ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə20/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   16   17   18   19   20   21   22   23   ...   60

 
61
dıma düşdü: Vino Starıy Tallinn. Hara gedirəmsə, onun adını 
eşidirəm, bir butulka da ondan gətirin, dadına baxacam. 
Köhnə Tallinn çaxırı onun təsəvvüründə “Kəmşirin”, ya 
da “Sadıllı” çaxırı kimi bir şey olmalıydı, ona görə də bir bu-
tulka sifariş elədi. Bütün sifarişləri əlüstü bloknota qeyd eləyən 
ofisiant çaxır məsələsində nəsə tərəddüd eləyirdi, dedi ki, gəlin 
belə eləyək: qrafində bir az gətirim, dadına baxın; xoşunuza 
gəlsə, yenə gətirərəm. Qadının niyə belə elədiyi ona aydın de-
yildi, amma təklifi qəbul elədi. 
Çörək, salat, mineral su, toyuq supu və balaca qrafində 
içki gəldi, – rənginə görə konyaka oxşayan mayedi. Həm ac 
idi, həm də isti havada çox gəzib-dolanmışdı deyə,bərk susa-
mışdı.  İyun ayının  əvvəliydi onda, Estoniyada yasəmən ağac-
ları çiçəkləmişdi.  İri badəyə Köhnə Tallinn çaxırı süzüb içdi. 
Yaxşı deyiblər ki, igidin adını eşit, üzünü görmə – eston çaxırı 
açmadı onu. Özü də çaxır deyil bu, heç konyak da deyil, hər 
nədisə əməlli-başlı tünddü. İçib, yeməyə girişdi. Bir az keçmiş 
hiss elədi ki, içki onu tutub. Qəribədi, bir badə çaxır nədi ki, 
onu tutub? Bunu belə yozdu ki, acqarına içdiyinə görədi. Eybi 
yoxdu, indi yaxşıca yeyər və hər şey qaydasına düşər. Amma, 
hər halda, soruşmaq lazımdı ki, çaxır  neçəfaizlidi?  
Ofisiant düz vaxtında gəlib, qızardılmış kartofun üs-
tündə hər biri əl boyda iki şnitsel gətirdi. – Bu adamlar necə də 
diqqətli və  nəzakətlidilər. Belə adamların arasında yaşamaq 
adama zövq verir, özün də yaxşı olursan və  bəşəriyyətə olan 
hüsn-rəğbətin bir az da artır. 
– Üzr istəyirəm, xanım, – dedi,– sizin bu Köhnə Tallinn 
çaxırı neçəfaizlidi?  
Biləndə ki çaxırın tündlüyü əlli faizdi, təəccübləndi: be-
lə də çaxır olarmı? Amma üzə vurmadı, sifariş elədiyi yeddiyüz-
əllimillilitrlik butulkanı əlüstü gətirib, stolun üstünə qoymadığı-
na görə qadına olan hörməti bir az da artdı, qərara gəldi ki, da-
ha içməyəcək: evə lazım olan xeyli şey-şüy alıb yığıb mehman-


 
62
xanaya, onları aparıb Bakıya çıxartmaq üçün ayıq baş lazımdı 
ona.  
Novorossiysk şəhərinin darısqal, amma çox bahalı res-
toranında ofisiant cavan oğlan idi və süfrəyə quş südü, can dər-
manı daşıyıb yığırdı, təkcə elə soyuq qəlyanaltı adıyla nə qədər 
naz-nemət gətirmişdi. Yox, deyəsən, bakılının bir qulyaş yeyib, 
bir butulka mineral su içmək planı baş tutmayacaq. Avstriyalı 
yəhudi badələrə araq süzüb, üzünü bakılıya tutdu: “Deyirəm, 
ilk badəni sənin sağlığına içək”, – yaxşı bir tost dedi və içdilər. 
Yemək yeyə-yeyə  hələ  də onu tərifləyirdi kişi, öz ləhcəsiylə 
“on хoroşi çilevek, pravda?” – deyib, moskvalı yəhudiyə baxdı, 
o da təsdiq işarəsi olaraq başını tərpətdi. Sən demə, yəhudilər 
ondan razı qalıblar. Əslində, bu adamlar da onun xoşuna gəlib. 
Sonrakı badələrin içilməsində  iştirak eləsəydi, hər birinin 
sağlığına yaxşı tost deyərdi. Amma təəssüf ki, daha içməyəcək 
– bunun haqqını ödəmək lazımdır. Digər tərəfdən də kişilərə 
təşəkkür eləmək lazım idi.  
– Bu gün biz sizinlə çox səmərəli işlədik: Novorossiysk 
limanından bir tanker mazut yola saldıq. Sizin ağlınız, fərasə-
tiniz, işgüzarlığınız, ən əsası da insanpərvərliyiniz mənim çox 
xoşuma gəldi. Belə adamlarla tanış olmaq, bir süfrə arxasında 
oturub, çörək kəsmək özü də xoşbəxtlikdi.  
Yəhudilər, deyəsən, belə tərif gözləmirdilər, çox məm-
nun olub, təşəkkür elədilər. Növbəti dəfə badələrə arağı mosk-
valı  yəhudi süzdü və avstriyalı soydaşının sağlığına yaxşı bir 
tost dedi. Bu sağlığa içməmək mümkün deyildi – bakılı mü-
həndis ikinci badəni də içdi və bir də baxıb gördü ki, süfrədəki 
naz-nemətdən doyunca yeyibdi, yəhudilərin ikisi də möhkəm 
vurandı, onlara qoşulub, yaxşıca içibdi. 
Hiss olunurdu ki, məclis sona yetmək üzrədi. Vəziyyət 
isə yaxşı deyildi: “nemetski şot” olacaq, burdakı haqq-hesabın 
üçdə birini o verməlidi. Allah bilir, neçə aylıq məvacibi qədər 
pul eləyir.  İçkili olsa da, beyni saat kimi işləyib, çıxış yolu 


 
63
axtarırdı. Birdən ağlına gəldi ki, baş  sındırıb, özünə  əziyyət 
verməyə  dəyməz, avstriyalı  yəhudiyə demək lazımdı ki, bəs 
belə-belə: “Üstümdə pul azdı, zəhmət olmasa, sən mənim də 
hesabımı ödə, Bakıya çatan kimi pulunu poçt ilə göndərəcəm. 
Bu da mənim pasportum, adımı, familyamı, ünvanımı yaz gö-
tür. Özü də ürəyini buz kimi saxla, Moskvada pulunu qəpiyi-
nəcən alacaqsan.” 
Ofisiant yır-yığış eləyirdi, yəhudilər qalxıb, çantalarını 
götürdülər. Bakılı da ayağa durdu, dəstə restoranın çıxışına tə-
rəf yönələndə özünü saxlaya bilməyib dedi: “Bəs hesab?” 
Avstriyalı  yəhudi ona cavab verdi: “Narahat olma, hesab ça-
tıbdı.” – Bu nə danışır, necə yəni hesab çatıbdı? Bəs “nemetski 
şot” olmadı?  
Dağdan ağır kişi öz diliylə deyir ki, hesab çatıbdı, bun-
dan artıq nə deməlidi? Maraqlıdı, bəs pulu nə vaxt veriblər? 
Hə, yadına düşdü: arada moskvalı yəhudi tualetə getmək adıyla 
harasa çıxmışdı, yəqin, hesabı da onda verib. Onu qonaq elə-
yiblər, sağ olsunlar.  
Ən bahalı restoranda yaxşıca yeyib-içsələr də, məclis 
çox uzanmadı – tezbazar oldu. Estoniyada isə,  əksinə, elə bir 
təmtəraqlı yemək-içmək yox idi, amma orda iş xeyli uzandı. 
Çünki özündən asılı olmayaraq eston-rus qarşıdurmasına cəlb 
olunmuşdu və buna da Köhnə Tallinn çaxırı  səbəb oldu. Qra-
fində xeyli içki qalmışdı, bilmirdi onu neyləsin. Çox böyük 
məmnuniyyətlə ofisiantı qonaq eləyərdi, amma o içməyəcək, 
çünki iş başındadı. Boylanıb, zala göz gəzdirdi, yaxındakı stol-
ların birində iki rus kişisi oturmuşdu: hiss olunurdu ki, babat 
içiblər, amma içməyə bir şeyləri yoxdu artıq. Əslində, rusların 
yeməyə də bir şeyləri yox idi, nəsə midələnib, vaxt keçirirdilər. 
Tapdı. Onları qonaq eləyəcək. 
Tanımadıqları adamın təklifi ruslar üçün gözlənilməz 
olsa da, etiraz eləmədilər. Onların badələrinə içki süzdü: “Hə, 
uşaqlaq, bir sağlıq deyin, içək.” 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə