Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   19   20   21   22   23   24   25   26   27

 

65

Müəyyən  olunmuş  kənarlaşma  «+  -  «  işarəsi  ilə  plan  ilində  buraxılmalı 



məhsulun baza maya  dəyərinə vurulur və mənfəətin üzərinə əlavə olunur: 

6700 x  0,55=36,85 min  manat olacaq. Onda  mənfəət: 2300+36,85=2336,8  min 

manat olar. 

Məhsulun  keyfiyyətinin  dəyişilməsinin  təsirini  tapmaq  üçün  həm  baza  ilində,  

həm də plan ilində məhsulun keyfiyyət göstəricilərindən istifadə olunur: 

Cədvəl 3.6. 

  

Məhsul 


Baza ili 

Plan ili 

Qiymət 

I məhsulun qiymətini 100-ə 



bərabər götürsək 

75% 



85% 

70 


100 

II 


15% 

10% 


60 

(60*100)/7086 

III 

10% 


5% 

50 


(50*100)/7071 

 

K



b

=(75*100+15*86+10*71)/100 

K

n

=(85*100+10*86+5*71)/100 



 

Plan  və  baza  ili  üzrə  hesablanmış    göstəricilər  əsasında    kənarlaşma  müəyyən 

olunur. Tapılmış kənarlaşma səviyyəsi plan  ilində buraxılacaq  məhsulun baza  maya 

dəyərinə vurulur. 

Maya dəyəri üzrə təsiri tapmaq üçün 2 üsuldan istifadə etmək olar: 

1.  Maya dəyərinin aşağı salınması tapşırığı əsasında məhsul vahidi üzrə qənaəti 

müəyyən etməklə, ümumi təsiri tapmaq olar; 

2.  Plan  ilində  buraxılmalı  məhsulun  plan  maya  dəyərindən  baza  ilindəki  maya 

dəyərini çıxmaq olar. 

Qiymətin və vergi dərəcələrinin təsirini tapmaq üçün satılacaq məhsul üzrə həm 

əvvəlki,  həm  yeni  qiymət  ilə  ümumi  məbləği  müəyyən  olunub,  aralarındakı  kənar-

laşma tapılır. Vergi  dərəcəsi üzrə təsiri tapmaq üçün də eyni qayda tətbiq olunur. 

İlin  əvvəlinə  və  ilin  sonuna  məhsul  qalığı  üzrə  mənfəət  məbləği  ayrıca  hesab-

lanır və onların arasındakı fərq ümumi mənfəət məbləğinin üzərinə əlavə olunur. 

Analitik metoda müqayisəli olmayan məhsullar üzrə mənfəət ayrılıqda müəyyən 

edilir.  Plan  ili  üçün  mənfəət  hesabat  ilinin  sonunda  işlənib    hazırlanır.  Ona  görə  də 




 

66

baza rentabelliyini  hesablamaq  üçün   hesabat  dövrünün 9 aylıq  məlumatlarından  və 



ilin  sonuna  qədər  (IV  rüb  üçün)  planın  gözləniləcək  yerinə  yetirilməsi  göstəri-

cilərindən istifadə edilir. 

Hesabat dövrünün mənfəəti ilin sonuna fəaliyyətdə olan qiymətlərin səviyyəsinə 

uyğun qəbul edilir. Ona görə də əgər keçən  il ərzində qiymətlərin, ƏDV və aksizlərin 

stavkalarının  dəyişməsi  baş  ermişdirsə,  o  zaman  bu  mənfəətə  təsir  göstərir  və  ona 

görə də hesabat dövründə gözlənilən mənfəət müəyyən edilən zaman həmin amillərin 

təsiri  nəzərə  alınır.  Məsələn,  əgər    qiymətlər  hesaba  ilinin  oktyabr  ayının  1-dən 

artıbsa, o zaman belə artım oktyabr  ayının 1-nə qədər olan bütün dövrə aid ediləcək. 

Əks halda hesabat ilinin rentabelliyinin səviyyəsi plan ili üçün baza rolunda çıxış edə 

bilməz. 


Beləliklə,  baza  rentabelliyi  və  əmtəəlik  məhsulun  planlaşdırılması  həcmi  (he-

sabat ilinin maya dəyəri) əsasında planlaşdırılan il üçün mənfəət hesablanır və burada 

əsas bir amil – müqayisəli əmtəəlik məhsulun həcminin  dəyişməsi nəzərə alınır. 

Göründüyü  kimi,  müəssisənin  təsərrüfat    fəaliyyətində  mənfəətin  səviyyəsinə 

obyektiv və subyektiv  amillər təsir göstərir. Subyektiv amillərə sahibkarlıq  fəaliyyə-

tinin  idarə  edilməsinin  təşkilati-texniki  səviyyəsi,  buraxılan  məhsulun  rəqabət  qa-

biliyyəti, əmək məhsuldarlığının səviyyəsi, məhsul istehsalı və satış  xərcləri və s. da-

xildir. Lakin obyektiv  amillərə isə material və enerji resurslarının qiyməti,  amortiza-

siya  norması  və  bazarın  konyukturası,  məhsulların  bazar  satış  qiymətləri  və  s. 

amiddir. 

  

  

3.3. Mənfəətin bölüşdürülməsi və istifadəsinin təkmilləşdirilməsi 



istiqamətləri 

    


Mənfəətin  sahibkarlıq  fəaliyyəti  prosesində  maddi  istehsal  sferasında  yaranmış 

xalis  gəliri  əks  etdirən  iqtisadi  kateqoriyadır.  İstehsal  amillərinin  birləşdirilməsi  və 

təsərürfat subyektlərinin faydalı  istehsal fəaliyyətinin nəticəsi olaraq məhsul istehsal 

olunur və istehlakçıya  satılması prosesində  əmtəə adını alır. Müəssisə öz əmtəəsinə 




 

67

qiymət  qoyaraq  onu  istehlakçıya    satır  və  buna  görə    mənfəəti  ifadə  etməyən  pul  



gəlirləri  (pul  daxilolmaları)  əldə  edir.  Maliyyə  nəticəsini  aydınlaşdırmaq  üçün  isə 

daxilolmaları  xərclərlə  müqayisə  etmək  zəruridir.  Nə  vaxt  pul  daxilolmaları  xərcləri 

üstələyirsə,  maliyyə  nəticəsi  mənfəətli  hesab  olunur.  Sahibkarın  başlıca  məqsədi  

mənfəət əldə etməkdir, amma həmişə o buna nail ola bilmir. Pul daxilolmaları  maya 

dəyərinə  bərabər  və  ya  ondan  az  olarsa  sahibkar  nəinki  istehsal,  elmi-texniki    və 

sosial inkişaf üçün maliyyə mənbələrindən məhrum olur, hətta onu müflisləşmə  və s. 

problemlər  gözləyir.    Bazar  münasibətlərinin  vacib  kateqoriyası  kimi  mənfəət  

müəyyən funksiyalar  yerinə yetirir: 

  Mənfəət müəssisənin fəaliyyəti nəticəsində əldə edilmiş iqtisadi səmərəni əks 

etdirir. Lakin vahid göstərici kimi mənfəətdən müəssisənin bütün  fəaliyyətini 

qiymətləndirmək  üçün  istifadə  etmək  olmaz!  Onun  əhəmiyyəti  ondadır  ki,  o 

son maliyyə nəticəsini əks etdirir; 

  Stimulverici  funksiyanı  yerinə  yetirir.  Özünümaliyyələşdirmə  prinsipinin 

reallaşması  mənfəətlə  müəyyən  olunur.  Müəssisənin  sərəncamında  qalan  

xalis mənfəət geniş təkrar istehsalın, elmi-texniki və sosial inkişafın maliyyə-

ləşdirilməsi  üçün kifayət etməlidir; 

  Mənfəət  müxtəlif  səviyyəli  büdcələrin  formalaşması  mənbəyi  hesab  olunur. 

Vu vergi formasında başqa gəlirlərlə birlikdə büdcənin gəlirlərini yaradır. 

Ümumilikdə  mənfəət  siqnal  rolunu  oynayaraq  sahibkarı  hansı  sferaya    investi-

siya  qoymağa  sövq  edir.  Mənfəətə  iqtisadi  kateqoriya  kimi  yanaşdıqda  onun    haq-

qında  mücərrəd  danışırıq.  Müəssisənin  təsərrüfat  və  maliyyə  fəaliyyətlərini  planlaş-

dırarkən  və  qiymətləndirərkən  mənfəətin    konkret  göstəricilərindən  istifadə    olunur. 

Onlardan ən əsası balans mənfəətidir. Balans mənfəəti – müəssisənin  məhsul satışın-

dan  mənfəətini  və  istehsal  və  ya  satışla  əlaqədar  olmayan  gəlirlərini        əhatə  edir.  

Özündə 3 əsas elementi birləşdirir: 

  Məhsul satış, işlər görülməsi, xidmətlər göstərilməsindən mənfəət (zərər); 

  Əsas vəsaitlərin və sair əmlakın satışından mənfəət (zərər); 

  Satışdan kənar əməliyyatlar üzrə maliyyə nəticələri. 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə