ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə21/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   17   18   19   20   21   22   23   24   ...   60

 
64
– Sizin sağlığınıza içək. 
– Yox, bu olmadı. 
– Niyə olmur ki? Qonaqsınız, xoş  gəlib, səfa gətirmi-
siniz. Sizin sağlığınıza, sağ olun! 
Ruslar içdilər, o da öz badəsini dodaqlarına yaxınlaş-
dırdı, amma içmədi. Təzə tanışları Bakıda olublar. Bunlara nə 
var, harda olmayıblar ki? 
Ofisiant qadın yaxınlaşıb, ruslara dedi ki, siz burda səs 
salırsınız. Ruslar təəccübləndilər: 
– Biz nə vaxt səs salmışıq? 
– Mən sizə deyirəm ki, səs salırsınız, camaata mane 
olursunuz. Adama bir boşqab yemək götürüb, neçə saatdı stolu 
tutmusunuz. Bir az əlli tərpənin, sizin getmək vaxtınız çoxdan 
çatıb. Eşitdiniz, nə dedim? 
Qadın sərt danışırdı. Ruslar öz yerlərinə çəkilib dedilər 
ki, sən deməsən də, biz dururuq. 
– İnanırsınız, zəhləmizi töküblər, – ofisiant bakılı qona-
ğa dedi. – Hər gün gəlib, saatlarla otururlar. Rahat yer tapıblar, 
okupantdılar də. Şnitsel necədi, xoşunuza gəldimi? 
Şnitselin belə dadlı olacağını, düzü, heç gözləməzdi: 
çox ləzzətli xörəkdi, elə bil quzu kababı yeyirsən. 
–  Əladı, – dedi,– ömrümdə birinci dəfədi belə  ləzzətli 
şnitsel yeyirəm. 
Qadın məmnuniyyətlə gülümsəyib: “Bir şey lazım olsa, 
utanmayın, deyin”, – dedi və getdi. 
Baltikyanı respublikalarda ruslara münasibət başqadı,  
onları okupant adlandırırlar. Okupant sözü bakılı qonağın ürə-
yincədi. Azərbaycan da rus əsarəti altındadı və əsrin sonlarında 
müstəqillik uğrunda mübarizə güclənməkdədi, amma orada 
okupant sözü işlətmirlər, yeri gələndə görürsən: “Bura, – yəni 
ki, Azərbaycan, – rusun müstəmləkəsidi”, – deyirlər. 
Bakılı qonağın yadına Riqanın “Riqa” mehmanxanasın-
dakı foyedə bir latış qadınla elədiyi söhbət düşdü. Ölkədə get-


 
65
gedə pisləşməkdə olan vəziyyətə görə rusları ittiham eləyən ar-
vadın dərdi açılmışdı: 
– Adam kimi işləməyi də bacarmırlar, bunlarınkı odu 
əyyaşlıq eləsinlər, qan töksünlər, bir də onun-bunun torpağını 
zəbt eləsinlər. Dünyanın az qala yarısını tutublar, yenə gözləri 
doymur. Müharibədən sonra Almaniyada nə vardısa, hamısını 
söküb daşıdılar Rusiyaya, bir müddət onun hesabına dolandılar. 
Çapıb-taladıqları tükənib artıq, ona görə çaşıblar, bilmirlər ney-
ləsinlər. 
Mehmanxana işçilərindən idi qadın, altmış yaşlarında 
arıq adamdı, kresloda oturub, nəsə toxuya-toxuya sakitcə da-
nışırdı. Bakılı qonaq belə  şeyləri birinci dəfə  eşidirdi deyə, 
təəccüblənmişdi və  xəyalən öz yaşından  əvvəlki vaxtlara qa-
yıtmışdı: Latviya meşələrinin dalda yerində gizlənmiş on beş 
yaşlarında bir qızın gecə-gündüz qərbdən  şərqə gedən yüklü 
eşalonlara necə qorxa-qorxa baxdığını görürdü, – bu qadının 
gəncliyini belə təsəvvür eləyirdi.  
Ruslar, görünür, ofisiantın dediklərini,  ələlxüsus da 
okupant sözünü eşitmişdilər və qadın gedən kimi bu tərəfə 
keçdilər.  
– Qardaş, bilirsən nə var? Sən hər adamın sözünə fikir ve-
rib-eləmə. Onların torpağı nə gəzir? Burda nə varsa, rus knyaz-
larının olub: torpaq da bizimdi, şəhərlər də, tarixi abidələr də 
hamısı bizimdi. Başa düşdünmü? 
Ruslar lap ağ elədilər, necə yəni burda nə varsa, hamısı 
bizimdi? Bəs estonların yeri-yurdu haradı? Bəlkə, başqa pla-
netdən gəliblər? Ruslar çox böyük bir canfəşanlıqla bakılı qo-
nağı inandırmaq istəyirdilər ki, əslində, Estoniya rus torpağıdı. 
Qonaq, əlbəttə, razı deyil və dəqiq bilir ki, cəfəngiyatdı 
bu. Digər tərəfdən onu da yaxşı bilir ki, ağıllı bir xalq olan 
estonlar nəyin kimə  məxsus olduğunu çox gözəl bilirlər və 
onun vəkilliyinə əsla ehtiyacları yoxdu, ona görə də çox dərinə 
gedib, kiminsə  xətrinə  dəymək istəmirdi. Amma, hər halda, 


 
66
ruslar düz eləmirlər, özlərinin o boyda vətəni var, necə də gözəl 
yerlərdi! Oranı atıb, kütləvi  şəkildə müttəfiq respublikalara 
axışmaqda bunların məqsədi nədi? Yerli camaat da neyləsin, 
istər baltikyanı respublikalar olsun, istərsə  Cənubi Qafqaz, ya 
da başqası, “езжай  в  свою  Россию” deməkdən başqa gücləri 
heç nəyə çatmır. Bunun da xeyri yoxdu, – söz var, deyir: xoş-
haxoşluqla donuz darıdan çıxmaz. Burda hara tərpənirsən, rus-
du. Belə də olmaz axı. 
Latışlar və estonlar sayca o qədər də çox deyillər, gəl-
mələrin bu cür intensiv axını onları öz vətənlərində milli azlığa 
çevirir, bir xalq kimi, mövcudluğunu təhlükə altına alır. Yaxşı 
iş deyil bu. Söz var, deyir: məscidin ağzı açıqdı, itdə də bir hə-
ya gərək. 
Qrafində qalan Köhnə Tallinn çaxırını rusların arasında 
tən yarı bölüb dedi ki, bir sağlıq deyin, içək. Ruslar yenə dedi-
lər, sizin sağlığınıza içək. 
– Yox, mənim sağlığıma içmişik. Gəlin dostluğun sağ-
lığına içək, – dedi, ruslar razılaşdılar, üçü də eyni vaxtda 
“Yaşasın dostluq!” deyib, badələri toqquşdurdular. 
Ofisiant qadının bu tərəfə gəldiyini görən kimi ruslar öz 
yerlərinə çəkildilər. 
– Mən sizə nə demişdim? Demədim ki, camaata mane 
olmayın? Üzümü o yana çevirən kimi öz bildiyinizi eləyirsiniz. 
O kişi qonaqdı, niyə imkan vermirsiniz sakit oturub, bir tikə 
çörəyini yesin? Nə təhər adamsınız siz? – Bayaqkından da sərt 
danışırdı qadın. – Beş dəqiqə vaxt verirəm sizə, tez olun çıxın 
burdan. Eşitdiniz, nə dedim? Beş dəqiqə! 
Ruslar baş qoşmayıb, özlərini yeməyə məşqul kimi gös-
tərdilər. Ofisiant qadın onlardan aralanıb, bakılı qonağın sto-
luna yaxınlaşdı. 
– Sizin yanınızda onlarla elə danışdığıma görə, üzr istə-
yirəm. Okupantdılar də, başqa cür mümkün deyil. Allah xətri-
nə, siz fikir verməyin. Heç olmasa babat nahar eləyə bildiniz-


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə