ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə32/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   28   29   30   31   32   33   34   35   ...   60

 
97
− Yardım nədi, nə yardım? − Əsgərlər çiyinlərini çək-
dilər, biri-birinin üzünə baxıb gülümsədilər, yəni ki, bu kişi nə 
danışır? 
İnana bilmirdi, dedi ki, necə yəni, demək istəyirsiniz ki, 
bura heç bir yardım gəlməyib, eləmi? 
− Biz heç bir yardım almamışıq, − əsgərlər belə deyib, 
başlarını buladılar. 
− Acanda gedib, evdə yeyirik, arada camaat 
da kömək eləyir: imkanı olan gətirib, bir heyvan kəsir. Biz yar-
dım almamışıq, heç kimdən heç nə istəmirik, heç bir umacağı-
mız yoxdur, şikayətimiz də yoxdur. Biz kəndimizi düşməndən 
qoruyuruq.  
Maraqlıdı, bəs, görəsən, o maşın karvanları hara gedir? 
Öz coğrafi mövqeyinə görə bu kənd mühüm strateji əhəmiyyət 
kəsb eləyir, buranın düşmən əlinə keçməsi onlarla digər kəndin 
alınmasını su içimi qədər asan bir məsələyə çevirir və əgər bura 
bircə maşın da yardım gəlməyibsə, bəs o maşın karvanları hara 
gedir? Mal bir yerə, iman min yerə
− qara-qara  fikirlər gəlir 
adamın ağlına. Onsuz da söz gəzir ki: “Maşın karvanlarını tele-
vizorda camaata göstərəndən sonra aparıb, bazarda satırlar. Ha-
mısı oyundu: həmin o səs-küylü “Qarabağa xalq yardımı” kam-
paniyası, əslində, kimlərinsə varlanması üçün bir vasitədir.” 
− 
Hər halda, camaat belə deyirdi. 
Zavoddan göndərilən yardımı  işçilərdən iki mühəndis 
aparmışdı  və iki-üç gündən sonra qayıdıb gəldilər. Hamı ma-
raqlandı ki, nə təhər getdiniz-gəldiniz, oralarda vəziyyət necədi?  
−  Vəziyyət pisdi. Yolda bizi rus əsgərləri saxladı. Yol 
bağlıdı, deyir, olmaz. Dedik, yol bağlıdı  nədi, bir belə yükü 
təzədən qaytarıb, Bakıya necə aparaq? Dedilər, aparmaya da 
bilərsiniz, yanacağı qoyun qalsın burda, ara sakitləşəndə gəlin 
aparın. Ərzağı da, yanacağı da qoyduq hərbçilərin yanında, öz-
lərinə də dedik: sizə hörmət elərik, bizi BTR-də kəndə aparın, 
əliboş da olsa, gedək görək camaatın vəziyyəti necədir. Dilə 
tutub, bir təhər yola gətirdik. Yol erməni kəndinin içindən 


 
98
keçir. Getdik, getdik, birdən BTR dayandı. Nədi, nə olub? Yol 
bağlıdı. Hərbçilər də, biz də düşdük ki, görək nə olub, yolu ni-
yə bağlayıblar? Biz dinmirik, rusları vermişik qabağa ki, ermə-
nilərlə siz danışın. Çox çək-çevirdən sonra mümkün olmadı, 
deyir: yol bağlıdı, heç kəsi buraxmırıq, vəssalam. Kor-eşiman 
qayıtdıq geri, pul da orda itdi. 
− Yardım aparanlardan biri da-
nışır, özü də baxırsan, gözü-başı qaynaşır bunun və fikirləşir-
sən ki, o boyda zavodda yardım aparmağa fərli bir adam tapa 
bilməzdilərmi? 
Camaat maraqlanır: “Pul hardaydı ki, itdi?” Sən demə
pasport ilə birlikdə bunun pencəyinin qoltuq cibindəymiş, 
BTR-dən düşəndə pasportu götürüb, pencək də içəridən asılı 
qalıb və qayıdanda görüb ki, pul yoxdu, 
− hər halda, özü belə 
deyir. Heç kimin də  ağlına gəlmir deyə ki, qışın günündə  sən 
niyə pencəyi əyninə geyinmirdin? 
− Özün deyirsən ki, pul pencəyin cibindəydi, pencək də 
BTR-in içindən asılmışdı, eləmi? Hərbçilərlə bir yerdə BTR-
dən düşmüsünüz, sonra da bir yerdə qayıdıb minmisiniz. Belə 
olan halda, səncə, pulu kim götürmüş olar? Söz var, deyir, sən 
vurmadın, mən yıxılmadım. Bəs onda pul hanı? 
− Yardım apa-
ranları sorğu-suala tutub, məsələni heç olmasa özləri üçün ay-
dınlaşdırmaq istəyənlərin cəhdi boşa çıxır. 
−  Mən nə bilim? −  Həmin o gözü-başı qaynaşan mü-
həndis deyir. 
− Özüm də məəttəl qalmışam: öz əlimlə pencəyin 
cibinə qoyduğum pulu kim götürmüş olar?  
Bax belə, çox cəncəl işdi.  İndi kim getsin, rus hərbçi-
ləriylə beş ton yanacağın, bir maşın  ərzağın davasını eləsin? 
Pula gəlincə, bu lap müşkül məsələdi, çünki bunlar heç özləri 
də bilmirlər necə olub ki, pul itib. Belə yerdə deyir: it də getdi, 
ip də getdi. 
İsti  əyin-baş lazımdı bu uşaqlara, siqaretə, çaya, isti 
xörəyə ehtiyacları var, “heç nə lazım deyil” deməklə deyil. Əs-
lində, çox şey lazımdı  hər gün cəbhə bölgəsinə göndərilən 


 
99
maşın karvanlarından çox yox, heç olmasa bircə maşın da gəlib 
bura çıxsaydı, vəziyyət xeyli yaxşı olardı. Əsgərlər isə deyirlər 
ki, heç nə almamışıq. Söhbəti uzatmağın mənası yoxdur artıq. 
Əslinə qalsa, burda çox ləngiyib, əsgərlərin vaxtını almaq, on-
ların fikrini yayındırmaq düz deyil. 
− Yaxşı, uşaqlar, mən gedim. Sağ olun, salamat qalın! 
Allah amanatında! 
 
*** 
 
Nə deyəcəyini bilmirdi, qalmışdı  qırıla-qırıla. Elə bu 
vaxt qardaşı dedi ki, gəl gedək. Əslində, burada ləngimək fikri 
yox idi onun, qardaşı özü dedi ki, düşək su içək, həm də 
maşına su tökməliyəm. 
Başqa vaxt olsaydı, it damına oxşayan bu sınıq-salxaq 
yük maşınının kabinəsində oturub, rayon mərkəzinə getməyə 
heç cür razı olmazdı. Amma vəziyyət dəyişibdi: asfalt yolu 
kəndin o başında bağlayıblar deyə, gediş-gəliş azalıbdı  və bir 
maşın tapıb, rayon mərkəzinə getmək müşkül işə çevrilib. Ona 
görə  də rayon mərkəzindən tutduğu taksiylə  də geri qayıtmaq 
istəyirdi. Amma qardaşı qoymadı,  şoferi saxlama, dedi, qoy 
getsin, səni özüm aparacam. Evdə  tək idi qardaşı, qalanlar 
hamısı kənddən baş götürüb qaçıblar. Bu da qalıb, həyət-baca-
ya gözətçilik eləyir.  
− Yol gəlmisən, otur, bir stəkan çay iç, dincini al, − de-
di qardaşı. 
− Neçə ildi gəlmirsən, bir az söhbət eləyək, dərd-
ləşək. Qaçhaqaç deyil ki, gedərsən. 
Yolüstü dönüb bilmək istəyirdi görsün nə var, nə yox, 
salamatçılıqdımı? Ciddi bir səbəb yoxdusa, ləngiməyəcəkdi. 
Amma qardaşı elə danışdı ki, fikrini dəyişməli oldu və doq-
qazın çölündə dayanıb gözləyən taksiyə tərəf getdi. Şoferin pu-
lunu verib dedi ki, sən get, mən ləngiməli oldum. 
Çay dəmlədi qardaşı, qayqanaq bişənəcən süfrəyə sac 
fətiri və bir kasa qatıq qoydu. Adicə  şoferdi kiçik qardaş  və 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə