ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə33/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   29   30   31   32   33   34   35   36   ...   60

 
100
böyük qardaşa qəribə gəlir bu, çünki özü lap uşaqlıqdan iddialı 
olub. Yadındadı ki, altıncı sinifdə oxuyanda dörd-beş  oğlan 
dərsdən qaçıb getmişdilər kənddən aşağıda təlim keçən sovet 
əsgərlərinə baxmağa.  Əsgərlərlə az-maz danışa da bilirdilər,  
bir cümləni hamısı  əzbər bilirdi: “Coldat, day da znaçok.” O 
özü hətta “Kalaşnikov” avtomatından güllə də atmışdı: boş pat-
ronlardan,  əlbəttə, partıldayıb, səs salmağı var. Gözəl bir yaz 
günüydü, hər tərəf gül-çiçəyə qərq olmuşdu, hara baxırdın qıp-
qırmızı lalələr idi, sapsarı yabanı turp çiçəkləriydi, yamyaşıl 
çəmənlər idi, göz işlədikcə uzanıb gedən taxıl zəmiləriydi. Ora-
bura qaçmaqdan yorulub əldən düşmüşdü uşaqlar, göy otların 
üstünə sərilib, dinclərini alırdılar. Necə oldusa gələcək planlar-
dan söz düşdü, hər kəs öz arzusunu dedi. Ondan soruşdular ki, 
sən nə olmaq istəyirsən? Dedi ki, bilmirəm. Yoldaşları əl çək-
mirdi, o isə  həqiqətən bilmirdi gələcəkdə hansı  sənətin sahibi 
olmalıdı. Dedilər: “Sən instituta girmək istəyirsən də, elə de-
yil?” Əlbəttə, ali təhsil almaq istəyirdi, amma tək elə bu deyildi 
arzusu və dedi: “İnstituta girmək nədi ki...” Bu sözü ona de-
dirdən qüvvənin necə böyük olduğunu ilk dəfə onda hiss elədi: 
sanki zülmət gecədə şimşək çaxmışdı, ani işıqda gözünə görü-
nüb, dərhal da yox olan mənzərənin möhtəşəm  əzəməti onu 
vahimələndirdi. 
Onun nə  məqsədlə  gəldiyini biləndə qardaşının üzü 
güldü: “Düz eləmisən, 
− dedi. − Halal olsun! Qoy camaat da 
görsün ki, başqa vaxt orda-burda yığışıb, yekə-yekə danışanla-
rın heç birindən əskik oğlan deyilsən.” 
− Qardaşı evdə belə de-
di, indi də deyir, gəl gedək; imkan vermir ki, qonşu kəndi yad 
ölkə hesab eləyən nadanın cavabını verə. Gərək heç maşından 
düşməyəydi. Amma düşdü və orta məktəbi bitirəndən sonra bir 
dəfə  də ayağı  dəymədiyi torpağa yenə ayaq basdı. Çəpərin o 
üzündə məktəbdi: o vaxt bu tərəflərdə yeganə orta məktəb idi 
və adla deyilirdi. Qonşu kəndlərdəki yeddillik məktəbləri (son-
radan onlar səkkizillik məktəb oldu) bitirən uşaqlar buraya üz 


 
101
tuturdular. O özü də burda oxuyub, bu məktəbin  əlaçı  şagirdi 
olub. Bir dəfə kimsə ona deyəndə ki, sənin o vaxt çəkdiyin şə-
killərdən birini şagirdlərin  əl işləri guşəsində  hələ  də saxla-
yırlar, inanmadı və düzü, heç gözləməzdi. Çünki bir neçə müəl-
limlə münasibəti heç də yaxşı deyildi, hətta iş o yerə çatmışdı 
ki, üstünə şər atıb, onu məktəbdən qovmaq istəyirdilər. İnstitu-
tu bitirib işlədiyi ilk vaxtlar rayon mərkəzində o müəllimlərdən 
biriylə üz-üzə  gəldi. Keçmiş müəllimi onu görəndə quyruğu 
tapdanmış gürzə kimi, hikkəylə  fısıldayıb yalmandı, 
− aradan 
neçə illər keçsə  də, səbəbi yalnız özünə  məlum olan kin-kü-
durəti əsla unutmamışdı müəllim və əlbəttə, salamlaşmadılar. 
Bu akasiya da elə o vaxtkıdı, məktəbin həyətində bitib, 
budaqları  çəpərin üstündən aşıb, bu yana 
− yol tərəfə çıxıbdı, 
kəndin cavanları  yığışır kölgəsinə.  İndi də bir dəstə  oğlan var 
orda, onlara tərəf getdi; yaxınlaşıb, salam verdi, soruşdu ki, 
necəsiniz, ay uşaqlar? 
− Yaxşıyıq, sag ol. 
Sükut. 
Aradan neçə illər ötübdü və yeni bir nəsl  əmələ  gəlib 
artıq, onlardan heç kimi tanımır. Zənd ilə baxırdı ki, cavan-
lardan kimisə, bəlkə, o vaxtkı  məktəb yoldaşlarından kiməsə 
oxşada bildi. Amma mümkün olmadı: bir dəstə yad adamla üz-
üzə dayanmışdı. Görəsən, bunlar necə, onu tanıyırlarmı? Bəlkə 
də, adını eşidiblər, nə qədər olmasa, o da bu məktəbdə oxuyub. 
Digər tərəfdən o hələ öz kəndlərindəki yeddillik məktəbdə oxu-
duğu dövrdən bu iki qonşu kənd bir təsərrüfatda 
− kolxozda 
(sonradan sovxoz oldu) birləşibdi,  camaat qaynayıb-qarışıb ar-
tıq, biri-birinin ikinə  də  bələddilər, cikinə  də. Qardaşı  kənddə 
yaşayır, şübhəsiz ki, onu tanıyırlar və əslində, bu cavanlar kim-
lə danışdıqlarını bilməmiş deyillər. Bir dəstə cavan oğlandı, iş 
yox, güc yox, bütün günü boş-boş veyillənir, orda-burda yığı-
şıb, laqqırtı vururlar. Vur-tut ikicə kilometr o yanda isə mü-
haribə gedir: top mərmilərindən evlər dağılır o kənddə, ölənlər 
və yaralananlar var, arvad-uşaq və qocalar kəndi tərk eləmək 


 
102
məcburiyyətində qalıb, cavanlar isə gecə-gündüz səngərdən 
çıxmırlar ki, vaxtaşırı hücuma keçən düşməni kəndə burax-
masınlar. 
− Bizim kəndin uşaqları gecə-gündüz orda səngərdədi-
lər, 
− deyib, əliylə öz kəndini göstərdi kişi. − Siz də burda boş-
bekar dayanmısınız. Heç olmasa gedib, onlara kömək eləyərdi-
niz, 
− dedi və cavabı çox gözləməli olmadı. 
− Sizin uşaqlar öz kəndini qoruyur. İşdi, əgər bu tərəfə 
hücum olsa, biz də öz kəndimizi qoruyacağıq, 
− dəstədəki qa-
rayanız, üzüxallı oğlan dedi. Elə də səlis danışırdı, elə bil cüm-
lələri  əvvəlcədən yazıb  əzbərləyibdi. Hər halda, görünür, də-
fələrlə dediyi sözdü və növbəti dəfə təkrar eləyirdi.  
Pərt olub qalmışdı kişi, sanki bir vedrə çirkab suyu 
çırpmışdılar sifətinə. Qulaqlarına inana bilmirdi. Bu kəndin 
uşaqlarıyla üç il bir yerdə oxuyub, bilir ki, şit zarafat eləməyi 
var bunların. Olsun ki, qarayanız oğlan da zarafat eləyir,  üzün-
dəki ciddiyyət indi silinib gedəcək, şit-şit hırıldayıb: “Nə tez də 
inandı, 
− deyəcək. − Zarafat eləyirdim, heç elə şeymi olar? Si-
zin uşaqlara demişik, bilirlər. Dedik, nə vaxt lazım olsa, canla-
başla hazırıq. Dedilər: siz hələ gözləyin, burda onsuz da adam 
çoxdu, lazım olanda xəbər elərik, gələrsininz.” 
Həyasızlığa bax, elə bil camaat bunun tay-tuşudu. O biri 
oğlanların da üzündə  təbəssüm görünəcək, yəni ki, gördünüz-
mü, adi bir zarafat nədi, onu da başa düşmədiniz. O özü də gü-
lümsəyəcək, bu da o deməkdir ki, düzdü, cavanlar, siz üstələ-
diniz. Cavan oğlan olasan, o cür güclü yumor hissin ola, 
− halal 
olsun, papaq altda oğullar yatır, hər kimdisə, bunun gələcəyi 
parlaqdı. Amma zarafat eləyənə oxşamır: özünə  əminlik ifadə 
eləyən küt bir ədayla gözünü qırpmadan baxır. Hər halda bir də 
soruşmaq lazımdı. 
− Başa düşmədim, nə dedin? 
− Deyirəm, sizin uşaqlar öz kəndini qoruyur. İşdi, əgər 
bu tərəfə hücum olsa, biz də öz kəndimizi qoruyacağıq.  


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə