ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə29/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   25   26   27   28   29   30   31   32   ...   60

 
88
naqlar dinməzcə çaylarını içib, hardasa iyirmi dəqiqə, bəlkə 
də, bir az çox oturdular, sonra ayağa durub dedilər ki, evdə 
uşaqlar təkdi, fermanı yiyəsiz qoyub gəlmişik, biz gedək. Kiçik 
dayısı durdu ki, qonaqları yola salsın. Amma evdən çıxmağıyla 
da qayıtmağı bir oldu, gəlib dedi ki, bunlar and içməyə  gə-
liblər, özləri də getmirlər, qapıda durub gözləyirlər.  
Şər vaxtının aratoranında iki ana 

  oğurluqda  şübhəli 
bilinən ferma müdirinin ağbirçək anasıyla onun hələ cavan 
gəlin olan anası həyətdə üzbəüz dayanmışdı. 

 Seyidgildə yasdı, indi gedib, onları narahat eləmək düz 
deyil, 

 ferma müdirinin anası dedi. 

 Oğlum çimib gəlib, 

 qay-
da beləydi: and içən adam əvvəlcə çimib pak olmalıydı. 

 Qu-
ran da gətirmişik, 

 arvad belə deyib, qoltuğunda saxladığı qə-
zetə bükülü kitabı göstərdi. 

 Oğlum
 Qurana əl basıb, and içə-
cək ki, sizin heyvanlardan xəbəri yoxdu. Biz elə  iş tutmarıq, 
bala! Vallah, yatsaq, yuxumuza da girməz. 
Bərk təəccüblənəndə anası bir söz işlədərdi: vaye. O 
sözü yenə dedi: “Vaye! Balam, o nə sözdü, and içmək nədi? 
İkidən-birdən mənim ağzımdan elə sözmü çıxıb? Mən elə söz 
deməmişəm, ömür-billah demərəm də. Milisin gətirdiyi tula 
atıla-atıla gedib, toyuq fermasına girib deyə, elə bilirsiniz mə-
nim ürəyimdə qaraltı qalıb, sizdən şübhələnirəm, eləmi? 

 Belə 
deyib, anası güldü. Sakitcə, amma ürəkdən güldü. Onun gü-
lüşündə ironiya var idi, həm də elə güldü ki, elə bil dünya ve-
cinə deyildi. 

  Mən sizdən iynənin ulduzucan da şübhələnmi-
rəm, ürəyiniz buz kimi olsun. Bax o Allahın adı haqqı, dörd ba-
lam var, onların ölmüşünə and olsun, düz sözümdü!” 

 Anası 
belə deyib, mövzunu dəyişdi, qonaqlara qoşulub, danışa-danışa 
doqqaza tərəf yönəldi. Yenə  də heç bir şey olmayıbmış kimi, 
gülə-gülə ferma müdirinin anasından soruşdu ki, gəlin necədi, 
deyəsən onun vaxtına az qalıb, eləmi?Ağbirçək arvadın bu yer-
də eyni açıldı, gülümsəyib: 


 
89

  Hə, az qalıb, başına dönüm, bugün – sabahlıqdı, 

 
dedi. 

 Uşaqlar körpədilər, gəlin də ağırayaqdı, fermanı yiyə-
siz qoyub gəlmişik, ona görə də ləngiyə bilmədik. 
Heyvanların axtarışı heç bir nəticə vermədi: beş qoyun 
elə bil yağlı əppəyə dönüb, yoxa çıxmışdı, “gördüm” deyən də yox 
idi. Bir həftədən, ya da, bəlkə, on gündən sonra qonum-qonşu 
da axşamtərəfi onlara yıgışmadı; görünür, hamı əlini üzmüşdü. 
Həftələr keçdi. Havalar soyumuşdu artıq, günlər gödə-
lib, bir tikə olmuşdu və camaat buna da deyinirdi: “Belə də iş 
olarmı? Günün çıxmağıyla batmağı bir olur.” 
Qapıda heyvan da yoxdu ki, otarasan, axşamlar cama-
atın uşaqlarına qoşulub, yaylıma gedəsən, orda oynayasan
danışıb-güləsən, başın qarışa, eynin açıla. Bir az toyuq-cücədi, 
şər qarışan kimi hinə doldurub, dörd uşaq və ana yığışırlar 
peçin qırağına. Evdə oturmaqdan adamı qara qaramat basır. 
Gecələr də o qədər uzanıb ki, yatmaqla qurtarmır. 
Süfrə təzəcə yığışdırılıb, axşam yeməyini yeyiblər artıq 

 anaları  əriştə bişirmişdi. Qonşuların bəzilərində radio var, 
onlarda isə yoxdu. Olsaydı, adam heç olmasa qulaq asardı, 
başı qarışardı. Qablar yığışdırılandan sonra (gecə vaxtı qab 
yumur bunlar, gündüz vaxtı aparıb, arxın üstündə yuyurlar) 
anayla böyük qız peçə lap yaxın oturub, pambıq didirlər, 
oğlanlar neft lampasının işığında yazır, oxuyur, 

  dərslərini 
hazırlayırlar. Yalnız kiçik qız özünə bir məşquliyyət tapa bilmir 
və yəqin elə bu bekarçılığın nəticəsidi ki, bir az ora-bura vur-
nuxandan sonra anasına qısılıb deyir: 

  Qoyunlarımızı da oğurladılar...  
Bir anlığa hamı  əl saxlayıb, heyrət içində  qıza baxdı, 
çünki hər birinin ürəyindən keçəni dedi qız. Özü də elə dedi
bundan yaxşı demək, bəlkə  də, mümkün deyildi. Bəli, həqiqət 
belədi: üzə vurmasalar da, hamısı o barədə fikirləşirdi. Bəs ne-
cə, beş  qızılyelin qoyun gedibdi bu qapıdan, bunu unutmaqmı 


 
90
olar? Uşaqların sevinci, ananın ümidləri oğurlanıbdı, bunu 
yaddan çıxartmaqmı olar? 
Kiçik qız “qoyunlarımızı da oğurladılar...” deyib köv-
rəldi və anasına qısılıb hönkürdü. Bir faciə səhnəsiydi bu, mətn 
də, aktyor ifası da gözəl idi, çox güclü də effekt yaratdı: hamı-
nın qəlbi qanadı. Axşam vaxtı bu söz gərək heç deyilməyəydi, 
amma deyilib artıq və ananın qəlbi kövrəlibdi 

 pambıq didə-
didə dodağının altında zümzümə eləyib gileylənir:  
– Gəldilər, qapını çaldılar-çapdılar. Bu il mənim də qa-
pımda quzu mələyəcəkdi, neçə illərdi ağartı üzünə həsrət qalan 
balalarım süd içəcəkdi, qatıq yeyəcəkdi. Mənim də balalarım 
camaatın uşaqlarına qoşulub, quzu otarmağa gedəcəkdi. 
Qoymadılar... 
Uşaqlıq və gənclik illəri çox ağır keçmiş bu qadının hə-
yatı özü də bir faciədir, indi dərdi açılıbdı  və öz-özünə giley-
lənib ağlayır, heç kimə gücü çatmayan zəif bir insan Allahı 
ittiham eləyir: “Mən sənə neyləmişəm, Allah? Niyə qoymursan 
qırışığım açıla, başımı qaldırıb, gen dünyaya baxam? Bu, bir 
belə çal-çarpaz dağlar nədi üstbəüst çəkirsən mənim sinəmə? 
Bilmirəm, baş götürüb, sənin  əlindən hara qaçım ...” 

 Belə 
deyib, acı göz yaşlarını sel kimi tökürdü ana. Uşaqlar da öz-
lərini saxlaya bilməyib, ona qoşulurdular. 

 Ürəkparçalayan 
bir mənzərəydi və eyni ssenari üzrə  hər gün təkrar olunurdu. 
Ağlayıb, nəhayət, yorulan ana, balalarını sakitləşdirməyə ça-
lışır: “Bəsdir, ağlamayın! Özünüz də durun çıxın dəhlizə, su 
tökəcəm,  əl-üzünüzü yuyun. Gözüyaşlı yatmayın, günahdı,” 

 
deyirdi. Bəzən də özüylə bacarmırdı, belə olanda evin böyük 
oğlu 

 uşaqların böyüyü anasına yaxınlaşıb, əlini onun çiyninə 
qoyur, hıçqırıqlar içində boğula-boğula: “Bəsdir, ana! Ağla-
ma, bəsdir! Özünə yazığın gəlsin, bizə yazığın gəlsin. Ağlama, 
bəsdir!” 

 deyirdi. Amma çox vaxt bunun da köməyi olmurdu, 
əksinə, ana daha da kövrəlirdi. Onların nələr çəkdiyini bir 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə