ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə15/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

 
46
xılın qırağında duracaq. Yolun alt tərəfində, taxılın qırağıyla 
eni  əlli-altmış metr olan bir zolaq uzanıb gedir, bufer rolunu 
oynayan bu ərazi gündüzlər qorunur deyə, heyvan otarmaq 
üçün yaxşıca xam yerdi. Heyvanlar şehli ota cumurlar: inək elə 
bil neçə ilin usta biçinçisidi, birucdan biçib-tökür, yedikcə 
qarnı  şişir, yelini südlə dolur. Qoyunların da sağılan vaxtıdı, 
beş ana qoyunun ikisi – qumral qoyunla genpaça boz  qoyun 
ekizçildi və hər il yeddi quzu doğulur.  
Keçənilki quzular böyüyüb, toğlu olublar, erkək toğlu-
lar arabir mıqqıldayıb, burunlarını ana qoyunların və dişi toğ-
luların daldan paçasının arasına soxur, bellərinə sıçrayıb, ra-
hat otlamağa imkan vermirlər. Erkək ki erkək, darmacalda, bu 
iki daşın arasında mazaqlaşmağa vaxt tapıblar. 
Hava işıqlaşır, uşağın da qəzəbi soyuyub, peşə məktəbi-
nə getmək planından vaz keçib artıq. Yox, peşə məktəbinə get-
məyəcək, çox pis oxuyan uşaqlar gedir ora, o isə yaxşı oxuyur. 
Anası neçə  dəfə deyib ki: “Heyifim gəlir buna, başlı  uşaqdı. 
Keşkə əlimdə imkanım olaydı, aparıb verəydim şəhərdəki mək-
təblərin birinə, – rayon mərkəzindəki orta məktəbləri nəzərdə 
tutur, – bu xarabada müəllimlər fərli dərs də keçmirlər,” – 
“xaraba” deyəndə anası  kəndin yeddillik məktəbini nəzərdə 
tuturdu. Peşə  məktəbinə getməyəcək, orta məktəbi bitirib, Ba-
kıya gedəcək, ali məktəbə girəcək. İndi isə iki kəndin arasında 
heyvan otarır. Gah o, gah da o biri kənddən gələn it hürüşməsi, 
xoruz banlaması  səsi eşidilir.  İnək də, qoyunlar da şirin-şirin 
otlayırlar. Dana, başını qaldırıb, taxıla tərəf boylanır, – ona 
bax,  şadlığından  şitlik eləmək buna deyərlər, o cür xəsillikdə 
otladığı bəs deyil, taxıl zəmisinə girmək də keçir könlündən.Yox 
bir, gözlə, boğazında qalar,
 – əlindəki ağacı qaldırıb, danaya 
təpinir. Heç özü də bilmir nəyə görəsə  qəlbi coşqun hisslərlə 
doludu, hər  şey ona sevimli və gözəl görünür: torağaylar nə 
gözəl oxuyur, dağın döşündə sürünən duman necə də zərifdi və 
yaxşı ki, onu tezdən oyadıb, heyvan otarmağa göndərirlər. 


 
47
Hələ  də yatıb, yuxu bişirən böyük qardaşı  və sinif yoldaşla-
rından heç kim bu gözəlliyi nə görə, nə də duya bilir.  
Heyvanlar otlayıb doyublar artıq, indi onları  dərə yu-
xarı yığıb, dağın ətəyinə aparacaq ki, evə tərəf gedəndə görüb-
eləyən olsa da, elə
  bilsin ki, dağın döşündə otarıb, geri qay-
tarır. Evə çathaçatda yuxudan təzə oyanıb, öz heyvanlarını qu-
zeyin ayağı  tərəfə otarmağa aparan qonşularla rastlaşacaq. 
Tox heyvanlar diqqəti cəlb eləyir:inək o qədər yeyib ki, qarnı 
dama dönüb, fısıldaya-fısıldaya güclə yeriyir, yelini şişib, pa-
çasının arasına sığışmır. Qonşular, əlbəttə, bunu görürlər: ki-
misi qaş-qabağını tökür (qonşu paxıllığıdı), kimisinin də üzün-
də aciz bir təbəssüm görünür. 
Anası inəyi sağacaq, görəndə ki, sərnic doldu, amma 
hələ süd qalıb, böyük qızı  səsləyəcək ki, tez ol ordan bir qab 
gətir mənə. Bu qab da dolanda inəyin qabaq ayaqlarına çatıyla 
bağlanmış buzovu açıb buraxacaq, acıqmış bala anasının 
məməsini sortuqlayıb  əməcək, ağzının qıraqlarında ağappaq 
süd köpüyü görünəcək. Qoyunlar da sağılacaq, onların südünü 
ayrıca bişirib, qatıq çalır, ya da pendir eləyirlər. Küzün qa-
palağı açılan kimi quzular vay-şivən salıb, analarının üstünə 
cumacaqlar, dizlərini yerə atıb, irtməklərini oynada-oynada 
bal kimi şirin süd paylarını əməcəklər. Bu arada ananın yadına 
düşəcək ki, böyük oğlu hələ  də yatır, böyük qızı  səsləyib de-
yəcək: “Get, o eşşəyə de ki, gün günortadı. Dursun, məktəbə 
getsin, məni ora gətirtməsin!” 
Yatmaqdan üzü-gözü şişmiş böyük qardaş ayağına 
sürütmə alıb, sol əlinin dalıyla sol gözünü ova-ova qapıya çı-
xacaq, həyət-bacada vurnuxub, yeri gəldi-gəlmədi bir-birinin 
üstünə  qışqıran, göstəriş verən, irad tutan adamlara, mələşən 
heyvanlara  laqeyd və ötəri bir nəzər salacaq, çevrilib, bağça-
ya tərəf gedəcək, yolüstü qollarını qaldırıb, dala-qabağa fır-
ladacaq, boynunu geri qatlayıb, bir neçə dəfə gah sağ, gah da 
sol çiyninə toxunduracaq (səhər idmanı eləyir), qonşuyla ara-


 
48
dakı qaratikan çəpərinə söykənmiş ayaqyoluna girəcək, beş-on 
dəqiqə orda ləngiyib çıxacaq və bağçanın içiylə axıb gedən 
arxda  əl-üzünü yuyacaq. Elə  təsəvvür yarana bilər ki, böyük 
qardaş avaradı, amma elə deyil: dərslərini heç də pis oxumur, 
muncuq kimi, qəşəng xətti var; ev işlərində bununku odu bazar 
və  tətil günləri arabanı qoşsun, kiçik qardaşını da özünə kö-
məkçi götürüb, oduna, kola getsin, ot çalsın, arabaya yığıb, hə-
yətə daşısın, taya vursun, çəpər çəksin. Pəyəni də çox vaxt bu 
kürüyüb təmizləyir.  
Örüşdən gələn qardaş da əl-üzünü yuyub, məktəbə ha-
zırlaşır. Artıq ləngimək olmaz, anası onu səsləyir ki, gəl çörə-
yini ye, məktəbə getməlisən. Stolun üstündəki stəkanda təzə biş-
miş inək südü buğlanır, boşqabda təzə inək qatığıdı, kasada 
qoyun qatığıdı, ortadan iki bölünmüş sac fətiri də qoyulub süf-
rəyə. Elə bu arada anası vaxt tapıb, bir-iki kəlməylə onun kön-
lünü alacaq: “Ye, başına dönüm, doyunca ye, it zülümü çəkir-
sən.  Əziyyət çəkməyəndə  də olmur: bax görürsənmi, heyvan-
larımızı yaxşı otarırsan deyə, yavanlığımız da boldu. Bu gün-
sabah nehrə çalxayacam, yağımız da olacaq. Pendir gətirim-
mi?” Yox, kiçik qardaş pendir istəmir, ağartının bol vaxtıdı, 
adam heç bilmir nədən başlasın. Əlbəttə, süd içəcək, sac fətiri-
ni miz iyi verən qoyun qatığına batırıb yeyəcək və yəqin ki, bir 
stəkan da  süd içəcək.
 
Riqanın mərkəzi bazarından çıxanda yaxşı yadında de-
yil, dörd, ya da beş kilo kolbasa almışdı. Amma dəqiq yadın-
dadı ki, kolbasanın üç kilosunu oğlu yavan çörək yeyib, ya-
xantıya oxşayan kakao içən kişidən almışdı. Bazardan çıx-
haçıxda ağlına gəldi ki, noyabr ayı olsa da, havalar xoş keçir və 
kolbasa xarab ola bilər. Geri qayıdıb latışlara dedi: 
– Bu axşam Bakıya gedirəm. Sabah səhər tezdən çata-
cam evə. Heç bilmirəm, təyyarədə soyuducu olacaq, yoxsa ol-
mayacaq. Necə bilirsiniz, kolbasa yolda xarab olmaz ki? 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə