ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə18/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   14   15   16   17   18   19   20   21   ...   60

 
55
mək olduğunu yaxşı bilir o, almanların öz “ifa”sında dəfələrlə 
görübdü. Tələbə yataqxanasında üç alman tələbə qalırdı: iki 
oğlan və bir qız. O vaxtlar Almaniya Demokratik Respublikası 
(şərqi Almaniya) deyilən bir ölkə var idi, oralıydılar. Qız da nə 
qız, hər dəfə o qərb gözəlini görəndə şərqli şairlərin çox işlət-
diyi “ayüzlü nigar” ifadəsi düşürdü yadına və qız elə, doğrudan 
da, ayüzlü nigar idi ki, durmuşdu. Həmişə bir yerdəydi alman-
lar, elə də mehriban idilər, az qalırdı bir-birinin ağzına girələr. 
Qız olsun ki, oğlanlardan birinin sevgilisiydi, ya da arvadıydı; 
ya da, bəlkə, birinin arvadıydı, o birinin məşuqəsiydi. Ola da 
bilər ki, eləcə  tələbə yoldaşı, dost idilər, amma inanan daşa 
dönsün. Yeməkxanada hərəyə yarım pay borş  və ya sup, dol-
madan, qulyaşdan nəsə bir pay ikinci xörək, kompot, kefir, bir 
nazik dilim də çörək götürürdülər. Oğlanların biri qabaqda, o 
biri dalda, qız da ortada, gəlib çatırdılar kassaya və hər kəs öz 
yeməyinin pulunu verəndən sonra bir yerdə oturub deyə-gülə 
yeyirdilər. Bir dəfə  də görməzdin ki, oğlanlardan kimsə  qızın 
pulunu versin, ya da nəsə belə bir cəhd eləsin – əsl almansayağı 
hesablaşma idi. Bizim oğlanlar olsaydı, ölərdilər, amma imkan 
verməzdilər ki, o gözəllikdə qız onların yanında əlini cibinə sa-
lıb, yeməyə pul xərcləsin. 
Alman tələbələr bir dəfə onu ac qoydular. O gün nahar 
vaxtı yataqxananın yeməkxanasında yemək götürüb, boş stolla-
rın birində oturdu. Kefinin yaxşı vaxtıydı, bərk də acmışdı və 
elə təzəcə yeməyə başlamışdı ki, gördü almanlar əllərində dolu 
padnos zalda ora-bura boylanıb, yer axtarırlar. Onun tək oldu-
ğunu görüncə, gəlib yanında oturdular, həmin o alman gözəliy-
lə – ayüzlü nigar xanımla üzbəüz düşdü. Nəsə heç ürəyindən 
olmadı bu, tutuldu. Bunlar elə yeyirlər, elə bil incə-mincə xa-
nımlardı. Çörəyin içindən seçib, hərəsi napnazik bir dilim gö-
türüb, onu da əllərində tutublar. O isə, əksinə, seçib, səkkiz də-
nə saytal dilim götürübdü, birini əlində tutub, borşla yeyir, qa-
lan yeddisi qabdadı – bir qalaq çörəkdi. Birinci kursdaydı onda, 


 
56
– şəhərə təzə gəlmiş kənd uşağı necə olar? Gücü-qüvvəsi aşıb-
daşan canavar kimi oğlan idi, yeməyi də elə canavar kimi ye-
yirdi, çörəyi az yeyəndə doymurdu. Qəribə bir təzad yaran-
mışdı və bu vəziyyətdə sıxılırdı, xəcalət təri basmışdı onu. Ac 
qurd kimi, yeməyin üstünə atılıb, beşcə  dəqiqədə axırına çıx-
maq mümkün deyildi artıq. Çörəkdən bir dişləm alıb, qaşığı 
borşla doldurdu, tələsmədən,  ədəb-ərkanla ağzına apardı. Ey-
nən almanlar kimi, dodaqlarını bir-birindən aralamadan çeynə-
məyə başladı. Bir iş də var ki, kənddə böyüyübdü o, dəqiq bilir 
ki, otyeyən heyvanlardan keçi-qoyunun, ələlxüsus da quzu və 
çəpişlərin belə narın-narın kövşəməyi var. Nahar eləmək de-
yildi bu, zülüm çəkirdi, belə getsə, bir boşqab borşu ən azı ya-
rım saata yeyəcəkdi. Almanlar isə öz işlərindəydilər: yeməklə-
rini yeyir, söhbət eləyir, ona fikir vermirdilər, – hər halda, belə 
görünürdü. Psixoloji gərginlik artmaqdaydı və tezliklə bezikib, 
boşqabı  kənara itələdi: içində irisümüklü ət tikəsi olan bir 
boşqab borş yeyilməmiş qaldı. Heyf. 
Müharibə mövzusunda çəkilmiş sovet filmlərindən tanı-
yırdı almanları, nə yuvanın quşu olduqlarını yaxşı bilir: fa-
şistdilər, vəssalam. O cür adamların gözü qabağında alçalıb, it 
kimi, sümük gəmirməyi özünə rəva bilmədi. Qulyaş boşqabını 
özünə  tərəf çəkdi, vermişelin üstündəki  ət tikələrini çəngəllə 
götürüb, ağzına qoydu, çörəksizcə çeynəyib uddu. Kampotdan 
iki qurtum içib ayağa durdu. Əslində, ac qalmışdı. Yarım saat-
dan sonra gedib, bufetdə kolbasa-çörək yedi. 
İnstitutu bitirəndən sonra yəqin eləmişdi ki, sovet film-
lərində gördüklərinin heç də hamısı düz deyil. Onunla bir yerdə 
ruslar işləyirdi və eləsi vardı ki, müharibə vaxtı almanların iş-
ğal elədiyi ərazilərdə yaşamışdı. Kinodakıların uydurma oldu-
ğunu da o adamlardan eşitmişdi. Elə-belə söz deyildi bu: göz-
ləriylə gördüklərini danışır, deyirdilər ki, biz elə şey görməmi-
şik.  Əlbəttə, ağzında müharibə deyirsən, deyirdilər, yaralı  əs-
gər, hərbi xidmət yaşına çatmış kişi xeylağı görəndə sərt dav-


 
57
ranırdılar, amma dinc əhaliyə dəyib-dolaşmırdılar, bir şey, mə-
sələn, ərzaq lazım olanda zorla yox, pulla alırdılar. Sürtkü yağ-
ları istehsal eləyən qurğuda işlədiyi vaxt ordakı baş operator-
lardan biri rus idi. Rusların hamısı kimi, o da möhkəm içən idi, 
çox da dadlı xörək bişirməyi var idi. O kişi deyirdi: “Almanlar 
bizim kəndi tutanda mənim on iki yaşım var idi. Yerli adamları 
əməkdaşlığa cəlb eləyirdilər və on beş-on altı yaşlarında bir oğ-
lanı polisay qoymuşdular. O köpəyoğlu da atını  kənddə ora-
bura səyirdib, camaata qan uddururdu. Bizi incidən almanlar 
deyildi, özümüzünkülər incidirdi bizi.” 
Əslən Stavrapol vilayətindən olan rus qadını da müha-
ribə vaxtı işğal zonasında yaşayıb  və aclıqdan çox korluq çə-
kib deyə, indinin özündə belə qoymaz balaca bir çörək qırığı da 
yerə düşə. Yeməkdən sonra süfrədəki çörək qırıntılarını ovcuna 
yığıb, ağzına atır və hər dəfə də bir məşhur rus atalar misalını 
yada salır: “Хleb vsemu qlava”. 
– Almanlar bizim kəndi işğal eləyəndə mənim on yaşım 
var idi, – rus qadını deyirdi. – Evdə qoca babam idi, anam idi, 
böyük bacım, bir də mən idim. Bizə dəyib-dolaşmırdılar, ərzaq 
sarıdan korluq çəkəndə  gəlib, qapıdan toyuqlarımızı tutur, gi-
rib, hindən yumurtaları götürürdülər. Amma pulunu verib, son-
ra aparırdılar. Əsas qorxumuz bacımdan yanaydı: yetişmiş qız 
idi və bilirdik ki, əsgərlər görsələr, o saat tutub zorlayacaqlar, 
sonra da nobata qoyacaqlar. Bəs nədi, aylarla qadın üzünə 
həsrət qalan cavan kişilərdən yaxşı nə gözləmək olar? Oydu ki, 
qızı qoymurduq evdən çölə çıxa – gizləyirdik. Kinoda göstəri-
lənlərə gəlincə, düzünü deyim ki, çoxusu boş şeydi. Kinodu də, 
çəkirlər, ağzında kino deyirsən. 
Arvad danışır, bu da maraqla qulaq asır və soruşurdu: 
“Bəs kinoda göstərirlər ki, almanlar ələ keçirdikləri yaşayış 
məntəqələrini yerlə yeksan eləyir, yandırıb külə döndərir, dinc 
əhaliyə divan tuturlar. Demək istəyirsiniz ki, bu, düz deyil, 
eləmi?” 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə