ZüLMƏt gecəLƏR



Yüklə 5,34 Kb.
Pdf görüntüsü
səhifə16/60
tarix30.04.2018
ölçüsü5,34 Kb.
#40617
1   ...   12   13   14   15   16   17   18   19   ...   60

 
49
Latışlar onu əmin eləyib dedilər ki, ovçu kolbasasıdı, 
heç nə olmaz, arxayın ol. Düz demişdilər. Uşaqlar bir müddət 
yeyib, kef elədilər, aradan neçə illər ötəndən sonra da hərdən 
söz düşəndə deyirdilər ki, biz ömrümüzdə o cürə  ləzzətli kol-
basa yeməmişik. 
 
*** 
 
  
 
   Moskvalı  yəhudi dedi ki, səhərdən bəri ac-susuz 
qırılırıq, gedək nahar eləyək. Avstriyalı yəhudi başını tərpədib, 
razılığını bildirəndə isə moskvalı yəhudi: “Keçən dəfə getdiyi-
miz restoran yaxşıdı. Düzdü, ora çox bahaçılıqdı, amma ye-
məklərinə söz ola bilməz ”, 
− dedi. 
Bakılıdan heç nə soruşmurdular, amma onun restorana 
getmək fikri yoxdu və soruşdu ki, bilmirsiniz, aeroporta necə 
getmək olar? 
− Sual yəhudilərə  də, RAF-in şoferinə  də aiddi. 
Moskvalı yəhudi təəccübləndi: 
–  Bəs sən restorana getmirsən?  
Bəzi adamlar hər  şeyi öz arşınıyla ölçür. Bunlara necə 
desin ki, mən restoranda nahar eləmirəm, heç vaxt elə fikrim 
olmayıb, indi də yoxdur. Yox, lənət  şeytana, bir dəfə olubdu. 
Vur-tut bircə  dəfə belə bir hadisə olub: Estoniyanın Koxtla-
Yarve şəhərinə ezamiyyətə gedəndə məcburiyyət qarşısında qa-
lıb və nahar eləməyə restorana gedib. Onda da eston-rus deyiş-
məsinə başı elə qarışdı ki, heç bilmədi vaxt necə keçdi. 
İş gününün axırında ona dedilər ki, Rusiyanın Novoros-
siysk limanından tankerin yola düşməsi ləngiyir: bir-neçə əlavə 
sənəd tələb olunur, onları təcili aparıb, limana çatdırmaq lazım-
dı. Gedib, evdən pul götürməyə imkanı olmadı, zavodun maşı-
nında tez-tələsik aeroporta çatdırdılar onu və sənədləri gətirib, 
yəhudilərə verdi. Onlar da xahiş elədilər ki, tanker yola düşənə-
cən heç hara getmə, zavodun nümayəndəsi kimi, burda olsan 
yaxşıdı.  


 
50
Tankeri yola salıblar, indi də liman rəisinin xidməti ma-
şınında aeroporta gedirlər: yəhudilər Moskvaya uçacaqlar, bu 
da Bakıya. 
– İşdə biz həmişə saat on ikidə nahar eləyirik. Elə vər-
diş eləmişəm ki, vaxtı keçəndə  iştahım küsür. İndi saat üçdü, 
bakı vaxtıyla dörddü, mənim yeməyim bir də axşama qaldı, – 
bakılı mühəndis belə dedi və az-çox ağlabatan nəsə bir şey 
qoşub-düzəldə bildiyinə görə sevindi. 
– Aeroporta gedirsən, özün bil. Amma bəri başdan de-
yim ki, bilet tapa bilməyəcəksən. Onların dilini bu bilir, – 
moskvalı yəhudi belə deyib, avstriyalını göstərdi. – Hara istəsə, 
yerin deşiyindən də olsa, o saat bilet tapıb verirlər. 
Avstriyalı  yəhudi təsdiq işarəsi olaraq başını  tərpətdi. 
Bakılı özü də artıq yəqin  eləyib ki, burda əsas adam avstriya-
lıdı, özünün Vyanada, Londonda və Moskvada ofisləri var, Ba-
kıda da açmaq istəyir. Moskvalı yəhudi, belə demək mümkün-
sə, bunun quyruğudu və məsələnin nə yerdə olduğunu özü yax-
şı bilir, heç gizlətmir də, biznesə  gəldiyini xatırlayıb deyir: 
“Getdim bunun Moskvadakı ofisinə, dedim, neft biznesiylə 
məşqul olmaq istəyirəm. Amma sənətim mexanikdi, nə neft-
dən, nə  də biznesdən qandığım qrafa yoxdu. Nə  məsləhət 
görürsən?” Avstriyalı soydaşı deyib ki, neftdən və biznesdən 
başın çıxmırsa, bunun eybi yoxdu, bir halda ki istəyirsən, hə-
vəsin var, bizneslə məşqul olacaqsan, pul da qazanacaqsan, ona 
görə ki... Yox, bu yeri tərcümə eləmək düz deyil, ona görə ki, 
“tı evrey, u tebə qolubaə krovğ”. Belə deyib və o vaxtdan bəri 
də tula kimi, yanına salıb gəzdirir. 
– Bunun bir qəşəng arvadı var. Əvvəlki arvadı da qə-
şəng idi, amma təzəsi lap qiyamətdi, – avstriyalı  yəhudi dedi. 
Bakılı təəccübləndi:  
– Siz bunun arvadını da tanıyırsınız? 


 
51
–  Əlbəttə, tanıyıram. Təzə arvadını da, köhnə arvadını 
da. Hələ desən köhnə arvadının təzə ərini də tanıyıram. Hamısı 
mənim işçilərimdi –  Moskvadakı ofisimdə işləyirlər.   
Moskvalı yəhudi başıyla təsdiq eləyib dedi ki, hamımızı 
yığıb başına, dolandırır, ona görə  ki  “vse  mı evrei, u nas qo-
lubaə krovğ”. Avstriyalı  yəhudi bu sözü qulaqardına vurub, 
bayaqkı mövzuya qayıtdı: 
– Bəh, elə gözəldi! Bunun arvadını deyirəm, – belə 
deyib, başını yellədi və gülümsədi. – Deməklə deyil, öz gö-
zünlə görməsən, inanmazsan. Yolun Moskvaya düşəndə bizim 
ofisə  gəl, gözləyəcəyik. Kremlin yanında üzgüçülük hovuzu 
var, ofisimiz də düz elə hovuzun böyründədi, – avstriyalı belə 
deyib, öz vizit kartını bakılıya uzatdı. O da alıb, gözdən ke-
çirtdi, dinmədi, gülümsəyib ürəyində: “Ay qoca tülkü, öz ara-
mızdı, deyəsən, bunun arvadından yaman kəsirsən, ha,” – dedi, 
vizit kartını cibinə qoyub: 
– Gələrəm, – dedi və soruşdu ki, bəs sizin öz arvad-uşa-
ğınız harda yaşayır, Vyanada, Londonda, yoxsa Moskvada? 
– Arvad-uşaq deyəndə, vur-tut bir oğlum var, o da Vya-
nada yaşayır. – Avstriyalı yəhudi belə deyib, pencəyinin qoltuq 
cibindən dörd-beş fotoşəkil çıxartdı, özünə oxşayan sağlam bir 
gəncin şəklin göstərib: – Oğlum, budur, – dedi. Başqa şəkildə 
isə bir dəstə  gənc Alp dağlarının qarlı yamacında təsvir olu-
nubdu, hamısının da gözündə qara eynək var. Şəkildə oğluyla 
yanaşı dayanan qızı göstərdi: – Oğlumun sevdiyi qızdı, bu il 
evlənəcəklər. Dostlarıyla istirahət eləməyə, xizək sürməyə ge-
dirlər. 
– Qəşəng oğlunuz var, Allah saxlasın. 
– Sağ ol, Allah sizinkiləri də saxlasın. Arvadla çoxdan 
ayrılmışıq; düzünə qalsa, o özü ayrıldı, mənim elə fikrim yox 
idi. Yaxşı yadımdadı, cavan vaxtımız idi, yeni ili qarşılımağa 
hazırlaşırdıq. Düz gecə saat on ikinin yarısında telefon zəng 
vurdu, dəstəyi götürdüm: alo. Şefimdi: bəs filan şəhərdə malın 


Yüklə 5,34 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə