Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə19/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

 

56

Bu göstərilən amillər bilavasitə müəssisədən asılıdır. Müəssisədən asılı  olmayan 



amillər    isə  sonrakılardan  ibarətdir:  təbii,  coğrafi,  nəqliyyat  şəraiti;  məhsul  istehsalı 

və satışının texniki şərtləri və s. 

Beləliklə,  yuxarıda  göstərilən  bu  və  ya  digər  amillərin  təsiri  ilə    müəssisənin 

ümumi mənfəəti formalaşır. 

Müəssisənin ümumi mənfəətinin tərkibi aşağıdakı istiqamətlərdə formalaşır: 

- əmtəəlik məhsul satışından mənfəət; 

- sair məhsul və xidmətlərdən mənfəət; 

- əsas fondların satışından mənfəət; 

- satışdan kənar gəlirlər və xərclər. 

Birinci  növbədə  ümumi  mənfəətin  tərkibində  ümumi  məhsul  (iş,  xidmət  və  s.) 

satışından əldə edilən  mənfəəti qeyd etmək lazımdır. Çünki bu mənfəət   müəsisənin 

əsas iş fəaliyyətindən əldə edilən mənfəətdir. Əmtəəlik məhsul satışından əldə edilən 

mənfəəti  hesablamaq  üçün  məhsul satışından əldə edilən  gəlirdən ƏDV, aksizləri  və 

məhsulun  maya  dəyərinə  daxil  olan  istehsal  və  satış  xərcləri  aiddir.  Beləliklə,  məh-

sulun  satışından  mənfəət  ümumi  mənfəətin  əsas    hissəsini,  yəni  80-90  faizini  təşkil 

edir. Ona görə də ümumi mənfəətin bu hissəsinə xüsusi diqqət yetirmək lazımdır. 

Əvvəlcə  onu  qeyd  edək  ki,  əmtəəlik  məhsulun  satışından  əldə  edilən  mənfəətlə 

satılmayan  məhsulun  qalıqlarının    dəyişməsi  təsir  göstərir.  Müəssisədə  qalan  belə  

qalıqların  həcmi    nə  qədər  çox  olarsa,  bir  o  qədər  də  müəssisə  az  mənfəət  əldə  edə-

cəkdir. 


Müəssisədə  satılmayan  məhsulların  həcmi  kommersiya  fəaliyyəti  və  satışın 

şərtləri  və  s.  səbəblərdən  asılıdır.  Belə  ki,  müəsisə  çox  məhsul    istehsal  edə    bilər, 

lakin az sata bilər. 

Bundan  başqa  satılmayan  məhsul  qalıqlarında  daha  rentabelli  məmulatların 

xüsusi  çəkisi  arta  bilər.  Nəticədə  həmin  qalıqların  məbləği    arta  bilər.  Müəssisə  öz 

mənfəətin həcmini artırmaq üçün  satılmayan qalıqların həm məbləğ,  həm də  miqdar 

cəhətcə həcminin azalması üçün müvafiq tədbirlər qəbul etməlidir. 

Məhsul    satışından  əldə  edilən  mənfəətin  həcminə    təsir  göstərən  ən  mühüm  

amil  məhsul  istehsalı  və  satışın  həcminin  dəyişməsi  göstəricisidir.  Belə  ki,    satışın 



 

57

həcmi  nə  qədər  böyük  olarsa,  müəssisə  bir  o  qədər  çox  mənfəət  əldə  edəcəkdir  və 



əksinə. Mənfəət bu amildən  bir başa asılıdır. 

Müasir dövrdə  istehsalın həcminin aşağı düşməsi (bir sıra əks təsir edən amilləri 

hesaba almayaraq,  məs., qiymətlərin artması)  mənfəətin  həcminin azalmasına gətirib 

çıxarır.    Belə  bir  vəziyyət  istehsalın  səmərəliliyinin  artırılması  və  texniki  cəhətdən  

təzələnməsi    hesabına    istehsalın  həcminin  artırılması  üçün  təxirə    salınmaz    tədbir-

lərin qəbul ediləmsi zəruriliyi nəticəsində meydana çıxır. Öz  növbəsində müəssisələr 

arasında  hesablaşma  –  ödəmə  intizamının    təkmilləşdirilməsi  özü  də  satış  şərtlərinin 

yaxşılaşdırılmasına  və  bu  isə  öz  növbəsində  mənfəətin  həcminin  artmasına  səbəb 

olacaq. 

Məhsul    maya  dəyərinin  səviyyəsinin  düşməsi  özü  də  əmtəəlik  məhsulun 

satışından mənfəətin səviyyəsinə təsir göstərən amillərdən biridir. Əgər satışın  həcmi 

mənfəətə  bir  başa  təsir  göstərirsə,  mənfəətlə  maya  dəyəri  arasında  tərs  əlaqə    var. 

Yəni, məhsulun  maya dəfəri aşağı düşdükdə mənfəət artır və əksinə. Lakin maya də-

yəri  amili  bir  sıra  səbəblərin  təsiri  altında  olur.  Ona  görə  də  maya    dəyərinin  səviy-

yəsinin dəyişməsi təhlil edilən zaman  mütləq onun aşağı düşməsinə  və  ya artmasına 

səbəb olan amilləri aşkar etmək  lazımdır.  Məqsəd istehsal  və satış  xərclərinin aşağı 

düşməsi  və  bunun  nəticəsində    mənfəətin  artması  üçün  tədbirlər  işləyib    hazırlan-

maqdadır. 

Müəssisədə mənfəətin formalaşmasına təsir göstərən bir başa amillərdən biri də 

tətbiq olunan qiymətlərdir. Bazar münasibətlərinə keçid şəraitində müəssisələr  özləri 

sərbəst  qiymətləri  müəyyən  edirlər.  Sərbəst  qiymətləri  müəyyən  edən  zaman    müəs-

sisələr  həmin  məhsulun  rəqabət  qabiliyyəti,  tələb  və  təklifi  və  s.  əsas    götürürlər. 

Deməli,  məhsullara  müəyyən  edilən  sərbəst  qiymətlər  müəyyən    dərəcədə  müəs-

sisədən  asılı  olan  amillərə  daxil  edilir.    Lakin  müəsisədən  asılı    olmayan  amil  kimi 

dövlətin  nizamlaşdırıcı  qiymətləri  çıxış  edir.  Belə  qiymətlər    inhisarçı  müəssisələrin 

məhsullarına  müəyyən  edilir.  Məlumdur  ki,  qiymətlər  istehsal  olunmuş  məhsulların 

keyfiyyətindən asılı olaraq müəyyən edilir. Məhsulun keyfiyyəti isə məhsulun texniki 

təkmilləşdirilməsindən və s. asılıdır. 




 

58

Yuxarıda qeyd edilən amillərlə yanaşı məhsulun quruluşunda aparılan dəyişiklik 



özü də  mənfəətin səviyyəsinə təsir  göstərir. Belə ki, istehsal olunmuş   məhsulun qu-

ruluşunda  rentebelli  məhsulların  xüsusi  çəkisi  artdıqda  müəssisənin    satışdan  mən-

fəətin həcmi də artacaqdır.  Lakin məhsulun quruluşunda aşağı rentabelli məhsulların 

həcminin artması mənfəətin həcminin azalmasına səbəb olacaqdır. 

Beləliklə,  əmtəəlik  məhsulun    satışından  əldə  edilən  mənfəətin  həcminə  təsir 

göstərən  amillər  (mənfəətin  azalmasına  və  ya  artmasına  səbəb  olan  amillər)  mütləq 

dəqiq təhlil olunmalıdır. 

Müəssisədə ümumi mənfəətin formalaşmasında əmtəəlik məhsul satışından əldə 

edilən  mənfəətlə  yanaşı,  qeyri-mal  xarakterli  məhsul  (iş,  xidmət)    satışından  əldə 

edilən mənfəət də daxil edilir. Ümumi mənfəətin həcmində belə mənfəət bir neçə faiz 

təşkil edir. Sair satışın nəticələri müsbət və mənfi ola bilər. Sair satışa daxil edilir: 

- nəqliyyat təsərrüfatından daxil olan gəlirlər; 

- köməkçi kənd təsərrüfatından daxil olan vəsaitlər; 

- ticarət təsərrüfatından daxil olan vəsaitlər. 

Beləliklə, müəssisələr sair satışdan həm mənfəət, həm də zərər əldə edə  bilərlər. 

Mal-material  qiymətləri  ilə  yanaşı,  müəssisələrdə  əsas  fondların  da  artıqlığı  yarana 

bilər  və  həmin  əsas  fondların  satışından  əldə  edilən  mənfəət  də  ümumi  mənfəətin 

tərkibinə daxil edilir. Artıq və lazımsız əsas fondların satışından  əldə edilən mənfəət 

onların  satış  qiyməti  ilə  ilk    dəyəri  (və  ya  qalıq)  arasındakı  fərq    kimi  hesablanılır. 

Lakin burada  inflyasiyanın  artım  tempindən asılı olaraq qanunla    müəyyən edilmiş 

indeks əsasında  ilk dəyərin artırılması mütləq nəzərə alınmalıdır. 

Müəssisələrdə  ümumi  mənfəətin  formalaşmasında  satışdan  kənar  gəlirlər  və 

xərclər  də  mühüm  rol  oynayır.  Satışdan  kənar  əməliyyatlar  bilavasitə  məhsul  

istehsalı və satışı ilə əlaqədar deyildir. 

Təsərrüfat subyektlərində satışdan kənar nəticələrdə  aşağıdakı gəlirlər  (xərclər) 

nəzərə alınır: 

- başqa müəssisələrin fəaliyyətində pay iştirakından gəlir; 

- əmlakın icraəyə verilməsindən gəlir; 

- müəssisəyə məxsus səhm, istiqraz və s. gəlir; 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə