ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə10/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

 
31
də meyit görmədim. Gecəynən hamısını  yığışdırıb, izi-irəddi 
itiriblər. Deyir, çox adam qırılıb. 
  
− Mən qorxuram! Gəlib, bizi də öldürəcəklər! − kiçik 
qız vahimə içində dedi, dolmuş gözləriylə gah atasına, gah da 
anasına baxdı. 
Bu da belə  uşaqdı: bərk külək  əsəndə  də qorxur, hətta 
bağçaya getmək istəmir. Atası onu sakitləşdirib dedi ki, qorx-
ma, ağızları  nədi? Sonra dedi ki, təsadüfi güllədən ölənlər də 
olub, balkona çıxıb ora-bura boylanmaq lazım deyil; onsuz da 
bu gün nə məktəb işləmir, nə də bağça, oturun evdə, heç hara 
çıxmayın. 
Kişi çay içdi, amma yemək yemədi. 
−  İştahım yoxdu, − dedi, − heç nə istəmirəm. Nə evdə 
otura bilmirəm, nə  də yuxum gəlmir ki, yatım. Camaat Bak-
sovet tərəfdə yığışıb, mitinq eləyir. Gedim görüm nə danışırlar. 
− Arvad-uşaq narahat oldu, dedilər getmə. Qorxurdular ki, ge-
dər, başına iş gələr. 
− Yox, məndən yana narahat olmayın. Ge-
cə bu tərəfdə atışma olmayıb,  şəhərin mərkəzində sakitlikdi. 
Nəqliyyat işləmir, piyada gəzə-gəzə gedəcəm Baksovetə. Siz 
də evdən çölə çıxmayın. Eşitdiniz, nə dedim? 
Şəhərdə sakitlik idi, tək-tük adam dəyirdi gözə  və bu 
yerdə “qırğından sonrakı sükut»ifadəsini işlətmək yəqin ki, çox 
yerinə düşərdi. Camaat Mərkəzi Komitənin binası  tərəfdə  yı-
ğışmışdı. Sovet dövlət başçılarına ünvanlanmış  təhqiramiz 
sözlər yazılmışdı divarlara. Milis işçiləri divardakı söyüşləri 
pozmağa cəhd də eləmirdilər. Əvvəllər belə şey olmazdı, qəf-
lətən
−bircə gecənin içində insanların  şüurunda çox ciddi də-
yişiklik baş vermişdi, necə deyərlər, pərdə yırtılmışdı artıq. Rus 
dilində “naçalo konüa” ifadəsi işlədilir, mənası da axırın çat-
ması, sonun başlanğıcı kimi ifadə oluna bilər, o düşdü kişinin 
yadına və bu boyda yolu gəlib, mitinqə təzəcə qoşulmuşdu ki, 
filarmoniya tərəfdə mövqe tutmuş sovet əsgərləri atəş açdılar: 
yumurtlamaq vaxtı çatıb, özlərinə yer tapa bilməyən bir dəstə 


 
32
toyuq kimi, “Kalaşnikov” avtomatları ağız-ağıza verib qakqıl-
daşırdılar. Güllələr Mərkəzi Komitə binasının lap yuxarı mərtə-
bələrində divara  dəyib şappıldayır və yaxında dayanan adam-
ların başına nəsə tökülürdü.Çox adam elə bilirdi güllədi bu. Əs-
lində isə, göydən tökülən güllədən çatlayıb sınan üzlük mate-
rialın qırıqlarıydı. 
Mitinq iştirakçıları arasında çaxnaşma düşdü: gecəki 
qırğından gözü qorxmuş camaat canavar görmüş qoyun sürüsü 
kimi, bir göz qırpımındaca pərən-pərən olub, üzüaşağı 
− met-
roya tərəf axnadı. Tükürpədici qadın qışqırığı, fəryad səsləri 
eşidildi: ayaq altında qalan adamların səsiydi. Kişi qıraq tərəf-
dəydi deyə, sel kimi, baş alıb gedən insan axını onu tutmadı. 
Dayanmağın mənası yox idi artıq 
− avtomat güllələri 
şaqqıldayıb, göydən daş yağırsa, o yerdə mitinq olmayacaq. 
Pay-piyada  şəhərin içindən keçib, evə  gəldi. Uşaqlar 
sevincək dedilər, dayı  gəlmişdi. Ortancıl qaynı  gəlibmiş ki, 
həkim qardaşının axtarışları barədə  məlumat versin: yeznə  nə 
xəstəxanalarda, nə də meyitxanalarda yoxdu, çox güman ki, sağ-
dı və yəqin, hardasa ləngiyibdi, narahat olmayın, gələr. Uşaqlar 
da öz növbələrində onu muştuluqlayıblar ki, gözün aydın olsun, 
atamız sağ-salamat gəlib çıxıb. 
 Qəribə adamlardı, birinin də  ağlına gəlməyib deyə ki, 
bu kişi gecə zavodda növbətçiydi, zəng eləyək, ya da gedək so-
ruşaq görək hardadı. Asan yolu qoyub, dağa-daşa düşüblər.  
Uşaqlar hərəsi bir əlindən tutub, çəkə-cəkə balkona 
apardılar onu və dedilər: “Gəl gör dayı nə düzəldib.” Dayıları 
qara parçanı bir taxtaya bərkidib, taxtanı da balkonun məhəccə-
rinə mismarlayıb 
− matəm rəmzi olan qara bayraq düzəldib. 
Ləngiməyib, deyib, gedim evdəkilərə deyim ki, narahat olma-
yın, salamatçılıqdı. 
−  Dayınız yaxşı eləyib bunu düzəldib. Necə də ağlına 
gəlib, halal olsun, 
− dedi. − Balkonlardan asılmış çoxlu belə 
qara bayraq gördüm şəhərdə. Camaatı qırıblar,deyir, meyitlərin 


 
33
çoxusunu gecəynən aradan çıxardıblar; gəmilərə yükləyib Nar-
gin  adasına aparıblar, dənizə töküblər, izini itiriblər. 
Kədərli musiqi çalınırdı radioda 
− qaboyun səsində  nə 
qədər  ələm var imiş... Gəmilər səs-səsə verib, uzun-uzadı fit 
çalırdılar. Adamı qəhər boğur, tükləri biz-biz olur. Nəfəs alma-
ğa hava da çatmır. Uşaqlar qorxmasın deyə, Baksovet tərəfdə 
divarlardan asılmış fotoşəkillər barədə bir söz demədi kişi, dəh-
şətli mənzərəydi: tankların altında qalıb parçalanmış insan cə-
sədləri, qan gölməçələri... Nə qədər insan qırılıb! 
Gecəki qırğında o da şəhərdəydi, amma burnu da qa-
namayıb. Maşın yarıyolda xarab olmasaydı, yaralana bilərdi, ya 
da, bəlkə, ölərdi. Hiss eləyirdi ki, belə bir ölümü istərdi: mil-
yonlarla insanın tanımaz-bilməzə  sənə görə göz yaşı tökdüyü 
ölüm, bəlkə də, yerinə düşərdi. 
 
*** 
 
Yadındadı ki, ilk dəfə Riqaya yayda getmişdi. Bakı və 
Tiflisdən sonra gördüyü növbəti böyük şəhərə turist kimi, bir-
həftəliyə getmişdi. Onun Riqaya gedəcəyini biləndə iş yoldaş-
larından biri dedi: “ Çox qatma-qarışıq yerdi, ehtiyatlı ol. Qəh-
bələrdən uzaq gəz, ilişərsən, – demək istəyirdi ki, xəstəliyə tu-
tularsan. – Amma, deyir, şər deməsən, xeyir gəlməz. Hər eh-
timala qarşı özünlə marqanes götür. Budur, bax, – belə deyib, 
içərisində kalium-permanqanat kristalları olan çeçələ barmaq 
boyda bir şüşə silindr çıxartdı cibindən, – həmişə özümlə gəz-
dirirəm. On qəpiyə apteklər doludu, sən də birini al qoy cibinə. 
Cavan oğlansan, lazım olar. Dünyanın işini bilmək olmaz, bir-
dən eləsinə rast gəlirsən ki, keçə də bilmirsən. Bax o məqamda 
kara gəlir: bir çimdik marqansı atırsan bir litr suya və özünü 
dezinfeksiya eləyirsən. Çox yaxşı kömək eləyir.” 
On yaş özündən böyük olan iş yoldaşının həddən ziyadə 
ehtiyatlı  tərpənib, yayın cırcıramasında işə  gələndə  də özüylə 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə