ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə23/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   19   20   21   22   23   24   25   26   ...   60

 
70
sadəcə Aftafa adı qoyub. Yaxşıca fürsətdi, deyəsən: “Niyə  də 
olmaz? Siz özünüz yüz min fırıldaq işlədib, milyonların dalına 
keçirsiniz 
− bu olar, amma mən öz halal əməyimlə beş manat 
pul qazanıram 
− bu olmaz, eləmi? İşdən sonra gedib, hambal-
çılıq eləyirəm, mən bilərəm, 
− can mənim, cəhənnəm Allahın. 
Bunun sənə  nə  dəxli var? Sən kimsən, hansı ixtiyarla gəlib, 
burda mənə qəzəl oxuyursan?” 
Tünd bir iy vurdu rəisi: mavinin beynində dolaşan söz-
lərin qoxusudu . Lənət sənə, kor şeytan, xırda bir məsələni şi-
şirtmək də düz deyil. 
– Mən səninlə rəis kimi yox, yaşca böyük qardaş kimi, 
dost, yoldaş kimi danışıram və xahişim budur: gecələr gedib, 
yunanların yanında hərlənmə. O uzundrazı görəndə deyəcəm, 
canı çıxsın, getsin özünə tərcüməçi tapsın. 
Yunanların başçısı onu görən kimi çağırıb, yeddi dollar 
pul verdi, dedi ki, iki gecə  işləmisən, bu da altı dollar altmış 
altı sent eləyir, otuz dörd sent artıqdı. 
− Məndə otuz dörd sent nə gəzir? − dedi. − Varınsa, xır-
da ver. 
Yunanın da xırdası yoxdu, nəsə fikrə getdi və heç bun-
dan çıxmayan iş, əlini yelləyib getdi, yəni ki, eybi yoxdu, qalsın. 
Hərdən söz düşəndə deyir ki, o vaxt döyüş zonasına ge-
dirdim, oralarda çox olmuşam, 
− o ərafədə üç dəfə  kənddə 
olubdu, onu deyir. Amma bir təsadüf olmasaydı,  heç bir dəfə 
də gedə bilməyəcəkdi. Döyüş zonasından gələn xəbərlərdə on-
ların kəndinin adı tez-tez hallanırdı, sən demə, kənd uşaqları 
orda özünümüdafiə dəstəsi yaradıblar və düşmənə layiqli cavab 
verirlər. Halal olsun! İşdə, evdə tanış adları radio və televizi-
yadan eşidəndə, qəzetlərdə oxuyanda fəxrlə deyirdi ki, hamısı-
nı tanıyıram: biri qonşudu, biri qohumdu və s. Həm də sıxılırdı: 
kəndin ağır günlərində gedib, oralara baş çəkə bilmir. Əslində, 
bu işlərin nə ilə nəticələnəcəyini bilir o, hətta qəzetdə bir yazısı 
da çap olunub, sözündən belə çıxır ki, müharibə məğlubiyyətlə 


 
71
qurtaracaq, düşmən çox böyük əraziləri işğal edəcək və hadi-
sələrin bu cür inkişafı fonunda daxili çəkişmələr güclənəcək, 
hakimiyyət uğrunda mübarizə daha da şiddətlənəcək. Yazı oxu-
cuların xoşuna gəlib, hətta bir dəfə mitinqdə qulağı aldı ki, iki 
kişi o barədə danışır, gülməli yerlərini yada salıb güldülər, biri 
dedi: “Məni qınama, deyəsən, orda yazılanlar düz çıxacaq.” 
Özünü saxlaya bilməyib dedi ki, onu mən yazmışam, qəzetin 
adını və tarixini də dedi. Kişilər inandılar ki, bu yazıb: “Halal 
olsun, 
− dedilər, − yaxşı yazmısan.” 
Kəndə getmək istəyirdi, amma vaxtı yoxdu: şöbədə o 
qədər iş var ki, şənbə-bazar günləri də işləməli olur. Bazar gü-
nünə icazə almaq olar, amma avtobusla bir gündə gedib-qayıt-
maq mümkün deyil, taksinin də  xərci çoxdu. Qalmışdı  qırıla-
qırıla və yaxşı ki, rəis birhəftəliyə ezamiyyətə getdi. Əslində, 
rəis olmayanda daha yaxşı işləyir, yalnız bircə qayda pozuntu-
suna yol verir: nahar fasiləsi bitən kimi işə başlamaq əvəzinə, 
iş vaxtının iyirmi-otuz dəqiqəsini şahmat oynamağa sərf eləyir. 
Hər işçinin bir zəif damarı olur, bu da belədi. Saat on iki olan 
kimi yarımkiloluq bankada evdən gətirdiyi və çox vaxt kələm 
dolmasından ibarət olan yeməyini yeyib, əl atır telefona: 
− Alo. Salam. Necəsən? De görüm hazırsanmı? Hə-ə... 
Deməli, deyirsən, vaxtın yoxdu, eləmi? Yaxşı sağ ol, 
− deyib, 
başqa nömrəni yığır və öz-özünə deyinir: “Dünən udubdu, ona 
görə oynamır. Yaxşı eybi yoxdu, gələn dəfə mən səni 3:0 udub, 
sonra da “vaxtım yoxdu” deyə-deyə, düz bir ay oynamaram, 
onda ağlın başına gələr. Buna bax, dünən təsadüfən 2:1 udub, 
indi fors eləyir. Sözə bax, vaxtım yoxdu, – yox bir, gözlə, sən 
dedin, mən də inandım. Vaxtın var, sadəcə olaraq qorxursan, 
özü də it kimi qorxursan 
− bilirsən ki, darmadağın olacaqsan. 
Bu niyə cavab vermir?” 
− Dəstəyi götürdülər və indi bərkdən 
danışır: 
− Alo, salam. Necəsən, qardaş? De görüm formadasan-
mı? 
− deyib, heç özü də bilmir nəyə görəsə ürəkdən gülür. − Hə, 


 
72
lap yaxşı. 
− Saata baxır. − Qırx dəqiqə vaxtımız var, heç olma-
sa iki partiya oynamaq olar. Ağları verdim sənə, düz, gəlirəm. 
− Rəis yoxdu, bu fürsətdən istifadə eləyib, heç olmasa üç-dörd 
gün nahar fasiləsində arxayın şahmat oynaya bilər. 
Amma belə günlərin birində  şahmat oynamağa adam 
tapmadı, bekarçılıqdan bilmirdi neyləsin. Oturub, çay içə-içə 
qəzet oxumaq pis olmazdı, buna da şöbə işçilərindən biri imkan 
vermir: yaşlı kişidi, evdən gətirdiyi yeməyi beş dəqiqədə yeyib, 
iş stolunun arxasında oturduğu yerdəcə gözünü yumur və tez-
liklə yuxuya gedir, dərhal da bir xorultu başlayır ki, gəl görə-
sən. Bəxtəvər başına, kişi yiyəsi, camaat heç öz evindəki yor-
ğan-döşəkdə belə rahat yata bilmir. Şöbənin o biri işçiləri artıq 
öyrəşiblər, veclərinə deyil, yalnız arada görürsən xorultu çox 
şiddətlənib, əcaib səslərlə, məsələn, fısıltı, inilti, fışıltı və sairə 
ilə müşayət olunanda dinməzcə bir-birinin üzünə baxıb gülüm-
səyirlər, sonra da heç bir şey olmayıbmış kimi, hər kəs öz işiylə 
məşqul olur: kimisi yemək yeyir, kimisi telefonla danışır, ki-
misi də çay içə-içə  qəzet oxuyur və maraqlı bir şey olanda: 
“Buna bax, gör nə yazırlar”, 
− deyir. Hamının baxışları ona tə-
rəf yönəlir. 
Yaşlı kişinin xorultusu başlayıb artıq. Rəis müavini du-
rub otaqdan çıxdı 
− narazıdı. Amma neyləmək olar, nahar fa-
siləsi vaxtı kişi öz iş stolunun arxasında oturub, istirahət eləyir
nə təhlükəsizlik texnikası qaydalarını, nə də zavoddaxili nizam-
intizam qaydalarını pozmur 
− irad tutmalı bir şey yoxdur. Düz 
saat bir tamamda oyanacaq və bu da təəccüblüdü. 
Düşüb həyətdə gəzirdi ki, vaxt keçsin. Heyif deyil şah-
mat oynamaq, heç bilmirsən vaxt necə keçdi. Bir kişi yaxın-
laşıb, salam verdi. 
− Bağışlayın, siz... 
− Hə, düz tapmısınız, şöbə rəisinin müavini mənəm. Nə 
lazımdı? 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə