Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə20/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

 

59

- qiymətli kağızların satışından gəlir; 



- sanksiyalara görə (cərimə, penya və s.) alınmış və ödənilmiş məbləğlər. 

Əgər  sanksiyalara  görə  məbləğ  büdcəyə  daxil  edilərsə,  o  zaman  bu  məbləğlər 

satışdan  kənar    əməliyyatlar  üzrə    xərclərə  daxil  edilmiş  və  bu  məbləğ  müəssisənin 

sərəncamında qalan mənfəət hesabına ödənilir. 

Müəssisələrdə  satışdan  kənar  gəlirlərdə  (xərclər)  məhsul  istehsalı  və  satışı  ilə 

əlaqədar  olmayan  başqa  vəsaitlər  də  ola  bilər:  1991-ci  ilə  qədər  satışdan  kənar  

gəlirlərin (xərclər) tərkibində, ancaq cərimə, peniya və  və s. bu kimi vəsaitlər nəzər-

də  tutulurdu.  Lakin  bazar  münasibətləri  şəraitində  satışdan  kənar  gəlirlərə  yeni  ele-

mentlər  də  daxil  edilir.  Bu  elementlər  müəssisənin  sahibkarlıq  fəaliyyəti  ilə  əla-

qədardır. Məsələn:  

- başqa müəssisələrin fəaliyyətində pay iştirakından gəlir; 

- əmlakın icarəyə verilməsindən gəlir; 

- müəssisəyə məxsus səhm və istiqrazlara görə dividentlər və faizlər. 

Təsərrüfat  subyektlərində  ümumi  mənfəətə  əsas  fondlar  və  başqa  əmlakın 

satışından əldə edilən mənfəət də daxil edilir. 

Müəssisə  və  təşkilatlarla  aşağıdakı  səbəblərdən  material  qiymətlərinin  artıqlığı 

yarana bilər: 

- istehsalın həcminin dəyişməsi; 

- təchizat və satışda olan nöqsanlar; 

- və s. 


Əgər  müəssisə artıq əmtəə-pul qiymətlərini  uzun  müddətə saxlayarsa, o  zaman 

onların  satışından  gəlir  onların  alış  qiymətlərindən  aşağı    olacaqdır.    Ona  görə  də 

lazımsız mal-material qiymətlərinin satışının nəticəsi mənfəət və zərər ola bilər. 

Azərbaycan  Respublikasının  iqtsiadiyyatın  ayrı-ayrı  sahələrində  mənfəətinin 

dinamikasını nəzərdən keçirək. 



 

60

Cədvəl 3.1. 



(mln.man.) 

 

Mənfəət 



2005 

2010 


2011 

2012 


2013 

Cəmi 


2133,1 

19112,1 


26364,2 

26462,6 


25636,5 

ondan: 


 

 

 



 

 

Sənaye 



1183,4 

17655,2 


24730,5 

24422,3 


23808,1 

Kənd 


təsərrüfatı 

7,0 


32,4 

41,9 


27,9 

28,2 


Nəqliyyat 

401,2 


191,1 

125,1 


125,3 

132,0 


Rabitə 

180,1 


308,8 

333,1 


396,6 

397,5 


Tikinti (podrat 

təşkilatları) 

127,9 

229,3 


439,3 

548,0 


455,4 

Ticarət 


140,9 

248,5 


157,8 

189,0 


134,6 

Sair  


92,6 

446,8 


536,5 

753,5 


680,7 

    2,7 


 

Respublika  üzrə  müəssisə  və  təşkilatların  mənfəətinin  dinamikasını  təhlil 

etməklə  məlum  olur  ki,  2013-cü  ildə  ölkə  üzrə  mənfəətin  ümumi  məbləği  25636,5 

milyon  manat  olmaqla  2005-ci  ildəkinə  nisbətən  12  dəfə,  2010-cu  ildəkinə  nisbətən 

1,3  dəfə  artmışdır.  Digər  təsərrüfat  sahələrində  mənfəət  məbləğinin  artım  sürəti 

müxtəlif olmuşdur. Sənayedə mənfəət 2013-cü ildə 2005-ci illə müqayisədə  20 dəfə 

artmışdır. 

Kənd  təsərrüfatında  mənfəət  4  dəfə,  rabitədə  2,2  dəfə,  tikintidə  3,6  dəfə,  sair 

sahələrdə 7,4 dəfə artmışdır. 

Ayrı-ayrı    sahələrdə  mənfəətin  ümumi  mənfəət  məbləğində  xüsusi  çəkisi  də 

müəyyən edilə bilər. Bunu aşağıdakı cədvəldən görmək olar. 

Cədvəl 3.2. 

Sahələr üzrə mənfəətin xüsusi çəkisi (%-lə) 

   


 

2005 


2010 

2011 


2012 

2013 


Cəmi mənfəət 

100 


100 

100 


100 

100 


o cümlədən: 

 

Sənaye  



55,5 

92,4 


93,8 

92,3 


92,9 

Kənd təsərrüfatı 

0,3 

0,2 


0,2 

0,1 


0,1 

Nəqliyyat 

18,8 

1,0 


0,5 

0,5 


0,5 

Rabitə 


8,4 

1,6 


1,3 

1,5 


1,6 

Tikinti 


6,0 

1,2 


1,7 

2,1 


1,8 

Ticarət 


6,6 

1,3 


0,6 

0,7 


0,5 

Sair  


4,3 

2,3 


2,0 

2,8 


2,7 


 

61

Təsərrüfat    sahələri  üzrə  mənfəətin  strukturuna  diqqət  yetirəndə  görünür  ki, 



sahələr  üzrə  mənfəətin  xüsusi  çəkisi  ayrı-ayrı  illərdə  dəyişsədə  sənaye  birinci 

yerdədir. Təsərrüfat sahələri üzrə ümumi mənfəət məbləğinin 2005-ci ildə 55,5 faizi, 

2013-cü ildə isə 92,9 faizi sənayenin payına düşmüşdür. 

2013-cü  ildə  mənfəətin  ümumi  məbləğinin    0,1  faizi  kənd  təsərrüfatının,  0,5 

faizi  nəqliyyatın,  1,6  faizi  rabitənin,  1,8  faiz  tikintinin,  0,5  faizi  ticarətin,  2,7  faizi  

digər sahələrin payına düşmüşdür. Bu onu göstərir ki, ölkənin iqtisadiyyatında sənaye 

həlledici rol oynayır.  Eyni zamanda sənayedə əldə edilən mənfəət büdcə  gəlirlərinin 

təşkilində də əhəmiyyətli rol oynayır. 

 

 

3.2. Mənfəətin planlaşdırılması üsulları 



 

Müəssisə    və  təşkilatlarda    (kommersiya  fəaliyyət)  mənfəət  ayrı-ayrı  fəaliyyət 

növləri üzrə plaşdırılır: 

- əmtəəlik məhsul satışından mənfəət; 

- sair satışdan mənfəət; 

- əsas fondların satışından mənfəət; 

- satışdan kənar gəlirlər və xərclər. 

Ümumi  mənfəətin  tərkibində  böyük    hissəsini  satışdan  mənfəət  təşkil  edir. 

Məhsul  satışından  əldə  edilən  mənfəət    bir  sıra    üsulları  ilə  planlışdırılır.  Məsələn, 

birbaşa üsul, nəzarət (analitik üsul) və s. 

Birbaşa  hesablama  üsulu.  Müasir  təsərrüfatçılıq    şəraitində  bu  üsul  daha    geniş 

tətbiq  olunur.  Əgər  müəssisədə  çox  da  geniş  çeşiddə  məhsul  istehsal  olunmursa,  o 

zaman  bu  üsuldan  istifadə  edilir.  Bu  üsulun  əsasını  çeşidlər  üzrə  mənfəətin 

hesablanması təşkil edir. 

Birbaşa  hesablama  üsulunun  mahiyyəti  ondan  ibarətdir  ki,  burada  mənfəət 

satışdan  əldə  edilən  gəlirlə  (ƏDV  və  aksiz  çıxılmaqla)  həmin  məhsulun  tam  maya   

dəyəri arasındakı fərqdən ibarətdir. 

Birbaşa üsulla mənfəət aşağıdakı formula ilə hesablanır: 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə