Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   19   20   21   22   23   24   25   26   27

 

77

mexanizmi  nəzərdə  tutulmuşdur.  Bu  özünü  onda  göstərir  ki,  Azərbaycan    Respub-



likası  ərazisində  karbohidrogen    fəaliyyətini  həyata  keçirən  xarici    subpodratçı 

şirkətlər gördükləri iş və xidmətlərə görə əldə etdikləri gəlirdən yalnız 5-8% dərəcəsi 

ilə ödəniş mənbəyində  tutulan mənfəət vergisinin ödəyiciləridirlər və digər vergiləri 

ödəməkdən  azaddırlar.  Neft    sazişləri  üzrə  podratçı  tərəf  sayılan  xarici  şirkətlərin 

karbohidrogen  fəaliyyətindən  əldə  etdikləri  gəlirləri  isə  həmin    sazişlərlə  müəyyən 

olunan dərəcələrlə yalnız mənfəət vergisinə cəlb olunur. 




 

78

NƏTİCƏ 

 

Tədqiqat  əsasında  belə  bir  nəticəyə  gəldiyimizi  göstərmək  olar  ki,  ölkənin 



sosial-iqtisadi  inkişafı  getdikcə  sürətlənir  və  son  illərdə  Azərbaycan  iqtisadiyyatı  iki 

həlledici  xüsusiyyətlə  xarakterizə  olunan  keyfiyyətcə  yeni  mərhələyə  qədəm  qoy-

muşdur. 

Birincisi – ümummilli Liderimiz Heydər Əliyevin strateji sosial-iqtisadi xəttinin 

uğurla davam etdirilməsi; 

İkincisi  –  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  irəli 

sürdüyü  yeni    vəzifələrin  tələblərinə  uyğun  iqtisadi  və  sosial  islahatların  dərinləş-

dirilməsi, regionların  və qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi. 

2013-cü  ildə  ölkənin  ÜDM-in  həcmi  əvvəlki  ilə  nisbətən  5,8  faiz  artaraq  57,7 

mlrd.manata  çatmış,  dövlət  büdcəsinin  gəlirləri  19,5  mlrd.manat,  xərcləri  isə  19,1 

mlrd.manat olmaqla 0,4 mlrd.manat profisit əldə edilmişdir. 

İqtisadiyyatın real sektorundakı  bütün sahələrdə də əhəmiyyətli artım müşahidə 

edilmişdir.  İqtisadiyyatın  bütün  sahələrində  25,6  mlrd.manatlıq  mənfəət  əldə 

edilmişdir  ki,  bu  da  2005-ci  ildəkinə  nisbətən  12  dəfə  çoxdur.  Mənfəətin  ÜDM-də 

xüsusi çəkisi 2005-ci ildəki 17 faizdən   2013-cü ildə 44,4 faizə yüksəlmişdir. Bu onu 

göstərir  ki,  sosial-iqtisadi  inkişafda    ölkənin  maliyyə-kredit  sistemi  və  onun  əsas 

həlqəsi olan müəssisələrin maliyyəsi də xüsusi roly oynayır. 

Milli istehsalın stimullaşdırılmasında, sənaye sahəsində dövlət siyasətinin həyata 

keçirilməsində  maliyyə  sistemi  və  xüsusilə  müəssisələrin  maliyyə    mexanizmi 

əhəmiyyətli rol oynayır. 

Maddi  istehsal  prosesi  və  ümumi  daxili  məhsulun    yaradılması  bilvasitə  müəs-

sisələrdə  baş  verdiyinə  görə  müəssisə  maliyyəsi  də  maliyyə  sisteminin  əsas  həlqəsi 

kimi  çıxış  edir.  ÜDM-in  bölüşdürülməsi  və  yenidən  bölüşdürülməsində  müəssisə 

maliyyəsi, maliyyə mexanizmi əvəzsiz rol oynayır. Maliyyə resurslarının səfərbərliyə 

alınması  və  məqsədəuyğun  istifadə  edilməsində  müəssisənin  maliyyəsi  fəal  iştirak 

edir. 



 

79

Dövlətin  investisiya  siyasətinin  həyata  keçirilməsində    müəssisə  maliyyəsinin 



rolu  getdikcə  artır.  Müəssisələrdə  maliyyə  işinin  təşkilinin  təkmilləşdirilməsi 

istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Bunlar  əsasən 

aşağıdakılardır: 

  investisiya axınının qeyri-neft sektorunun  və regionların inkişafına  yönəldil-

məsinin stimullaşdırılması; 

  regionların  tarazlı  inkişafını  təmin  etmək  üçün  investisiya  axınının  optimal-

laşdırılması; 

  ölkədə  investisiya  fəaliyyətinin  sosial  istiqamətinin  gücləndirilməsi,  insan 

kapitalına,  infrastruktura  qoyulan  investisiyaların  prioritetliyinin  təmin 

edilməsi; 

  restrukturizasiya  prosesinin  davam  etdirilməsi  yolu  ilə  Azərbaycan 

müəssisələrinin investisiya cəlbediciliyinin daha da artırılması; 

  müəssisələrin  texnoloji    yenidənqurulması  məqsədilə  müasir    texnoloji 

avadanlıqların  Azərbaycana  gətirilməsi  stimullaşdırmaq  üçün  xarici  ticarət 

rejiminin təkmilləşdirilməsi; 

  Azərbaycan müəssisələrinin investisiya tələbatının artırılması; 

  Daxili  investisiyalarda  yanaşı birbaşa  xarici  investisiyaların  ixracyönümlü  və 

əlavə dəyərin xüsusi çəkisi yüksək olan  sahələrə yönəldilməsi; 

  Xidmət  sahələrində  birbaşa  xarici  investisiyaların  tənzimləmə  rejiminin 

təkmilləşdirilməsi, xüsusilə də birbaşa xarici investisiyaların milli tənzimləmə  

sisteminin QATS normalarına uyğunluşdırılması; 

  Beynəlxalq  standarlara  uyğun  maliyyə  nəzarətinin,  mühasibat  uçotunun  və 

auditor fəaliyyətinin yaradılması prosesinin sürətləndirilməsi. 

Göstərilən  vəzifələrin  həyata  keçirilməsi  müəssisələrin  təsərrüfat-maliyyə 

fəaliyyətinin daha da yaxşılaşdırılmasına və onun mənfəətli işləməsinə  imkan verir. 

Mənfəət  müəssisənin  təsərrüfat  fəaliyyətinin  nəticəsini  əks  etdirən  mühüm 

iqtisadi  göstərici    olmaqla    məhsulun  istehsalına  və  satışına  çəkilən  xərclərlə  həmin 

məhsulun (iş və xidmətlərin)  satışından  əldə edilən məbləği arasındakı fərq şəklində 

müəyyən edilir. 



 

80

Müəssisənin əldə etdiyi  mənfəətin  kəmiyyəti öz-özlüyündə onun  təsərrüfatı nə 



qədər  müvəffəqiyyətlə  təşkil  etdiyini    göstərir.  Bir  sıra  amillər,  məsələn,  satılan 

məhsulun qiymətinin artırılması, daha rentabelli məhsul  buraxılması və az rentabelli, 

lakin cəmiyyət üçün lazım olan  məhsul buraxılışının azaldılması mənfəətin həcminə 

təsir göstərir. 

Mənfəət bir sıra füunksiyaları yerinə yetirir: 

Birincisi,  mənfəət  müəssisənin  fəaliyyətinin  səmərəlilik  kriteriyası  və 

göstəricisidir.  Başqa  sözlə,  mənfəətin  əldə  edilməsi  faktı,  müəssisənin  səmərəli 

fəaliyyətini sübut edir. 

İkincisi,  mənfəət  stimullaşdırıcı  funksiyaya  malikdir.    Müəssisənin    təsərrüfat 

maliyyə  fəaliyyətinin son  nəticəsi olmaqla,  mənfəət bazar  münasibətlərində həlledici 

rol oynayır. Müəssisənin fəaliyyətinin son məqsədi  mənfəət əldə etməkdir, yəni onun 

son məqsədi mənfəətli işləməkdir. 

Mənfəət,  müəssisənin  xüsusi  kapitalının  artırılmasının    əsas  mənbəidir.  Bazar 

münasibətləri şəraitində  həm sahibkarlar, həm menecerlər müəssisənin sərəncamında 

qalan  mənfəətin    həcminə  əsaslanaraq,  dividend  investisiya  siyasətinə  dair  qərarlar 

qəbul edir və  müəssisənin perspektiv inkişafını müəyyən edirlər. 

Bazar  münasibətləri  şəraitində  mənfəət-istehsal  fondlarının  və  buraxılan  

məhsulun    yeniləşdirilməsi  və  keyfiyyətinin  yaxşılaşdırılmasının  hərəkətverici 

qüvvəsi və əsas mənbəidir. 

Mənfəət  eyni zamanda  müəssisə kollektivinin sosial rifahının  yaxşılaşdırılması 

mənbəi kimi çıxış edir. 

Üçüncüsü,  mənfəət  müxtəlif  səviyyəli  büdcələrin  gəlirlərinin  formalaşması 

mənbəi kimi çıxış edir.  

Beləliklə,    mənfəət  müəsisələrinin  iqtisadi  və  sosial  inkişafının  əsas  maliyyə 

mənbəi  olmaqla,  bazar  münasibətlərinin  mühüm  iqtisadi  kateqoriyasıdır  və 

müəssisələrin təsərrüfat-maliyyə fəaliyyətinin  son maliyyə nəticəsini əks etdirir. 

Bazar  münasibətləri  şəraitində  mənfəətin  bölüşdürülməsi  sistemi  müəssisələrdə  

mənfəətin  həcminin  artırılması  üçün  əsas  iqtisadi    mexanizmlərdən  biri  olmalıdır. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə