Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 

38

  yüksək rentabelliyi təmin edən pul vəsaitlərinin xərclənməsinin səmərəliliyi; 



  xərcin bu  və  ya başqa istehsal  və ya tədavül  xərc  maddələrinə düzgün  daxil 

aid  edilməsi də daxil olmaqla maliyyələşmə üzərində nəzarət 

Dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi. 

Dövriyyə vəsaitlərinin maliyyələşdiriləmsi mənbələri aşağıdakılardır: 

 Xüsusi vəsaitlər; 

 Borc vəsaitlər (Qısamüddətli kreditlər); 

 Cəlb olunmuş vəsaitlər. 

Xüsusi  vəsaitlər fondların dövranında mühüm rol oynayır. Kommersiya prinsip-

ləri  əsasında  fəaliyyət  göstərən  müəssisələr  işin  rentabelli  getməsi  və    qəbul  olunan 

qərarlara  cavabdehlik  daşımaqdan  ötrü  müəyyən  əmlak  və  operator      müstəqilliyə 

malik olmaladırlar. Borc vəsaitləri özündə dövriyyə vəsaitlərinin  maliyyələşdirilməsi 

üçün qısamüddətli kreditləri əks etdirir. Bu kreditlərin cəlb edilməsinin məqsədi möv-

sümi  istehsal  prosesi  ilə  əlaqədar  olaraq  mövsümi    xammal-material  ehtiyatlarının 

yaradılması, dövriyyə vəsaitlərinin müvəqqəti çatışmamazlığının aradan qaldırılması, 

hesablaşmaların  həyata  keçirilməsi  kimi  işləri  həyata  keçirməkdir.  Hazırki  dövrdə 

maliyyə bazarlarının inkişafı  müəssisələr üçün cəlb  olunmuş vəsaitlər kimi yeni ma-

liyyələşdirmə  mənbəyi    açmışdır.  Cəlb  olunmuş  vəsaitlər  maliyyə  alətləri  vasitəsilə 

həyata keçirilir. Həmin maliyyə alətlərinə səhmlər, istiqrazlar, veksellər və s. qiymətli 

kağızlar daxildir. 

 

 



2.2. Mənfəət əldə edilməsi məqsədilə  müəssisənin investisiya  

fəaliyyətinin əsas istiqamətləri 

 

İnvestisiyalar  –  (latınca  investio  –  geyinmək)  sahibkarlıq  və  başqa  fəaliyyət 



obyektlərinə  mənfəət  və  ya  sosial  səmərəlilik  əldə  etmək  üçün  sərf  olunan  bütün 

əmlak növlərinin və intellektual dəyərlərin məcmusudur. 

İnvestisiya  fəaliyyəti  –  vətəndaşların,  hüquqi  şəxslərin  və  dövlətin  investisi-

yaların  reallaşdırılması  üzrə  praktiki    fəaliyyətlərinin  məcmusudur.  İnvestisiyalar 




 

39

başlıca    olaraq  mənfəət  əldə  etmək  məqsədilə  iqtisadiyyatın    müxtəlif  sahələrində 



həyata  keçirilən  uzunmüddətli  kapital  qoyuluşlarıdır.  İnvestisiyalar  qarşılıqlı  faydalı 

proses  olmaqla  həm    investisiya  subyektlərinə,  həm  də  investisiya  obyektlərinə  (hər 

hansı əmlak, o cümlədən, əsas fondlar, dövriyyə  vəsaiti, qiymətli kağızlar, məqsədli 

pul  əmanətləri,  elmi-texniki  məhsullar,    intellektual  sərvətlər,  digər  mülkiyyət 

obyektləri, habelə əmək hüquqları) gəlir gətirməlidir. 

İnvestisiya  prosesi  gələcək  zamanda  əldə  olunacaq  bir  prosesdir.  Yəni  investor 

tərəfindən  investisiya  olunan  resurslar  gələcəkdə  (investisiya    yatırılan  anda  yox) 

mənfəət  şəklində  əldə  olunmalıdır.  Məhz  bu  xüssiyyəti    investisiyaları  riskli  edir. 

Adətən    çertyojlardan  bitmiş  istehsala  qədər  olan  müddət    3  ildən  5  ilədək  davam 

edir.  Bunun  üçün  kifayət  qədər  uzaq  perspektivdə    tələbin  xarakterini  qabaqcadan 

bitmək  tələb  olunur.  Çünki    bütün  bugünki  məqsədlər,    planlar  əldə  edilməsi  

gələcəkdə  nəzərdə tutulan mənfəətə, vəsaitlərə əsaslanır. 

Dünya praktikasında investisiyaların 3 əsas formasını fərqləndirirlər: 

1.  Birbaşa və ya real investisiyalar; 

2.  Portfel və ya maliyyə investisiyaları; 

3.  Sənaye  və  ticarət  korporasiyalarına,  banklara  və  başqa  maliyyə    təsisatlarına 

verilən qısamüddətli və uzunmüddətli kreditlər və s. borc kapitalı formasında 

olan investisiyalar. 

Birbaşa investisiyalar – investor korporasiya tərəfindən ya investisiya yönəldilən 

şirkətə tam sahib olmaqla, ya da onun üzərində faktiki nəzarətlə  həyata keçirilir. Real 

investisiyalar – özəl firma və ya dövlət tərəfindən hər hansı  bir məhsulun istehsalına, 

ticarətə və ya xidmət sferasına yönəldilir. 

Real  investisiyalar  iki  müxtəlif  komponentdən  ibarətdir.  Onlardan  birincisi  əsas  

kapitala daha dəqiq desək istehsal avadanlıqlarının, maşın və mexanizmlərin,  istehsal 

təyinatı binaların əldə edilməsinə yönəldilən investisiyalardır. İkinci  komponent – is-

thesal  prosesi  üçün  zəruri  olan  əmtəə-material  ehtiyatlarına  yönəldilən  investi-

siyalardır. 

Aparıcı  investorlar  əsasən  dünyanın  inkişaf  etmiş    ölkələri  sayılır.  Son  20    ildə 

xarici  birbaşa  investisiyalar  içərisində  ABŞ-nın  payı  55%-dən  44%-dək  azalmış, 



 

40

Qərbi  Avropa  və    Yaponiyanın  payı  isə  müvafiq  olaraq  37%-dən  44%-dək  1;-dən 



10;-dək  yüksəlmişdir  (mənbələr  –  www/imf.org    Beynəlxalq  Valyuta  Fondunun 

İnternet saytı və   www/bea.gov ABŞ-nın İqtisadi Təhlil Bürosu). 

Maraqlıdır  ki,  son  illərdə  ABŞ-a  birbaşa  investisiyaların  idxalı  onun  ixracını 

üstələmişdir. 

Portfel  və  ya  maliyyə  investisiyaları  dedikdə  –  maliyyə  institutlarına,  daha   

doğrusu  hər  hansı  firma  və  ya  dövlətin  səhmlərinə,  istiqrazlarına  və  ya  başqa  

qiymətli kabızlara investisiya qoyuluşları başa düşülür. Xarici portfel  investisiyaların 

vasitəçiləri  kimi  əsas  ən  investisiya  bankları  çıxış  edirlər.  Bu    investisiya  növünün 

istiqamətinə,  əsasən  müxtəlif  qiymətli  kağızlar  üzrə  ödənilən    faiz  dərəcələri  böyük 

təsir  göstərir.  Belə  ki,  ABŞ-da  yüksək  faiz  dərəcələri  çoxlu  xarici  investorları, 

xüsusilə Yapon investorlarını cəlb etmişdir. 

Hazırda borc kapitalları bazarını 2 yerə ayırırlar: 

1.  Pul  bazarı  –  qısamüddətli  kreditlər  bazarı  (1  ilədək).  Onların  köməyilə 

korporasiyalar  və banklar  dövriyyə  vəsaitlərinə olan  müvəqqəti tələbatlarını 

tamamlayırlar. 

2.  Kapital  bazarı  –  orta  (  1  ildən  3  ilədək)  və  uzunmüddətli  (3  ildən  yuxarı)   

kreditlər  bazarı.  Bu  vəsaitlər  başlıca  olaraq  əsas  fondların  alınmasına, 

uzunmüddətli layihələrə investisiya olunurlar. 

Elm  və  texnikanın  yüksək  inkişaf  səviyyəsinə  çatdığı  müasir  dövrdə  investisi-

yaların  təyinatı baxımından yeni bir investisiya növü yaranmışdır. İntellektual invest-

tisiyalar  adlandırılan  bu  investisiyalar  kadrların  hazırlanmasına,  təcrübənin  ötürül-

məsinə,  lisenziyaların  və  nou-xaunun  əldə  edilməsinə,  birgə  elmi  tədqiqatlara  yö-

nəldilən investisiyalardır. 

İnvestisiyaların xarakterinə  və xüsusi kapitalın təşkili formasına görə  individual 

(fiziki  şəxs),  korporativ  (müəssisə  və  təşkilat)    və  institutsional    (kollektiv)  invest-

torları fərqləndirmək olar. 

İndividual  investorların  əsas  xüsusiyyətləri  ondan  ibarətdir  ki,  onlar  özlərinin 

kapitallarının birləşdirmirlər, investisiyaları bir-birindən asılı olmadan öz  adından və 

öz vəsaitləri hesabına həyata keçirirlər. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə