişilərin diqqətini cəlb etməkdə alətə çevrimək istəyən qadın mənəvi saflıq haqqında düşünməyə macal taparmı?! Məgər bu, mümkündür?!56


52. Bir cəmiyyətin qadınları fəsada uğrasa...

Qadın fəsada çəkilsə, kişiləri fəsada çəkmək lazım deyil, onlaz öz-özlərinə fəsada çəkiləcəklər. Əgər bir nəslin qadınlarını fəsada salsalar, o nəslin kişilərini fəsada salmaq üçün artıq xərcə ehtiyac qalmır. Çox çəkməyəcək ki, o nəslin bütün kişiləri fəsada yuvarlanacaqlar. Çünki qadın tərbiyəçidir: ya fəzilətli və qorxmaz insanlar tərbiyə edir, ya da dəyərsiz, məqsədsiz insanlar. Analar islah olunmalıdırlar ki, tarix və gələcək də islah olunsun.57


53. Hicab, yoxsa çadra?

Hicab qadının xar olması demək deyil. O, qadının isməti və qorunması üçündür; təkcə qadının yox, həm qadının və həm kişinin isməti və qorunması üçün. Hicab çadra demək deyil. Lakin çadra biz iranlılar üçün qədimdən xanımlarımızın istifadə etdiyi ən yaxşı hicab növüdür. Çadrasız da hicablı olmaq mümkündür. Hicab düzgün örtünmə deməkdir. Hədislərin təbirincə desək, “çılpaq örtünmüş”, yəni örtündüyü halda çılpaq insan kimi olmaq faydasızdır, hicab deyil. Sağlam örtünmə odur ki, qadının başını, saçını, boynunu, bədənini örtsün. Əlbəttə, fəqihlərin çoxu üzü və iki əli örtməyi istisna ediblər. Amma üz bəzəksiz və sadə olmalıdır. Hicab bu deməkdir. İranlı qadınlar çadraya üstünlük verirlər. Bu, çox yaxşı üsuldur. Həm gözəldir, həm qadının gözəlliyi ilə ziddiyyət təşkil etmir, həm də kamil hicab formasıdır. Hər halda, hicaba istər iranlı formasında, istər ərəb formasında, istərsə də başqa bir ölkədəki formada tam riayət etsələr, İslamın əmri yerinə yetirilmişdir. Çünki müsəlman ölkələrinin hər birində qadınlar öz hicablarını xüsusi formada qoruyurlar.58


54. İslamın məqsədi

İslam hicab məsələsində geyim formasını müəyyən etməyib, məqsədi müəyyənləşdirib. Məqsəd budur ki, kişi və qadının görüşü və onların gündəlik həyatdakı təbii rastlaşması ehtirasları coşdurmasın. İslamın məqsədi budur. Müsəlman ölkələrində qadınlar Quranın dediyi hicabı qorumağa çalışırlar. Amma gördüyünüz kimi, onların hamısı hicaba eyni formada əməl etmirlər. Mən onların dindarlarını deyirəm. Onlar Şimali Afrika ölkələrində bir cür hicab örtürlər, Şərq ölkələrində, məsələn, Hindistanda və Pakistanda isə başqa cür. Siz bunlarla tanış deyilsiniz. Bu, onların ictimai və mədəni şəraitindən qaynaqlanır.59


55. Hicab tərki-dünyalıq deyil!

Hicab məsələsi qadını tərki-dünya və ictimai həyatdan təcrid etmək deyil. Əgər kimsə belə düşünsə, çox yanlış düşünüb. Hicab məsələsi cəmiyyətdə qadın və kişinin bir-biri ilə qeyd-şərtsiz qarışmasının qarşısını almaq üçündür. Çünki belə bir vəziyyət həm cəmiyyət üçün zərərlidir, həm də kişi və qadın üçün. Bu, xüsusən qadına daha çox zərərlidir.60


56. Qadının iffətini, paklığını və təqvasını qoruyan amil hicabdır!

Biz həmişə hicab və iffətdən danışdıqda bəziləri deyirlər ki, hicabın iffətlə nə əlaqəsi var? Çoxlarının hicabı var, amma iffətləri yoxdur. Çoxlarının iffətləri var, lakin hicabları yoxdur. Halbuki bu, düzgün fikir deyil. İffət bir şeydir, hicab isə başqa bir şey. Lakin iffət insanda əlçatmaz, dəyişilməz bir şey deyil. İnsanın digər xarakterləri kimi, o da təsirə məruz qala bilər. Onu təsirlərdən uzaq saxlayan, qadının iffətini, paklığını, təqvasını və ismətini qoruyan amillərdən biri işdə və cəmiyyətdə yanlış münasibətlərin olmamasıdır. Yanlış münasibətlər mədəni və əxlaqi göstərişlərin riayət olunmadığı məsələlərdir. Bu arada, bu qorunmaya kömək edə biləcək amil hicabır. Ən yaxşı şey hicabdır: qadın və kişinin hicabı. Kişinin hicabı baxmamaqdır. Hicab maneə deməkdir.61

Qərb mədəniyyətinə görə, qadının dəyərlərindən biri digərlərinin ləzzət almasına şərait yaratmaqdır. Ona görə də biz İslam mədəniyyətinə əsasən, İslamın kişi və qadın əlaqələrində məhdudiyyət yaratdığını və onların qeyd-şərtsiz münasibətlərinə icazə vermədiyini dedikdə, bizi, qadına qarşı hörmətsizlikdə suçlayırlar. Halbuki hörmətsizlik və təhqir Qərb mədəniyyətinin qadın şəxsiyyətinə baxışında görünür.62
57. Görün iffət məsələsi nə qədər əhəmiyyətlidir!

Bu hicab, məhrəm və naməhrəmlik, baxmaq və baxmamaq məsələləri ondan ötrüdür ki, iffət toxunulmaz qalsın. İslam dini qadının iffətinə əhəmiyyətlə yanaşır. Əlbəttə, kişinin iffəti də əhəmiyyətlidir. İffət təkcə qadınlara xas deyil. Kişilər də iffətli olmalıdırlar. Lakin cəmiyyətdə kişi öz fiziki gücünə arxalanaraq qadını əzmək imkanına malik olduğundan, qadın iffəti üzərində daha artıq təkid göstərilmişdir. Bu gün Qərb dünyasında, xüsusən də Amerika Birləşmiş Ştatlarında qadınların problemlərindən biri budur ki, kişilər öz güclərinə arxalanaraq qadın iffətinə təcavüz edirlər. Mən ABŞ-ın rəsmi orqanları tərəfindən nəşr olunan statistikaları gördüm. Onlardan biri Ədliyyə nazirliyinə, digəri isə başqa bir rəsmi quruma aid idi. Rəqəmlər doğrudan da dəhşətli idi. Amerikada hər altı saniyədə bir kobud təcavüz baş verir. Görün iffət məsələsi nə qədər əhəmiyyətlidir!63




: lib -> doc
doc -> Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru
doc -> Hicab Böyük Rəhbər həzrət Ayətullah Xameneinin tövsiyələrində Tərtib edən: Məhəmmədhüseyn Himmətinejad
doc -> Birinci fəsil: İman, İslam və mənəviyyat
doc -> Vilayət bağçası altıncı cİld
doc -> Zeynəlabidin Bəhrami
doc -> Tərtib edən: Səid Mirzai Giriş İkinci Qüds Günündən bir xatirə
doc -> Uğursuz plan İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Seyid Əli Xameneinin 2009-cu IL fitnəsi haqda çıxışlarından seçmələr
doc -> AşİQLİK ŞƏRİƏTİ Ustad Əli Şəriətinin fikirləri və hikmətli kəlamları
doc -> İsraf İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin israf haqda tövsiyələri
doc -> Birinci fəsil: İnqilabı, quruluşu və ölkəni müdafiə etməkdə fəhlələrin rolu


Dostları ilə paylaş:
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə