ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə25/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   21   22   23   24   25   26   27   28   ...   60

 
76
Taksi şoferi yanına düşüb, elə gedir, elə bil hansısa bö-
yük məmurun cangüdənidi. Gəlib çıxıblar səngərə. Heç kimi 
görməyib,  şoferə dedi: “Bunlar hanı ? Deyəsən, buralar yiyə-
sizlikdi.” 
Yadındadı ki, öz kəndlərindən çıxıb, başqa yerə getdiyi 
ilk dəfə burda 
− qucağında kağız torba tutub, şoferlə yanaşı 
dayandığı bu yerdə olub: kəndin şimal tərəfdən girəcəyidi bura. 
O il ikinci sinifə keçmişdi, avqust ayının axırlarında, bir səhər 
lap tezdən anası onu yuxudan oyatdı ki, dur, bazara gedirik. 
Bütün yayı evlərinin, böyründəki dağın döşündə hinduşqa otar-
mışdı: hər səhər tezdən bir dəstə hinduşqanı qabağına qatıb, da-
ğa tərəf aparırdı, günorta vaxtı yığıb kölgəyə gətirir, gün əyilib 
sərin düşəndə yenidən aparır və bir də axşam düşüb  şər qarı-
şanda gətirirdi. Hinduşqalar dağın  ətəyində  dənlənir, otların 
arasında atılıb-düşən çəyirtkələrdən tutub yeyir və günbəgün 
cana gəlir,  ətə dolurdular. Üç ay yayı  işi-gücü ancaq bundan 
ibarət olubdu. Bir hinduşqanın da burnu qanamayıb, biri də 
itməyib. Anası  hər axşam hinduşqaları sayır, bir-ikisini tutub, 
dənliyini yoxlayır, sevincdən gözləri gülürdü, oğlunu tərifləyib 
deyirdi: “Mənim ağıllı balam, məktəb açılanda bunlardan apa-
rıb, bazarda satacam. Səni də özümlə aparacam, ürəyin nə istə-
sə, sənə alacam.” Tərifdən xoşhallanırdı, ocağın üstündəki ta-
vada bişən lobyanın iyi vururdu onu və deyirdi ki, mən acından 
ölürəm, 
− yağda qızardılıb, üstünə yumurta vurulmuş lobyanı o 
vaxt da xoşlayırdı, indi də. 
Verdiyi sözə  əməl eləmişdi anası 
− bazara gedəcəklər. 
Paltarını geyinib, evdən çıxanda gördü ki, qonşunun eşşəyi 
dəhlizin qabağında alıqlı dayanıb 
− başındakı çatıyla evin sü-
tununa bağlamışdılar onu. 
Səkkiz hinduşqanın ayaqlarını çataqlayıb, dörd-dörd 
bağladı anası, xurcuntayı eləyib, eşşəyin üstünə aşırdı, oğlunu 
da hop götürüb, palanın üstünə qoydu, çatını sütundan açdı,  
əlindəki çubuqla eşşəyi vurub: “Toş-toş”, 
− dedi. Yola düşdü-


 
77
lər. Hələ gecəydi, buludsuz, açıq səma ulduzlarla doluydu. Am-
ma yol uzaqdı deyə, anası tələsirdi və deyinirdi ki, gün günorta 
oldu, biz hələ də burda midələnirik. “Yatma, 
− arabir anası de-
yirdi. 
− Eşitdin, nə dedim? Mürgüləyərsən, o saat da yıxılarsan, 
başın daşa-qayaya dəyib yarılar. Eşşəyin palanından bərk tut, 
qırraş.” 
Gəlib çatdılar daş yola: kəndin içindən keçib gedən və 
indi bir tərəfdən bağlı olan asfalt yol o vaxt yox idi. Çayı keçib, 
kolxoz idarəsinə tərəf yönəldilər. Evlərdə yalnız axşamlar işıl-
dayan neft lampaları sönmüş, hər tərəf zülmət qaranlığa qərq 
olmuşdu, 
− kəndə elektrik xətti də çəkilməmişdi o vaxt. Orda-
burda banlayan xoruzların səsi eşidilirdi. Kolxoz idarəsi, klub, 
dükan, kitabxana, taxıl anbarları, at tövlələri daş hasarla dövrə-
lənibdi və camaat bura “kolxoz həyəti” deyir, 
− o da arxada 
qaldı. İndi şoferlə dayandığı və heç kəsi görməyib təəccüblənə-
rək, “deyəsən, buralar yiyəsizlikdi,” dediyi yerə yaxınlaşırdılar. 
Dağın döşünə səpələnmiş və çoxusu “qara dam” adlanan qaz-
ma evlərin, qalanı da üstü küləşlə örtülmüş balaca, daş evlərin 
həyətlərində tənha tut, ya da dağdağan ağacları, ot tayaları qa-
ralırdı:kəndin dörd əsas məhləsindən biri 
− Dağdibi məhləsidi 
bura. O birilər isə Comərdəvənd, Çökək Məhlə  və Çaykənd 
məhlələridi (bu məhlənin köhnə adı Cırdaxanlıdı). 
Üzübəri, yola tərəf gələn iki qaraltı göründü, səs gəldi: 
“Ey, kimsiniz?” Anası cavab verdi ki, bizik, bazara gedirik. 
“Bir az yavaş gedin, bizi də gözləyin,” 
− iki qaraltıdan biri de-
di. Gəlib çatdılar. Seyidin uşaqlarıdı: on altı-on yeddi yaşların-
da qızdı və on bir-on iki yaşlarında oğlandı. Qız bazara ağartı 
satmağa gedir, qardaşı da onu yola salır və  sən demə, xeyli 
vaxtdı dayanıb gözləyirlər ki, yoldaş olmağa münasib bir adam 
tapsınlar. Qonşu rayon mərkəzinə beş-altı kilometr yoldu və o 
vaxt kəndin camaatı bu yolu piyada gedib-gəlirdi. Gecə vaxtı 
cavan qız bu yolu tək gedə bilməz, hər adama da yoldaş ola 
bilməz. Ürcahına çıxanların kim olduğunu biləndə qızın çiçəyi 


 
78
çırtladı, sevincək qardaşına dedi ki, sən qayıt get, evdəkilərə de 
ki, arxayın olsunlar. Qızın əlində yük var, özü də nəsə ağırdı. 
− Bəlkə, eşşəyin üstünə qoyaq? − anası təklif elədi. Am-
ma qız razı olmadı: “Yox, töküləsi şeydi, əlimdə aparacam.” 
−Əlimdə aparacam nədi? Bəri ver görüm, −anası belə 
deyib, yarızor-yarıxoş qızın sağ əlindəki yükü aldı, əsas ağır da 
elə budur. 
Yıxılmamaq üçün  palanın qabaq tərəfindən bərk-bərk 
tutmuş  uşaq eşşəyin üstündən göz qoyurdu, anasının fədakar 
mərdanəliyi qəlbini fərəhləndirirdi. Yol boyu qız neçə  dəfə 
həqiqi bir səmimiyyətlə yükü almağa cəhd eləsə də, anası hər 
dəfə: “yox, bala, başına dönüm, sən uşaqsan, belə  ağır yükü 
mənim kimi yekə arvad götürər,” deyib vermirdi və düz bazara 
çatanacan da özü götürdü. Seyidin qızı sevindiyindən bilmirdi 
neyləsin, arabir deyirdi ki, Allah üzümə baxdı 
− sizə ürcah ol-
dum, yoxsa heç bilmirəm neyləyəcəkdim. 
Hava işıqlaşmağa başlamışdı, günbatan tərəfdən yol bo-
yu uzanıb gedən dağın döşündə kolluqlar qaralır, qayalıqlar bo-
zarırdı. Yolun alt tərəfi düzənlik olsa da, dərə-təpə də az deyil-
di, üzüaşağı baxanda göz işlədikcə taxılı biçilmiş sarı  zəmilər 
görünürdü. Səhər erkən oyanıb ötüşən torağayların səsi eşidilir-
di, havadan yovşan və  nəm küləş qoxusu gəlirdi. Seyidin qı-
zıyla anası  şirin söhbətdəydi. Qız arada soruşdu ki, bazara 
apardığın uşaqların hansıdı: böyük oğlundu, yoxsa kiçiyidi. 
− Kiçiyidi, başına dönüm. Bu gün-sabah dərs açılır, de-
dim, bunu aparım, əyin-baş alım, dəftər-kitab alım. 
− Anası se-
yidin qızına müraciət eləyəndə onun adını deyir, hökmən də 
böyrünə ya “başına dönüm”, ya da “qurbanın olum” əlavə elə-
yirdi. Qız da onun anasının adını deyir və yanına bir “bacı” sö-
zü qoşurdu.  
Seyidin qızı el gözəlidi: hər biri qol yoğunluğunda qoşa 
hörükləri kürəyi aşağı sallanıb, incə belinin, dolu sağrısının üs-
tündən aşaraq, dizin qatdanacağına çatır, qaş-göz elə bil qələm-


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə