Zeynalov Sübhan Nemət oğlu Müəssisənin mənfəəti, onun bölgüsü və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə11/27
tarix05.04.2018
ölçüsü0,65 Mb.
#35987
1   ...   7   8   9   10   11   12   13   14   ...   27

 

32

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin  məqsədi əsas aktivlərin  yeniləş-



dirilməsi, əmlakın qiymətləndirilməsi üçün çıxış baza dəyərinin  əsaslandırılması  və 

köhnəlmənin hesablanması məqsədilə pul fondlarının formalaşdırılması üçün şəraitin 

yaradılmasıdır.  Qeyri-maddi  aktivlərin  qiymətlilik    səviyyəsi  kimi  qalıq  dəyəri  çıxış 

edir. O, ilkin  dəyərindən  köhnəlmə məbləğini çıxmaqla hesablanır. 

Hazırda əsas vəsaitlərə köhnəlmə  aşağıdakı üsullardan biri ilə hesablanır:  

 xətti üsulla hesablama; 

 azalan qalıq üsulu; 

 obyektin  faydalı  istifadə  müddətinə  müvafiq  məbləğdə  dəyərinin  silinməsi 

üsulu; 

 istehsalın (işin) həcminə proporsional  olaraq dəyərin silinməsi üsulu. 



Tətbiq olunan  üsuldan asılı olmayaraq, əsas vəsaitlərə  amortizasiya  ayırmaları 

ay ərzində illik məbləğin 1/12-i məbləğində hesablanılır. Amortizasiya hesablamaları 

1-ci aydan başlayaraq, obyektin dəyərini tam brtənədək və ya başqa  sözlə tam silinə-

nədək davam edir. Amortizasiya ayırmaları hesabına köhnəlmə  məbləği toplanılır ki, 

bu da əsas vəsaitlərin tam sadə təkrar istehsalının maliyyələşdirilməsinə imkan verir.  

Əsas vəsaitlərin təkrar istehsalı. 

Əsas  vəsaitlər  təkrar  istehsal    prosesində  müxtəlif  rol  oynayan  aktiv  və  passiv 

hissələrə  ayrılır  ki,  onların  nisbəti  təsərrüfat    sahəsindən  və  müəssisənin    fəaliyyət 

növündən  asılıdır.  Passiv  hissə  əsasən  tikiş,  yeyinti  (ət,  süd),  tikinti    materialları  və 

yanacaq sənayesində üstünlük təşkil edir. Aktiv hissənin nisbətən böyük xüsusi çəkisi 

toxuculuq  və balıq sənayesində, kimya  və neft-kimya sənayesində, elektroenergetika 

və  maşqayırma  kompleksində  müşahidə  olunur.  Əsasən  bu  maşın  və  avadanlıqların, 

hesablama texnikasının payı cəmi bir neçə faiz    təşkil edir. Eyni sənaye sahəsinə aid 

olan  müəssisələrdə əsas vəsaitlərin  strukturunun müqayisəsi onların texniki təchizatı  

və  istehsal    şəraiti  barədə  fikir    yürütməyə  əsas  verir.  Bu  informasiya  səhmdarlara 

kapital qoyuluşlarının daha səmərəli istiqamətlərini seçməyə imkan verir. 

Əsas  vəsaitlərin  və  qeyri-maddi  aktivlərin  fəaliyyəti  onların  müəyyən    müddət-

dən  sonra  istifadədən  çıxması  səbəbindən  məhdudlaşır  ki,  bu  da  onların    yeniləş-

məsini,  dəyişdirilməsini  və  ya  modernizasiyasını  zəruri  edir.  Əsas  vəsaitlərin  təkrar 



 

33

istehsalı kapital qoyuluşları formasında  həyata keçirilir. Geniş  təkrar istehsalın  nəti-



cələri  sonrakı  göstəricilərlə  qiymətləndirilir:  müəyyən  dövr  ərzində  əsas  vəsaitlərin 

artımı,  artım  əmsalı,  istehsaldan  çıxma  əmsalı,  yenilənmə  əmsalı.  Daxilolmaların  is-

tehsaldan çıxılmalardan artıqlığı əsas vəsaitlərin artımını təmin iedir. Əsas vəsaitlərin 

yenilənmə  sürəti  investisiyaların  aktivliyi  və    istehsaldan  çıxılmalar  ilə  müəyyən 

olunur. Əsas vəsaitlərin istehsaldan çıxarılmasının əsas səbəbi aşağıdakılar ola bilər: 

  tam köhnəlmə və ya istismara yararsızlığı; 

  əsas vəsaitlərin satışı; 

  əsas vəsaitlərin icarəyə verilməsi; 

  başqa  kommersiya  təşkilatının  nizamnamə  kapitalına  iştirak  payı  kimi 

qoyulması; 

  əsas vəsaitlərin əvəzsiz verilməsi. 

İstehsaldan çıxarılmaq  üzrə olan əsas vəsaitlərin  vaxtında satışı onların  yenilən-

məsi  prosesini  sürətləndirməyə,  əldə  olunmuş  mənfəət  hesabına  yenilərinin  alın-

masına və geniş təkrar istehsalı stimullaşdırmağa imkan verir. 

Əsas  vəsaitlərin  və  qeyri-maddi  aktivlərin  qiymətləndirilməsi  prosesinin  idarə 

olunmasında  fond  verimi,  fond  tutumu,  rentabellik  və  fondlarla  silahlanma  kimi 

göstəricilərdən  istifadə olunur.  Onlar aşağıdakı kimi hesablanır: 

Fond verimi = 

Məhsul, iş və xidmət satışından daxilolmalar 

Təhlil olunan dövrdə əsas fondların orta dəyəri 

 

Fond tutumu = 



Əsas fondların orta dəyəri 

Məhsul, iş və xidmət satışından daxilolmalar  

 

Rentabellik  = 



Mənfəət 

Əsas fondların orta dəyəri  

 

Fondlarla silahlanma = 



Əsas fondların orta dəyəri 

İşçilərin orta sayı  

 



 

34

Müəssisənin  əsas  vəsaitləri  haqqında  maliyyə  xidməti  üçün  zəruri    olan 



informasiya sxematik olaraq aşağıdakı kimi göstərilə bilər: 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Əsas fondların hərəkəti və tərkibi hesabatlarda balans modeli ilə verilir: 

 

İ

ə 

+ D – S = İ

s

 

 

İ



ə  

- ilin əvvəlinə mövcud olan; 



D  -  hesabat  ilində  daxilolma,  o  cümlədən  fəaliyyətə  yeni  əsas  vəsaitlərin  daxil 

olması; 


S  - hesabat ilində silinmə; 

İ

s

  - ilin sonuna əsas vəsaitlər. 

Əsas vəsaitlərin maliyyələşdirilmə mənbələri aşağıdakılardır: 

 Xüsusi vəsaitlər (amortizasiya ayırmaları); 

 Borc vəsaitləri  (uzunmüddətli kreditlər); 

 Cəlb edilmiş vəsaitlər (səhm, istiqraz, veksel və s. maliyyə alətləri). 

Əsas vəsaitlər 

Tərkibi və strukturu 

Təkrar istehsalın nəticələri 

Tərkibi və strukturu 

Passiv 

Aktiv 


Daxil-

olma 


Silin-

mə 


Artım 

Fond 


verimi 

Renta-


bellik 

Fond 


tutumu 

Bin 


alar 

Qur-


ğula

Qur-


ğular 

Avadan-


lıqlar 

İl 


Məbləğ 

Pay 


İl 

Məbləğ 


Pay 

İl 


Məbləğ 

Pay 


İl 

Pay 


Məbləğ 


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə