Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə18/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

 

53

işçiləri  maddi  cəhətdən  maraqlandırır,  sosial-mədəni  tədbirləri  həyata    keçirir  və 



işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edir. 

Üçüncüsü, mənfəət büdcə gəlirlərinin təşkili mənbəi kimi çıxış edir, mənfəətdən 

büdcəyə vergi ödənilir və bu yolla formalaşan büdcə vəsaiti  qanunvericilik əsasında 

büdcə xərclərinin ödənilməsinə yönəldilir. 

Beləliklə, müəssisənin mənfəəti onun iqtsiadi və sosial inkişafının əsas amilidir. 

Bu da müəssisənin  sahibkarlıq fəaliyyətinin məqsədindən irəli gəlir. 

Ümumiyyətlə,  bazar  münasibətləri  şəraitində,  müəssisənin  fəaliyyət  məqsədi 

onun  mülkiyyətini  maksimuma  çatdırmaq,  mənfəəti  maksimum  artırmaq,    idarəetmə 

üzrə maksimum mükafat  almaq, sosial ehtiyacları maksimum ödəməkdən ibarətdir. 

Mənfəətin  rolunu  daha  aydın  təsəvvür  etmək  üçün  onun  yerinə  yetirdiyi 

funksiyalara diqqət verilməlidir. Mənfəət fiskal, stimullaşdırıcı fəaliyyətin nəticəsinin 

qiyməiləndirilməsi və s. funksiyalarını  yerinə yetirir. 

Beləliklə  müəssisələrin  mənfəəti,  onun  iqtisadi  və  sosial  inkişafının  əsas 

amilidir. Bu  nəticə sahibkarlıq  fəaliyyətinin  məqsədindən  meydana çıxır. Mənfəətin 

rolu öyrənilərkən qeyd etmək lazımdır ki, ayrı-ayrı təsərrüfat subyektlərinin mənfəəti 

fəaliyyətinin səmərəliliyini  yüksəltmək hesabına  deyil,  məhsulun  heç bir əsas olma-

dan qiymətin yüksəldilməsi hesabına artmağa cəhd edirlər. Təbiidir ki, istənilən yolla 

yüksək  mənfəət  götürməyə  çalışmaq  tədavülə  pul  kütləsinin  həcminin  artmasına  və 

nəticədə  qiymət,  inflyasiyanın    gələcəkdə  sürətlənməsinə,  demək  pul  emissiyasına 

gətirib çıxarır. 

Mənfəətin  mütləq  artması  həmişə  kollektivlərin  əmək  nailiyyətinin  nəticəsi, 

istehsalın səmərəliliyini obyektiv ifadə etmir. Müəssisələrin mənfəətliliyi səviyyəsinə 

real qiymət  verilməsi üçün texniki-iqtisadi amillər üzrə mənfəətin kompleks metodla 

təhlili zəruridir. 

İnkişaf  etmiş  ölkələrdə  bazar  münasibətlərinin  zəruri  şərti  kimi,  kommersiya 

fəaliyyətinin  birinci  və  əsas  məqsədi  firmanın  səhmdarlarının  maddi  marağını    artır-

maqdır, yəni firmanın adi səhmlərinin birja kursunu artırmaqdır. Yuxarda  göstərilən 

digər məqsədlər də firmanın siyasətinə təsir edir,  lakin  birinci məqsəd, yəni firmanın 

maddi  marabı  əsas  və  müəyyənedicidir.  Mənfəətin  artırılması    iqtisadi  və  sosial 



 

54

inkişafın  əsas  məqsədidir.  Mənfəətin  artırılması  müəssisənin  əsas    vəzifəsidir.  Bu 



vəzifənin  yerinə  yetirilməsi  üçün  müəssisə  təsərrüfat  fəaliyyətini  maksimum  səmərə 

ilə qurmalıdır. 

Lakin  firmanı,  şirkətin  artırılması  uzunmüddətli  vəzifəsidir,  çünki,  firma  və 

səhmdarlar  həm  gələcək,  həm  də  indiki  mənfəətin    əldə  edilməsində  maraqlıdır. 

Mənfəətin  maksimumlaşdırılması  uzunmüddətli  rentabellik  hesabına  qısa  müddətlə 

təmin  edilə  bilər.  Məsələn,  müəssisə  qısamüddətli  mənfəət  əldə  etmək  üçün  təmir  

işlərini  təxirə  sala  bilər,  lakin  bu  halda  gələcək  perspektivdə  bərpa  işlərini  aparmaq 

üçün böyük məbləğdə vəsaiti itirmək riskini müəyyən edə bilmir. 

Müasir  şəraitdə    ölkədə  bazar  iqtisadiyyatı  inkişaf  etdkicə  mənfəətli  işləyən 

müəssisələrin  sayı  artır,  müəssisələrin    iqtisadi-sosial  inkişafı  güclənir,  büdcə 

gəlirlərinin formalaşmasında mənfəətin rolu daha da artır. 

Mənfəətin  funksiyalarını  müəyyən  etmək  üçün  müəssisənin  rentabellik  göstə-

ricilərinin  hesablanma  üsulları  da  mühüm      şərtlərdəndir.  Mənfəətin  mütləq  məblə-

ğinin  həcmi  ilə  yanaşı  onun  rentabellik  səviyyəsində  müəyyən  edilir.  Rentabellik 

müəssisənin istehsalının səmərəliliyinin göstəricisidir. 

Müəssisənin mənfəəti işləməsi məsələlərini araşdırırkən onun kpital qoyuluşunu, 

istehsal xərclərini və satışın rentabellik göstəricilərindən istifadə edilir. 

Rentabellik  müəssisənin  əsas  iqtisadi  göstəricimi  olmaqla,  həmişə,  mənfəətin 

müəyyən  göstəricilərə  olan  nisbəti  kimi  müəyyən  edilir.  Kapitalın  rentabelliyi 

mənfəətin kapitala (aktivə) olan nisbəti ilə, xərc rentabelliyi mənfəətin maya dəyərinə 

(məsrəflərə) olan  nisbətilə, satışın rentabelliyi  mənfəətin  qiymət  məbləğinə (satışdan 

mədaxilə)  olan  nisbəti  ilə  müəyyən  edilir.  Bunları  ayrı-ayrılıqda    belə  ifadə  etmək 

olar: 

 

Kapitalın (aktivlərin) rentabelliyi = 



xalis mənfəət 

x 100 

xalis aktivlər 

 



 

55

Bu  göstərici  müxtəlif  müəssisələrdə  kapitalın  səmərəli  istifadəsini  müəyyən  



etmək üçün istifadə edilir. Belə ki, bu göstərici, müəssisənin xüsusi və uzun müddətə 

cəlb edilmiş kapitalının gəlirlilik dərəcəsini müəyyən etməyi imkan verir. 

 

Məhsulun xərc rentabelliyi  = 



satışdan  mənfəət 

x 100 

əmtəəlik  məhsulun maya dəyəri 

 

Satış  rentabelliyi  müəssisənin  əsas  fəaliyyətinin  gəlirlik  gösiəricisinin  xarak-



terizə  edir.  Menecerlər  bu  göstəricidən  istifadə  etməklə  qiymət,  satılan    məhsulun 

miqdarı  və  eləcə  də  istehsal  və  satış  məsrəfləri  arasındakı  qarşılıqlı  asılılığa  nəzarət 

edirlər. 

Təcrübədə  mənfəətin  bir  neçə  formada  müəyyən  edilməsi  qaydası  tətbiq  edilir. 

Ümumi  mənfəət,  balans  mənfəəti,  xalis  mənfəət,  müəssisənin  sərəncamında  qalan 

mənfəət, vergiyə cəlb edilən  mənfəə və s. 

Ümumi  mənfəət-məhsul  (iş  xidmətlərin)  əsas  fondların  (torpaq  sahəsi  də  daxil 

olmaqla),  müəssisənin  digər  əmlakının  satışından  mənfəət  və  satışdan  kənar 

əməliyyatlardan  gəlir  məbləği    və  bu  əməliyyatlar  üzrə  xərclər  məbləği  arasındakı  

fərqdən ibarətdir. 

Məhsulun  (işlərin,  xidmətlərin)  satışından  mənfəət  (zərər)  məbləği  əlavə  dəyər  

vergisi  və aksizləri çıxmaqla  məhsul  məhsulun (işlərin,  xidmətlərin) satışından  əldə 

edilən  mədaxil  ilə  həmin  məhsulun  (işlərin,  xidmətlərin)  maya  dəyərinə  daxil  edilən 

istehsal və satış xərcləri arasındakı fərq şəklində müəyyən edilir. 

Müəssisədə mənfəətin artmasına təsir edən ən mühüm amillər aşağıdakılardır: 

- müqavilə şərtlərinin uyğun olan məhsul istehsalının həcminin artırılması; 

- maya dəyərinin aşağı salınması; 

- məhsulun keyfiyyətinin yüksəldilməsi; 

- çeşidin yaxşılaşdırılması; 

- istehsal fondlarından istifadənin yaxşılaşdırılması; 

- əmək məhsuldarlığının artırılması. 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə