ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə24/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   20   21   22   23   24   25   26   27   ...   60

 
73
Mal almağa gəlibdi, amma müqaviləsi yoxdu, heç 
məktub da gətirməyib. Qəribə adamlar var, heç bir sənədsiz-
filansız durub atıla-atıla gəlib, elə bil bura kolxoz bazarıdı. 
− Bilirsiniz, bura dövlət müəssisəsidi, mal almaq istə-
yənin müqaviləsi olmalıdı. Gedin, heç olmasa bir məktub gəti-
rin. Bizim direktor qol çəkib, icazə versə, müqavilə bağlayıb, 
mal ala bilərsiniz, 
− dedi və yadına düşdü ki, bu kişiyə lazım 
olan malı istehsal eləyən sexin qurğuları xeyli müddətdi təmirə 
dayanıb, çox güman ki, hazır mal yoxdu. 
− Gəlin belə eləyək: 
indi nahar fasiləsidi, mənim də boş vaxtım var, bir yerdə gedək 
sexə, vəziyyəti yerində öyrənək, əgər hazır məhsul varsa, gedib 
məktub gətirərsən. 
Başqa  vaxt olsaydı, rəis  bazar gününə  də  icazə ver-
məzdi. “Sən nə danışırsan, a kişi? Özün də görürsən ki, gecəm-
gündüzüm yoxdu, direktor gündə bir yerə göndərir, mən də ge-
dirəm, çünki arxayınam, deyirəm, müavinim var. Sən də başla-
mısan ki, işim var, mən nə bilim, kəndə getməliyəm. Mən sə-
ninlə açıq danışıram: bu saat vəziyyət elədi ki, ya gərək necə 
lazımdı işləyək, ya da kənara çəkilib deyək ki, bu iş biz girən 
kol deyil,” 
− belə deyərdi, bunun da mənası belə yozulmalıdı: 
istəyirsən işlə, istəmirsən, ərizəni yaz, başqa işə keç.  
Amma rəisin kefi sazdı, birhəftəlik ezamiyyətdən qayı-
dıbdı və gəlib görüb ki, işlər yağ kimi gedir. Həm də müavin 
elə başladı ki, “yox” deyə bilmədi.  
− Xəbəriniz var də, biz tərəfdə vəziyyət gərgindi: cəbhə 
xətti indi bizim kənddən keçir, neçə ev dağılıb, ölənlər və yara-
lananlar var. Dedim, sizinlə  məsləhətləşim, icazə versəydiniz, 
atüstü də olsa, gedib, kəndə baş çəkərdim
− müavin dedi. 
Rəis icazə verdi, amma şərt qoydu: bazar ertəsi saat 
səkkizə on dəqiqə qalmış işdə olmalısan. Əlbəttə, olacaq: pulu 
cibində, ağlı başında. Niyə də olmasın?  
Bilirdi ki, ona hörmət olunacaq, çünki sex rəisi öz diliy-
lə dedi ki, iş düzəlsə bizə yaxşı hörmət eləyəcəklər. Amma 


 
74
nəqd pul, özü də bu qədər 
− ikiaylıq məvacibi qədər pul ala-
cağını, düzü, heç gözləmirdi. Əslində, sex rəisi adi bir “sağ ol”-
la, uzaqbaşı, babat bir qonaqlıqla da ötüşə bilərdi. Amma 
gətirib, pul verdi. Bu adam belədi: dediyi sözə əməl eləyəndi, 
əliaçıqlığı da var, digər tərəfdən çapıb-talamağa ustadı, özü də 
alkaqolikdi. Heç bir sənədsiz mal almağa gələn müştəriylə  də 
elə onun yanında sövdələşirdi: “Get, bir məktub gətir, 
− dedi, − 
qalanıyla sənin işin yoxdu. Mən özüm aparıb, direktora qol 
çəkdirəcəm, müqavilə  də bağlanacaq. Məhsul da var, arxayın 
ol. Bunlar hamısı öz yerində, amma de görüm...” 
−  “Şapka” 
məsələsini həll eləmək lazımdı və bu, kommersiya sirridi deyə, 
sex rəisi az qala pıçıltıya keçərək, kişinin qoluna girib, onu 
qırağa çəkdi. 
İşi təzə başlamışdılar ki, sex rəisi gəldi: başını içəri sa-
lıb, şöbədəki camaata salam verdi, şöbə rəisinin müavininə işa-
rə elədi ki, bura gəl. O da tez çıxdı ki, görəsən, nə olub və o an-
da, həqiqətən, heç ağlına da gəlməzdi ki, sex rəisi elə bu dar-
macalda ona hörmət eləməyə gəlib. Əl verib görüşdü, soruşdu 
ki, deyəsən, mənə deyiləsi sözün var, ona görə  gəlmisən, elə-
mi? Sex rəisi cavab əvəzinə pul verdi – indi cibindəki də elə o 
puldu, bir qəpiyini də xərcləməyib. 
Balaca dəhlizin bir tərəfində  şöbə  rəisinin kabinetinə 
açılan qapıdı, o biri tərəfində isə şöbənin qapısıdı, sex rəisi elə 
bu darısqal yerdəcə bir topa pulu pencəyinin qoltuq cibindən 
çıxardıb basasan bunun pencəyinin yan cibinə: “Keçən dəfə 
sexdə dediyim məsələdi, yadında varsa, sənə demişdim ki, iş 
düzəlsə, bizə hörmət eləyəcəklər.  İş düzəldi, hörmətimizi elə-
dilər, bu da sənin payındı.” 
− yaxşı ki, heç olmasa pıçıltıyla da-
nışır, pulu verən kimi də getdi, dedi ki, tələsirəm, sexdə məni 
gözləyirlər, sonra gələrəm , söhbət eləyərik. 
Bu dəli çapqınçı  səhər-səhər durduğu yerdə onu işə 
salacaqdı: dəqiqəbaşı qapısı açılıb-örtülən şöbədən kimsə çıxıb 
görə bilərdi və o adam, şübhəsiz, özünü elə göstərəcəkdi ki, 


 
75
guya, heç nə görməyib. Amma  görübdü  və  susa  bilməz,  alə-
mə yayacaq ki, onun eləliyinə baxmayın, sex rəisləriylə əlbirdi, 
pulu topaynan gətirib, elə burda, bizim gözümüzün qabağın-
daca cibinə basıb gedirlər. O məqamda şöbə rəisinin özü də gö-
rə bilərdi və uzunsov, ensiz şüşəli, qara sağanaqlı çeşməyinin 
üstündən baxıb: “Bura gəl, sən mənə lazımsan”, 
− deyəcəkdi. 
Guya, işlə əlaqədar olaraq əlimyandı axtarırmış, amma elə de-
yil, bu məsələyə görə çağırır, sorğu-suala tutacaq. Get indi bu-
na cavab ver. Aldada bilməzsən 
− tülküdən də bicdi, ən ağlaba-
tan versiyanı seçib desən ki, məsələn, mənə borcu var idi, onu 
qaytarırdı, inanmayacaq, bic-bic gülüb: “Birinci dəfədi görü-
rəm ki, borcu gətirib, zorla adamın cibinə basırlar, 
− deyəcək. − 
Bax sən özün ağıllı, savadlı bir adamsan, indi kişi kimi de gö-
rüm, belə  şey görmüsənmi? Görməmisən. Mən də görməmi-
şəm. İkincisinə qalan yerdə, borc qaytaran adam pulu əvvəlcə 
özü sayır, sonra da borc yiyəsinə deyir ki, qardaş, ala say,gör 
düzdümü. Belədi, ya belə deyil? Belədi. Amma bu gətirib, pulu 
dəhlizdə sənin cibinə basır, o saat da çıxıb gedir. Yox, sən məni 
düzgün başa düş, gəl məntiqi fikirləşək də. Bəlkə, düz demi-
rəm?” 
Hələ bu harasıdı, elə  həyasız adamdı ki, sex rəisinə 
zəng də eləyə bilər: “Balam, bu nədi belə, sabahın gözü açıl-
mamış gətirib, mənim müavinimin cibinə pul-zad basırsan, xe-
yir ola? Elə pullanmısansa, bizə də bir görüm-baxım elə də, ac-
susuz qırılırıq burda”, 
− Bax belə adamdı, ömrü boyu ağlayır. 
Əslində isə, zavodu çapıb-talayanlardan biri də budur, deyilənə 
görə, xarici banklarda özünün şəxsi hesabı var. 
Kəndə gedəcək və  əlbəttə, bazar ertəsi saat səkkizə on 
dəqiqə qalmış  işdə olacaq, çünki pulu var, 
− sex rəisinin ver-
diyi pulun bir qəpiyini də  xərcləməyib. Təki pulun olsun, iş 
görməyə  nə var ki. Səhər tezdən otur taksiyə, get, işini gör, 
axşam da taksiylə qayıt gəl. 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə