ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə11/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   7   8   9   10   11   12   13   14   ...   60

 
34
kalium-permanqanat gəzdirməyi onu təəccübləndirdi. Ağıllı 
məsləhətə görə təşəkkür elədi, amma dərhal da unutdu. 
Təyyarə Riqaya çatan kimi kişilər başladılar varyete 
məsələsini müzakirə eləməyə. Sən demə, belə şey bu boyda öl-
kənin vur-tut ikicə  şəhərində var və  əksəriyyətin fikri beləydi 
ki, fürsəti  əldən vermək olmaz, gəlmişkən gedib baxmaq la-
zımdır. Şəhər adamın üzünə gülürdü, onun da kefi saz idi və tu-
rist yoldaşlarının varyete barədəki söhbətinə maraqla qulaq 
asırdı. Amma bu sözü birinci dəfə eşidirdi, soruşdu ki, varyete 
nədi? 
Restoran kimi yerdi,– dedilər. – Giriş pulludu, bilet 
alıb gedirsən, orda da içkidi, yeməkdi, nə sifariş eləsən, haqqını 
özün ödəyirsən. Musiqi çalınır, rəqqasə gəlib oynayır. Sonra ya-
vaş-yavaş  işıqlar sönür. Rəqqasə bir-bir paltarlarını  çıxardıb 
atır, o vaxtacan soyunur ki, tamam lüt qalır. Camaat oturub ye-
yir-içir və çılpaq qızın oynamağına baxıb, feyziyab olur. – Bu 
cür izah eləyib soruşdular ki, sən də gedəcəksənmi? 
Yayın istisində lüt qızlara baxmaq Bakıda elə də çətin iş 
deyildi və az qala hər gün görürdü. Çünki növbə rəisi işləyirdi, 
gündüzlər çox vaxt boş olurdu. Qaldığı  fəhlə yataqxanasında 
maraqlı heç nə yoxdu, oranın sakinləri boş vaxtlarını bir qayda 
olaraq içki və qumarla öldürürdülər. O isə belə  şeyləri xoşla-
mırdı, boş vaxtını kitabxanalarda keçirirdi. Hava xoş olanda da 
özünü verirdi dənizə, “Azneft” meydanından avtobusa oturub, 
Şıxov çimərliyinə gedirdi. Orda çimirdi, futbol oynayırdı, üz-
məyi də öyrənib. Lüt qız da ki orda, maşallah, doludu. Ürəyin 
istəyirsə, ən gözəl qızın da bədəninə doyunca baxa bilərsən və 
heç kim sənə bir söz deməz. Varyeteyə giriş pulludu – ilkin 
məlumata görə, biletin qiyməti hardasa on beş manata yaxın 
olacaq. İçəri keçəndən sonra da ağzıgünə oturub, camaata bax-
maq olmaz, ayıbdı, gərək sən də başqaları kimi, yemək-içmək 
sifariş eləyəsən. Bunun hamısı puldu və riqalı  qızın lüt bədə-
ninə baxmaq, kim bilir, neçəyə başa gələcək. Şıxov çimərliyin-


 
35
də isə yüzlərlə su sonası kimi, gözəl-göyçək qızın bədəninə 
baxdığına görə indiyəcən bir qəpik də pul verməyib. Amma, 
hər halda, varyeteyə gedəcək, ən azı ona görə ki, yüz eşitmək-
dənsə, bir görmək yaxşıdı. Digər tərəfdən Bakıda öyünmək olar 
və bu özü də az iş deyil: “Getdim, bir həftə Riqada gəzdim, kef 
elədim. Varyeteyə də getmişdim: bəh, aləmdi!” 
Riqa xoşuna gəlirdi:  şəhərin təmizliyi, səliqə-səhmanı, 
gözəlliyi, binaların  şiş qüllələrinin lap təpəsində  gərdən çəkib 
dayanmış qızılı xoruz fiqurlarının səhər tezdən və axşamtərəfi 
günəş  şüalarının altında bərq vurması, Dauqava çayı, parklar, 
yeməklər,  ələlxüsus da dondurmalar... Şəhərin görməli yerlə-
rinə gəzməyə aparırdılar onları. Bir dəfə katerə minib, Dauqava 
çayıyla üzə-üzə gedib çıxmışdılar Yurmala şəhərinə. Baltik də-
nizinin sahilində gəzdilər, Xəzər dəniziylə müqayisədə su çox 
soyuq olsa da, yerli camaat və rusiyalı turistlər çimirdilər. Öm-
ründə birinci dəfə görürdü ki, günəş çox gec batıb, lap erkən də 
doğur. Onu fikir götürmüşdü ki, bu camaat nə vaxt yatıb yuxu-
sunu alır. Özünün də yuxusu pozulmuşdu: sübhün gözü açıl-
mamış  şirin yuxudan onu həyətdəki ağacda yuva qurmuş ley-
ləklərin səsi oyadırdı. Hava işıqlaşsa da, saata baxıb görürdü ki, 
dörd tamamdı, ya da beşin yarısıdı, leyləklər isə oyanıblar, bir 
səs-küy salıblar ki, yatmaq mümkün deyil artıq. Hələ çox tezdi, 
indidən durub neyləyəcək? Başını yastığın altına soxub, üstün-
dən adyalı örtürdü ki, leyləklərin səsini eşitməsin, amma müm-
kün olmurdu və düz saat səkkizəcən – səhər yeməyinə gedənə-
cən yerin içində qovrula-qovrula qalırdı. 
Gəzinti vaxtı və gündə üç dəfə yeməyə gedəndə kişilər 
qadınlara sezdirmədən varyete məsələsini müzakirə eləyirdilər. 
Bir cavan oğlan qabağa düşüb deyirdi ki, bu iş  mənlikdi, siz 
heç narahat olmayın, düzələcək. Amma hələ ki ortada bir şey 
yox idi – məsələnin həlli uzanırdı. 
Yoldaşları bütün günü Riqanın dükanlarını gəzir, axta-
rıb özlərinə lazım olan şeyləri alırdılar: hey görürdün iri qutu-


 
36
lardı, bağlamalardı, dolu zənbillərdi, birucdan daşıyıb, meh-
manxanaya yığırdılar. Bəziləri, ələlxüsus da qadınlar alış-verişə 
o qədər aludə olmuşdular ki, qrup tədbirlərində  iştirak eləmə-
məkləri bir yana, çox vaxt heç nahara da gəlmirdilər – səhər 
yeməyini yeyib düşürdülər dükanların canına. Axşam yeməyi 
vaxtı biri-birinin sözünü kəsə-kəsə onların necə danışdığını, se-
vincdən alışıb-yanan gözlərini görmək lazım idi:  
– Bu gün getdik, elə gözəl servizlər aldıq! Ordan da 
getdik çil-çıraq dükanına... 
Onun özünə gəlincə, bir az pulu var idi və elə ilk gündə-
cə  bəzi xırda-para  şeylər alıb, daha heç nə axtarmırdı, hərdən 
küçədə gəzdiyi yerdə qarşısına çıxan bəzi dükanlara girib, elə-
belə baxırdı. Gündə üç dəfə vaxtlı-vaxtında gedib, yeməyini 
yeyir, qrup tədbirlərinin hamısında iştirak eləyir, qalan vaxtını 
da ya təkadamlıq otağında yatır, ya da tək-tənha şəhəri gəzib-
dolaşırdı. Xoşuna gələn mənzərəli yerlərdə oturub, nəfəsini 
dərir, bir fincan kofe içir, ya da dondurma yeyirdi. 
Amma bir dəfə elə oldu ki, nahardan sonra yata bilmədi. 
Bəlkə  də, həyəcandan idi – səbirsizliklə saat beşi gözləyirdi. 
Varyete məsələsi, nəhayət ki, düzəlirdi: nahar yeməyi vaxtı 
dedilər ki, saat beşdə kişilər yığışsınlar mehmanxananın birinci 
mərtəbəsindəki foyeyə, biletlər orda paylanacaq. Yuxusuz olsa 
da (saat dörddən oyaqdı), yata bilmirdi, pəncərədən mehman-
xana binasının o biri korpusuna baxırdı: bəzi eyvanlarda adicə 
çimərlik paltarında uzanıb, günəş vannası qəbul eləyən qadınlar 
görünürdü, onlara baxmağa dəyərdi. Nəhəng bir ölkənin  ən 
müxtəlif regionlarından, eləcə də xarici ölkələrdən, hətta uzaq 
Yaponiya və Amerikadan gəlmiş çoxlu turist qalırdı “Riqa” 
mehmanxanasında. Addımbaşı  qəşəng qadınlara rast gəlirdin. 
Bu cavan oğlan da pəncərənin qabağında dayanıb, eyvanlara 
baxa-baxa fikirləşirdi ki, əfəl adamdı: bu gözəl-göyçək qızlar-
dan biriylə tanış olub, vaxtını xoş keçirmək əvəzinə, mehman-
xanada boş-bekar oturub, varyeteyə bilet gözləyir. Dərhal da 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə