Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   19   20   21   22   23   24   25   26   27

 

68

Mənfəətin bölüşdürülməsi sistemində təsərrüfat subyektlərinin, dövlət və hər bir 



işçinin  mənafeyi    nəzərə  alınmalıdır.  Müəssisədə    mənfəətin  bölüşdürülməsinin 

aşağıdakı bir sıra prinsipləri var: 

-  dövlət  qarşısında  olan  maliyyə  öhdəçiliklərinin  birinci  növbədə  yerinə 

yetirilməsi; 

- mənfəət hesabına geniş təkrar  istehsalın tələbatlarının ödənilməsi; 

- mənfəətdən sosial-mədəni ehtiyaclar üçün istifadə və s. tədbirlər. 

Müasir  dövrdə  mənfəətin  həcmindən  müəssisənin  özünümaliyyələşdirmə  im-

kanları  çox asılıdır. Belə bir qayda əvvəllərdə də tətbiq olunurdu.  Lakin bu  müəssi-

sələrə aid edilmir. Çox hallarda büdcə maliyyələşməsindən də istifadə edilirdi. Lakin 

bazar münasibətləri şəraitində kommersiya hesabatının tətbiqi  nəticəsində özünüma-

liyyələşdirmə  tam  və  ardıcıllıqla  aparılır  və  müəssisələrdə  istehsalın    genişləndiril-

məsi ilə əlaqədar xərclərin əsas etibarilə mənfəət hesabına aparılmasına şərait yaranır. 

Bazar  münasibətləri  şəraitində  mənfəətin  bölüşdürülməsi  və  istifadəsi  istiqa-

mətində  müəyyən  edilən  zaman  mütləq  bazarın  konyukturası  nəzərə    alınmalıdır. 

Belə  ki,  bazarın  konyukturası  müəssisənin  istehsal  güclərinin  artırılmasını  tələb  edə 

bilər.  O  zaman  buna  uyğun  olaraq  müəssisədə  istehsal  və    sosial  inkişaf  fonduna 

ayırmaların həcmi müəyyən ediləcəkdir. 

Məzmununa  görə  mənfəətin  bölüşdürülməsini  üç  istiqamətdə  nəzərdən  

keçirmək lazımdır. Büdcə: müəssisə, sahibkar. 

Beləliklə, mənfət bu üç həlqə arasında bölüşdürülür. Bölgü zamanı qeyd   edilən 

həlqələr  arasında  nisbətlər  əhəmiyyətli  dərəcədə  müəssisənin  fəaliyyətinin 

səmərəliliyinə ikitərəfli təsir göstərə bilər: mənfəi və müsbət. 

Bazar  iqtisadiyyatı  şəraitində  mənfəətin  bölüşdürülməsi  zamanı  sahibkarların 

mənafelərinin  müdafiə  olunması  da  mühüm  prinsip  kimi  qəbul  olunmalıdır.  Balans 

mənfəətindən  vergilər  və digər  məcburi ödənişlər ödənildikdən sonra alınan  məbləğ 

xalis  mənfəətdir.  Xalis  mənfəətin  bölüşdürülməsi  firmadaxili  planlaşdırmanın  bir 

istiqamətidir.  Mənfəətin    bölüşdürülməsi  və  istifadəsi  qaydası  müəssisənin  nizamna-

məsindən  təsbit  olunur.  Müasir  şəraitdə  dövlət  mənfəətin  bölüşdürülməsini  qanun-

vericilik    əsasından  tənzimləyir.    Vergi  güzəştləri  yolu  ilə  onun    istehsal  və  qeyri-



 

69

istezsal  xarakterli  kapital  qoyuluşlarına,  sosial  məqsədlərə,  xeyriyyə  məqsədlərinə, 



təbiəti mühafizə tədbirlərinə yönəldilməsinə təsir edir. 

Mənfəətin bölgüsü  və istifadəsi bir-birilə bağlı olan proseslərdir. Mənfəət məb-

ləğinin  müəyyən  edilməsi    və  onun  istifadə  istiqamətləri  təsərrüfatçılıq  metodları  və 

qanunvericilik  əsasında  müəyyən  edilir.  Mənfəətdən  ilk  növbədə  vergi  qanunve-

riciliyi əsasında büdcəyə vergi ödənilir. 

Bazar  münasibətləri  şəraitində  iqtisadiyyatın  dövlət  tərəfindən    tənzim  edilmə-

sinin  başlıca    iqtisadi  vasitələrindən    birini  dövlət  vergiləri,  o  cümlədən  mənfəətdən 

vergi  təşkil  edir.  Müxtəlif  gəlirlər  üçün  müəyyən  edilmiş  vergilərin  səviyyəsini 

dəyişməklə,  vergi  güzəştləri  etməklə,  vergi  almalı  olan  minimum  səviyyəsini  aşağı 

salmaqla  dövlət  iqtisadi  tsiklə  təsir  etmək,  yüksək  inkişaf  sürətini  ətmin  etməyə 

çatılışr. İqtisadi canlanma  və  yüksəliş dövründə dövlət  xüsusi kapital  qoyuluşunu  və 

tədiyə qabiliyyətli tələbi azaltmaq məqsədi ilə  mənfəət vergisinin səviyyəsini artırır, 

durğunluq dövründə isə əksinə, iqtisadi  artımı həvəsləndirmək məqsədi ilə sahələrin 

inkişafına  kapital  qoyuluşlarını  sürətləndirmək  məqsədi  ilə  dövlət  bu  sahələrdən 

götürülən vergini xeyli azalda bilər. 

Hazırda  müəssisələrdə  mənfəətin  bölgüsü  aşağıdakı  istiqamətlərdə  aparılır: 

əvvəlcə  mənfəətdən  qanunvericilik  əsasında  müəyyən  olunmuş  normalarla  büdcəyə 

vergi ödənilir. 

Bazar  iqtisadiyyatı  şəraitində  neqativ  hallara  qarşı  nizamlaşdırıcı  alət  kimi 

dövlət  vergilərindən  geniş  istifadə  edir.  Ancaq  vergilər  və  bütün  vergi  sistemi  bazar 

iqtisadiyyatı şəraitində    iqtisadiyyatın idarə ediləmsində güclü alət kimi çıxış etməli-

dir. Yalnız vergilər dövlət  mənafeyi  ilə sahibkarların,  müəssisə  və təşkilatların kom-

mersiya  mənafelərinin  əlaqələndirilməsini  təmin  etməlidir.  Vergilərin  köməyi  ilə 

dövlət,  büdcə,  bank,  baş  idarə  və  s.  müəssisələrin,  təşkilatların  (mülkiyyət  forma-

sından  asılı  olmayaraq)  və  sahibkarların  qarşılıqlı  maliyyə  münasibətləri  müəyyən 

edilir. 


İdarəetmənin  inzibati amirlik  metodları  iqtisadi  metodlara keçdiyi bir şəraitində 

bazar  iqtisadiyyatını  nizamlaşdıran  bir  alət  kimi  vergilərin  rolu  və  əhəmiyyəti 

getdikcə  artır.  Vergilər  vasitəsilə  xalq  təsərrüfatının  ən  vacib  sahələrin  inkişafına, 



 

70

zərərlə işləyən müəssisələrin ləğv  edilməsinə və s. nail  olmaq olar. Vergilər vasitə-



silə  iqtisadiyyatı    böhran  vəziyyətindən  çıxarmaq  və    dövlətin  maliyyə  vəziyyətini  

sabitləşdirmək  olar.  Vergilərdən  istifadə  etməklə  sahibkarlığın  inkişafına,  istehsalın 

genişləndirilməsinə, antiinhisar siyasətinin həyata keçirilməsinə və s. nail olmaq olar. 

Azərbaycan  Respublikası  Qanunvericiliyinə  uyğun  olaraq  sanksiya    şəklində 

büdcəyə  ödənilmiş  məbləğlər  qeyri-satış  əməliyyatlarından  xərclərin  tərkibinə    daxil 

edilmir və ancaq müəssisənin sərəncamında qalan mənfəətin azaldılmasına aid edilir. 

Beləliklə, müəssisələrdə ümumi mənfəət bölüşdürülməmişdən əvvəl  mütləq korrektə 

edilməlidir.  Yəni,  onun  həcmi  ya  azaldılmalı  və  ya  artırılmalıdır.  Belə  ki,  ümumi 

mənfəət  sair  satışından  əldə  edilən  gəlirlər  hesabına  artırılır    (xərclər  olduqda  isə 

azaldılır).  Lakin    vergiyə  cəlb  olunan  mənfəəti  hesablamaq    üçün  ümumi  mənfəət 

aşağıdakılar hesabına azaldılmalıdır: 

-  başqa  müəssisələrin  fəaliyyətində  pay  iştirakından  daxil  olan  gəlirlər 

(Azərbaycan Respublikası daxilində); 

- özünəməxsus səhm və istiqrazların satışından gəlirlər, faiz, dividend; 

-  əmlakın  icarəyə  verilməsindən  gəlirlər;  ehtiyat  fondlarına  ayırmalar  (ehtiyat 

fonduna  ayırmalar).  Nizamnamə  fondunun  25%-dən,  vergiyə  cəlb  olunan  mənfəətin 

isə 50%-dən çox olmalıdır); 

-  vergi  güzəştləri;  Vergi  güzəştləri  sahibkarlıq    fəaliyyətinin  inkişafına,  yəni 

texnikanın  tətbiqinə,  istehsalın  genişləndirilməsinə,  işçilərin    sosial  müdafiəsinin 

yüksəldilməsinə və s. xidmət etməlidir. 

Beləliklə,  yuxarıda  qeyd  edilənlər  ümumi  mənfəətdən  çıxıldıqdan    sonra,  yerdə 

qalan  mənfəət  vergiyə  cəlb  olunan  mənfəət  hesab  olunur.  Vergiyə  cəlb    olunan 

mənfəət  əsaslı  sürətdə  müəssisənin  faktiki  maliyyə  nəticələrindən  fərqlənir.  Məqsə-

dəuyğun  olardı ki, mənfəət vergisinin  həcmi  müəssisənin balans  mənfəətinin üçdə 

bir  hissəsindən    çox  olmasın.  Əks  halda    müəssisədə  işin    səmərəliliyinin  yüksəldil-

məsinə və  mənfəətin həcminin artırılmasına maraq azalar. 

Mənfəətin  qalan  üçdə  iki  hissəsi  isə  müəssisə  ilə  onun  sahmbkarları  arasında 

bölüşdürülür.  




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə