ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə12/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   8   9   10   11   12   13   14   15   ...   60

 
37
işə başladı: binanın cənub qanadında, bir mərtəbə aşağıdakı ey-
vanların birində uzanıb, günəş vannası  qəbul eləyən xanımın 
telefon nömrəsini öyrəndi.  Çox sadə bir məsələdi bu, sakinlə-
rin hamısı bilir: binanın mərtəbəsini və otağın nömrəsini göstə-
rən rəqəmləri yığmaq lazımdı, vəssalam. Amma ilk cəhdi boşa 
çıxdı: rahibələr kimi, çox ciddi bir qız çıxmışdı bəxtinə və təbii 
ki, tanış ola bilmədi. Elə ruhdan düşdü ki, daha heç kimə zəng 
eləmədi. 
Saat beşdə ona zəng eləyib dedilər ki, on manat pul gö-
tür düş aşağı, gəl biletini apar. İşə bax, varyete məsələsi tamam 
yadından çıxıb, hətta ilk anda çaşdı, bilmədi bu nə deməkdi: 
bilet nədi, bunlar nə danışır? Kiçik bir pauzadan sonra: “Üzr is-
təyirəm, – dedi, – mən gedə bilməyəcəm. Bilirsiniz, heç gözlə-
mədiyim halda vəziyyət elə  dəyişib ki, mənim varyeteyə get-
məyim mümkük deyil artıq. Yox, telefon söhbəti deyil, özü də 
bu saat yanımda ayrı adam var, sonra danışarıq. Oldumu? Hə, 
yaxşı, sağ ol.” – Dəstəyi asdı və varyeteyə getmədi. Çünki zəng 
olunan vaxt yanında bir qız var idi. 
Zəng eləyib, özü gəlmişdi qız. Qapını açanda gözlərinə 
inanmadı: ağ paltarda ağ  göyərçinə oxşayan gözəl bir qız da-
yanmışdı dəhlizdə. 
Onun çaşdığını görüb, qız güldü və dedi: “Hə, cavan 
oğlan, bu da mən. – Sanki onun ürəyindən keçənləri üzündən 
oxumuşdu, yəni ki, sən elə bilirdin çirkinin biriyəm, eləmi? Hə-
qiqətən də, qız zəng eləyib deyəndə ki, gəlirəm, istədi deyə gəl-
mə. Amma demədi – üzü gəlmədi. Fikirləşdi ki, beləsiylə otu-
rub-durmaq düz deyil, amma eybi yoxdu, qoy gəlsin, onsuz da 
bir bəhanə tapıb başından eləyəcək. – Özüm öz ayağımla gəl-
mişəm. Bəlkə, zəhmət çəkib, bizi içəri dəvət eləyəsiniz.” 
Nəhayət, onun da dili söz tutdu: 
–  Buyurun! – dedi. – Buyurun keçin içəri! 
Qız ona danışırdı ki: “Gördüm qarayanız, qəşəng bir 
oğlan pəncərədən boylanıb, ora-bura baxır. Bizim qızlara de-


 
38
dim: bu oğlan mənim xoşuma gəlir, onunla tanış olacam. Tele-
fon nömrəsini müəyyən elədim. Bilirsən də, asandı... Hə, tele-
fon nömrəni öyrənib, zəng elədim. Sonrasını özün bilirsən.” 
Riqa şəhəri onun yadında belə xoş xatirələrlə qalıb. On 
ildən artıq bir vaxt ötübdü aradan və yolu yenə bu şəhərə düşüb 
– ezamiyyətə gəlib. Heç gözləməzdi: şəhər onu qaşqabaqlı qar-
şıladı. Bu nədi belə? Gecələməyə yer də tapa bilmir, qalıb vağ-
zalda. Qonaqların mehmanxana məsələsini, guya ki, operativ 
surətdə həll eləmək üçün aeroportda xüsusi büro var, onlara da 
müraciət eləyib, dedilər, gözləyin. Neyləmək olar, gözləmə za-
lında oturub gözləyir. Gecə saat ikinin yarısında, nəhayət, onu 
çağırdılar: “Gəlin, – dedilər, – çox çətinliklə  də olsa, sizə yer 
tapmışıq.” Sevincək pəncərəyə yaxınlaşdı. Qızlar onun paspor-
tunu alıb vərəqlədilər, öz aralarında latışca danışdılar, pasportu 
özünə qaytarıb, rus dilində dedilər ki, çox təəssüf, o yeri sizə 
verə bilməyəcəyik.  
– Nə olub, qızlar, niyə verə bilmirsiniz? 
– Bilirsiniz, məsələ belədi: üçyerli nömrədə bir boş yer 
var, istədik oranı sizə verək, – iki qızdan pəncərəyə yaxın otu-
ranı dedi. – Amma baxıb görürük ki, mümkün deyil: üç yerdən 
ikisində ermənilər qalır, o səbəbdən də üçüncü yeri sizə verə 
bilmərik. 
Bərk yorğun idi, yuxu gözündən tökülürdü, gecənin gec 
vaxtı mehmanxanadakı otağın əldən çıxması onu çox mütəəssir 
elədi. 
– Ordakı iki nəfərin hansı millətdən olması mənim üçün 
əhəmiyyətli deyil, qızlar, – dedi. – Yol gəlmişəm, yorğunam. 
Özü də  mən bura kefə  gəlməmişəm, iş dalınca gəlmişəm, bu-
yurun, bu da mənim ezamiyyət vərəqəm. Xahiş edirəm, hər 
nədi, o yeri verin, bu gecəliyə qalım. Sabah onsuz da mənim 
mehmanxana məsələm həll olunacaq. 
Bayaq onunla danışan qız təəccüblə gülümsəyib, başını 
buladı: “Вам туда нельзя,  молодой человек, нельзя! Неуже-


 
39
ли,  не понимаете, что нельзя?” – dedi və əlavə elədi ki, göz-
ləyin, bəlkə, sizə başqa yer tapa bildik. 
Gözləmə zalındakı kresloda oturub, səhərəcən gözlədi. 
Amma qızlar bir də onun adını  çəkmədilər, – görünür, başqa 
yer tapa bilməyiblər. 
Riqa şəhər rəhbərliyindən olunan zəngdən sonra “Riqa” 
mehmanxanasında yer verdilər ona. İstirahət eləyib, özünə gə-
ləndən sonra fikirləşib gördü ki, qızlar düz eləyiblər: ermənilər 
ərazi iddiası irəli sürüb, onun vətənini qana çalxayıblar, elə 
adamlarla onun bir otaqda qalması düz deyil. 
Xocalı soyqırımında  şəxsən iştirak eləmiş erməni ya-
zıçısı Zori Balayan “Ruhumuzun yüksəlişi” kitabında yazır: 
“Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən  əsgərlərimiz 13 
yaşlı bir türk uşağını  pəncərəyə mismarlamışdılar. Türk uşağı 
səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşü-
nü onun ağzına soxdu. Daha sonra bu 13 yaşındakı türkün ba-
şından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, 
türk uşağı yeddi dəqiqədən sonra qan itirərək dünyasını dəyişdi. 
Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə 
doğradı  və itlərə atdı. Axşam eyni şeyi daha üç türk uşağına 
elədik. Mən  bir erməni vətənpərvər kimi, öz  vəzifəmi yerinə 
yetirdim.” – Yazıçısı bu əməlin yiyəsi olan millətdən nə desən 
gözləmək olar və əslində, latış qızları onu ermənilər qalan ota-
ğa buraxmamaqda düz eləyiblər. Özünə qalsa, gedərdi, qızlar 
qoymadı, – halal olsun, ağıllı qızlardı. 
Riqanın dükanlarından az miqdarda bəzi zəruri  ərzaq 
məhsulları almaq mümkün idi. Şəhər sakinlərinə xüsusi vəsi-
qələr paylanıbdı, alış-veriş vaxtı onu tələb eləyirlər. Kimdə be-
lə  vəsiqə yoxdursa, ona mal satılmırdı. Yeməkxana və resto-
ranlarda isə heç bir məhdudiyyət yox idi: get, nə qədər istəyir-
sən, ye-iç. Mehmanxanadakı otağında çay içmək üçün yarım 
kilo konfet almaq istəyirdi, vermədilər, bu da hirsləndi: nə tə-
hər adamdı bunlar, lap ağını  çıxardıblar. Özlərinə  də dedi: 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə