ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə30/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   26   27   28   29   30   31   32   33   ...   60

 
91
Allahdan başqa heç kim bilmirdi və elə təsəvvür yaranırdı ki, 
bunun heç sonu da olmayacaq. 
Amma heç kəsin ağlına gəlməyən bir hadisə baş verdi: 
üç aydan sonra qoyunlar tapıldı, birinci tapılan da hələ balaca 
quzuykən alınıb, ilk qoyun damazlığı kimi, qapıya gətirilən 
qumral qoyun oldu.  
Mal bazarının içində qoyunun başına bağlanmış ipi 
əlində tutub saxlayan kişi bilmirdi durduğu yerdə bu heyvana 
nə oldu, niyə özünü yeyib-tökür? Yaraşıqlı, caydaq bir hey-
vandı qumral qoyun, artıq doğubdu və eynən özünə oxşayan bir 
quzusu da var yanında. Gərdən çəkib dayanmışdı qumral qo-
yun, qabaq ayaqlarını yerə döyüb, həyəcan içində elə vurnu-
xurdu, deyərdin, o tərəfdəki ağacların daldasında gizlənib, 
pusqu qurmuş canavarın hənirini alıbdı. Fevral ayının o qarlı-
şaxtalı, soyuq bazar günü uşaqların başı qarışsın deyə, toğlu-
dan-quzudan nəsə bir heyvan almaq niyyətiylə bazara çıxan 
yiyələri axır ki, onu gördülər. “Ona bax, nə  təhər də bizim 
qumral qoyuna oxşayır: zınqırov kimi, boğazının altından sal-
lanan qoşa  ət xalı, qabaq ayağındakı  şəkil... Oxşayır nədi, 
qumral qoyun özüdü! Bizim itən qoyunumuzdu! Quzusuna bax, 
ay Allah, nə təhər də özünə oxşayır...” 
Belə yerdə  gərək ehtiyatlı  tərpənəsən ki, oğru aradan 
çıxıb qaça bilməsin. O gün kənddən mal bazarına alış-verişə 
getmiş kişiləri də köməyə çağırdılar. Qumral qoyunun ipini 
əlində tutub, müştəri gözləyən kişinin üstünə bir dəstə adam 
yeridi.  

 Bazar olsun. Qardaş, bu qoyunu neçəyə satırsan?– 
Dörd-beş saz kişidi, qoyunsatanı araya alıb, sorğu-suala tutub-
lar. Biri də qayıdasan ki, bu heyvan bizimdi, sənin əlinə hardan 
keçib? – Qoyunsatan başa düşdü ki, işlər fırıqdı 

 ilişibdi, am-
ma ağıllı tərpəndi: 

 Heyvan heyvana oxşayar, qardaş. Bu qoyunu mənə 
veriblər. Ehtiyacım var, bazara çıxartmışam ki, dəyər-dəymə-


 
92
zinə satam. İndi ki deyirsiniz sizindi, mən bir söz demirəm. Hər 
şey ola bilər, neynək, sizin olsun. Mən də gedib, hesabımı o 
adamla çəkəcəm, deyəcəm: “Sən mənə heyvan borclusan, bor-
cunu da adam kimi qaytar. Bu nədi, oğurluq heyvanı niyə ver-
misən mənə?” 
Belə  şərtləşdilər:  şikayət olunmayacaq, itən heyvanlar 
yiyəsinə qaytarılacaq. Kişinin özünə  gəlincə, pasportunu və 
qumral qoyunu əlindən alıb buraxdılar; yuxarı dağ kəndlərinin 
birindəndi, dedi ki, arxayın olun, gələn bazar günü qalan dörd 
heyvanı  gətirib, qapıda təhvil verəcəm. Necə demişdi, elə  də 
elədi: növbəti bazar günü üç yanıbalalı  və bir dənə  də boğaz 
qoyun (hardasa bir aydan sonra bu qoyun ekiz bala doğdu) 
gətirib verdi və pasportunu alıb, sağ-salamat çıxıb getdi. Am-
ma bu dörd qoyun əvvəlkilər deyildi, kişi dedi ki, o heyvanlar 
əldən ələ keçib, tələf olublar.  
 
 
*** 
 
Əsgərlərin hərəsi bir cürə geyinmişdi və əslində, bunları 
az-çox əsgərə oxşadan çiyinlərindən asdıqları “Kalaşnikov” av-
tomatıdı, bir də kamifulyaj gödəkçə. Belə də əsgər olarmı, elə 
bil ağızlarında dilləri yoxdu bunların. Bakıdan gələndə taksidə 
bir əsgərlə yoldaş oldu, əsgər elə olar: başdan-ayağa hərbi ge-
yimdə, ağzından da od tökülürdü. Əsgər nədən danışacaq, ey-
zən igidlikdi, şücaətdi və sözündən belə çıxırdı ki, o hadisələrin 
əsas qəhrəmanı da elə özü olub. Yalan-doğru, hər nədi, qoy da-
nışsın, yolunku söhbətdi. Özü də adi döyüşçü deyildi, deyəsən, 
həm də diplomatdı, özünün deməyinə görə, hərbi əsirlərin də-
yişdirilməsiylə bağlı danışıqlarda iştirak eləyir. Belə danışıqla-
rın birində düşmən tərəfin nümayəndəsi zarafata salıb, buna 
deyib ki, mən başa düşmürəm, siz niyə özünüzü əziyyətə salır-
sınız, onsuz da müharibəni uduzacaqsınız. Bu da deyib ki, biz 
niyə uduzmalıyıq, silah desən 
− varımızdı, canlı qüvvə desən − 
o da varımızdı, nə səbəbə uduzmalıyıq? 


 
93
− Siz məğlub olacaqsınız, ona görə ki, hamınız pulgir-
siniz. Döyüşün lap qızqın vaxtı bir meşoq pulu vertalyotla gəti-
rib, göydən tökəcəyik sizin səngərlərin üstünə. Başqa heç nə 
lazım deyil. Əsgərləriniz o saat silahı atıb cumacaqlar pulun da-
lınca, biz də o məqamda hücuma keçib, qələbə çalacağıq. 
− Düş-
mən belə deyib. 
Taksidə beş  nəfər idi: dörd sərnişin və  şofer. Döyüşçü 
ötkəm-ötkəm  danışır, bunlar da maraqla qulaq asırdılar və hər 
biri artıq neçənci dəfəydi ki, ürəyində deyirdi: “Halal olsun, 
necə igid adamdı! Papaq altda oğullar yatır.” Bir tərəfdən də 
əsgərə yazıqları gəlirdi: çox pis ösgürməyi var, özü də birucdan 
siqaret çəkir. Kim nə deyir, desin, vərəmdi. Heyif, bu cür igid 
adam xəstədi. O özü arxa oturacaqda əsgərlə yanaşı oturmuşdu,  
sözləri ehtiyatla seçib:  
−  Sən, görünür, hardasa bərk soyuqlamısan, hökmən 
müalicə olunmalısan,
− dedi. 
− Rəhmətliyin oğlu, − əsgər dedi, − sən də söz tapdın. 
Deyirsən, gedim indi yıxılım xəstəxanaya ki, nədi
−nədi iş 
bilmişəm, öskürəyimi müalicə elətdirirəm, eləmi? Ay-hay! Va-
cib iş var idi, ona görə kəndə getməli oldum. Yoxsa mən hara, 
gəzmək hara? Komandir də deyir, get özünü müalicə elətdir. 
Razı olmuram: xəstəxana vaxtı deyil, mənim yerim səngərdədi; 
ölsəm də, orda öləcəm. 
− Ona bax, özünə yazığı gəlmir. Halal 
olsun, papaq altda oğullar yatır... 
O vaxtlar adı tez-tez hallanan döyüş komandirlərindən 
birindən düşdü söz, taksidə onunla gələn  əsgər qayıdasan ki, 
lap yaxşı tanıyıram, dana oğrusudu. Yox bir! Lap ağ elədi: necə 
də dili gəlir, o cür adama dana oğrusu deyir. Adamın inanmağı 
da gəlmir.  
− Yediyimiz çörəyin bərəkəti haqqı, − deyib, and-aman 
eləyir  əsgər,  əlini  şappıltıyla üzünə vurur, 
− bax bunu öz əli-
nizlə  qəbrə qoyasınız, dabbaqda gönünə  bələdəm onun, dana 
oğrusudu. Döyüşün lap o qızğın vaxtında da gözünə babat hey-


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə