ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə27/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   23   24   25   26   27   28   29   30   ...   60

 
82
O hardadı?  İkicə addımlıqda dayanan adamı  və onun yanın-
dakı iti görüb diksindi; qalxıb oturdu: “Mən hardayam?” 
Yadına düşdü: tut bağındadı. Gecə saat on birdən sonra 
heyvanları kolxozun tut bağına otarmağa aparmışdı. Bəs hey-
vanlar hanı?! 
Heyvanları tək  elə səhər tezdən aparıb otarmaqla bit-
mirdi iş, onları axşam da yaylıma aparmaq lazım idi,
 
−  sut-
kanın az qala iyirmi dörd saatını ağızları işləyirdi, amma yenə 
doyub-dolanmırdılar. Yayın əvvəllərində yaylım üçün ən müna-
sib yer kolxozun tut bağıdı 

 camaat ora  “turmuzluq “ deyir. 
Amma xatalı yerdi ora: adam ələ keçə bilər. Odur ki, qoruqçu 
duyuq düşməsin deyə, gecə saat on birdən-on ikidən sonra ge-
dəsən gərək. O gün bərk yorğun idi, heyvanları bağın dərin-
liyinə  yığıb oturdu və böyrü üstə uzanıb dirsəkləndi, it də ya-
nındaydı. Sən demə, yerini rahatlayan kimi də yuxuya gedib. 
Heyvanlar otlayıb doyublar və gecənin bir vaxtı inəklə dana 
qabaqda, qoyunlar da dallarınca cərgəyə düzülüb yollanıblar 
evə  tərəf.  İt istəsəydi, bircə  ağız hürüb, onu oyada bilərdi. 
Amma, görünür, xurt düşüb, ölü kimi yatmış  uşağa qıyma-
yıb:kəndin içidi, burda qorxulu nə var ki, ayı yox, canavar yox, 
qoy yatsın yuxusunu alsın. Yola düzəlib gedən heyvanlarısa 
təhlükə gözləyir: it-pişik hürküdüb, başqa səmtə yönəldər, oğ-
ruya, canavara rast gələ bilərlər. Gecələr gedib, camaatın pə-
yələrini dağıdır oğrular, qapıları çalıb-çapır, mal-qoyunu yığıb 
aparırlar. Gecənin yarısı yollarda gəzib-dolaşan bir dəstə hey-
van onlar üçün göydəndüşmə olardı. 

 Uşağı yatılı qoyub, hey-
vanların dalınca düşübdü it.  

 Bir də  eşitdik ki, qapıda it hürür, 

 evdəkilər 
danışırdı. 

 Səsə çıxdıq. Gecə saat ikidi, heyvan gəlib, sən yox-
san. Ora-bura axdardıq 

 tapmadıq, çağırdıq 

 hay verən ol-
madı. Bəs bu hanı? Eviniz yıxılsın, uşaq yoxdu! 


 
83
İt düşüb qabağa və bunları  gətirib o yerə  çıxardıb ki, 
uşaq orda yatıb, yuxu bişirir. Allah sənə  şükür, nə yaxşı ki, 
sağ-salamatdı! 
Belə bir iti var idi. Qapıya gələndə balaca, toppuş kü-
çük idi. Adını Toplan qoydular, böyüyüb, ağıllı bir it oldu və 
qocalıb ölənəcən yiyəsinin qapısını elə qorudu, quş da quşlu-
ğuyla o həndəvərə yaxın düşə bilmirdi. Orta məktəbi bitirib, 
instituta qəbul olunandan iki ay sonra kəndə getmişdi, anası 
dedi: “İtimiz yazıq, deyəsən, qocalıbdı. Qulağı eşitmir, gözü də 
yaxşı görmür.” Əlbəttə, təəssüfləndi, amma neyləyə bilərdi? 
Qış semestri imtahanlarını verib, tətilə gələndə isə iti görmədi. 
Sən demə, bir səhər durub görüblər ki, it ölüb. Qapı yiyəsiz 
qalmasın deyə, ayrı bir it tapıb gətiriblər və zəncirlə bağlayıb-
lar çardağın dirəyinə. Çox pis oldu: qocalıb, əldən düşmüş itiy-
lə gərək payızda vidalaşaydı, başını sığallayıb deyəydi: “Ağıllı 
heyvan, vəfalı dost! Çəkdiyin zəhmətləri bu evə halal elə. Neçə 
illər mənə yoldaşlıq eləmisən. Sən olmasaydın, kim bilir, bu 
gün, bəlkə, heç mən özüm də olmazdım: hardasa qurda-quşa 
yem də ola bilərdim.” 

 Deməyib, heç ağlına da gəlməyib və 
hər yadına düşəndə qəlbi sıxılır. 
Onun da  uşaqlığı burda keçib, buralıdı 
− bu kənddəndi 
və əsgərlərə də belə deyir. Amma onlar inanmırlar, lal-dinməz 
dayanıb, elə baxırlar, adam özü-özündən  şübhələnir. Bunları 
necə inandırsın? Bəlkə, and içsin? 
Bu camaat Allaha, Qurana, Peyğəmbərə, imamlara, 
göydəki günəşə, açılan sabaha, yeyilən çörəyə, süfrədəki tama, 
ruzinin bərəkətinə, uçub-dağılmış  və ancaq kərpic divarları 
qalmış Sarı Məscidə, biri qəbristanlığın içində, biri də çölündə 
olan iki pirə, qohum-qardaşın əziz canına and içir. Amma iyir-
minci əsrin ikinci yarısında təzə bir nəsil əmələ gəlib ki, onlar 
həm də sovet-alman cəbhəsində həlak olmuş, itkin düşmüş ata-
larının, əmi-dayılarının, qardaşlarının əziz canına, yaxud da on-
ların vücudundakı hansısa diqqətəlayiq əlamətə, bədən üzvünə, 


 
84
istifadə eləmiş olduqları  məişət  əşyasına, məsələn,  şumal bo-
yuna, ala gözünə, qara telinə  və sairəyə and içirlər. Nə  qədər 
qəribə görünsə də, məktəb uşaqlarının “sən əmiyin itkin günü”, 
“sən dayının telləri”, yaxud  “sən dayının tel darağı” və s. ifa-
dələr işlədib, and içdiklərini də tez-tez eşitmək olar. Məktəbli 
uşaqlara başqa cür and içməyi öyrətmək cəhdləri də olurdu, 
müəllimlər deyirdilər ki: “Siz məktəblisiniz, Allaha, pirə and 
içmək sizə yaraşmaz. Birincisi, dəqiqəbaşı and içməyin, tez-tez 
and içmək yalançılıq  əlamətidi.  İkincisi, əgər elə  vəziyyət ya-
ranıbsa ki, hökmən and içmək lazımdı, onda başqa cür and için, 
məsələn, deyin: and olsun Leninin qırmızı stoluna və s.” Am-
ma uşaqlar heç vaxt belə and içmirdilər. And içmək isə lazım-
dı. Həlli çox çətin olan elə məsələlər var ki, onları ancaq and-
içmə yoluyla tənzimləmək mümkündür. Məsələn, tutaq ki, biri-
nin danası itibdi, neçə vaxtdı axtarır, amma tapa bilmir. Əl-
bəttə, mal yiyəsi kimdənsə şübhələnir, orda-burda ağzından söz 
də qaçırdır. Yerin də qulağı var 
− söz ünvanına çatır. O adamın 
əgər danadan xəbəri yoxdursa, camaatın yığnaq yerində deyə-
cək: “Filankəs, qulağıma söz çatıb. Səni qınamıram, 
− itiyin 
itib. Deyir, mal bir yerə, iman min yerə. Bir halda ki şübhə-
lənirsən, eybi yoxdu, mən hazır, nə vaxt deyirsən, istəyirsən  
lap elə bu gün Qurana əl basıb səni sağ salaram.” 
− “Sağ sal-
maq” inandırmaq mənasında işlənir. Yalandan and içmək nə 
qədər günahdırsa, günahsız adamı ciddi andlar içməyə vadar 
eləməyi də bu camaat bir o qədər qəbahət hesab eləyir və dana 
oğurluğunda şübhəli bilinən  adamın belə ürəkli danışmağı ar-
tıq onu göstərir ki, şübhələr əsassızdır. Dana yiyəsi “mən sən-
dən şübhələnmirəm,” deyir və itiyini axtarmaqda davam eləyir. 
Bu camaat həm də Seyidin cəddinə və ocağına and içir. 
Seyidin evi odur, yolun o tərəfində, aşağıdan dağın ətəyindədi; 
ikiotaqlı daş evdi, qabağında tənha tut ağacı, həyətində çardaq, 
ot tayası, mal pəyəsi... O evdə indi Seyidin kiçik oğlu olur, 
amma bu tərəf səngərlərə çox yaxındı, güllətutan yerdi deyə, 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə