Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə2/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   2   3   4   5   6   7   8   9   ...   27

 

4

maliyyə  təminatı  mənbəi  olmaqla,  digər    tərəfdən  dövlət  büdcəsinin  gəlirlərinin  təş-



kilində  böyük  rol  oynayır.  Ona  görə  də  müasir  dövrdə  digər    iqtisadi  kateqoriyalar 

sistemində mənfəətin zəruriliyini, onun  mahiyyətini, geniş təkrar istehsalda və büdcə 

gəlirlərinin  təşkilində  rolunu  elmi  cəhətdən  araşdırmaqla,  mənfəətin  artmasına  təsir 

edən    amillərin  tədqiq  olunmasına  böyük  ehtiyac  vardır.  Bu  baxımdan    magistr 

dissertasiyası  kimi seçdiyim mövzu aktual məsələlərdən birinə həsr olunmuşdur. 

Tədqiqatın  məqsədi  və  vəzifəsi.  Azərbaycan  Respublikasının  müasir  inkişaf 

səviyyəsinə  uyğun    olaraq  müəssisələrin  və  təsərrüfat  təşkilatlarının  sahibkarlıq 

fəaliyyətinin xüsusiyyətlərinin tədqiqi, müəssisələrin pul vəsaiti fondlarının yaranma-

sı    və  səmərəli  istifadə  edilməsi  istiqamətlərinin  müəyyən  edilməsi,  təsərrüfat  sub-

yektlərinin təsərrüfat-maliyyə fəaliyyətinin nəticəsi kimi mənfəətin iqtisadi mahiyyə-

tinin və rolunun elmi araşdırılması tədqiqatın əsas  məqsədidir. 

Tədqiqatın  vəzifəsi  kommersiya  müəssisələrinin  təsərrüfat-maliyyə  fəaliyyətini 

öyrənmək,  onların  məqsədli  pul  vəsaiti  fondlarının  yaradılması  və  istifadəsi    nəti-

cəsində  əldə  etdiyi  mənfəətin  formalaşması,  bölüşdürülməsi  və  istifadə  edilməsi 

istiqamətlərini tədqiq etməkdən ibarətdir. 



Tədqiqatın  predmeti  və  obyekti. Müəssisələrin pul  vəsaiti  fondlarının, o cüm-

lədən  təsərrüfat    subyektlərinin  təsərrüfat  fəaliyyəti  nəticəsində    əldə  olunan  mən-

fəətin  bölüşdürülməsi  və  istifadəsi  prosesində    maliyyə  münasibətləri  sistemi  tədqi-

qatın  predmetini  təşkil  edir.  Dövlətin  maliyyə  sisteminin  mühüm    tərkib  hissəsi  və 

başlıca həlqəsi kimi kommersiya müəssisələrinin maliyyəsi tədqiqatın obyektidir. 

Tədqiqatın  elmi  yeniliyi.  Kommersiya  müəssisələrinin  təsərrüfat-maliyyə  fəa-

liyyətinin  əsas  istiqamətlərini  və  xüsusiyyətlərini  araşdırmaqla  mənfəətin    forma-

laşması,  onun  planlaşdırılması.  Bölüşdürülməsi  və  istifadə  edilməsi  istiqamətlərinin 

müəyyən edilməsi və bu sahədə müvafiq tövsiyyə və təkliflərin verilməsi elmi yenilik 

kimi qiymətləndirilə bilər. 

Dissertasiya  işinin  təcrübi  əhəmiyyəti.  Tədqiqatın  təcrübi  əhəmiyyəti  ondan 

ibarətdir ki,  kommersiya müəssisələrinin təsərrüfat-maliyyə fəaliyyətinin tədqiqi əsa-

sında onların maliyyə resurslarının və onun tərkib hissəsi kimi mənfəətin düzgün bö-

lüşdürülməsi, məqsədəuyğun və səmərəli istifadə edilməsi istiqamətində irəli sürülən 




 

5

təklif  və  tövsiyyələr  kommersiya  müəssisələrinin  əməli  fəaliyyətində  nəzərə  alına 



bilər. 

Dissertasiya  işinin  strukturu.  Dissertasiya  işi  üç  fəsil,  9  paraqraf,  nəticə  və 

ədəbiyyat hissəsindən ibarətdir. 

Fəsil  1-də  müəssisələrin  maliyyəsinin  təşkili  əsasları,  maliyyə  sistemində  onun 

yeri və rolu tədqiq olunmuşdur. Burada müəssisələrin maliyyəsinin mahiyyəti və əsas 

xüsusiyyətləri  şərh  olunmuş,  müəssisənin  maliyyə  resurslarının  mənbələri    göstəril-

miş,  mənfəət əldə olunması ilə əlaqədar məsrəflər izah olunmuşdur.  

İkinci  fəsildə  müəssisənin  təsərrüfat-maliyyə    fəaliyyətinin  təşkili  istiqamətləri 

tədqiq olunmuş,  müəssisənin təsərrüfat-maliyyə   fəaliyyətinin təşkili    xüsusiyyətləri 

açıqlanmış.  Mənfəət  əldə  edilməsi  məqsədilə  müəssisənin  investisiya  fəaliyyətinin 

əsas istiqamətləri araşdırılmışdır. 

Üçüncü  fəsil  mənfəətin  iqtisadi  məzmunu,  funksiyaları  və  istifadə  istiqamətləri 

tədqiq    edilmiş,  mənfəətin  planlaşdırılması  üsulları  xarakterizə  olunmuş,  mənfəətin 

bölüşdürülməsi və istifadəsi xüsusiyyətləri göstərilmişdir. 

 



 

6

FƏSİL 1. MÜƏSSİSƏLƏRİN MALİYYƏSİNİN TƏŞKİLİ ƏSASLARI, 



MALİYYƏ SİSTEMİNDƏ ONUN YERİ VƏ ROLU 

 

1.1. Müəssisələrin  maliyyəsinin mahiyyəti və əsas xüsusiyyətləri 

 

Kommersiya  müəsisələrinin  və  təşkilatlarının  maliyyəsi  ölkənin  maliyyə  sis-



teminin  əsas  həlqəsi  olmaqla  ÜDM-in  yaradılması,  bölüşdürülməsi  və  istifadəsini 

dəyər formasında ifadə edir. 

Kommersiya  müəssisələrinin  maliyyəsi   maddi  istehsal sferasında  fəaliyyət  gös-

tərir ki, burada ümumi daxili məhsulun yaranması baş verir. 

Müəssisələrin  maliyyəsi  təsərrüfat  subyektlərinin  sahibkarlıq  fəaliyyəti  zamanı 

xüsusi  kapitalın,  məqsədli  pul  vəsaiti  fondlarının  yaradılması,  bölüşdürülməsi  və 

istifadəsi  prosesində  əmələ  gələn  pul  münasibətlərini  ifadə  edir.  Müəssisələrdə 

sahikbarlıq  fəaliyyətinin  məqsədi  xüsusi  kapitalı  qoruyub  saxlamaq,  ictimai  tələbatı 

ödəmək və mənfəət əldə etməkdir.  

Müəssisələrin  sahibkarlıq  fəaliyyəti  zamanı  onların  əsas  və  dövriyyə  kapitalının 

dövranı  baş  verir,  məhsul  istehsal  edilib  satılmaqla  onların  pul  vəsaiti  fondları  

yaradılır və istifadə edilir. Bu proses özlüyündə ümumi daxili məhsulun yaradılması, 

bölüşdürülməsi  və  istifadəsi  ilə  əlaqədar    olan  pul  münasibətləri  sistemi  olmaqla 

müəssisələrin  maliyyəsinin məzmununu, iqtisadi mahiyyətini təşkil edir. 

Kommersiya  müəssisələri  və  təşkilatlarının  sahibkarlıq  fəaliyyəti  nəticəsində 

məhsul  istehsalı  və  satışının  baş  verməsi,  xidmətlərin  göstərilməsi  və    işlərin 

görülməsi, onların pul vəsaiti fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olaraq 

müəyyən maliyyə münasibətləri yaranır. 

Müəssisələrin maliyyə münasibətlərinin maddi məzmunu pul vəsaiti  fondlarının 

yaradılması  və  istifadəsində    ifadə  olunur.  Çünki,  müəssisələrin  bir-biri  arasında, 

müəsisələrin  bölmələri (sexləri) arasındakı iqtisadi  münasibətlər  pul  formasında baş 

verir. Həmin maliyyə münasibətləri aşağıdakı istiqamətlərdə yaranır: 

  müəssisə  təsis  edilərkən  (yaradılarkən)  onun  xüsusi  kapitalı  və  nizamnamə 

kapitalının formalaşması zamanı həmin təsislər arasındakı  pul münasibətləri 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə