Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

 

44

icarədərin  ödədiyi  icarə  haqqları  və  aktivin  son  satışı  ilə  örtülür.    İstismar  və 



köhnəlmə riskini lizinq şirkəti daşıyır. 

Avadanlıqların  bank  krediti  hesabına  əldə  edilməsinə  alternativ  olan  maliyyə 

lizinqi  sahibkarların  daha  böyük  marağını  cəlb  etmişdir.  Lizinq  verən  lizinqə 

götürənin seçdiyi avadanlığı alır və  icarədar onu yararlılıq müddəti ərzində   istifadə 

edir. Maliyyə  lizinqi adətən  ilkin dəyərin tam qaytarılması  ilə  müşayət  olunan  icarə 

hesab olunur. Belə ki, icarə müddəti ərzində icarədar tərəfindən  ödənilən icarə haqqı 

avadanlığın tam amortizasiya dəyərini (qalıq dəyəri adətən  ilkin əldə olunan dəyərin 

5%-dək olan bir hissəsini təşkil edir) əhatə edir və  üstəgəl bir qədər də mənfəət əldə 

edilir.  İcarədar  köhnəlməyə,  istismar  xərclərinə  və  aktivin  sığortalanmasına  görə 

məsuliyyət  daşıyır.  Bir  qayda  olaraq  icarədar  aktivi  icarə  müqaviləsinin  sonunadək 

istifadə etmək hüququna malikdir. 

Lizinq münasibətlərinin sxemi: 

  İstifadəçi  –  lizinq  alan  ona  hansı  avadanlığın  lazım  olması  barədə  lizinq 

şirkətinə məlumat verir; 

  Lizinq şirkəti həmin avadanlığı onu istehsal edən və ya satan firmadan alır; 

  Lizinq  şirkəti  avadanlığın  sahibi  olaraq  qalmaqla  onu  müqavilə  əsasında 

digər subyektlərin istifadəsinə verir. 

 

 



 

 

 



 

 

 



 

 

 



Lizinq şirkəti 

Lizinq müqaviləsi 

Alqı-satqı müqaviləsi 

İstifadəçi (lizinq alan)  

İstehsalçı (təchizatçı) 



 

45

Lizinqin üstünlükləri. 



1.  Lizinq sahibkara kəskin maliyyə gərginliyi olmadan zəruri avadanlıqları  əldə 

etməyə imkan verir; 

2.  Avadanlığın  əldə  olunması  ilə  əlaqədar  bütün  xərclər  lizinq  alan  tərəfindən 

məhsulun,  iş  və  ya  xidmətin  maya  dəyərinə  daxil  edilir  ki,  bu  da  vergitutma 

bazasını əhəmiyyətli dərəcədə azaldır; 

3.   Lizinq  sürətləndirilmiş  amortizasiyanın  tətbiqinə  imkan  verir.  Bu  da  

avadanlığın  qalıq  dəyərini  əhəmiyyətli  dərəcədə  azaldır  və  lizinq  müddəti 

bitdikdən sonra sahibkar onu xüsusi əsas vəsaitlər kimi balansına daxil edir; 

4.  İstehsalçı  və  təchizatçılarla  danışıqları,  alqı-satqı  müqaviləsinin  rəsmiləşdi-

rilməsini lizinq şirkəti daşıyır ki, bu da vaxt  və maddi məsrəfləri azaldır və s. 

Françayzinq – franchising – (eləcə də  franşizinq, güzəştli sahibkarlıq). 

a)  Bu  davamlı  işgüzar  əməkdaşlığın  bir  forması  olub,  nəhəng  korporasiyanın 

individual  sahibkara və ya sahibkarlar qrupuna müəyyən məhdud  ərazidə, müəyyən 

müddətə,  şərtlərlə  və  müqavilə  əsasında  həmin  şirkətin  ticarət    markası  altında 

məhsul  istehsal  etməyə,  ticarət  etməyə  və  xidmətlər  göstərməyə  verdiyi  lisenziya 

(franşıza) münasibətləri nəzərdə tutulur; 

b)  Müstəqil  müəssisələrin  sahibləri  vasitəsilə  franşıza  sisteminin  yaradılması, 

dəstəklənməsi və inkişaf etdirilməsi prosesidir. 

Françayzinqin formaları: 

Əmtəə françayzinqi -  ticarət  sferasında, hər hansı iri bir şirkətə məxsus  əmtəə 

nişanı altında  müəyyən  məhdud ərazidə onların satışı  ilə  məşğul olmaq  üçün  verilən 

müstəsna hüquqdur. 

İstehsal  françayzinqi  –  françayzinq  çərçivəsində  hər  hansı  bir    şirkətə  onun 

özünün  xammal,  material  və  texnologiyalarından  istifadə  etməklə,    franşıza  verən 

şirkətin əmtəə  nişanı altında  məhsul  istehsal etməsi  və onun satışı  ilə  məşğul  olması 

üçün verilən françayzinq müqaviləsi çərçivəsində baş verən münasibətlərdir. 

İşgüzar  françayzinq  –  tərəflərin  xidmət,  təhsil  və  yüngül  sənaye    sahələrində 

franşıza    verənin  texnologiyasından,  ona  məxsus    nou-xaudan,  əmtəə  nişanından  və 




 

46

sahibkarlıq təcrübəsindən istifadə  etməklə biznesin qurulması və  inkişaf etdirilməsi 



sahəsində qarşılıqlı münasibətləridir. 

Korporativ  françayzinq  –  françayzinq    münasibətlərinin  yeni  forması  olub, 

franşıza    alanın  ayrıca  müəssisə  ilə  yox,  franşıza  müəssisələri  şəbəkəsi  ilə    əməliy-

yatlar aparması prosesidir. 

Konversion  françayzinq  –  franşıza  şəbəkəsinin  genişləndirilməsi  forması    olub 

fəaliyyət  göstərən  müstəqil    müəssisənin  müqavilə  əsasında  bir  franşıza  verənin  

nəzarəti  altında  olan  françayzinq  müəssisələri  sisteminə  qoşulması  ilə  franşıza 

şəbəkəsinin genişləndirilməsi formasıdır. 

Subfrançayzinq  –  françayzinq  biznesinin  təşkili  forması  olub,  əsas  franşizanı 

alan  şirkətin  müəyyən  bir  ərazidə  digər  şirkətlərə  françayzinq  xidməti  göstərmə 

hüququdur. 

Françayzinqin işləmə mexanizmi  aşağıdakı kimidir: 

Bazarda  özünə  möhkəm  yer  tutan  və  istehlakçılar  arasında  artıq  tanına    əmtəə 

nişanına  sahib  olan  iri  şirkət  özünün  satış  şəbəkəsini  genişləndirmək  üçün  həmin 

nəhəng    şirkətin  keyfiyyət  standartlarına  uyğun  gələn    müəyyənləşdirilmiş  əmtəə  və 

xidmət  növlərinin istehsalı və satışı üçün xırda şirkətlərlə müqavilə  bağlayır. Müqa-

viləyə uyğun olaraq ticarət markasından,  avadanlıqdan, texnologiyadan, nou-xaudan 

istifadə  hüququ  franşıza  alan  şirkətə  keçməklə  yanaşı    ona  daimi  işgüzar  və  pro-

fessional  kömək  göstərir,  heyətini  təkmilləşdirir,  reklamını  təşkil  edir  və  marketinq 

tədqiqatları aparır. 

Qiymətli kağızlar bazarı investisiya aləti kimi 

Qiymətli kağızlar bazarı və ya  Fond bazarı dedikdə – qiymətli kağızların  satışı 

və alıcıların – emitent və investorları görüşdürən mexanizm, qiymətli kağızların dövr 

etdiyi  maliyyə  bazarının  bir  seqmenti  başa  düşülür.  İstənilən  fond    bazarı  aşağıdakı 

komponentlərdən ibarətdir: 

  bazar subyektləri; 

  bazarın özü (birjadaxili və birjadan kənar fond bazarları); 

  dövlət  tənzimlənmə  və  nəzarət  orqanları  (Qiymətli  Kağızlar  üzrə    Dövlət 

Komitəsi, Milli Bank, Maliyyə Nazirliyi və s.); 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə