Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və


 Mənfəət  vergisinin büdcə gəlirlərinin təşkilində rolu



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   19   20   21   22   23   24   25   26   27

 

74

3.4. Mənfəət  vergisinin büdcə gəlirlərinin təşkilində rolu 

 

Yuxarıda qeyd edildiyi kimi mənfəətin bölüşdürülməsi sistem ionu nəzərdə tutur 



ki, həm təsərrüfat subyektlərinin, həm  dövlət büdcəsinin, həm də  müəssisədə çalışan 

işçilərin  mənafei    nəzərə  alınmalıdır.  Mənfəət  bölüşdürülərkən,  vergi  qanunveri-

ciliyində  nəzərdə  tutulduğu  kimi,  ilk  növbədə  dövlət  büdcəsi  qarşısındakı  öhdəliklər 

yerinə  yetirilməlidir.  Ona  görə  də  mənfəətin  bölgüsü  sistemində  hüquqi  şəxslərin 

mənfəət  vergisi  xüsusi əhəmiyyət kəsb edir. Hüquqi şəxslərin  mənfəət  vergisi büdcə 

gəlirlərinin  təşkilində  əhəmiyyətli  yer  tutur.  Mənfəət  vergisi  müəssisə  və  təsərrüfat 

təşkilatlarının  təsərrüfat-maliyyə  fəaliyyətinin  spesifik  forması  olmaqla  tarixi  inkişaf 

yolu keçmişdir.  

Mənfəət  vergisi  dövlət  maliyyəsinin  və  xüsusilə  dövlət  büdcəsinin  gəlirlərinin 

formalaşmasının  xüsusi  forması  kimi  təşəkkül  tapmış  və  inkişaf  etmişdir.  Azərbay-

canın  müstəqillik  qazandığı    dövrə  qədər  mənfəətdən  büdcəyə  tədiyələr  müxtəlif 

formalarda, yəni mənfəətdə büdcəyə   tədiyələr müxtəlif formalarda, yəni mənfəətdən 

büdcəyə    ayırma,  mənfəətin  sərbəst  qalığı,  istehsal  fondlarına  görə  büdcəyə  haqq, 

renta tədiyələri və s. şəklində tətbiq edilmişdir. 

Azərbaycan Respublkiasının  «Vergi Məcəlləsi» qəbul olunana qədər «Müəssisə 

və təşkilatların  mənfəət  vergisi» adlanmış, «Vergi Məcəlləsi»nin 2001-ci  il  yanvarın 

1-dn  qüvvəyə  minməsindən  sonra  «Hüquqi  şəxslərin  mənfəət  vergisi»  adlanmağa 

başlmışdır. 

Dövlətin  iqtisadi  tənzimləmə  adəti  olan  vergilərin  tərkibində  mənfəət  vergisi 

mühüm yer tutur. 

Azərbaycanda  iqtisadiyyatın  dinamik  inkişafı  bütün  təsərrüfat  sahələrində 

mənfəətin  həcminin  və  onun    ÜDM-də  xüsusi  çəkisinin  artmasına  əhəmiyyətli  təsir 

göstərmişdir. 

İqtisadiyyatın dinamik inkişafı nəticəsində mənfəətin ümumi məbləğinin artması 

həm  də  büdcə    gəlirlərinin  formalaşmasında  əhəmiyyətli  rol  oynamışdır.  Mənfəətin 

ümumi  məbləğinin  artması  əsasında  hüquqi  şəxslərin  mənfəət  vergisinin  büdcə 

gəlirlərinin təşkilində rolunu aşağıdakı məlumatlar əsasında xarakterizə etmək olar. 



 

75

Cədvəl 3. 



Məcmu mənfəətin və mənfəət vergisinin büdcə gəlirlərinin təşkilində 

(mln.manat) 

 

2005 


2010 

2011 


2012 

2013 


ÜDM 

12522,5 


42465,0 

51157,5 


43500,0 

57708,2 


Mənfəət 

2133,1 


19112,1 

26364,2 


26462,6 

25636,5 


ÜDM-də xüsusi çəkisi-faizlə 

17,0 


45,0 

51,5 


60,8 

44,4 


Dövlət büdcəsinin gəlirləri 

2055,2 


11403,0 

15700,7 


17038,0 

19496,0 


Hüquqi şəxslərin mənfəət vergisi 

357,0 


1429,9 

2134,0 


2252,0 

2374,8 


Mənfəət  vergisinin  ÜDM-də  xüsusi 

çəkisi faizlə 

2,9 

3,4 


4,2 

5,2 


4,1 

Mənfəət  vergisinin  büdcə  gəlirlərində 

xüsusi çəkisi faizlə 

17,4 


12,5 

13,6 


13,0 

12,2 


 

Göründüyü  kimi,  mənfəətin  ÜDM-də  xüsusi  çəkisi  2005-ci  ildəki  17  faizdən 

2013-cü ildə 44,4 faizə  yüksəlmişdir.  Hüquqi şəxslərin mənfəət  vergisinin ÜDM-də 

xüsusi  çəkisi  2005-ci  ildə  2,9  faiz,  2013-cü  ildə  isə  4,1  faiz  təşkil  etmişdir.  Hüquqi 

şəxslərin  mənfəət      vergisinin  büdcə    gəlirlərində  payı  2005-ci  ildəki  17,4  faizdən 

2013-cü  ildə  12,2  faizə  enməsinə  baxmayaraq  onun  məbləği  müvafiq  olaraq  357,0 

mln.  manatdan  2374,8  mln.manata  yüksəlmişdir,  yəni  6,6  dəfə  artmışdır.  Bu  da  onu  

göstərir ki, mənfəət vergisi büdcə gəlirlərinin formalaşmasında əhəmiyyətli yer tutur. 

2014-cü ildə mənfəət vergisi 2217,0 mln. manat nəzərdə tutulmuşdur ki, bu da büdcə 

gəlirlərinin 12,1 faizini təşkil edəcək. 

Təhlildən  göründüyü kimi,  bütün təsərrüfat sahələri  üzrə  mənfəət 2013-cü  ildə 

25636,5  mln.  manat  təşkil  etmişdir  ki,  bu  da  2005-ci  ildəkinə  nisbətən  12  dəfə 

artmışdır. Mənfəətin ÜDM - də xüsusi çəkisi də illər üzrə artmışdır, yəni  2005-ci ildə 

17,0  faiz,  2010-cu  ildə  45,0  faiz,  2013-cü  ildə  44,4  faiz  təşkil  etmişdir.  Bu  onu 

göstərir  ki,  ölkəmizin  iqtisadi  inkişafı  ilə  əlaqədar  olaraq  mənfəət    artır,  xalq 

təsərrüfatı sahələrinin iqtisadi səmərəsi yüksəlir,  mənfəətin rolu artır. 

Bazar  iqtisadiyyatı  şəraitində  müəssisələr    qanunvericilik  çərçivəsində  tam 

müstəqil  fəaliyyət  göstərməklə təsərrüfat  fəaliyyəti  yaxşılaşdırmağa,  mənfəətin  həc-

mini artırmağa maksimum maraq göstərirlər. 

«Müəssisələr  haqqında»  Azərbaycan  Respublikasının  qanununda  deyilir: 

«Büdcəyə  vergiləri  və  digər  ödənişləri  verdikdən  sonra  xalis  mənfəət    müəssisənin 



 

76

tam  sərəncamına  daxil  olur.  Müəssisənin  nizamnaməsində  digər  qayda  nəzərdə 



tutulmayıbsa, o xalis  mənfəətdən  müstəqil   istifadə edir. Bazar  konyukturası  mütləq 

nəzərə alınmalıdır. 

Mənfəət  bazar  münasibətlərinin  ən  mühüm  iqtisadi  kateqoriyasıdır.  O  iqtisadi 

göstərici,  stimullaşdırıcı  və  maliyyə  resurslarının  təşkili  mənbəyi  funksiyalarını 

yerinə yetirir. 

Mənfəət  istehsalın  genişləndirilməsinin,  sosial  xərclərin  ödənilməsi  və  büdcə 

gəlirlərinin  və  s.  mənbəyidir.  Bazar    iqtisadiyyatında  sahibkarlıq  fəaliyyətinin  əsas 

məqsədi    mənfəət  əldə  etmək  və  istehsalın  nəticələri  üçün  biznesin  iştirakçılarının 

maddi marağını təmin etməkdən ibarətdir. 

Azərbaycan  iqtisadiyyatında  baş  verən  dinamik  inkişaf  eyni  zamanda  vergi 

sistemində  uğurlu  islahatların  aparılmasına  və  vergi  siyasətinin  daha  da  təkmilləşdi-

rilməsinə  zəmin  yaratmışdır.  Vergi  qanunvericiliyinin  təkmilləşdirilməsi,  vergi 

daxilolmalarının  təmin  edilməsi,  vergi  nəzarətinin  səmərəliliyinin  yüksəldilməsi, 

vergi  hüquqpozmalarına  qarşı  mübarizə  tədbirlərinin    gücləndirilməsi  və  sair 

istiqamətlərdə bir sıra tədbirlər həyata keçirilmişdir. Bütün bunlar Vergi Məcəlləsinə 

əlavələr  və  dəyişikliklər  formasında  təsbit  edilmiş  və  vergi  sistemi  daha  da 

təkmilləşdirilmiş, vergi yükü xeyli azaldılmışdır. 

İqtisadi  mühitin  daha  da  yaxşılaşdırılması,  sahibkarlığın  stimullaşdırılması 

məqsədi  ilə Vergi Məcəlləsinə əhəmiyyətli dəyişikliklər edilmişdir. Belə ki, 2010-cu 

ilin yanvar ayının 1-dən fərdi  sahibkarların gəlirinin vergiyə cəlb  edilmə dərəcəsi 35 

faizdən  20  faizə,  mənfəət  vergisinin  dərəcəsi  22  faizdən  20  faizə,  fiziki    şəxslərdən 

tutulan  gəlir  vergisinin  yuxarı  həddi  isə  35  faizdən  25  faizə  endirilmişdir. 

Sadələşdirilmiş  vergi ödəyicisi üçün əməliyyatların illik həcmi 90 min manatdan 150 

min manatadək artırılmışdır. 

Xarici investisiyaların ölkə iqtisadiyyatına axınını stimullaşdırmaq, zəngin neft-

qaz  yataqlarının  mənimsənilməsini  sürətləndirmək  məqsədilə  Azərbaycan    Respub-

likası  ərazisində  hasilatın  pay    bölgüsü  üzrə  sazişlər  əsasında  karbohidrogen  

fəaliyyətini  həyata  keçirən  xarici  şirkətlər    üçün  müvafiq  protokollarla  tənzimlənən, 

Vergi  Məcəlləsindən  fərqli  üstünlüklərə  malik  olan  xüsusi  rejimli  vergitutma  



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə