ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə22/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   18   19   20   21   22   23   24   25   ...   60

 
67
mi? – Qonağın “əla nahar eləmişəm, sağ olun” cavabını  eşi-
dincə, qadının üzündə qəşəng bir təbəssüm göründü. – Nuş ol-
sun, – dedi.– Ürəyiniz daha nə istəyir? Yaxşı dondurmamız 
var, əla kofemiz var, gətirimmi? 
Bu qadın elə də qəşəng deyil, amma qonağın xoşuna gə-
lir və heç özü də bilmir bunun nəyinə  bənd olub, hətta bey-
nində bir fikir də dolaşmaqdadı: adamın belə bir arvadı ola, bü-
tün günü bu cür qulluğunda durub, başına dolana. 
Baltikyanı ölkələrdə dondurmadan imtina eləmək düz 
deyil: “Gətirin, – dedi, – dondurma da gətirin, kofe də gətirin.” 
Qadın məmnuniyyətlə gülümsəyib getdi. Amma ruslar bu für-
sətdən istifadə eləyib, bakılı qonağın stoluna yaxınlaşmadılar. 
Qrafində Köhnə Tallinn çaxırı qalmayıb artıq. 
 
*** 
 
Rəis evə gedir, ya da ona deyiləsi sözü var ki, durub, öz 
kabinetindən  şöbəyə keçib. Müavin üzərində  işlədiyi yazını 
kompüterin ekranında yuxarı  sıxışdırıb gizlətdi və soruşdu ki, 
mənə deyiləsi sözünüzmü var ? 
− Hə, sözüm var, − rəis dedi, bir az da yaxına gəldi. − 
Eşitmişəm işdən sonra gedib, gecələr yunanlara tərcüməçilik 
eləyirsən? 
Cinayət izinə düşmüş polis kimi danışırdı rəis. Müavini 
açmadı bu, tutulub dinmədi, kompüterdə yaza-yaza kiçik bir 
pauza elədi, üzündə kinayəli bir təbəssüm göründü: “Düz 
eşitmisiniz. Nədi ki, olmaz?”  
−  Əlbəttə olmaz. Hələ bir soruşursan da. Sən mənim 
müavinimsən, bu boyda şöbəyə  rəhbərlik eləyirsən. Gecələr 
gedib, sexdə yunanlara qoşulub, ora-bura qaçmağı özünə necə 
rəva bilirsən? Başa düşmürəm, bütün gecəni yatmayıb, səhər də 
yorğun-arğın gəlib, burda şöbədə necə  işləyirsən? Hər  şey bir 
yana, heç olmasa özünə də yazığın gəlmir sənin ? 


 
68
Xarici firma zavodla müqavilə bağlayıb ki, tullantıya 
gedən neft məhsullarından birinin keyfiyyət göstəricilərini yax-
şılaşdıracaq və onu dünya bazarına çıxardıb satacaq. Əldə olu-
nan mənfəətin bir hissəsi zavoda çatacaq. Bu məqsədlə qur-
ğuda yenidənqurma işləri aparılıb. Yunanıstan firmasıdı, baş-
çıları da arıq, uzun bir kişidi, hərdən şöbəyə gəlir. Keçən dəfə 
gələndə müavinə gileyləndi ki, işimiz çətinə düşüb: ”Bizim 
mütəxəssislər gəliblər ki, qurğunu işə salsınlar. Müqaviləyə gö-
rə, qurğu bir həftə stabil rejimdə  işləyəndən sonra sizinkilərə 
təhvil verməliyik. Hər  şey yaxşıdı, amma gecə növbəsinə  tər-
cüməçi tapa bilmirəm.” 
Müavin dedi ki, nə böyük işdi, tərcümə mərkəzinə mü-
raciət elə. Sən demə, yunan ora da müraciət eləyib və  tərcü-
məçi çoxdu, amma gecə növbəsində işləməyə heç kim razı ol-
mur. Söhbət ingilis dilində gedirdi, bunlara da ingilis dilini ba-
bat bilən bir adam lazımdı ki, qurğunun operatorlarıyla yunan 
mütəxəssislərə tərcüməçilik eləsin. Rəis müavini gülüb, yarıza-
rafat-yarıciddi dedi: “Bəlkə, mən özüm gəlim sizə tərcüməçilik 
eləyim? Nəzərinizə çatdırmalıyam ki, o sexdə on il işləmişəm. 
Texnoloji prosesi də, qurğunu da yaxşı bilirəm. Əgər əməkdaş-
lıq eləsək, sizə köməyim dəyər.”  İradları da var, hesab eləyir 
ki, yenidənqurma kimi qələmə verilən işlər 
− iki-üç nasosun 
daha güclü nasoslarla əvəz olunması, həmin nasosların giriş-çı-
xışındakı boru xətlərinin bir-neçə düyüm böyük diametrli boru 
xətləriylə  əvəz edilməsi, qurğuda təmizlik işlərinin aparılması 
və avadanlığın rənglənməsi 
− öz xarakterinə görə orta təmirdən 
başqa bir şey deyil, prinsipial dəyişiklik isə yoxdur və bu cür 
kosmetik tədbirlər dərin keyfiyyət dəyişikliklərinə  səbəb ola 
bilməz. Amma bu barədə yunan firmasının başçısına heç nə de-
mədi, bilir ki, o saat aparıb, direktorun ovcuna qoyacaq, 
− bö-
yük bir canfəşanlıqla işə girişən hər iki tərəfin xətrinə  dəyib, 
ara yerdə özünü pis kişi eləmək istəmədi. Hər halda, zaman 
göstərəcək. 


 
69
Yunan etiraz eləmədi, amma irad tutdu: “Bəs nə  təhər 
olacaq, bütün günü şöbədə, gecə  səhərəcən də sexdə  işləmək 
çətin olmayacaq ki?” 
− Heç bir çətinliyi yoxdur, gecə  işinə öyrəşmişik, na-
rahat olma. De görüm,  altı gecəyə neçə verirsən? 
− yunan din-
mirdi, bunun isə çox gözləməyə hövsələsi yoxdu. 
− Gecəsi on 
dollardan, altmış dollar verərsən. 
− Yunan başını buladı, yəni ki, 
çox istəyirsən. 
− Yaxşı, əlli dollar. − Yenə başını buladı. − Bəs 
neçə verirsən? 
Xəsisin biridi, altı gecəyə vur-tut iyirmi dollar verir. 
Əlbəttə, çox azdı. Amma, bununla belə, üç dollar otuz üç sentə 
razılaşmalı oldu və artıq iki gecə işləyibdi. Rəis də onu deyir, 
yəqin, xəbər çatıb qulağına. 
Dinməzcə kompüterin ekranına baxır, deyəcəyi sözü 
ölçüb-biçirdi, rəisə  ağıllı, kifayət qədər də  səmimi bir cavab 
vermək istəyirdi.  
− Siz deyən elə ciddi bir şey yoxdu, − dedi. – Yunan-
ların başçısıyla o gün elə burda söhbət eləyirdik, dedi, işimiz 
çətinə düşüb, gecələr işləməyə  tərcüməçi tapa bilmirəm. De-
dim, mən sizə kömək elərəm. Razı oldu. Onu eşitmisiniz, başqa 
nə ola bilər ki? Yorulmağıma gəlincə, heç bir çətinliyi yoxdu, 
sexdə elə olurdu iyirmi dörd saat işləyirdim.  İki gecə  işləmi-
şəm, ikisi şənbə-bazara düşür. Bir təhər yola verəcəm, narahat 
olmayın. 
Rəis başını buladı 
− razılaşmır. Düz sözü qəbul eləmə-
mək xasiyyəti var bunun və indi dediyini yeridəcək. Amma 
yaxşı fürsətdi (şənbə günüdü deyə, işçilərdən heç kim yoxdu, 
şöbədə ikisidi), tutarlı bir cavab verib, yerində oturdasan bunu, 
deyəsən, niyə olmur, ay Aftafa? 
Rəisin adı Aftafa deyil, direktora yaltaqlanmaqda ifrata 
varır deyə, camaat öz yanından bunun adını Aftafatutan qo-
yubdu 
− subaşına çıxanda  ələ alınan Aftafa nəzərdə tutulur. 
Müavin də bir qədər orjinallıq eləyir və öz tərəfindən rəisə 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə