Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə24/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   19   20   21   22   23   24   25   26   27

 

71

Sonra  əgər  müəssisə    gəlirini,  mənfəətini  vergidən  və  büdcəgən  kənar  fondlar-



dan  gizlədərsə,  o  zaman  vergi  orqanları  tərəfindən  belə  müəssisələrə    tətbiq  edilən 

maliyyə sanksiyaları, yəni cərimələr xalis mənfəətdən ödənilir. 

Beləliklə,  bazar  münasibətlərinə  keçid    şəraitində  müəssisə  və  təşkilatlarda  

təsərrüfatçılığın  inkişafı  üçün  stimullaşdırıcı  şərait  yaradan  xalis  mənfəətin  olması 

sahibkarlıq  fəaliyyətinin,  kommersiya  hesabının  gələcəkdə    möhkəmləndirilməsi  və 

inkişafı üçün əsas amildir. 

İstehsalın  inkişafı  ilə  əlaqədar  xərclərə  elmi  tədqiqat,  layihə,  konstruktor  və 

texnoloji  işə,  yeni  məhsulun  hazırlanmasına,  texnologiyanın  təkmilləşdirilməsinə, 

avadanlıqların  modernləşdirilməsinə,  mövcud  istehsalın  rekonstruksiyası  və  s.  ilə  

əlaqədar  xərclər  daxildir.  Bura  həmçinin    uzunmüddətli    bank  ssudaları  üzrə  borcun 

qaytarılması    da  daxildir.  Sosial  ehtiyaclar  üçün  isə  mənfəət  göstəricəyimiz  xərclər  

üçün  bölüşdürülür.  Bura  sosial-məişət  obyektlərinin  istismarı      üzrə  xərcləri,  qeyri-

istehsal  təyinatlı  obyektlərin  tikintisinin  maliyyələşdirilməsi,  köməkçi  kənd  

təsərrüfatının  inkişafı, sağlamlıq,  mədəni-kütləvi tədbirlər  üzrə  xərclər daxildir. Belə 

ki,  əhalinin  məşğulluq  fonduna  ayırmalar  2%,  əlillərə  kömək  fonduna  1%-ə  qədər 

mənfəət müəyyənləşdirilmişdir. Mənfəətin istifadəsinin mühüm istiqamətlərindən biri 

də  ehtiyat  fondunun  yaradılmasıdır.  Qaydaya  görə  müəssisənin  gələcəkdə  normal 

fəaliyyət  göstərməsi  üçün 5%-ə qədər  mənfəətdən ödənilir. Ümumi   məbləği  nizam-

namə fondunun 15%-nə qədər olmalıdır. 

Ancaq    bazar  iqtisadiyyatı    xüsusi  mənfəətin  istifadəsinin  vacib  istiqamətlərini 

müəyyən edir. Xüsusilə rəqabətin inkişafı müəssisə üçün xüsusi  mənfəətin rolunu və  

əhəmiyyətini  artırır. Çünki, ancaq rəqabət müəssisədə istehsalın genişləndirilməsinə,  

təkmilləşdirilməsinə,  işçilərin  maddi  və  mədəni  tələbatlarının  ödənilməsinəi  zərurət 

yaradır. 

Beləliklə,  bazar  münasibətləri  şəraitində  müəssisə  və    təşkilatlarda  mənfəətin 

bölüşdürülməsi  və  istifadəsi  mühüm  bir  təsərrüfat  prosesini  təşkil  edir.  Bu  proses 

müəssisələrin  (sahibkarın)  ehtiyaclarının  ödənilməsi  və  dövlətin  gəlirlərinin  forma-

laşması üçün əsasdır. 




 

72

Mənfəətin    bölüşdürülməsi  mexanizmi  istehsalın  səmərəliliyinin  yüksəlməsinə 



və  təsərrüfatçılığının  yeni  formalarının  inkişafının  stimullaşdırılmasna  kömək  et-

məlidir. 

Mənfəətin  düzgün  və  iqtisadi  cəhətdən  əsaslandırılmış  bölüşdürülməsi    onun 

artırılması üçün əsas şərtlərdən biri olmalıdır. Yəni  mənfəət  müəssisədə elə    meyar-

larla bölüşdürülməlidir ki, bu onun artırılmasına stimul yaratmış olsun. Təcrübə bəzi 

mənfəətin  həcminin  artmasının  iqtisadi  həvəsləndirmə  fondlarını  həcminin  artma-

sından  geri  qaldığı  da  müəyyən  edilir.  Bu  mənfəətin  bölüşdürücü    meyarlarının 

maraqlandırıcı  təsirinin  zəif  olduğunu  bir  daha  sübut  edir.  Deməli,  mənfəət  elə 

meyarlarla bölüşdürülməlidir ki, o təkcə mənfəətin artmasına deyil, müəssisədə bütün 

iqtisadi göstəricilərin müsbət istiqamətdə dəyişməsini təmin etsin. 

Verginin  məbləği  hesablanı,  büdcəyə  ödənildikdən  sonra  yerdə  qalan  mən-

fəətdən iqtisadi sanksiyalar ilə əlaqədar ödənişlər çıxılır. Mənfəətin qalan hissəsi xalis 

mənfəət  adlanır.  Bu  mənfəətin  hissəsinin  bölüşdürülməsi  müəssisədə  fondların  və 

ehtiyatların  formalaşması  prosesini      əks  etdirir.  Həmin  fondlar      hesabına  müəssi-

sənin istehsal və sosial ehtiyacları  maliyyələşdirilir. Beləliklə, mənfəət bölüşdürülən 

zaman onun müəyyən hissəsi, yəni xalis mənfəət tam  müəssisənin sərəncamına keçir 

və  müəssisə  həmin  mənfəətdən  sərbəst  istfiadə  etmək  hüququna  malikdir.  Həmin 

hissədən    istifadəyə  heç  kəs,  yəni  nə  dövlət,  nə    də  onun  orqanları  müdaxilə  edə 

bilməzlər.  Bilavasitə  bazar  şəraiti  müəssisədə      xalis  mənfəətdən  istifadənin  istiqa-

mətlərini  müəyyən  edir.  Rəqabət  istehsalın  genişləndirilməsi,  əmək  kollektivlərinin 

maddi  və  sosial  tələbatlarının  ödənilməsini  tələb  edir.  Bununla  əlaqədar  olaraq  xalis 

mənfəət müəssisəyə daxil olduqca sonrakı xərclərə yönəldilir: elmi-texniki tərəqqiyə, 

istehsalın  texniki  təkmilləşməsinə,  məhsulun  keyfiyyətinin  yaxşılaşdırılmasına, 

müəssisənin  rekonstruksiyasına,  xüsusi  dövriyyə  vəsaitinin  tamamlanmasına,  xüsusi 

dövriyyə vəsaitinin çatışmazlığı üçün alınmış kreditlərə görə faizlərin ödənilməsinə. 

Bazar  münasibətlərinə keçid şəraitində  müəssisələrin  maliyyə sabitliyinin təmin 

edilməsində  ehtiyat  kapitalının  həcmi  mühüm  rol  oynayır.  Ehtiyat  kapitalına    ayır-

malar  birinci  növbədə  aparılmalıdır.  Ehtiyat  kapitalının  mövcudluğu  və  onun  həc-

minin  artması  səhmdar  mülkiyyətinin  artması  deməkdir,    müəssisənin  müəyyən 



 

73

risklərə  (sahibkarlıq  fəaliyyəti  ilə  əlaqədar)  getməsi  deməkdir.  Ehtiyat  kapitalının 



mövcudluğu  hətta  cari    ildə  mənfəət  olmadıqda  belə  səhmlərə  görə  dividendlər 

verilməsinə,  maliyyə  sabitliyinin  itirilməsi  riski  baş  vermədən  gözlənilməz  xərclərin 

ödənilməsinə şərait yaradır. 

Müəssisənin  sərəncamında  qalan  mənfəətin  yığım  və  istehlaka    bölüşdürülməsi 

müəyyən  nisbətlərə  bölüşdürülməsi  zamanı  müəssisənin  əsas  istehlak  fondlarının 

vəziyyəti və buraxılan məhsulun rəqabətə tab gətirməsi əsas götürülməlidir. 

Beləliklə,  bazar  münasibətlərinə  keçid  şəraitində  müəssisələrdə  xalis  mənfəət 

hesabına 3 iqtisadi həvəsləndirmə fondları yaradılır: 

1.  yığım fondu; 

2.  istehlak fondu (maddi həvəsləndirmə fondu); 

3.  ehtiyat fondu (risk fondu). 

Bazar  münasibətlərinə  keçidlə  əlaqədar  olaraq  sahibkarların  iş  riskləri  daha  da 

artır.  Çox  hallarda  sahibkarlıq  fəaliyyətinin  nəticələri  gözlənilməz  olur.  Bu  isə 

müəssisələrdə risk fondunun (maliyyə ehtiyatı) mənfəət hesabına təşkilini zəruri edir. 

Müəssisənin    sərəncamında  qalan  xalis  mənfəət  istehsal,  maddi  maraq,  ehtiyat 

fondu  və  s.  məqsədlər  üçün  istifadə  edilməklə  yanaşı,  eyni  zamanda  o  müxtəlif 

cərimə, penya və s. ödənilməsinə də yönəldilir.  Məsələn, sanitariya  normalarının  və 

qaydalarının pozulmasına görə cərimələrə və s. 

Beləliklə,  bazar  münasibətlərinə  keçid  şəraitində  müəssisə  və  təşkilatlarda 

təsərrüfatın inkişafı üçün stimullaşdırıcı şərait  yaradan xalis mənfəətin olması sahib-

karlıq fəaliyyətinin, kommersiya hesabının gələcəkdə möhkəmləndirilməsi və inkişafı 

üçün vacdır. 

Bazar  münasibətləri  şəraitində  mənfəətin  bölüşdürülməsi  və  istifadəsi  istiqa-

mətləri müəyyən edilən zaman mütləq bazarın konyukturası  nəzərə alınmalıdır. Belə 

ki,  bazarın  konyukturası  müəssisənin  istehsal  güclərinin  artırılmasını  tələb  edə  bilər. 

O  zaman  buna  uyğun  olaraq    müəssisədə  istehsal  və  sosial  inkişaf  fonduna 

ayrılmaların həcmi müəyyən ediləcəkdir. 

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə