Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə41/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   ...   37   38   39   40   41   42   43   44   ...   51

96
Naxçıvan bölgəsi, xüsusilə Naxçıvan şəhəri Azərbaycanda elmin inkişafına da mühüm töhfələr
vermişdir.
20
 Lakin XIX-XX əsrin əvvəllərində çarizmin həyata keçirdiyi müstəmləkəçilik siyasəti təhsilin
inkişaf səviyyəsini aşağı salmış, bununla elmi fikrin tərəqqsinə də mane olmuşdu.
Rusiya imperiyasının müstəmləkəçilik siyasətinin bütün sərtliyinə baxmayaraq, Naxçıvanda ədəbi mühitin
formalaşması və inkişafının qarşısını almaq mümkün olmadı. Naxçıvan ədəbi mühiti Azərbaycan mədəniyyəti
və  ədəbiyyatının böyük hadisəsi oldu. Onun böyük əhəmiyyəti bu hadisənin xüsusi tədqiqat obyekti kimi
ayrılmasına səbəb olmuşdur.
21
XIX əsrin 30-cu illəri Naxçıvan bölgəsində iki ədəbi məclisin yaranması ilə  əlamətdar olmuşdur.
Naxçıvanda yaranan ədəbi məclis «Qönçeyi-ülfət» adlandırmışdır. Bu məclis (XIX əsrin 30-40-cı illəri)
Naxçıvan hakimi Ehsan xan Kəngərli tərəfindən qızı Qönçəbəyimin şərəfinə təşkil edilmişdir. «Azərbaycanın
aşıq və  şair qadınları» kitabında (Tərtib edəni Ə.Cəfərzadə) Qönçəbəyim haqqında belə yazılmışdır:
«Qönçəbəyim təxminən 1827-ci ildə Naxçıvanda Ehsan xanın ailəsində anadan olmuşdur. Onun atası rus
zabitləri ilə dost olmuş, A.Qriboyedov İrana gedərkən onlarda qonaq qaldığı kimi, gürcü şairi Barataşvili də
dönə-dönə Ehsan xanın sarayına getmiş və burada Qönçəbəyimlə tanış olmuşur. Barataşvilinin yazdığına görə
Qönçəbəyim gözəl və istedadlı bir qız imiş. Barataşvili onun şerlərini gürcü əlifbası ilə köçürüb, gürcü dilinə
tərcümə edilmək üçün Tiflisə göndərmişdi. O məsləhət görmüşdü ki, həmin  şeirlər məclislərdə oxumaq üçün
xanəndə Səttara və şəkili Cəfərə verilsin.
Qönçəbəyim 1837-ci ildə Naxçıvanda təşkil edilmiş rus məktəbinə daxil olmuş, doğma ana dilindən
başqa, rus və fars dillərini də yaxşı öyrənmiş, şərq ədəbiyyatına xüsusi meyl göstərmişdir.
Deyilənə görə Qönçəbəyim İbrahim bəy adlı bir zabiti sevmiş, lakin 1844-cü ildə sevmədiyi Şamil xana
ərə verilmişdir…» Tərtibçinin fikrincə «sonralar hadisə dillərə düşmüş və «Şahzadə  İbrahim» dastanına daxil
edilən və «Bəyim» dilindən deyilən şerlərin bir qismi də məhz Qönçəbəyimindir ki, adının bir hissəsi olan
«bəyim» kəlməsini təxəllüs kimi işlətmişdir».
22
 Həmin topluda Qönçəbəyimin yaradıcılığına dair iki şeir
verilmişdir. Bu şeirlərdə Qönçəbəyimin İbrahimə olan sevgisi vəsf olunub. Şairə yazırdı:
Bizə səg rəqiblər deyirlər asi,
Mövlayə bağldıq yəni ixlası,
Mən Bəyiməm İbrahimin butası
Gizlin deyil, var, aşkara de, gəlsin.
23
Qönçəbəyimin yaradıcılığı ilə tanış olan fransız yazıçısı və tənqidçisi Sent-Böv onun haqqında yazmışdır:
«Bu qadın təkcə şairə deyildir, onun bütün varlığı poeziyadır».
Digər poetik məclis - «Əncümənüş  şüəra» («Şairlər yığıncağı») Ordubadda fəaliyyət göstərirdi.
«Əncümənüş  şüəra»nın Azərbaycandakı yeri nəzərə alınaraq «Poetik məclislər» kitabına daxil edilmişdir. Bu
kitabda XIX əsr Azərbaycan ədəbiyyatında xüsusi yer tutan «Divani hikmət», «Gülüstan», «Beytüs-səfa»,
«Məclisi-üns», «Məclisi fəramuşan» kimi tanınmış poetik məclislərlə birgə «Əncümənüş şüəra», onun üzvləri
və əsərlərindən nümunələr çap olunmuşdur. «Əncümənüş şüəra» 1838-ci ildə Şıxəli Naib (Şeyxəli xan – Z.Ş.)
tərəfindən təşkil edilmişdi. Bu məclisə şair Hacağa Fəqir (M.S.Ordubadinin atası – Z.Ş.), onun ölümündən sonra
isə Məmmədtağı Sidqi rəhbərlik etmişdi. Onun səyi nəticəsində bu məclis Ordubadla birlikdə Naxçıvanda da
XIX əsrin sonlarınadək mövcud olmuşdu. «Poetik məclislər» toplusunun məlumatına görə «məclisdə
Məmmədtağı Sidqi, Hacağa Fəqir, Mirzə Ağarəhim Qüdsi (Vənəndi), Möhtərəm Ordubadi, Molla Məhəmməd
Ordubadi, Əhməd ağa Şəmi, Usta Zeynal Nəqqaş, Molla Hüseyn Bikəs, Salik Ordubadi, Nadim Naxçıvani,
Məşədi Həsən Dəbbağ, Mirzə Mehdi Naxçıvani və b. iştirak etmişlər».
24
«Əncümənüş  şüəra»nın fəaliyyətində Fəqir Ordubadinin (1836-1885) yaradıcılığı mühüm yer tutur. O,
tacir ailəsində anadan olmuş, məktəb yaşına çatdıqdan sonra atası onu Təbriz və  Şirazın tanınmış alimlərinin
yanında oxutmuşdu. Fəqir Ordubadi təhsildən qayıtdıqdan sonra Ordubadda müəllimlik etmişdir. Əsərlərinə
görə təqib edilmiş, bir müddət Türküstanda yaşamalı olmuşdu. Ordubada qayıtdıqdan sonra xırda alver etmişdir.
Həyatının son illərində gözləri tutulmuş, şeirlərini Məmmədtağı Sidqiyə və başqalarına diqtə edərək
yazdırmışdır. Şairin «Kürdün çul satması» («Fatı və qubernator» da adlanır), «Şikayətnamə», məsnəvilər və
«Gülşəni-irfan» adlı kiçik divanı vardır. Azərbaycan və fars dillərində yazmışdır.
25
 Fəqir Ordubadinin
«Şikayətnamə» əsərində həyatın bir sıra hadisələri, xüsusilə din xadimləri tənqid olunur:
Çıxıbdı mərsiyəxan minbərə, deyir rövzə,
İnanmayın, keyfi var, mətləbi qinadəndir.
Tapıbdı mərsiyəxanın şagirdi xoş təsnif,
Tutub diringə, qızlar növhə, ney-nəvadəndir.
26
XIX-XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühitin görkəmli nümayəndəsi M.T.Sidqi idi. N.Cəfərov
yazmışdır: «XIX əsrin ortalarından etibarən Naxçıvanda milli maarifçilik dünyagörüşünə əsaslanan məhsuldar
bir ədəbi-mədəni mühit formalaşır. Həmin mühitin ilk görkəmli yetirməsi Məhəmməd Tağı Sidqi olmuşdur.


97
M.T.Sidqi … XIX əsrin sonu – XX əsrin əvvəlləri Naxçıvan ədəbi mühitinin müəyyənləşdirilməsində
təkraredilməz rol oynamış, bir müəllim, yazıçı və ictimai xadim olaraq doğma diyarda geniş fəaliyyət
göstərmişdir. XIX əsrin sonlarında onun Naxçıvanda açdığı «Məktəbi-tərbiyyə»nin onlarla məzunu sonralar
dünya şöhrətli ədəbiyyat, mədəniyyət adamları olmuşlar».
27
M.T.Sidqinin həyat və fəaliyyəti geniş tədqiq olunmuşdur.
28
 O, 1854-cü ildə Ordubad şəhərində anadan
olmuş, 1903-cü ildə Naxçıvan şəhərində vəfat etmişdir.
Sidqinin ədəbi irsinin
29
 bir hissəsi onun pedaqoji fəaliyyətilə bağlı olmuşdur. Sidqi «Kəblə Nəsir»,
«Heykəli-insanə bir nəzər», «Tənviri-əfkar və təhfimi-insaniyyət», «Nümuneyi-əxlaq», «Hikmətli sözlər»,
«Qızlara hədiyyə», həmçinin Azərbaycan dilində ilk coğrafiya dərsliyinin müəllifidir.
30
Sidqi Azərbaycan uşaq nəsrinin də görkəmli nümayəndəsidir. Onun bu istiqamətdə yazdığı  əsərləri
«Məktəb hekayələri» kimi tanınır.
Sidqi publisistika sahəsində də çalışmışdır. O, «Tərcüman», «Əxtər», «Həblülmətin», «Kaspi» və b.
qəzetlərlə əməkdaşlıq etmişdir. O, 1903-cü ildə «Şərqi-rus» qəzetinin nəşri münasibətilə Tiflisə – Məhəmməd
ağa Şahtaxtlıya təbrik məktubu yazaraq belə bir inamını bildirmişdi ki, «bu cəridə islamiyyət mətbuatına rövnəq
əfza olmaqdan maədə millət balalarının təlim və tərbiyəsinə, vətən əhalisinin tərəqqi və mədəniyyətinə və
əfkarımızın vüsətinə, əlhasil müsəlman aləminin hər bir mənfəətinə xidmət edəcəkdir. Həqiqətdə türk əğvali
üçün ümumən, Qafqaz müsəlmanları üçün xüsusən, azəri türk dilində bir qəzetənin təsis və intişarı nətayət
dərəcədə lazım idi.»
31
 Mətbuatın rolunu bu cür yüksək qiymətləndirən Sidqi «Çıraq» adlı bir qəzet açmağa da
çalışmışdı.
Sidqi rus ədəbiyyatına, xüsusilə onun görkəmli nümayəndəsi A.S.Puşkinin yaradıcılığına diqqət yetirmiş,
«Məktəbi-tərbiyyə»də onun 100 illik yubileyi təşkil olunmuş, o, burada məruzə ilə çıxış etmişdi.
Sidqinin ədəbi-pedaqoji fəaliyyəti və yaradıcılığı, digər şərtlərlə birgə XIX əsrin sonları – XX əsrin
əvvəllərində Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələrinin yetişməsinə təkan verdi. Aparılan elmi
araşdırmalar onların dairəsini müəyyən etməyə imkan vermişdir: Cəlil Məmmədquluzadə (1869-1932), Qurbanəli
Şərifzadə (1854-1917), Mirzə Cəlil Şürbi (1874-1915), Eynəli Sultanov (1866-1935), Hüseyn Cavid (1882-1941),
Əliqulu Qəmküsar (1880-1919), Məmməd Səid Ordubadi (1872-1950) və b.
 32
Naxçıvan ədəbi mühitinə dair tədqiqatçılardan biri onun əsas nümayəndələrinin yaradıcılığı  əsasında
tamamilə doğru bir nəticəyə gəlmişdir: «Naxçıvan mühitinin yetirdiyi ədəbi simalar öz dünyagörüşünə, müxtəlif
ədəbi məktəblərə mənsub olmalarına görə fərqlənirlər. Cəlil Məmmədquluzadə maarifçi-demokrat, Hüseyn
Cavid romantik şair, Məmməd Səid Ordubadi realist nasir olmuşdur. Yəni əslində, XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatının əsas ideya-estetik istiqamətləri Naxçıvandan çıxmış yazıçıların yaradıcılığında öz
parlaq əksini tapmışdır… Bu isə onu göstərir ki, Naxçıvan ədəbi-mədəni mühiti heç zaman özünə qapanıb
qalmamış, dünyada baş verən ictimai-siyasi, ideoloji prosesləri, hətta müəyyən mənada, qarşıdurmaları,
ziddiyyətləri özündə əks etdirmişdir».
 33
Azərbaycan mədəniyyət tarixinin ən unudulmaz səhifələrindən biri burada teatrın yaranması ilə bağlıdır.
Bu, bir həqiqətdir ki, Azərbaycan professional teatrı təsdüfən meydana gəlməmiş, onun əsaslı tarixi kökləri
olmuşdur. Burada Azərbaycan xalq teatrı mühüm rola malik olmuşdur. Azərbaycan xalq teatrının tədqiqatçısının
yazdığı kimi «Azərbaycan xalq teatrının obrazlı ifadə tərzi, şərtilik, xəlqilik, aktuallıq keyfiyyətləri, müsbət
qəhrəman ənənələri, professional teatrın yaranması üçün bir zəmin olmuşdur. Bu mənada xalq teatrı və
dramaturgiyası həmişə ilk mənbə olmuş, tarix boyu görkəmli sənətkarların diqqətini cəlb etmişdir. Azərbaycan
professional teatr və dramaturgiyası xalq teatrından geniş istifadə etmişdir».
34
Azərbaycan xalq teatrı ilə birgə, professional teatr ənənələri də milli teatrın yaranmasına həlledici təsir
göstərmişdir. Məhz bunun nəticəsində 1873-cü ilin martında Azərbaycan professional teatrı həyata qədəm
qoymuşdur. Bu hadisə Azərbaycanla birgə  Şərq aləmindədə böyük dönüş yaratmışdır. Görkəmli teatrşünas
C.Cəfərov yazmışdır: «Hər şeydən əvvəl nəzəri cəlb edən burasıdır ki, Azərbaycanda əvvəlcə dramaturgiya, bir
müddət sonra isə teatrın yaranması Azərbaycan milli mədəniyyəti üçün mühüm tarixi hadisə olmaqla bərabər,
Yaxın Şərqdə, bəlkə də daha geniş - müsəlman Şərqində qüvvətli bir əks-səda doğurmuşdur. Hər yerdə bu
hadisəni çox mühüm başlanğıc hesab etmiş, onu izləməyə, davam etdirməyə, ondan ictimai inkişafı
sürətləndirmək üçün istifadə etməyə çalışmışlar. Azərbaycan teatrı bir çox Şərq ölkələrində xüsusən türk dilli
xalqlar içərisində milli teatr hərəkatının doğuluşu və inkişafı üçün bir təkan, bir nümunə rolunu oynamışdır».
35
Bakıda ilk teatr tamaşasından sonra Azərbaycanın əyalətlərində də teatr tamaşaları təşkilinə maraq artdı.
36
Naxçıvan onların sırasında əsas yer tuturdu.  Naxçıvanda təhsil, ədəbi-bədii yaradıcılığa geniş maraq, mədəni
tərəqqiyə artan tələb burada teatr hərəkatının meydana gəlməsinə səbəb oldu. Azərbaycanda teatrın fəaliyyətə
başlamasından on il sonra Naxçıvanda da teatr həyata qədəm qoyu. Sözün əsil mənasında Naxçıvan teatr tarixinin
salnaməsini yaratmış  Ə.Qəhrəmanov yazmışdır: «Faktlardan aydın görünür ki, Naxçıvanda milli dünyəvi teatr
yaratmaq uğrunda «Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti» üzvləri səylər göstərsələr də buna yalnız
1883-cü il may ayının 15-də nail olmuşlar. Hacı Nəcəf Zeynalovun evində göstərilən Mirzə Fətəli Axundovun
«Müsyö-Jordan və Dərviş Məstəli şah» komediyası ilə Naxçıvan teatrı təvəllüdə başlayır».
37
Müəllif qeyd edir ki,
E.Sultanov və Cəlil Məmmədquluzadə Naxçıvan teatrının yaranmasında əsas simalar olmuşlar. E.Sultanov və


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə