Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə18/33
tarix30.10.2018
ölçüsü1,1 Mb.
#76450
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
görmüşlər. Bu işi onların möcüzələri hesab etməliyik və bu iş 
yalnız İlahinin xüsusi təlimi vasitəsilə mümkün olmuşdur. 
Əmirəl  Möminin  (ə)  və  İmam  Hüseyn  (ə)  bu  xüsusi  siyasəti 
izləmişlər. 
Amma  İmam  Hüseyn  (ə)  o  böyük  hərəkata  əl  atdı.  Diğər 
Məsum İmamların hər biri elə metoda əl atdılar ki, əgər belə 
səh:71 
etməsəydilər,  məhv  edici  zərbələrin  qarşısında  qalıcı  ola 
bilməzdi. Amma Şiə məzhəbinin qalıcı olduğunu görürük və bu 
gün  dünyaya  İslamın  həqiqətlərini  və  ədalətli  dünyəvi 
hökuməti bəxş etmişdir. 
Bir  xüsusi  nöqtəni  qeyd  etmək  lazımdır  ki,  bütün  Məsum 
İmamlar mənəvi, fikr və əməli rəhbərliyin gələcəkdə mövcud 
olacağına vədə vermişlər. Zühur əsrində İmam Mehdi (ə) siyası 
rəhbərliyi  ilə  zalim  hökumdarlar  tərəfindən  qəsb  olunan 
hakimiyyətlə  birləşəcək
 
  və  onun  vasitəsilə  bütün  İslamın 
hədəfləri həyata keçəcəkdir. 
səh:72 
13
ŞİƏ İMAMLARININ SAYI 
ON ÜÇÜNCÜ SUAL: 
Bildiyimiz  kimi  qanuni  İmamiyyə  məzhəbini  Əsnaəşəri  ona 
görə  adlandırırlar  ki,  Peyğəmbər  (s)-  dan  sonra  o  həzrətin 
canişinlərinin  on  iki  nəfər  olduğlarına  inanırlar  və  bütün 
ümmətlər içərisində bu inanca sahib yeganə qrupdurlar. Sünni 
və  şiənin  nəql  etdikləri  Əsnaəşəri  İmamlarının  hədisləri  və 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
onların Peyğəmbər (s) tərəfindən deyildiyi  inkar olunmazdır- 
müsəlmanlar  içərisində  yalnız  bunun  düzgünlüyünə  əsnaəşəri 
şiə  məzhəbi  inanır  və  bunun  ardıcılları  bu  məzhəbdən  hesab 
olunurlar. 
Bu deyilənlərlə bərabər bəzi hədislərdən, məsələn- “Səlim Bin 
Qeys”-  in  kitabından  belə  bir  iddia  etmək  olar  ki, İmamların 
sayı on üç  nəfərdir və  bu  fikir həmçinin  “Əbi Səhl Hobəxti” 
tərəfindən də söylənmişdir. 
Bu  deyilənlərə  əsasən  əgər  belə  rəvayətlər  mövcud  olarsa 
(yaxud  da  Hobəxti  bu  fikirdə  olmuşdursa  ki,  əlbəttə  güman 
edilmir.) bu məsələni necə izah edərdiz? 
CAVAB: 
Biz  Məsum  İmamları  on  üç  nəfər  olduqlarına  dəlalət  edən 
hədisləri 

رشع ینثلاا همئلاا یلوتی نمل رصبلا ءلاج

 
səh:73 
Risaləsində 
kifayyət 
qədər 
izah  etmişik  və  orada 
aydınlaşdırmışıq ki, xarici mənasından buna dəlalət edən hədis 
yoxdur  və  əgər  belə  hədis  mövcutdursa,  vahitdir  və 
Üsuliddində  və  yəqinlik  tələb  olunan  işlərdə  bir  xəbərin 
olunmasına etimad edilmir. 
Belə məsələlərdə yalnız möhkəm ağıl və ya Məsumlardan nəql 
olunan mütəvatir hədislərə etimad edilir. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
Başqa  tərəfdən  çoxlu  miqdarda  mütəvatir  və  ondan  da 
yüksək
 
  hədislərdən  aydın  olur  ki,  İmamların  sayı  on  iki 
nəfərdir.  Bu  halda  bu  qədər  etibarlı  və  qəti  hədislərin 
müqabilində
  qəti olmayan bir xəbərin nə kimi etibarı ola bilərdi 
və  bir  təhqiqatçı  şəxs  buna  necə  etibar  edə  bilər?  buna  əlavə 
olaraq  təkcə  Əhməd  xəbərlərində  30  və  bir  neçə  yolla 
Peyğəmbər  Əkrəm  (s)-  dan  nəql  olunmuşdur  ki,  Məsum 
İmamların sayı on iki nəfərdir və Səhih Müslüm bu məsələni 8 
cür nəql etmişdir və  həmşinin  başqa Əhli Sünnət kitablarında 
dəfələrlə bu mövzuya işarə olunmuşdur. 
Şiə  kitablarında  həmçinin  İmamların  on  iki  nəfər  olmaları 
barəsində  yüzlərlə  rəvayət  mövcutdur  ki,  bunların  hamısı 
tanınmış şəxslər, səhabə, məhşur tabe olanlar və hətta on ikinci 
İmam, Həzrət Mehdi (ə)- ın dünyaya gəlməsindən iki əsr öncə 
nəql olunmuşdur ki, bu bir növ gələcəkdən xəbər vermək hesab 
olunur. 
Bütün bunlarla bərabər deyilmişdir ki, “Səlim Bin Qeys ”
   nəql 
edir, Peyğəmbər (s) Əmirəl Möminin (ə)-  a buyurdu:  Sən  və 
sənin nəslindən olan on iki nəfər haqq İmamlarıdırlar. 
Doğrusu  budur  ki,  mövcud  siyahıda  və  əsrlər  boyu  alimlərin 
əlində olduğu mötəbər xəbərlərə əsasən, bütün rəvayət və hədis 
kitablarında,  eləcədə  “Səlim  Bin  Qeys”  kitabında  bu  siyahı 
Əmirəl Möminin (ə)- dan İmam Mehdi (ə)- a qədər şiənin qəbul 
etdiyi tərtiblə İmamların adları qeyd olunmuşdur. 
Birinci  əsrdə  yazılmış  bu  kitab,  etimadlıdır  və  İmamiyyə 
məzhəbinin  haqq  olması  sabit  edir.  Bu  kitab  İmamların 
dünyaya  gəlmədiyi  dövrə  aitdir  buna  görə  bu  kitabın 
düzgünlüyü möhkəm qərinə və əlamətlərə dəlalət edir. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
 
səh:74 
Əgər  belə  fərz  etsək  ki,  bu  xəbər  belədir,  amma  buna  aid 
kitablardakı bu və ya başqa hədislər təfsir olunma qabiliyyətinə 
malikdirlər. Yəni, burada məqsəd həm İmamların sayı həm də 
Əli (ə)- ın nəslindən olmağıdır çünki onların on iki nəfərdən on 
bir  nəfəri  o  Həzrətin  övladlarıdır,  buna  görə  bu  hədis  –  daha 
güclü ehtimala görə tam şəkildə bəyan olunmamışdır. 
Əsna  əşərə  (oniki  İmamlıq)  müxalif  olan  rəvayətləri  “İbn 
Nədim”,  “Əbi  Səhl  Nobəxti”-  yə  də  aid  edir  ki,  bu  doğru 
deyildir. Çünki Əbu Səhl Nobəxti elə bir kəs deyil ki, heç bir 
dəlil  olmadan  belə  fikir  söyləsin  və  şiənin  tərcümə  və  rical 
yazılarında  Nobəxti  ailəsini  təfərrüatı  ilə  təhqiq  etmişlər  və 
nəticə  olaraq  bildirmişlər  ki,  Nobəxti  və  başqaları  belə  nəzər 
irəli  sürməmişlər  və  onun  bütün  məzhəb,  əməl  və  əqidəsini 
mədh etmişlər. Belə aydın olur ki, bunlar silsilə səhvlərdir ki, 
kitabların  tərcümıəsində  meydana  çıxır  və  müəlliflər 
laqeyidsizlikdən və səhlənkarlıqdan onun üstündən keçiblər. 
Belə tanınmış şəxsiyyətlərdən əsaszız xəbər vermək, məlumatı 
az  olan  insanların  içərisinə  yanlış  məlumat  daxil  etməkdən 
başqa bir şey deyildir. 
Hər  halda  onikinci  İmam  (ə),  Məhdəviyyət,  qeybət  və  başqa 
məsələlər 
barəsindəİslamın 
başlanğıclarında 
bəyan 
olunmuşdur. İncil və Tövratda mövcud olan ğeniş məlumatlara 
bu  inancın  sabiqəsi  İslamda  öncəki  ainlərdə  də  bəyan 
olunmuşdur. 
səh:75 
səh:76 


Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə