ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə19/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   15   16   17   18   19   20   21   22   ...   60

 
58
– Əlbəttə, düz deyil. Hər halda, mən görməmişəm, şahi-
di olmamışam, öz gözləriylə görən bir adamdan eşitməmişəm. 
Az-çox eşidib-bildiyimə görə, elə şey olubsa da, onu alman or-
dusu formasını geyinmiş bizim keqebeşniklər eləyibdi. Müha-
ribədi, görünür, təbliğat üçün lazım imiş, düşmən tərəfi vəhşi 
kimi qələmə vermək məqsədiylə eləyiblər. 
Sən demə, almanların heç də hamısı faşist deyilmiş. Kü-
çədə rastına çıxan alman turistlərilylə söhbət eləməyə başla-
mışdı artıq. 
– Sprechen Sie Deutsch? – almanlar soruşdular ki, siz 
almanca danışırsınızmı? 
– Ya, ich spreche Deutsch, – cavab verirdi ki, bəli, mən 
almanca danışıram və bununla da gələcək dostluğun bünövrəsi 
qoyulurdu. Bəziləriylə  məktublaşırdı, “Brieffreund”, yəni “mək-
tub dostu” deyir almanlar buna. 
Sevgi macərası da olub. Turist dəstəsindəki alman kişi-
lər də öz arvadlarının yanındaca o qadından ötəri sinov gedir-
dilər– sentimentallıqları da var. Qadın, şübhəsiz ki, onun da xo-
şuna gəlirdi, amma bu sevda çox əlçatmaz, hətta qeyri-müm-
kün görünürdü. İlk fürsəti  əldən vermədi: o xanımı elə yerdə 
tutmuşdu ki, vaxt çox az idi. Ümumiyyətlə, elə yerdə və o cür 
darmacalda heç kim qadına sevgi izhar eləmir. Amma o elədi. 
Elə bil böyük bir balığı  dənizdə  əliylə tutmuşdu, ovu var gü-
cüylə çırpınır, canını qurtarmağa çalışırdı və az, lap az qalmışdı 
ki, əlindən çıxsın. Amma ... Yad adam qəflətən böyürdən çıxıb, 
yiyəsiz yerdə yalmanlayıb, minmək istədiyi at hürküb, şaha 
qalxır və birdən yiyəsini tanıyıb sakitləşir, – qadın da o cür sa-
kitləşib, ram oldu. 
 
Sonralar uzaq Almaniyanın Lübbenan şəhərindən gön-
dərdiyi məktublarda yazırdı: “Gəl, mən səni gözləyirəm!” – 
Heç bir qadın onu belə çağırmayıb, aradan neçə illər ötəndən 
sonra heyifsilənirdi ki, gərək gedəydi. 


 
59
Bir dəfə də təzəcə tanış olduğu beş-altı alman turistiylə 
avtobusa minməli oldu, yerli adət-ənənəyə uyğun olaraq, tez 
qabağa durub, hamıya bilet aldı, qonaqlara da dedi ki, siz əziy-
yət çəkməyin, mən bilet almışam. Təzə dostları təəccüblə ona 
baxıb dedilər: “Warum?” – yəni ki, niyə? Atüstü izah eləmək 
çətin idi, gülümsəyib dedi ki, almışam də, nə böyük iş olub. 
Almanlar heç nə başa düşmədilər və üzünə deməsələr də, şüb-
həsiz ki, hər biri ürəyində deyirdi: “Bu cavan oğlanın, deyəsən, 
başı xarab olub.” – Belə şeylər bunlarda adət deyil, lap gözü-
nün işığı da olsa, hər kəs hesabını özü ödəməlidi. Əslinə qalsa, 
pis bir şey də yoxdu burda. 
 
 
*** 
 
Novorossiyskdə  yəhudilər onu yeltələyib restorana apa-
randa dəqiq bilirdi ki, orda almansayağı hesablaşma olacaq. 
Bərk narahat idi, çünki çox bahalı restoranda “nemeüki şot”un 
özü də adamı müflis eləyə bilər.  
Ofisiant stolun böyründə dayanıb, bloknota qeydlər 
eləyir, moskvalı yəhudi menyünü əlində tutub, sifariş verirdi və 
arada kiçik bir pauza eləyib, avstriyalı soydaşına baxırdı, yəni 
ki, etirazın, əlavən varsa, buyurub deyə bilərsən. Bakılıdan heç 
nə soruşan yoxdu, – bunun işi zülümdü, nigarançılıq içində 
oturub gözləyir və heç cür baş aça bilmirdi bu işlərin axırı necə 
olacaq. 
Yəhudilərin xoşuna gələn çox bahalı restoran beşmərtə-
bəli binanın zirzəmisində, darısqal bir yer idi. Estoniyada nahar 
elədiyi restoran isə başqa cür idi: işıqlı, geniş zal idi. Qiymət-
lərə gəlincə, menyünü götürüb baxanda gözlərinə inanmadı: adi 
yeməkxanalardakı qiymətlərdən az fərqlənirdi, vur-tut on-on 
beş faiz bahaydı. Stolların üstündəki çiçək kimi, tərtəmiz ör-
tüklərə, par-par parıldayan qab-qacağa, göz oxşayan səliqə-səh-
mana fikir verib təəccübləndi: “Əvvəldən bilsəydim, gündə üç 


 
60
dəfə gəlib, elə burda yeyərdim”, – öz-özünə dedi. Yerli adam-
lara xas olan təlxsifət, gənc bir qadın idi ofisiant, çox da nəza-
kətliydi, stolun böyründə müntəzir dayanıb gözləyirdi görsün 
müştəri nə sifariş eləyəcək. 
– Xanım, mən burda qonağam, neçə gündü ölkənizdə-
yəm, sağa-sola gəzmişəm. Rusiyayla sizin sərhəddəki çayın üs-
tündə bir şəhər var, onun adı  nədi? Hə, Narva. Oracan gedib 
çıxmışdım. Bir gün də Tallində olmuşam. Amma çox təəssüf 
ki, ezamiyyət vaxtı qurtarır, bu gün axşam gedirəm. Menyüyə 
baxdım, orda göstərilən yeməklərin hansının necə olduğunu, 
yəqin ki, siz məndən yaxşı bilirsiniz. Buyurun, söz sizindi: nə 
təklif eləsəniz onu da yeyəcəm. Amma nəzərə alın ki, səhərdən 
bəri acam, qarşıda məni uzaq səfər gözləyir, yaxşı nahar eləmə-
liyəm. 
Müştərinin sözləri qadının xoşuna gəldi, gülümsəyib 
dedi ki, sizə toyuq supu gətirəcəm, ikinci xörək də şnitseli məs-
ləhət görərdim. Müştəri üz-gözünü turşutdu, Bakı yeməkxana-
larında, adətən, vermişelin üstündə verilən dadsız-tamsız, əsa-
sən də çörəkdən ibarət olan, ürəkbulandırıcı boz rəngli şnitsel 
düşdü yadına. Tələbəlik illərindən iyrənib o xörəkdən. Dedi, 
yox, şnitsel istəmirəm, başqa xörək gətirin. Qadın təəccübləndi: 
“Niyə istəmirsiniz? Çox ləzzətli xörəkdi, təzə  kəsilmiş dana 
ətindən bişirilib. Özü də biz onu xüsusi üsulla hazırlayırıq: iri 
ət tikəsini götürüb, baltayla döyürük (maşından keçirəndə ətin 
dadı qaçır, ona görə belə eləyirik), sonra da yağda qızardırıq. 
Çox dadlıdı, bəribaşdan deyirəm ki, xoşunuza gələcək, hətta 
əlavə pay da istəyəcəksiniz”. 
– Yaxşı, onda belə eləyin: bir qarnirin üstünə iki şnitsel 
qoyun, həm də, zəhmət olmasa, gözləyin, mən supu yeyim, 
sonra gətirin ki, soyumasın. İsti-isti yemək istəyirəm. Bir iş də 
var: mən yüngülvarı içəcəm. Neçə gündü Estoniyada hara ge-
dirəmsə, sizin adıbəlli bir çaxırınız var, adı nədi onun? Hə, ya-


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə