Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə40/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

94
V FƏSİL
NAXÇIVAN BÖLGƏSİNDƏ MƏDƏNİYYƏTİN
İNKİŞAFI
Azərbaycan qədim zamanlardan dünya mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. Bu mədəniyyətin
təşəkkülündə Azərbaycanın bütün bölgələrinin, o cümlədən Naxçıvanın əvəzedilməz rolu var idi. Uzun və
şərəfli tarixi inkişaf yolu keçən Azərbaycan mədəniyyəti XIX əsrin əvvəllərində mürəkkəb tarixi reallıqla
üzləşdi. Azərbaycan torpaqları 1828-ci il Türkmənçay müqaviləsi nəticəsində Rusiya ilə  İran arasında
bölüşdürüldü. Şimali Azərbaycan Rusiyanın, cənubi Azərbaycan İranın tərkibinə qatıldı.
Rusiya imperiyasının Şimali Azərbaycanda müstəmləkəçilik siyasəti xalqın həyatının bütün sahələrində,
xüsusilə mədəniyyət sahəsində özünü daha ağır şəkildə göstərdi.
Çar hökuməti Cənubi Qafqazın xristian bölgələrindən fərqli olaraq müsəlmanlar içərisində təhsilin
inkişafına nəinki yardım edir, hətta onun qarşısını alırdı. Şimali Azərbaycanda, tarixən ənənəvi təhsil
müəssisələri olan məktəb və mədrəsələrin fəaliyyətinin öyrənilməsi, onların əsasında təhsilin inkişaf etdirilməsi
əvəzinə müstəmləkiçilik məqsədlərinə xidmət edən təhsil sistemi yaradılmasına cəhd edilirdi. Məhz bunun
nəticəsi idi ki, XIX-XX əsrin əvvəllərində  Şimali Azərbaycanda, həmçinin Naxçıvan bölgəsində mürəkkəb
struktura malik təhsil şəbəkəsi meydana gəlmişdi.
Çar Rusiyası  Şimali Azərbaycanın işğalından sonra burada ilk dövlət məktəbləri açmağa başladı.
Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin tədqiqatçısı H.Əhmədovun yazdığı kimi XIX əsrin 20-ci
illərində Zaqafqaziyada, o cümlədən Azərbaycanda Avropa Rusiyasındakı məhəllə məktəbləri tipində qəza
məktəbi adı ilə tədris müəssisəsi açmağın ilk layihəsi meydana gəldi. Mərkəzi hökumət 1829-cu il avqustun 2-
də Zaqafqaziya məktəblərinin ilk nizamnaməsini təsdiq etdi.
1
 Həmin nizamnaməyə görə Zaqafqaziyada açılması
nəzərdə tutulan 20 qəza məktəbindən doqquzu (Gəncə, Şuşa, Nuxa, Şamaxı, Quba, Bakı, Naxçıvan, Ordubad,
Qazax) Azərbaycanda açılmalı idi. Göründüyü kimi ilk məktəb nizamnaməsi Naxçıvan və Ordubadda da qəza
məktəbi açılmasını nəzərdə tuturdu. Lakin ilk vaxtlar onlardan yalnız dördü – Şuşa (1830), Nuxa (1831), Bakı
(1832) və Gəncə (1833) qəza məktəbləri açıldı. H. Əhmədov digər məktəblərin açılmamasının səbəbləri
üzərində xüsusi dayanaraq yazmışdır: «Əhalinin maddi yardımına baxmayaraq, nizamnamədə nəzərdə tutulan
digər qəza məktəblərinin təsisi isə bir sıra subyektiv səbəblərə görə təxirə salındı. Rusiya XMN ilə Zaqafqaziya
məktəblər direktoru arasında gedən bir çox yazışmalardan bu məktəblərin təxirə salınmasının bəzi səbəblərini
aydınlaşdırmaq olur. Arxiv sənədlərində Ordubadda qəza məktəbi açılmasının təxirə salınmasının bir səbəbi
«orada sakin olanların kifayət qədər olmaması»… ilə izah olunur. Zaqafqaziyanın baş hakimi baron Rozen
mərkəzi hökumətə raportlarından birində yazırdı: «Ordubad şəhərinin əhalisi az olduğundan hal-hazırda orada
məktəb açmaq heç bir mənfəət verməz…» Naxçıvanda məktəb açılmaması isə «yerli sakinlərdən müəllimlik
vəzifəsinə qabilliyətli olan adamın olmaması» ilə izah edilirdi. Təbii ki, bunlar yalnız bəhanə idi. Təsadüfi deyil
ki, cəmi bir neçə il sonra, 1835-ci ildə yeni məktəb nizamnaməsi qəbul edilmiş, 1837-ci ildə isə  Şamaxı ilə
birlikdə Naxçıvanda da qəza məktəbi təsis edilmişdi. Bu məktəbə ilk vaxtlar iyirmiyə qədər uşaq cəlb edilmişdi.
O, Ehsan xanın oğlanlarının evində yerləşirdi. Həmin bina 12 il müddətinə məktəbə pulsuz verilmişdi.
2
 Burada
H.Əhmədovun bir qeydi də maraq doğurur. O yazır ki, «general-mayor Ehsan xanın ölümündən sonra iki oğlu
qalmışdı. Kapitan İsmayıl və proporşik Kəlbəli xan hər il Naxçıvan qəza məktəbinin nəfinə gümüş pul ilə 200
man. ianə verirdilər.
3
 Ordubadda açılması nəzərdə tutulan qəza məktəbi əvəzinə isə 1853-cü il məktəb
nizamnaməsinə uyğun olaraq 1854-cü il noyabrın 24-də ibtidai məktəb açıldı.
4
 Bu məktəb Ordubadın mədəni
həyatında mühüm yer tuturdu. S.P.Zelinskinin məlumatına görə burada 1856-cı ildə 16 azərbaycanlı təhsil
alırdı. 1857-ci ildə onların sayı 17, 1858-ci ildə 24, 1859-cu ildə 27, 1860-cı ildə 32, 1861-ci ildə 19, 1862-ci
ildə 14, 1863 və 1864-cü illədə 6, 1865-ci ildə 24, 1867-ci 17, 1868-ci ildə 4, 1869-cu ildə 16, 1870 və 1871-ci
illərdə 13, 1872-ci ildə 17 və 1873-cü ildə 18 nəfər olmuşdu.
5
Ə.Fərəcov Ordubad (tarixi-iqtisadi oçerk) kitabında qeyd edir ki, 1873-cü ildə Naxçıvan və Ordubad
mahallarının məktəblərində 1367 şagird oxuyurdu ki,  onlardan 698 nəfəri azərbaycanlı idi.
6
Ordubad ibtidai məktəbi sonralar ikisinifli (1897), üçsinifli (1902) olmuş, nəhayət dördsinifli ali ibtidai
məktəbə çevrilmişdir. Tədricən məktəbdə azərbaycanlıların sayı artmışdır. 1914-cü ildə məktəbdə 181 nəfər
təhsil alırdı ki, onlardan 144 nəfəri azərbaycanlı idi.
7
XIX əsrin 60-70-ci illərində həyata keçirilən islahatlar təhsildən də yan keçmədi. Təhsil sistemində yeni
tipli məktəblər yarandı. 1879-cu ildə Naxçıvan qəza məktəbi şəhər məktəbinə çevrildi.
8
İbtidai kənd məktəbləri (xalq məktəbləri də adlandırılırdı) şəbəkəsi də genişlənməyə başladı. 1904-cü ilin
məlumatına görə Naxçıvan qəzasında 29 ibtidai xalq məktəbi fəaliyyət göstərirdi ki, onların əksəriyyəti (26)


95
kəndlərdə idi.
9
 XIX-XX əsrin əvvəllərində Şimali Azərbaycanın təhsil sistemində qızların təhsilinin təşkili də
nəzərdən keçirilməlidir. Rusiya işğalınadək Azərbaycanda qızlar əsasən, evlərdə təhsil alırdılar. Rusiya
işğalından sonra qızlar üçün də məktəblər açılması zərurəti yarandı. Şimali Azərbaycanda ilk qız məktəbi
«Müqəddəs Nina» qadın xeyriyyə cəmiyyəti tərəfindən 1848-ci il aprelin 30-da Şamaxıda açılmış, 1859-cu il
zəlzələsindən müəyyən müddət sonra Bakıya köçürülmüşdü.
10
Bütövlükdə Şimali Azərbaycanda olduğu kimi Naxçıvan bölgəsinin təhsil tarixində yeni üsulla fəaliyyət
göstərən anadili məktəblərinin açılması xüsusi qeyd edilməlidir. Naxçıvan bölgəsində bu işin həyata
keçirilməsində Məhəmməd Tağı Səfərovun (Sidqi) böyük xidməti olmuşdur. Sidqi 1892-ci ildə Ordubad
şəhərində belə bir məktəb açmış və ona «Əxtər» (Ulduz) adı vermişdir. «Əxtər» məktəbi təhsilin təşkilinə görə
qısa bir müddət ərzində xeyli şöhrət qazanmışdır. Təsadüfi deyil ki, «Əxtər»in fəaliyyəti  İrəvan quberniyasının
1892-ci il icmalında da əksini tapmışdır. İcmalda deyilirdi ki, ucqar qəzalardan biri olan Ordubadda «Əxtər»
adında yeni bir müsəlman məktəbi açılmışdır. Məktəbi Mirzə Tağı adlı bir şəxs təsis etmişdir. Yerli əhali
məktəbə o qədər rəğbət bəsləyir ki, onlar öz uşaqlarını dini məktəbləridən çəkindirib «Əxtər»ə qoyurlar.
11
  O
zaman üçün bu çox mühüm bir etiraf idi. Sidqi belə bir məkəbin açılması üçün 1894-cü ildə Naxçıvan şəhərinə
dəvət edildi. «Əxtər» bundan sonra daha 2 il fəaliyyət göstərdi. 1896-cı ildə rus-Azərbaycan məktəbinə
çevrildi.
12
 Sidqi Naxçıvan şəhərinə gəldikldən sonra burada da «Əxtər» kimi bir məktəb açmışdır. Yeni məktəb
«Məktəbi tərbiyyə» adlandırılmışdır. Bu məktəbin şagirdlərinin sayı birinci ildə yüzə çatırdı.
13
İstər «Əxtər», istərsə də «Məktəbi-tərbiyyə» tədrisin təşkilindəki yenilikləri ilə diqqəti cəlb edirdi.
«Məktəbi-tərbiyyə» elə bir simaya malik idi ki, C.Məmmədquluzadə həyatının müəyyən hadisələrini onunla
tutuşdurur. O, tərcümeyi-halında yazır: «Danabaş kəndində müəllim olduğum vaxtlar Naxçıvanda doxsan dörd
və doxsan beşinci ildə böyük türk məktəbi açıldığına təsadüf edir. Bu həmin məktəbi idarə etməyə doxsan
dördüncü ildə Ordubadan məşhur müdərris və  şairimiz Məşədi Tağı Sidqi dəvət olunur. Həmin təzə türk
məktəbi savayı ondan ki, nə qədər türk balalarının təzə üsulda savad və bilik əxz etmələrinə səbəb olur, həmin
məktəb biz yeniyetmə müəllim və  ədiblər üçündə bir darülürfan hesab olunur».
14
 Sidqinin məktəbi
Azərbaycanın digər yerlərində də yeni üsullu məktəblər açılmasına müsbət təsir göstərdi.
Bu dövrdə Naxçıvanda qadın təhsilinin təşkilinə də diqqət yönəlmişdi. M.T.Sidqi 1890-cı illərdə
Naxçıvanda xüsusi qız məktəbi açmağa nail olmuşdu.
15
 Qızların təhsilə cəlb edilməsinin digər bir yolu mövcud
olan məktəblərə onların cəlb edilməsi sahəsində çalışmalar idi. H.Əhmədov bu sahədə görülən işlərdən bəhs
edərkən 1890-1897-ci illərdə Nehrəm kəndindəki iki sinifli məktəbin müdiri vəzifəsində işləyən
C.Məmmədquluzadənin fəaliyyəti üzərində xüsusi dayanır. Arxiv sənədləri əsasında araşdırılan həmin
məsələnin Naxçıvan bölgəsində təhsilin tarixinin öyrənilməsi üçün əhəmiyyətini nəzərə alaraq, həmin hissəni
burada verməyi zəruri hesab etdik. H.Əhmədov yamışdır: «Dini fanatizmin möhkəm kök saldığı kəndlərdən biri
olan Nehrəmdə qızların məktəbə, həm də oğlanlarla birlikdə rus dilində təhsilə cəlb edilməsi çox mühüm hadisə
olub, yalnız C.Məmmədquluzadənin səy və ciddi cəhdinin nəticəsi idi. Nehrəm məktəbinə 8 qız cəlb edilmişdi.
C.Məmmədquluzadə 1893-cü il yanvarın 18-də  İrəvan-Gəncə quberniyaları və Kars vilayəti xalq məktəblər
direktoruna göndərdiyi 10 №li raportunda yazırdı: «Zati alilərinə bunu hörmətlə bildirməyi özümə şərəf hesab
edirəm ki, mənə tapşırılmış məktəbə bu il yanvarın 15-nə qədər oxumaq üçün 8 azərbaycanlı qız daxil
olmuşdur». C.Məmmədquluzadə qızların adlarını da qeyd edirdi… C.Məmmədquluzadə həmin raportun
sonunda yazırdı: «Bununla birlikdə, acizanə surətdə əlavə edib bildirirəm ki, həmin qızlardan xüsusi hazırlıq
sinfi təşkil etdim və bu siniflə, mən özüm dərs keçirəm».
16
Beləliklə, XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində bəzi istisnalarla (orta məktəblər və b. olmaması)
bütün Şimali Azərbaycan üçün xarakterik olan məktəb şəbəkəsi yaranmışdı. Bir arxiv materialına görə 1913-cü ildə
Naxçıvan bölgəsində aşağıdakı məktəblər var idi: Naxçıvan (3 sinifli) və Ordubad şəhər məktəbləri, Naxçıvan şəhərində
rus-Azərbaycan kişi və qadın (hər biri iki sinifli) məktəb; məktəb yanında kişi rus-Azərbaycan məktəbi; dəmir yol
məktəbi; Naxçıvan qəzasıda Qulubəydizə, Mahmudax, Biləv, Qazançı-Milax, Yaycı, Vənənd, Quzlu, Qaraçux,
Nəzərabad, Qahab, Yamxana, Əbrəqunis, Cəhri, Yarımca, Nehrəm, Şahtaxtı, Digin-Almalı, Əznəbürd, Gömür,
Karmalinovka, Bist, Alagöz-Məzri, Əliabad, Gecəzur, Kültəpə, Nurs, Sust, Cəhri (burada qızlar üçün) kənd məktəbləri;
Şərurda Baş Noraşen, Ələkli, Yengicə, Dərvişlər, Ulya Noraşen, Tumaslı, Saraclı kənd məktəbləri.
17
Naxçıvan bölgəsində yeni yaranan təhsil müəssisələri ilə birgə ənənəvi məktəb və mədrəsələr də fəaliyyətini
davam etdirirdi.
18
Naxçıvan bölgəsinin ziyalı və pedaqoqları Azərbaycanın pedaqoji fikir tarixinə də mühüm töhfələr
vermişdi. Onların içərisində M.T.Sidqi xüsusilə fərqlənir. Azərbaycanın məktəb və pedaqoji fikir tarixinin
tədqiqatçısının yazdığı kimi «M.T.Sidqi yeganə Azərbaycan pedaqoqudur ki, onun «Seçilmiş pedaqoji əsərləri»
(Sidqi M.T. Seçilmiş pedaqoji əsərləri. Bakı, 1967. – Z.Ş.) çap edilərək oxuculara çatdırılmışdır. Onun
əsərlərindəki bir sıra müddəalar dövründə böyük əhəmiyyət kəsb etdiyi kimi bəziləri bu gün də öz təravətini
saxlayır».
19


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə