Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə10/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

 

29

köhnəlmə  (amortizasiya)  hesablanıb  istehsal  (tədavül)  xərclərinə  daxil  edilir.  Tam 



amortizasiya olunmuş əsas vəsaitlərə köhnəlmə hesablanır. Əsas  vəsaitlərin yığılmış 

köhnəlmə məbləği uçot və hesabatda ayrıca əks etdirilir. 

Əsas  vəsaitlərin  satışı  və  s.  xarici  olması  hallarda  bu  əməliyyatlar  üzrə  gəlir, 

yaxud  zərər müəssisənin təsərrüfat fəaliyyətinin nəticələrinə aid edilir.  Büdcə idarə-

lərində  hesabat  ilinin  hansı  tarixində  alınmasından,  tikilməsindən  və  quraşdırıl-

masından  asılı  olmayaraq  ilin  sonunda  əsas  vəsaitlərə  qanunvericiliklə    müəyyən 

edilmiş normalarla tam il üçün  köhnəlmə hesablanır və uçotda ayrıca əks etdirilir. 

Aşağıdakılar  əsas  vəsaitlərə  aid  edilməyərək  müəssisələrdə  dövriyyədəki  və-

saitlərin,  idarələrdə  isə  azqiymətli  əşyaların  və  digər    sərvətlərin  tərkibində  uçota 

alınırlar: 

  dəyərindən asılı olmayaraq xidmət müddəti bir ildən az olan əşyalar; 

  istehsal  (xidmət)    prosesində  bir  dəfə  iştirak  edən,  öz  dəyərini  tamamilə 

məhsulun  (xidmətin)  dəyərinə  keçirən  və  bu  prosesdə  natural  formasını 

saxlamayan sərvətlər; 

  dəyərindən  və  xidmət  müddətindən  asılı  olmayaraq  əsas  vəsait  sayılan  kənd 

təsərrüfatı  maşınlarından,  alətlərindən,  mexanikləşdirilmiş  tikinti    alətlərin-

dən,  işçi  və  məhsuldar  heyvanlardan  başqa  xidmət    müddətindən  asılı  olma-

yaraq  vahidinin  və  dəstinin  dəyəri  müvafiq  nolrmativ  sənədlərlə    müəyyən-

ləşdirilmiş  əsas  vəsaitlərin  dəyərinin  minimum  həddindən  aşağı  olan  əmək 

əşyaları. 

Müəssisənin  rəhbərinin  ixtiyarı  vardır  ki,  hesabat  ilində  əşyaların  dövriyyədəki 

vəsaitlər tərkibində uçotunun düzgün aparılması üçün onların  dəyərinin aşağı həddini 

müəyyən  etsin.  Göstərilən  hədd  inflyasiyanın  səviyyəsindən  asılı  olaraq  zəruri 

hallarda dəyişdirilə bilər. 

  dəyərindən və xidmət müddətindən asılı olmayaraq balıq ovu alətləri (trallar, 

bütün növ torlar və s.); 

  benzinmotorlu  mişarlar,  şaxdoğrayan  maşınlar,  çaylarda  istifadə  edilən 

axıtma trosları, mövsümi yollar, ağac daşıma üçün müvəqqəti asılma  yollar, 

iki il müddətində istifadə etmək üçün meşələrdə olan müvəqqəti evlər, səyyar 



 

30

dartılıb  aparılan  qızdırıcı  evlər,  qazanxana  məntəqələri  və  başqa  müvəqqəti 



mövsümi xarakterli vəsaitlər (əmək vasitələri); 

  dəyərindən  asılı  olmayaraq  fərdi  sifarişlərin,  yaxud  məlumatların  seriyalı  və 

ya kütləvi istehsalı üçün düzəldilmiş xüsusi mexanizmlər və alətlər; 

  vahidinin  və  ya dəstənin dəyərindən  və  xidmət  müddətindən asılı  olmayaraq 

xüsusi geyimlər, ayaqqabılar, həmçinin yataq ləvazimatları; 

  vahidinin və ya dəstənin dəyərindən və xidmət  müddətindən asılı olmayaraq,  

müəssisələrdə  işçilərə  verilən  xüsusi  geyim  formaları,  səhiyyə,  maarif, 

əhalinin  sosial  müdafiəsi  və  başqa  büdcə  idarələrində  verilən  geyimlər, 

ayaqqabılar; 

  dəyəri  komrleks  tikinti-quraşdırma  işlərinin  maya  dəyərinə  üstəlik  xərclər 

kimi  daxil  edilən  müvəqqəti  (titulsuz)  xüsusi  düzəldilmiş    mexanizmlər, 

qurğular və s. (tituldan kənar) tikintilər; 

  anbarda əmtəə-material qiymətlilərinin saxlanılmasında  və ya texnoloji  pro-

sesdə  iştirak  edən,  vahidinin  dəyəri  müvafiq  normativ  sənədlərlə    müəyyən-

ləşdirilmiş əsas vəsaitlərin dəyərinin minimum həddindən aşağı olan taralar; 

  dəyərindən asılı olmayaraq kirayəyə vermək üçün təyin edilmiş əşyalar; 

  cavan  və  kökəldilməkdə  olan  heyvanlar,  quşlar,  dovşanlar,  xəzli  heyvanlar, 

arı ailələri və təcrübə üçün saxlanılan heyvanlar; 

  tinglikdə köçürmə məqsədi ilə əkilmiş çoxillik əkmələr. 

Bundan  başqa  müəssisələrdə  qeyri-maddi  aktivlər  adlanan  vəsaitlər  də  möv-

cuddur.  Müəsisənin  qeyri-maddi  aktivlərinə  təsərrüfat  fəaliyyətində  uzun  miüddət 

istifadə  edilən,  gəlir  gətirən  torpaq  sahələrindən,  təbii  ehtiyatlardan  (sərvətlərdən) 

istifadə hüquqları, patentlər, lisenziyalar, «nou-hau», proqram  məhsulları, inhisar və 

imtiyaz  (üstünlük)  hüququ  (xüsusi  fəaliyyət  növünə  verilən    lisenziyalar  da  daxil 

olmaqla), təşkilati xərclər, ticarət markaları, əmtəə nişanları və s. aiddir. Qeyri-maddi 

aktivlər  uçot  və  hesabatda  onların  alınmasına  və  planlı    məqsədlərə  işlənməsi  üçün 

düzəldilib  yararlı  hala  salınmasına  çəkilən  xərclərlə    (ilkin  dəyərilə)  əks  etdirilir  və 

istifadə edildikcə onların dəyəri istismar müddətindən asılı olaraq müəssisə tərəfindən 

müəyyən  edilmiş  xüsusi    köhnəlmə  normaları  əsasında  hər  ay  (bərabər  miqdarda) 



 

31

köhnəlmə hesablanaraq, məhsulun (xidmətin) dəyərinə, tədavül  xərclərinə silinməklə 



ödənilir.  Faydalı  istifadə  müəddətini  müəyyən  etmək  mümkün  olmayan  qeyri-maddi 

aktivlər    üzrə  köhnəlmə    normaları  10  il  müddətinə  (müəssisənin  fəaliyyət  müddə-

tindən  çox  olmayaraq)  müəyyən  edilir.  Qeyri-maddi  aktivlərin  köhnəlməsi  uçot  və 

hesabatda ayrıca əks etdirilir. 

Əsas vəsaitlərin qiymətləndirilməsi. 

Əsas vəsaitlərin qiymətləndiroilməsi ilkin və ya inventar, bərpa və ya  dəyişiklik, 

qalıq, bazar və ya qiymətləndirmə, ləğvetmə dəyrəi ilə həyata keçirilir. Bu formaların 

hər biri  müəyyən  maliyyə  münasibətlərini  əks etdirir  və  müxtəlif  metodlarla tənzim-

lənir.  Əsas  vəsaitlərin  qiymətləndiriləmsində  əsas  rolu  tikintisi    bitmiş  obyektlərin 

ilkin  (inventar)  dəyərinin  müəyyənləşdirilməsi  oynayır.  Bina    və  qurtuların  inventar 

dəyərinə  tikinti  işlərinə  çəkilən  xərclər  və  buna  aid  olan    başqa  kapital  xərcləri 

daxildir.  Montaj  işlərini  tələb  edən    avadanlıqların  inventar  dəyəri  avadanlığın  əldə 

olunmasına  çəkilən  faktiki  xərclərdən,  tikinti  və  montaj    işlərinə  və  birbaşa  təyinatlı 

avadanlığın  istismara  verilməsi  ilə  bağlı  olan  başqa    kapital  qoyuluşlarına  çəkilən 

xərclərdən ibarətdir. Montaj işlərini tələb etməyən  avadanlıqların inventar dəyəri isə 

onların  alış  dəyərindən,  təchizat  xərclərindən    və  onların  əldə  olunmasına  çəkilən 

xərclərdən  ibarətdir.  Obyektlərin  tikintisindən    ayrıca  əldə  olunan  bina,  qurğu,  ava-

danlıq,  nəqliyyat  vasitələri  və  s.  əsas    vəsaitlərin  inventar  dəyərinə  isə  onların  əldə 

olunmasına  və  hazır  vəziyyətə    gətirilməsinə  çəkilən  faktiki  xərclər  daxildir.  Əsas 

vəsaitlərin inventar, ilkin  dəyəri qiymətlərdə, vergilərdə, iş və xidmətlərin dəyərində 

baş  verən  dəyişikliyi    əks  etdirmir.  Buna  görə  də  onlar  müəyyən  tarixə  təkrar 

istehsalın dəyəri  məbləğində  yenidən qiymətləndirilir.  Əsas vəsaitlərin belə qiymət-

ləndirilməsi    bərpa  dəyəri  metodu  ilə  aparılır.  Bərpaedici  dəyər  fondların  əvəz  olun-

ması üçün tələb olunan  xərclərin həcmini müəyyənləşdirməyə imkan verir. 

Dəyişiklik dəyəri aşağıdakılarla müəyyən olunur: 

  yeni bazar qiymətləri indeksi ilə; 

  bərpa dəyəri müəyyənləşdirilən analoji məhsul növü üzrə; 

  qiymət dəyişikliyinin iriləşdirilmiş əmsalları ilə. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə